856) Benz (a) pirenin miqdarına hansı yeyinti məhsullarında mütləq laboratoriya nəzarəti həyata keçirilir?
A) hisə verilmiş ət və balıq məhsullarında
B) alkoqolsuz içkilərdə
C) yağsızlaşdırılmış quru süddə
D) əridilmiş pendirlərdə
E) termiki emaldan keçirilmiş kəsmik məhsullarında
Ədəbiyyat: Ədəbiyyat: Səhiyyə Nazirliyinin 25 №-li 30.04.2010-cu il tarixli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlər.
857) Yeyinti məhsullarının çirklənməsində əhəmiyyət kəsb edən şərti-patogen mikroorqanizmlərə hansılar aiddir?
A) E.coli, L.monocytogenes, Yersinia cinsli bakterialar
B) St. aureus, B. Cereus, Salmonellalar
C) E. coli, St.aureus, B.cereus
D) Proteus cinsli bakterialar, St.aureus, Yersinia cinsli bakterialar
E) Vibrio parahaemolyticus, L.monocytogenes, B.cereus
Ədəbiyyat: Ədəbiyyat: Səhiyyə Nazirliyinin 25 №-li 30.04.2010-cu il tarixli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlər.
858) Ərzaq xammallarının və qida məhsullarının bütün növlərində hansı pestisidlərin qalıq miqdarına nəzarət aparılır?
A) Heksaxlorsikloheksan, DDT və onun metabolitlərinə
B) Heksaxlorsikloheksan, 2,4-D turşusuna və onun duzlarına
C) DDT, civə üzvi pestisidlərə
D) Heksaxlorsikloheksan, civə üzvi pestisidlərə
E) DDT, 2,4 D turşusuna və onun duzlarına və efirlərinə
Ədəbiyyat: Ədəbiyyat: Səhiyyə Nazirliyinin 25 №-li 30.04.2010-cu il tarixli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlər.
Dostları ilə paylaş: |