700) Ekstrakardial forma sinus bradikardiyasının səbəblərinə hansı pozğunluqlar aid deyil?
A) hipotermiya
B) hiperkalsiemiya
C) miokardın infarktı
D) obturasion sarılıq
E) metabolik alkaloz
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, 203 - 204
701) Sinus ritminə aid olan EKQ - nı təsvir edin.
A) R - R intervalı özündən əvvəlki sürüşən ektopik kompleksdəkinə nisbətən uzanıb, lakin ondan sonra gələn R - R intervalı normaldır və ya qısadır
B) РII dişi müsbətdir və hər bir QRS mədəcik kompleksinin önündə yerləşir, bütün Р dişlərinin formaları bir aparmada eynidir
C) PII və PIII dişləri mənfidir
D) Mənbəyi atrioventrikulyar birləşmədən və ya mədəciklərdən çıxan impulslar hesab olunan tək - tək qeyri - sinus kompleksləri
E) Hər bir P - QRS kompleksində qeyri - sinus aparıcı ritmin olması (qulaqcıq, atrioventrikulyar birləşmədən və ya mədəciklərdən çıxan)
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.188
702) Aşağı şöbələrdən çıxan qulaqcıq ritminin EKQ - nı təsvir edin.
A) Р dişlərinin forması bütün aparmalarda eynidir və müsbətdir, QRS kompleksi V1, 2 aparmalarında genışlənib
B) PII və PIII dişləri mənfidir və hər bir Р dişinın ardınca dəyişilməmiş QRS kompleksi gəlir
C) PII və PIII dişləri ikifazalıdır, digər aparmalardakı P dişləri müsbətdir, QRS kompleksləri genişlənmişdir
D) Р dişi bütün aparmalarda ikifazalıdır və QRS mədəcik kompleksindən öndə yerləşir
E) PII və PIII dişləri mənfidir və hər bir Р dişinin ardınca genışlənmiş QRS kompleksi gəlir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.188
703) Ektopik mərkəzlərin üstün olması səbəbindən yaranan heterotop ritmə aid olmayan aritmiyanı qeyd edin?
A) aparıcı supraventrikulyar ritmin miqrasiyası
B) atrioventrikulər düyünündən ləng (əvəz edici) sürüşən komplekslər və ritmlər
C) ləng (əvəz edici) sürüşən qulaqcıq komplekslər və ritmlər
D) parasistoliya
E) sürətlənmiş ektopik ritmlər (qeyri paroksizmal taxikardiyalar)
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.200
704) Keçiriciliyin pozulması ilə baş verən aritmiyalara aid deyil:
A) atrioventrikulyar blokada
B) aparıcı supraventrikulyar ritmin miqrasiyası
C) monofassikulyar mədəcikdaxili blokadalar (Hiss dəstəsinin ayaqcıqlarının blokadası)
D) sinoatrial blokada
E) qulaqcıq daxili (qulaqcıqlararası) blokada
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр. 201
705) Hansı aritmiya keçiriciliyin pozulmasına aid deyil?
A) Mədəciklərin asistoliyası
B) WPW sindromu (mədəciklərin vaxtından əvvəl oyanma sindromu)
C) İkişaxəli mədəcikdaxili blokadalar (Hiss dəstəsinin ayaqcıqlarının blokadası)
D) Sürətlənmiş ektopik ritmlər (qeyri paroksizmal taxikardiyalar)
E) PQ intervalının qısalma sindromu (mədəciklərin vaxtından əvvəl oyanma sindromu)
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.202
706) Nəzərəçarpan sinus taxikardiyasında EKQ - də hansı dəyişiklər müşahidə olunmur?
A) P - Q(R) intervalının qısalması (lakin 0, 12 san az olmayaraq) və QT interval müddətinin qısalması
B) PI, PII, PaVF - ın amplitudalarının artması
C) P dişinin formasının və qütbünün bir aparmadan digərinə doğru yavaş - yavaş dəyişməsi
D) RS - T seqmentinin çəp qalxan depressiyası (lakin izoxətdən aşağı 1, 0 mm - dən çox olmayaraq)
E) T dişinin amplitudasının artması və ya azalması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.203
707) Sinus bradikardiyasında EKQ - də hansı dəyişiklər müşahidə olunmur?
A) Düzgün sinus rirtminin saxlanılması
B) Ürək vurğularının sayının dəq. 59 və daha aşağı enməsi
C) РI, PII, PaVF –ın amplitudalarının artması
D) РI, PII, PaVF dişinin müsbət olması
E) РV4 - V6 dişlərinin müsbət olması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.203
708) Sinus aritmiyasının tənəffüs formasında (tənəffüsü saxlayarkən) aritmiyanın itməsi ilə bərabər EKQ - də R - R intervallarının müddətinin dəyişməsi necə saniyədən cox deyil?
A) 0, 10
B) 0, 15
C) 0, 12
D) 0, 08
E) 0, 06
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.205
709) Mədəcik taxikardiyasının (MT) “piruet” tipinin EKQ əlamətlərinə aid deyil:
A) MT tutmalarını mədəcik ekstrasistoliyaları provokasiya edir və QRS - ın davamiyyəti 0, 12 san kecir
B) MT tutmaları olmadan EKQ - də Q - Т intervalının əhəmiyyətli uzanması qeyd olunur
C) QRS kompleksi böyük olmayan amplitudada olur və onların davamlılığı 0, 11san - ı keçmir
D) MT paroksizmi adətən bir neçə saniyə davam edir, öz - özünə keçir (dəyişkən MT), lakin tutmaların dəfələrlə yenidən əmələ gəlməyə meyilliyi var
E) Mədəcik ritmlərinin sayı dəq. 150 - 250 vurğu təşkil edir, 0, 2 - 0, 3 san həddində dəyişən R - R intervalıyla qeyri - düz ritm
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 240
710) I dərəcəli qulaqcıqlararası blokadanın EKQ əlamətlərinə aid deyil:
A) P dişlərinin diş - diş olması (dəyişkən əlamət)
B) Ətraf aparmalarında P dişinin müddətinin daimi 0, 11 san çox olması
C) Ətraf aparmalarında P dişinin müddəti daimi (hər bir ürək siklində) artması
D) Sinus ritmi, lakin qeyri düzdür, periodik olaraq tək - tək ürək siklləri düşür (P - QRST kompleksləri)
E) P dişlərinin parçalanması (dəyişkən əlamət)
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 244
711) II dərəcəli qulaqcıqlar arası blokadanın EKQ əlamətlərini sadalayın.
1. Ətraf aparmalarında P dişinin müddətinin tədricən artması
2. Ətraf aparmalarında P dişinin müddətinin parçalanması
3. V1 aparmasında periodik olaraq P dişinin sol qulaqcıq fazasının itməsi
4. Ətraf aparmalarında P dişinin müddətinin (0, 11 san çox) daimi artrması
5. P dişlərinin parçalanması və ya diş - diş olması
A) 2, 4, 5
B) 1, 2, 3
C) 3, 4, 5
D) 1, 3, 5
E) 1, 2, 4
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 244
712) I dərəcəli atrioventrikulyar blokadanın qulaqcıq proksimal formasının EKQ əlamətlərinə aid deyil:
A) P dişi çox vaxt parçalanması
B) QRS kompleksinin normal formada və davamiyyətli olması
C) Р - Q(R) seqmentinin uzunluğu 0, 10 san çox olmaması
D) Müntəzəm (3:2; 4:3; 5:4; 6:5 və s. tipli) və ya nizamsız QRST kompleksinin düşməsi (Р dişinin saxlanılmasıyla)
E) P - Q(R) intervalının uzunluğu əsasən Р dişinin uzunluğu hesabına böyüməsi (0, 11 san - dən çox)
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 246
713) Hansı pozğunluqlar sinus bradikardiyasının ekstrakardial formasının səbəblərinə aid deyil?
A) metabolik alkaloz
B) obturasion sarılıq
C) miokardın infarktı
D) bəzi infeksiyalar (virus hepatiti, qrip, qarın yatalağı, sepsis)
E) hiperkalsiemiya və ya nəzərə çarpan hiperlkaliemiya
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 203 - 204
714) Atrioventrikulər birləşmədən çıxan ritmin EKQ - nə aid deyil.
A) ektopik impuls eyni vaxtda qulaqcığa və mədəciyə çatarsa, РII dişi müsbət olur və hər bir QRS mədəcik kompleksindən əvvəl gəlir
B) ektopik impuls qulaqcığa və mədəciyə eyni vaxtda çatarsa, EKQ - da P dişсikləri dəyişməmiş QRS kompleksinə qatılırlar
C) ektopik impuls birinci mədəciyə, sonra isə qulaqcığa çatarsa, EKQ - da mənfi РII, III qeyd olunur və ondan sonra adi dəyişməmiş QRS kompleksi yerləşir
D) ektopik impuls əvvəlcə mədəciyə və yalnız sonra qulaqcığa çatarsa, EKQ - da mənfi РII, III qeyd olunur
E) ektopik impuls eyni zamanda qulaqcığa və mədəciyə çatarsa, EKQ - da P dişсikləri olmur
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.188
715) İdioventrikulyar - mədəcik ritminin EKQ - nə aid deyil:
A) Bütün aparmalarda QRS kompleksləri genişlənib
B) Р dişi ilə QRS kompleksləri arasında qanunauyğun əlaqə yoxdur
C) Ürək vurğularının sayı dəq. 40 - 45 - i keçmir
D) Р dişi ilə QRS kompleksləri arasında qanunauyğun əlaqə mövcuddur
E) Bütün QRS kompleksləri deformasiyaya uğrayıb
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.188
716) Elektrik impulslarının qulaqcıqlara keçmə sürətini xarakterizə edən Р dişinin hansı davamiyyəti (san) normaya uyğundur?
A) 0, 08
B) 0, 14
C) 0, 12
D) 0, 16
E) 0, 17
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр.189
717) II standart aparmada qulaqcıqlara, AV - birləşməyə, Hiss sisteminə impulsun ümumi keçmə sürətini əks etdirən P - Q(R) intervalının hansı davamiyyəti (san) normaya uyğundur?
A) 0, 08
B) 0, 18
C) 0, 24
D) 0, 36
E) 0, 10
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр.189
718) QRS mədəcik komplekslərinin - oyanmanın mədəciklərə keçməsinin hansı davamiyyəti (san) normaya uyğundur?
A) 0, 08
B) 0, 12
C) 0, 14
D) 0, 16
E) 0, 04
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр.189
719) I dərəcəli distal - üçdəstəli forma atrioventrikulyar blokadanın EKQ əlamətlərinə aid deyil:
A) Р dişinin uzunluğunun 0, 11 san - dan artıq olması
B) P - Q(R) intervalının müddətinin artması
C) QRS kompleksinin genişlənməsi (0, 12 san - dan cox)
D) P - Q(R) intervalının davam müddəti əsasən Р dişinin (0, 11 san çox) uzunluğu hesabına artıb
E) QRS kompleksinin Hiss sistemində ikidəstəli blokada tipində deformasiyalaşması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.246
720) II dərəcəli atrioventrikulyar blokada - I tip və ya Mobits I - in EKQ əlamətlərinə hansı aid deyil?
A) Bir kompleksdən digərinə doğru, yavaş - yavaş P - Q(R) intervalının müddətinin uzanması, hansı ki, QRST (Р dişinin saxlanmasıyla) kompleksinin düşməsilə ara kəsilir
B) QRST kompleksi düşdükdən sonra yenidən normal və ya azacıq uzanmış P - Q(R) intervalı qeyd olunur
C) EKQ - də qeydə alınmış Р dişi və QRS kompleksinin nisbəti, əsasən 3:2, 4:3 və s. təşkil edir
D) QRST kompleksi düşdükdən sonra hər şey təkrarlanır (Samoylov - Venkebax dövrü)
E) Р dişinin parçalanması və ya diş - diş olması və QRS kompleksinin genişlənməsi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.247.
721) II dərəcəli atrioventrikulyar blokada - II tip və ya Mobis II - in EKQ əlamətlərinə aid deyil:
A) QRST (Р dişinin saxlanmasıyla) kompleksinin müntəzəm (3:2; 4:3; 5:4 və s. tipli) düşməsi
B) Normal və ya uzanmış P - Q(R) intervalının daimi proqressivləşməyən uzanması
C) Bəzən QRS kompleksinin genişlənməsi və deformasiyası
D) Saxlanılmış düzgün sinus ritmi şəraitində QRST kompleksinin hər ikisindən birinin düşməsi
E) QRST (Р dişinin saxlanmasıyla) kompleksinin nizamsız (3:2; 4:3; 5:4 və s. tipli) düşməsi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.247
722) Atrioventrikulyar proksimal III dərəcəli blokadanın EKQ əlamətlərinə aid deyil:
A) Mədəcik yığılmalarının sayı dəq. 40 - 60 arasında tərəddüd edir
B) QRS mədəcik kompleksləri denişlənməyib, ensizdir
C) Tam əlaqəsiz qulaqcıq və mədəcik ritmləri (atrioventrikulyar dissosiasiya)
D) QRS mədəcik komplekslərinin genişlənməsi və deformasiyaya uğraması
E) Р - Р və R - R intervalları daimidir, lakin R - R Р - Р - dən böyükdür
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.248
723) Hiss dəstəsinin sağ ayaqcığının tam blokadasının EKQ əlamətlərinə aid deyil.
A) М - şəkilli görünüş almış QRS kompleksi, eyni zamanda R' > r şəklində olması
B) QRS kompleksinin davamiyyətinin 0, 11 san qədər cüzi artması
C) V1 (bəzən III) aparmasında RS - T seqmentinin depressiyası və mənfi və ya ikifazalı (–+) asimmetrik Т dişinin olması
D) Sol döş (V5, V6) və I, aVL aparmalarında genişlənmiş, çox vaxt diş - diş olmuş S dişini olması
E) V1, V2 - sağ döş aparmalarında (bəzən III və aVF - da) rSR' və ya rsR' tipli QRS kompleksi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.254
724) Hiss dəstəsinin sol ön şaxəsinin blokadasının EKQ əlamətlərinə aid deyil:
A) II, III, aVF aparmalarında rS tipli QRS kompleksi
B) QRS mədəcik kompleksinin ümumi davamiyyəti 0, 08 san - 0, 11 san qədər
C) I və aVL aparmalarında qR tipli QRS kompleksi
D) I və aVL aparmalarında rS tipli QRS kompleksi
E) Ürəyin elektrik oxunun kəskin sola əyilməsi (α bucağının mənfi 30° - dən mənfi 90° - a qədər olması)
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.256
725) Hiss dəstəsinin sol arxa şaxəsinin blokadasının EKQ əlamətlərinə aid deyil:
A) I və aVL aparmalarında QRS kompleksi rS şəklindədir
B) Ürəyin elektrik oxunun kəskin sola əyilməsi (α bucağının mənfi 30° - dən mənfi 90° - a qədər olması)
C) QRS mədəcik kompleksin ümumi davamiyyəti 0, 08 san - 0, 11 san qədər olması
D) Ürəyin elektrik oxunun kəskin sağa əyilməsi (α bucağının müsbət 120° və daha çox olması)
E) III, aVF aparmalarında QRS kompleksi qR şəklindədir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.256
726) Hiss dəstəsinin sol ayaqcığının tam blokadasının EKQ əlamətlərinə aid deyil:
A) V5, V6, I, aVL aparmalarında diskordant QRS - ə münasibətdə RS - T seqmentinin yerini dəyişməsi və mənfi və ya ikifazalı (–+) asimmetrik T dişinin mövcud olması
B) V1, V2, III, aVF aparmalarında genişlənmiş deformasiyaya uğramış S dişi və ya parçalanmış və ya qeniş zirvəli QS kompleksinin mövcud olması
C) V5, V6, I, aVL aparmalarında geniş deformasiyaya uğramış parçalanmış və ya hündür zirvəli R dişi
D) Ürəyin elektrik oxunun sola əyilməsi (bəzi hallarda), QRS kompleksinin davamiyyəti 0, 12 san qədər və daha artıq böyüməsi
E) V1, V2 sağ döş aparmalarında (bəzən III və aVF ətraf aparmalarında) rSR' və ya rsR' tipli QRS kompleksin mövcudluğu
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 257
727) Hiss dəstəsinin sol ayaqcığının (ikidəstəli) natamam blokadasının EKQ əlamətlərinə aid deyil:
A) ürəyin elektrik oxunun sola əyilməsi (dəyişkən əlamət)
B) S dişinin (və ya QS kompleksinin) başlanğıcda parçalanmasıyla III, aVF, V1, V2 aparmalarında genişlənmiş və dərinləşmiş QS və ya rS kompleksinin mövcudluğu
C) QRS kompleksinin davamiyyətinin 0, 12 san və daha artıq böyüməsi
D) I, aVL, V5, V6 aparmalarında hündür genişlənmiş, bəzən parçalanmış R dişinin mövcud olması
E) V6 aparmasında q dişinin olmaması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 257 - 258
728) Sinus aritmiyasının yaranmasında aşagıdakılardan hansının rolu yoxdur?
A) sinoaurikulyar düyünündə impulsların qeyri requlyar əmələ gəlməsi
B) tənəffüs fazaları ilə əlaqədar azan sinirin tonusunun reflektor dəyişikliyi
C) atrioventrikulyar düyündə impulsların qeyri - requlyar əmələ gəlməsi
D) tənəffüslə əlaqədar olmayan azan sinirin tonusunun özbaşına dəyişməsi
E) sinoaurikulyar düyünün orqanik zədələnməsi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр.205
729) Nəyi endokard örtmür?
A) Ürək qapaqlarını
B) Ürək boşluğunu
C) Papillyar əzələləri
D) Xordaları
E) Boş venaların və ağ ciyər venalarının son şöbələrini
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 13
730) Proqnozu xeyli ciddi olan keçiricilik və ritm pozğunluğunun (mədəcik taxikardiyası, mədəciklərin fibrillyasiyası, III dərəcəli AV blokada və s. ) tez - tez rast gələn səbəblərinə aid olmayan xəstəlik hansıdır? (HKMP - hipertrofik kardiomiopatiya, DKMP - dilatasion kardiomiopatiya, RKMP - restriktiv kardiomiopatiya).
A) Anadangəlmə və qazanılmış ürək qüsurları
B) Mitral qapağın prolapsı
C) Kardiomiopatiyalar (HKMP, DKMP, RKMP)
D) Spesifik ekssudativ perikardit
E) Miokarditlər
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 172 - 173
731) Sinus taxikardiyasının intrakardial formasının daha tez rast gəlinən səbəbinə hansı hal aid deyil?
A) Kardiomiopatiyalar
B) Ağır stenokardik tutmalar, miokard infarktı
C) Xroniki ürək çatışmazlığı
D) Kəskin miokardit
E) Hipertireoz
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 202
732) II dərəcəli sinoatrial blokadanın EKQ əlamətlərinə nə aid deyil?
A) Uzun pauza zamanı yavaş sürüşən komplekslər və ritmlərin meydana çıxma ehtimalı olur
B) Uzun pauzadan sonra Р-Р intervalı tədricən qısalır
C) Sinus ritmi, lakin düzgün deyil: periodik olaraq ayrı - ayrı ürək siklləri düşürlər (Р dişi və QRST kompleksi)
D) Pauza zamanı uzanmış Р-Р intervallarının davamiyyəti (impulsun bloklaşması) bərabər və ya azacıq ondan qısa olur, nəinki 2 Р-Р intervalı (bəzən 3 və ya 4 Р-Р intervalı)
E) Bir kompleksdən digərinə doğru P-Q (R) intervalının tədricən uzanması, hansı ki, QRST mədəcik kompleksinin düşməsilə kəsilir (Р dişinin saxlanılmasıyla)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 243
733) Oyanma dalğasının təkrar daxil olma (re-entry) mexanizminin baş verməsi üçün hansı şərt vacib deyil?
A) Atrioventrikulyar düyündə oyanıqlığın artması
B) Ilgəyin digər sahəsində keçiriciliyin yayılmasının ləngiməsi
C) Elektrik impulsunun keçiricilik yolunun anatomik və ya funksional parçalanması
D) Qapalı çevrənin olması (keçiricilik ilgəyi)
E) Ilgəyin sahələrinin birində bir istiqamətli blokada
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 182
734) Hansı aritmiya elektrik impulsunun yaranmasının pozulması və xüsusən sinoatrial düyündə avtomatizmin pozğunluğu (nomotop) hesabına əmələ gəlmir?
A) Sinus bradikardiyası
B) Sinus aritmiyası
C) Sinus taxikardiyası
D) Sinus düyününün zəifliyi sindromu
E) Aparıcı supraventrikulyar ritmin miqrasiyası
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 200
735) Mexanizmi keçiricilik və elektrik impulsunun əmələ gəlməsi pozğunluğundan ibarət olan kombinə olunmuş aritmiyaları sadalayın.
1. parasistoliya
2. çıxışın blokadası ilə ektopik ritmlər
3. atrioventrikulyar dissosiasiyalar
4. mədəcikdaxili blokadalar (Hiss dəstəsi şaxələrinin blokadası)
5. mədəciklərin asistoliyası
A) 2, 4, 5
B) 3, 4, 5
C) 1, 2, 4
D) 1, 3, 5
E) 1, 2, 3
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 202
736) Sinus aritmiyasının qeyri tənəffüs formasında EKQ-da nə müşahidə olunmur?
A) Sinus ritminin saxlanılması
B) Tənəffüsü saxlayarkən aritmiyanın qalması
C) R-R müddətinin (0, 15 san çox) tədricən (periodik forma) dəyişməsi
D) R-R müddətinin (0, 15 san çox) sıçrayışlı (aperiodik forma) dəyişməsi
E) R-R intervallarının müddətinin tənəffüs aktında 0, 15 san cox həddini aşan dəyişməsi
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр. 205
737) Frederik sindromunda hansı EKQ dəyişikliyi müşahidə olunmur?
A) Sinus mənşəli mədəcik ritmi
B) EKQ-da Р dişinin olmaması, əvəzində səyrici dalğa (f) və ya qulaqcıq titrəməsinin (F) qeyd olunması
C) Daimi R-R intervalı (düzgün ritm)
D) Qeyri sinus mənşəli mədəcik ritmi (ektopik: düyünlü və ya idioventrikulyar)
E) Mədəcik yığılmalarının sayının dəq. 40–60 -ı keçməməsi
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 249 - 250
738) Mədəciklərin hansı ritm pozgunluğu Morqanyi-Adams-Stoks sindromun əmələ gəlməsinə səbəb olmur?
A) Tez-tez təkrarlanan supraventrikulyar politop ekstrasistoliyalı I dərəcəli sinoatrial blokada
B) Çox vaxt tam atrioventrikulyar blokada zamanı müşahidə olunan mədəciklərin titrəməsi və səyriməsi
C) II dərəcəli atrioventrikulyar blokada, əsasən distal forması
D) III dərəcəli blokada zamanı II və III sıra ektopik mərkəzlərin avtomatizminin kəskin zəifləməsi
E) III dərəcəli atrioventrikulyar blokada, əsasən tam blokadanın distal forması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 250
739) Hiss dəstəsinin sağ ayaqcığının (şaxəsinin) natamam blokadasının EKQ əlamətlərini sadalayın.
A) I, AVL aparmalarında rS tipli QRS; III, AVF - də isə - qR tipli
B) V1-də rSr' və ya rsR' tipli QRS kompleksi, I və V6-da isə azacıq genişlənmiş S dişi; QRS-in davamiyyəti 0, 09 san - 0, 11 san qədər
C) Ürəyin elektrik oxunun kəskin sağa yer dəyişməsi (α bucağı müsbət 1200 və daha çox)
D) QRS kompleksinin davamiyyəti 0, 12 san və daha çox
E) V5, V6 aparmalarında QRS kompleksi genişlənmişdir və R formasındadır
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 255
Dostları ilə paylaş: |