Xocalı soyqırımı şahidlərinin ifadələrindən:
Ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb ürəkləri parçalanmış, əksər meyidlər isə tikə-tikə doğranmışdır.
Heydərov Camal Əbdülhüseyn oğlu – “Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyidi var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyidlər isə tikə-tikə doğranmışdılar”.
Heydərov Şahin Zülfüqar oğlu – Naxçıvanik kəndi (Xocalı) yaxınlığında 80-ə yaxın meyid görüb. Meyidlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdir. Milis mayoru Əlif Hacıyev, yaxın qohumları Səlimov Fəxrəddin, Səlimov Mikayıl da qətlə yetirilənlər arasında olmuşdur.
Hümbətov Cəlil Hümbətli oğlu – Ermənilər onun gözü qarşısında həyat yoldaşı Füruzə, oğlu Muğan, qızı Simuzər və gəlini Südabəni güllələnmişlər.
Paşayeva Kübra Adil qızı – Kətik meşəsinə girən ermənilərin mühasirəsinə düşmüşdür. Gizləndiyi kolluqdan həyat yoldaşı Paşayev Şura Tapdıq oğlu, oğlu Paşayev Elşad Şura oğlunun güllələnməsinin şahidi olmuşdur.
Əmirova Xəzəngül Təvəkkül qızı-Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlükdə girov götürmüşdür. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyib, atası Əmirov Təvəkkülü isə benzin tökərək yandırmışlar.
Əliyeva Zoya Əli qızı-150 nəfərə qədər adamla 3 gün meşədə Zoyanın yanında Əhmədova Dünya və onun bacısı Gülxar donaraq ölmüşdür.
Mustafayeva Kübra Əliş qızı- “Ermənilər bizi girov götürən kimi yanımdakı altı nəfəri yerindəcə güllələnmişlər”.
Kərimova Səidə Qurban qızı- “12 nəfərlə birlikdə girov götürüldük. Ermənilər qızım Nəzakəti, Tapdığı, Səadəti, İradəni işgəncə ilə öldürmüşlər”.
Nəcəfov Əli Ağami oğlu- “Ermənilər qaçan adamları mühasirəyə alaraq 30-40 nəfəri yerindəcə güllələmişlər”.
Dostları ilə paylaş: |