Cü il tarixində əlavə olunub. Şüa diaqnostikasının ümumi sualları


) Hansı ultrasəs əlamətlər süd vəzilərinin axacaqdaxili papillomaları üçün xarakterik deyil?



Yüklə 302,99 Kb.
səhifə11/18
tarix13.02.2017
ölçüsü302,99 Kb.
#8397
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

570) Hansı ultrasəs əlamətlər süd vəzilərinin axacaqdaxili papillomaları üçün xarakterik deyil?

A) Bütün cavablar doğrudur

B) Aşkar edilmiş solid törəmənin arxasında güclü “dorsal kolgə” simptomunun olmaması

C) Müxtəlif exogenliyə malik solid törəmələr

D) Süd vəzisi axacaqlarının diffuz genişlənməsi və aşkar edilmiş solid törəmənin arxasında güclü “dorsal kolgə” simptomu

E) Süd vəzisi axacaqlarının lokal genişlənməsi

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.357 – 358
571) Qalxanabənzər vəzin paylarına hansı damarlar yaxın yerləşir?

A) Xarici vidaci vena

B) Ümumi yuxu arteriyası və aşağı qalxanabənzər arteriya

C) Ümumi yuxu arteriyası

D) Ümumi yuxu arteriyası, xarici vidaci vena

E) Xarici və daxili yuxu arteriyaları

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.374- 378
572) Kəskin tirioditlər zamanı vəzin exogenliyi əksərən necə olur?

A) Heç biri düz deyil

B) Hamısı düzdür

C) Diffuz hiperexogen

D) Toxumanın exogenliyi dəyişilməmiş qala bilər

E) Diffuz hipoexogen

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.382 – 383
573) Hansı ultrasəs əlamətlər tüpürcək vəzilərinin kəskin iltihabı üçün xarakterik deyil?

A) Ötürücünün təzyiqindən lokal ağrı simptomu

B) Vəzin exostrukturunun qeyri həmcins olması

C) Vəz toxumasının exogenliyinin diffuz artması

D) Vəz toxumasının exogenliyinin diffuz azalması

E) Vəzin daxilində hipo və anexogen borulu strukturların olması

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. IV том, стр.110 - 112
574) Reproduktiv fazada olan qadınların uşaqlığının cisminin uzuznluğu normada neçə mm olmalıdır?

A) 50 – 90mm

B) 45- 70 mm

C) 65- 85 mm

D) 30 -59 mm

E) 20 -41 mm

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.79 - 80
575) Reproduktiv fazada olan qadınların uşaqlığının cisminin ön –arxa ölçüsü normada neçə mm olmalıdır?

A) 15- 30 mm

B) 45-65 mm

C) 30 -42 mm

D) 45-55 mm

E) 20-35 mm

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.79 – 80
576) Reproduktiv fazada olan qadınların uşaqlığının cisminin eni normada neçə mm olmalıdır?

A) 35- 42 mm

B) 30- 40 mm

C) 45- 62 mm

D) 40- 75 mm

E) 50 – 80 mm

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.79 – 80
577) Reproduktiv fazada olan qadınların uşaqlığının boynunun cisminə olan nisbəti normada neçə olmalıdır?

A) 1:2


B) 1:3

C) 1:5


D) 1:1

E) 1:4


Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.79 - 80
578) Miomatoz düyünün nekrozunun ultrasəs əlamətləri hansıdır?

A) Miomatoz düyünün exogenliyinin artması

B) Miomatoz düyün ətrafında hiperexogen haşiyənin yaranması

C) Düyündə an-, hipoexogen sahənin yaranması

D) Miomatoz düyünün ölçüsünün böyüməsi

E) Düyündə ayrı –ayrı hiperexogen hissəciklərin olması

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.91 – 105
579) Uşaqlığın lipomatoz düyünləri hansı exoqrafik əlamətlərlə xarakterizə olunur?

A) Dəqiq kənarları olan girdə formaya malik hiperexogen törəmə kimi

B) Ətrafında hipoexogen haşiyə olan törəmə kimi

C) Kənarları nahamar və qeyri – dəqiq olan törəmə kimi

D) İçərisində xırda hiperexogen hissəciklər olan törəmə kimi

E) Oval formaya malik hipoexogen törəmə kimi

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.110 – 111
580) Postmenopauzada olan qadınların endometriyasının qalınlığı normada neçə mm- dən artıq olmamalıdır?

A) 1 mm


B) 5mm

C) 10 mm


D) 3mm

E) 9mm


Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.80 - 83
581) Submukoz miomatoz düyünləri poliplərdən fərqləndirən exoqrafik differensial – diaqnostik əlamətlər hansılardır?

A) Törəmənin exogenliyi

B) Törəmənin ölçüsü

C) Törəmənin miometriya ilə əlaqəli və girdə formada olması

D) Törəməmin forması

E) Törəmənin strukturu

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.91 – 104,127- 128
582) Ultrasəs müayinədə yumurtalıqların uzunluğu neçə mm- dən çox olmamalıdır?

A) 40 mm


B) 50 mm

C) 55mm


D) 48mm

E) 46mm


Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.132 - 137
583) Yetişmiş follikulun hansı ölçüsü əksər hallarda norma hesab edilir?

A) 25-32 mm

B) 11-15 mm

C) 18-24mm

D) 10-14mm

E) 10-14 mm

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.132 – 137
584) Paraovarial kistalarla follikulyar kistaların differensial – diaqnostik göstəriciləri hansılardır?

A) Kistanın tərkibi

B) Kistanın ölçüləri

C) Kistanın kənarlarının hamar olması

D) Divardaxili hissəciklərin olması

E) İntakt yumurtalığın aşkar edilməsi

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.147 - 150
585) Hansı ultrasəs əlamətlər musinoz sistoadenomalar üçün xarakterik deyil?

A) Kistanın bir tərəfli olması

B) Kistanın bir kameralı olması

C) Kistanın ölçüsünün böyük olması

D) Çoxlu sayda müxtəlif qalınlıqda arakəsmələrin və divaryanı exogen strukturaların olması

E) Kistanın çoxkameralı olması

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр. 155
586) Ultrasəs müayinədə uşaqliq borularının vizualizasiyası hansı hallarda mümkündür?

A) Mümkün deyil

B) Həmişə

C) Qarın boşluğunda assit olduqda və ya boruların daxilində mayenin mövcudluğunda

D) Yumurtalığın böyük ölçülü kistoz törəməsi mövcudluğunda

E) Uşaqlıqdaxili kontraseptiv olduqda

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.175 -176
587) Tuboovarial absesin əsas xarakterik ultrasəs əlaməti hansılardır?

A) Uşaqlığın ölçüsünün böyüməsi

B) Borular nahiyəsində əsas tərkibi kistoz komponentdən ibarət olan mürəkkəb exostrukturalı törəmə

C) Duqlas boşluğunda sərbəst maye

D) Yumurtalığın böyüməsi

E) Yumurtalıqda xırda kistoz hissəciklər

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.184 - 186
588) Uşaqlıqdan kənar hamiləliyi birbaşa mütləq təsdiq edən ultrasəs əlamət hansıdır?

A) Uşaqlığın ölçüsünün böyüməsi

B) Duqlas boşluğunda sərbəst maye

C) Uşaqlıq boşluğunda ”yalançı döl yumurtası”

D) Endometriyanın qalınlaşması

E) Uşaqlıqdan kənarda embrionla birgə döl yumurtası

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.187 - 191
589) Postmenopauzada olan qadınlarda endometriyanın qalınlığı neçə mm-dən çox olduqda uşaqlığın xərçəngindən şübhələnmək olar?

A) 4- 5mm

B) 3- 3,5mm

C) 2- 2,5mm

D) 6- 8mm

E) 1-1,5mm

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.213 - 216
590) Qarın boşluğunda daxili qanaxmanı təsdiq edən ultrasəs əlamətlər hansılardır?

A) Plevral boşluqlarda maye yığıntısı

B) Qarın boşluğunda kista

C) Kiçik çanaqda sərbəst maye və qarın boşluğunun yan ciblərində, içərisində xırda dispers hissəciklər olan, maye

D) Kiçik çanaqda kista

E) Abdominal orqanların yerdəyişməsi

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр. 227 - 228
591) Qarın boşluğundakı hematomaların tərkibinin ultrasəs təsviri nədən asılıdır?

A) Hematomanın lokalizasiyasından

B) Xəstənin qan təzyiqindən

C) Zədəni törədən alətin formasından

D) Hematomanın mövcud olduğu zamandan

E) Bədənin hərarətindən

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр. 228 - 230
592) Ultrasəs müayinədə seroz peritonit zamanı bağırsağın divarının qalınlığı əksər hallarda neçə sm olur?

A) >1 sm


B) 4-5 sm

C) 2- 3sm

D) < 0,1 sm

E) 0,3- 0,5 sm

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.231 - 232
593) Seroz peritonitlər üçün xarakterik ultrasəs əlamətlər hansılardır?

A) Kişik çanaqda maye toplanması

B) Qarın boşluğunun yan ciblərində mayenin təyin olunması

C) Bütün cavablar doğrudur

D) Peristaltikanın olmaması

E) Bağırsaq ilgəklərinin genişlənməsi və içərisində maye və havanın olması

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.231 – 232
594) Sidik axarının bir tərəfli liqatura ilə bağlanmasının ultrasəs əlaməti hansıdır?

A) Sidik ifrazatının dayanması

B) Bağlanmış axar tərəfdə böyrək kasacıqlarının və ləyəninin genişlənməsi

C) Axarın bağlanan hissəsində liqaturanın təyin edilməsi

D) Sidik ifrazatının ləngiməsi

E) Sidik ifrazatının tezləşməsi

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.236
595) Qarın boşluğundakı serozoseleni digər kistalardan fərqləndirən ultrasəs əlamət hansıdır?

A) Kistanın tərkibinin anexogen olması

B) Kista yaxın yerləşdiyi orqanın formasını alır

C) Kistanın ölçülərinin böyük olması

D) Kistanın konturlarının hamar olması

E) Kistanın lokalizasiyası

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.238 – 239
596) Plevral boşluqda az miqdarda sərbəst mayeni təyin etmək üçün hansı müayinə üsulu daha effektiv sayılır?

A) Termoqrafiya

B) Lateroqrafiya

C) Rengenoskopiya

D) Ultrasəs müayinəsi

E) Perkussiya

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.245 - 248
597) Ultrasəs müayinədə normal diafraqmanın qalınlığı neçə mm olmalıdır?

A) 11mm


B) 3 – 5mm

C) 1- 2 mm

D) 7mm

E) 9 mm


Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.242- 243
598) Plevral boşluqda mayenin təyin edilməsində ultrasəs müayinəsinin həssaslığı ədəbiyyatın göstəricilərinə əsasən neçə % təşkil edir?

A) 100 %


B) 90%

C) 85%


D) 70%

E) 65%


Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.246 - 250
599) Qara ciyərin sağ payının köndələn ölçüsü normada maksimum neçə mm -ə qədər olmalıdır?

A) 128 mm

B) 150 mm

C) 170 mm

D) 110 mm

E) 132 mm

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 13 -15
600) Hansı ultrasəs əlamət kəskin hepatitin xarakterik əlamətlərinə aid deyil?

A) Qara ciyərin əsasən sağ payı hesabına ölçüsünün böyüməsi

B) Qara ciyərin exogenliyinin diffuz artması

C) Orqanın formasının dəyişməsi

D) Qara ciyərin kənarlarının hamar qalması

E) Qara ciyərin damarlarında deformasiya müşahidə olunması

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 15
601) Xroniki hepatitin xarakterik ultrasəs əlamətləri hansılardır?

A) Qara ciyər kapsulasının differensasiyası çətinləşə bilər

B) Qara ciyər venalarının və portal venaların kiçik kalibrli periferik şaxələrinin vizualizasiyası çətinləşir

C) Qara ciyərin kənarları hamar qalır

D) Qara ciyərin exogenliyi artır

E) Hamısı düzdür

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 15-16
602) Hansı ultrasəs əlamətlər qara ciyər sirrozunun birbaşa əlamətlərinə aid deyil?

A) Qara ciyər toxumasının strukturunun dəyişilməsi

B) Qara ciyərin kənarlarının dəyişməsi

C) Qara ciyərin elastikliyinin pozulması nəticəsində səs keçirmə qabiliyyətinin zəifləməsi

D) Hamısı aiddir

E) Dalağın ölçülərinin böyüməsi və assit

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 17 - 18
603) Hansı ultrasəs əlamətlər qara ciyərin anadangəlmə kistaları üçün xarakterik deyil?

A) Girdə və ya oval forma

B) Divarların hamar olması

C) ”Yan kölgələr effekti” simptomunun olması

D) Kistanın daxilində çoxlu sayda arakəsmələrin olması

E) Arxa divarda “güclənmə effekti” simptomu

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 18 - 19
604) Qara ciyərin absesində irin əmələ gələnə qədərki mərhələdə exoqrafik ultrasəs şəkil necə vizuallaşır?

A) Kənarları qeyri - aydın olan hiperexogen ocaq formasında

B) İçərisində detrit ilə şərtləndirilmiş olan xırda hiperexogen hissəciklər olan kista formasında

C) Daxili kənarları nahamar olan kista formasında

D) Kənarları dəqiq və hamar olan kista formasında

E) İçərisində maye olan kista formasında

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 20
605) Qara ciyərin hematomasının ilkin mərhələsində xarakterik ultrasəs əlamətlər hansılardır?

A) Sərhədləri qeyri – hamar olan exoneqativ sahə

B) Kistanın daxilində fibrin nəticəsində dibə çökən exosiqnalların olması

C) Sərhədləri dəqiq olan hiperexogen sahə

D) Arxasında “exoneqativ güclənmə” siptomu olan kista formasında

E) Kənarları hamar və dəqiq olan kista

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 20
606) Qara ciyərin metastatik şişlərinin xarakterik ultrasəs əlamətlərinə hansılar aid deyil?

A) Kənarların qeyri – hamar olması

B) Mərkəzi hissənin hipoexogen, periferiyanın hiperexogen strukturalı olması

C) Kənarların dəqiq və hamar olması

D) Mərkəzi hissənin hiperexogen, periferiyanın hipoexogen strukturalı olması

E) Törəmənin exogenliyinin müxtəlif olması


Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 22 – 23
607) Kəskin xolesistitin xarakterik ultrasəs əlamətləri hansılardır?

A) Öd kisəsinin divarlarının qalınlaşması

B) Öd kisəsinin həcminin böyüməsi

C) Hamısı düzdür

D) Ödün tərkibinin qeyri – homogen olması

E) Məqsədyönlü palpasiya zamanı ağrı simptomu

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva,Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 37
608) Öd kisəsinin büzüşməsi üçün xarakterik olmayan exoqrafik əlamətlər hansılardır?

A) Öd kisəsində demək olar ki, sərbəst öd görünməməsi

B) Öd kisəsinin divarlarının bərkiməsi

C) Öd kisəsi daşla dolu olduqda müayinədə yalnız öd kisəsinin ön divarının formasını təkrar edən, arxasında “dorsal kölgəlik” olan xəttin görünməsi

D) Öd kisəsinin həcminin böyüməsi

E) Öd kisəsinin içərisində əksər hallarda daş olması

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 38
609) Öd kisəsinin bəd xassəli şişlərinin endofit formasının xarakterik ultrasəs əlamətləri hansılardır?

A) Şiş toxuması anexogen olur

B) Şiş toxumasının divarla əlaqəsi olmur

C) Şişin strukturu həmcins olur

D) Şiş toxuması divarla əlaqəli olur, “gül kələmə” bənzəyir

E) Şişin kənarları hamar olur

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 38 - 39
610) Öd kisəsinin xolesterozunu öd daşlarından fərqləndirən differensial diaqnostik ultrasəs əlamətlər hansılardır?

A) ”Dorsal kölgəliyin” təyin edilməməsi və törəmələrin hərəkətsiz olması

B) Ölçülərin kiçik olması

C) Öd kisəsinin divarlarının qalınlaşması

D) Sayının çox olması

E) Bütün cavablar doğrudur

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 39 - 40
611) Mədəaltı vəzin baş hissəsinin xərçəngini təsdiq edən birbaşa əlamətlər hansılardır?

A) Mədəaltı vəzin diffuz böyüməsi

B) Öd kisəsinin həcminin böyüməsi

C) Ümumi öd axacağının genişlənməsi

D) Qara ciyərdə metastatik dəyişikliklər

E) Mədəaltı vəzin baş hissəsinin lokal böyüməsi, strukturunun dəyişilməsi və kənarlarının nahamar olması

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 51 – 52
612) Hansı ultrasəs əlamət dalağın hemangiomaları üçün xarakterik deyil?

A) Törəmənin strukturunun homogen olması

B) Törəmənin strukturunun qeyri – həmcins olması

C) Törəmənin hiperexogen olması

D) Törəmənin kənarlarının hamar olması

E) Törəmənin hiperexogen və strukturunun homogen olması

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 58
613) Süd vəzilərinin infiltrativ forma mastitləri üçün xarakterik olmayan ultrasəs əlamətlər hansılardır?

A) Hipoexogen sahənin strukturunun qeyri – həmcins və kənarlarının qeyri – hamar olması

B) Hipoexogen sahənin kənarlarının qeyri – hamar və yayılmış olması

C) Süd vəzidə mayeli törəmənin olması

D) Hipoexogen sahənin strukturunun qeyri – həmcins olması

E) Süd vəzidə hipoexogen sahənin olması

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 141
614) Süd vəzinin fibroz – kistoz mastopatiyalarının xarakterik ultrasəs əlamətləri hansılardır?

A) Hamısı düzdür

B) Müxtəlif ölçülü kistalrın olması

C) Fibroz toxumanın artması

D) Süd vəzi axacaqlarının deformasiyaya uğraması

E) ”Qat – qat” piroq simptomu

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 142
615) Qalxanvari vəzin follikulyar adenomasının xarakterik ultrasəs əlamətləri hansılardır?

A) Törəmənin ətrafında zəif exogenliyə malik haşiyənin olması

B) Daxili strukturun homogen olması

C) Hamısı düzdür

D) Düzgün formaya malik olması

E) Kənarlarının dəqiq və hamar olması

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 145
616) Qida borusunun və mədənin endosonoqrafiyasına olan göstərişlər hansılardır?

A) Yanaşı orqanlara şiş prosesinin yayılmasının müəyyən edilməsi zəruriyyəti olduqda

B) Heç biri düzgün deyil

C) Selikaltı şiş prosesinə şübhə olduqda

D) Rentgen və endoskopik tədqiqatların mənfi və ya qeyri müəyyən nəticələri zamanı şiş xəstəliyinə şübhə olduqda

E) Bütün cavablar doğrudur

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 150 - 152
617) Endosonoqrafiyanın aparılmasına əks – göstərişlər hansılardır?

A) Şəxsiyyətin dəyişilməsi ilə gedən ruhi xəstəliklər

B) Ürəyin ağır formalı işemik xəstəliyi

C) Bütün cavablar düzdür

D) Aortanın böyük ölçülü anevrizması

E) Epileptik tutmalar

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 150 – 152
618) Prostat vəzin xərçənginin xarakterik ultrasəs əlamətləri hansılardır?

A) Vəzin konturunun deformasiyası

B) Vəzin assimetriyası

C) Heç biri xarakterik deyil

D) Hamısı düzdür

E) Vəzin daxili strukturunun qeyri – həmcins olması

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 82
619) Endometriyanın xərçəngi üçün xarakterik olmayan ultrasəs əlamətlər hansılardır?

A) Törəmənin daxili strukturunun qeyri – həmcins olması

B) Törəmənin kənarlarının qeyri – hamar olması

C) Miometriya ilə müqayisədə exogenliyin aşağı olması

D) Miometriya ilə müqayisədə exogenliyin yüksək olması

E) Endometriyanın dəqiq vizuallaşmaması

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 93 – 94
620) Yumurtalıq kistaların burulmasının xarakterik ultrasəs əlamətləri hansılardır?

A) Kistanın kapsulasında ikili konturun yaranması

B) Heç biri xarakterik deyil

C) Kistanın kapsulasının qalınlaşması

D) Duqlas boşluğunda sərbəst maye

E) Bütün cavablar doğrudur

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 97
621) Hansı ultrasəs əlamətlər yumurtalıqların polikistozu üçün xarakterik deyil?

A) Uşaqlığın ölçüsünün normaya nisbətən kiçik olması

B) Endometriyanın menstruasiya dövrünə uyğun qalınlıqdan artıq olması

C) Endometriyanın menstrusiya dövrünə uyğun qalınlıqdan az olması

D) Hər iki yumurtalıqda çoxlu sayda kiçik follikulların təkcə periferiyada deyil, həmçini mərkəzi hissədə vizuallaşması

E) Hər iki yumurtalığın ölçüsünün böyüməsi

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 98
Qarışıq suallar
622) Chiari 1 malformasiyası üçün ən dəqiq simptom hansıdır?

A) Böyük ənsə dəliyinin anatomik daralması və onurğanın bu səviyyədə kompressiyası

B) Yenidoğulmuşlarda hipersomnolensiya ilə müşayiət olunan hidrosirinqomiyeliya olmalıdır

C) Serebellyar tonzillərin 3 mm - dən çox bilateral kaudal ektopiyası

D) Serebellyar tonzillərin 5 mm - dən çox kaudal protruziyaları patoqnomonik haldır

E) Onurğa beynin boyun hissəsində sirinqomiyeliyanın olması

Ədəbiyyat: Ədəbiyyat: Нейрорадиология - Трофимова Т.Н. – Практическое руководство – 2005
623) Rombensefalosinapsis patologiyası zamanı xarakterik MR görünüşü nədən yaranır?

A) Xarakterik görüntü yalnız KT zamanı əldə edilir

B) Romboid çuxurunun ensefalolmalyasiyasının nəticəsi ola bilər

C) Serebellyar hemisferlərinin medial hissələrinin bir birinə anomal birləşməsi səbəbinə

D) Keçirilmiş rombensefalit nəticəsində yaranan bərkimələr nəticəsində əmələ gəlir

E) Sinaptik keçidlərin intoksikasiya nəticəsində yaranmış patoloji ocaqlar yaranmasında

Ədəbiyyat: Ədəbiyyat: Barkovich A.J Pediatric Neuroimaging -2008
624) Neyrofibromatoz tip 1 xəstəliyin MR və KT diaqnostikasında hansı sindrom xarakterik deyil?

A) Dəridə “cafe- au lait” ( südlü qəhvə) ləkələri

B) Bilateral statoakustik şvannomların mövcud olması

C) Ağ və dərin boz serebral maddədə fokal / lokal siqnal intensivliyinin artması

D) Pleksiform neyrofibromalar

E) Optik dəliyinin və orbital yarığın bir tərəfli abnormal dilyatasiyası və sfenoid qanadların displaziyaları

Ədəbiyyat: Ədəbiyyat: Диагностическая нейрорадиология В.Н. Корниенко, И.Н. Пронин - 2008-2012


Yüklə 302,99 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin