AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MNKT, MBQİ Surəti:MİNİ
Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 16.04.11
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 +1 Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün: Nazir E.Məmmədyarov
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: “Avriopa 2001” jurnalının baş redaktoru _______ keçirilmiş görüşə dair
Azərbaycan Respublikasının
Xarici İşlər Naziri
cənab E.Məmmədyarova
Hörmətli cənab Nazir,
Məlumat üçün bildiririk ki, cari ilin 15 aprel tarixində “Avriopa 2001” jurnalının baş redaktoru _______-nın xahişi ilə onunla görüş keçirilmişdir.
Görüş zaman xanım _______ -a ____-ci ildən bolqar dilində nəşr olunan “Avriopa 2001” jurnalı barəsində danışaraq, bu jurnalın il ərzində 6 nömrəsinin 3000 (üç min) tirajla buraxıldığını və üzvü olan Bolqarıstanın dövlət və özəl strukturları, ölkədə akkreditə olunan diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndəliklərinin arasında yayıldığını bildir-mişdir. Bununla yanaşı xanım _______ - a bu jurnalda son üç il ərzində səfirliklər vasitəsi ilə onların ölkələri haqqında geniş və ətraflı məlumatların yayıldığını və buraxılışda yayılan məlumatların 95 % -nin onların ölkələrinə həsr olunduğunu bildirərək, son illərdə dərc olunmuş buraxlışların Türkiyə, Rusiya, İran, Gürcüstan, ermənistan, Qazaxıstan, Ukarayna, Rumıniya, Macarıstan, Litva, Çexiya, Xorvatiya, Portuqaliya, Bosniya və Hersoqovina, Niderland, Serbiya, Cənubi Afrika kimi ölkələrə həsr olunduğunu qeyd etmiş və bu buraxılışlarda Səfirliklər tərəfindən təqdim olunmuş məlumatlar əsasında jurnalda çalışan mütəxəssislər vasitəsi ilə bolqar dilinə tərcümə edilərək, dərc olunduğunu bildirmişdir. Məlumatların bir neçə istiqamət üzrə təqdim olunduğunu bildirən xanım _____ -a, misal kimi Ukrayna və Litva haqqında dərc olunmuş buraxılışların ilk səhifələrində həmin ölkələrin Xarici İşlər nazirləri və Səfirləri tərəfindən verilmiş müsahibələrin təqdim olunduğunu, Gürcüstana həsr olunmuş buraxılışda isə Gürcüstan Respublikasının Prezidenti M.Sarkaşvili tərəfindən Bolqarıstan xalqına ünvanlanmış müraciətinin və Gürcüstanın Bolqarıstandakı Səfirinin müsahibəsinin çap olunduğunu bildirmişdir. (əlavə olunur müvafiq jurnallar - __ ədəd)
Həmçinin xanım ____ jurnalın ermənistan haqqında buraxılışı haqqında danışaraq, buraxılışın ilk səhifələrində ermənistan Prezidenti S.Sarkisyanın Bolqarıstan xalqına müraciətinin və Xarici İşlər naziri E.Nalbadyanın 26 mart 2010-cu il tarixində “Armenpress” agentliyinə verilmiş müsahibəsinin və Ermənistanın Bolqarıstandakı sabiq Səfirinin (hazırki Xarici İşlər nazirinin müavini) müsahibəsinin dərc olunduğunu bildirmişdir.
Qeyd etmək istərdik ki, bu buraxılışda ermənistan Xarici İşlər naziri E.Nalbadyanın müsahibəsinin əksər hissəsi “Dağlıq Qarabağ” münaqişəsinə və ermənistan – Türkiyə münasibətlərinə həsr olunmuşdur. Bununla yanaşı, buraxılışın ermənistan tarixinə həsr olunmuş bölməsində, ermənistan Səfirliyi tərəfindən təqdim olunmuş tarixi arayışda ( səhifə 11-12) uydurma və yanlış məlumatları özündə əks etdirən xəritələr dərc olunmuşdur. Həmçinin, bu buraxılışda Azərbaycan mətbəxinin nümunələri – dolma, xaşlama və. s erməni mətbəxinin inciləri kimi təqdim olunmuşdur. Ümumiyyətlə jurnalda ermənistan az qala Qara, Xəzər və Aralıq dənizləri arasında yerləşən nəhəng bir ölkə kimi göstərilmişdir.
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MİƏİ Surəti: MBQİ
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 18.04.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 2 Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: AR Ekologiya və Təbii Sərvətlər Naziriliyi
Məsələyə dair: Bolqarıstanın Ətraf mühit və Su naziri xanım Nona Karadjova ilə keçirilmiş görüşə dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin müavini
cənab M.Məmməd-Quliyevə
Hörmətli Mahmud müəllim,
Məlumat üçün bildiririk ki, cari ilin aprel ayının 18-də Bolqarıstanın Ətraf mühit və Su naziri xanım Nona Karadjova ilə Səfir E.Kərimov arasında görüş keçirilmişdir. Görüş zamanı xanım N.Karadjova Səfir E.Kərimovu salamlayaraq, tanışlığa görə məmnunluğunu ifadə etmiş və diplomatik fəaliyyətində uğurlar arzulamışdır.
Öz növbəsində Səfir E.Kərimov xanım N.Karadjovaya tanışlığa görə qarşılıqlı məmnunluğu ifadə edərək, səmimi qəbula görə təşəkkürünü bildirmiş və iki ölkə arasında müxtəlif sahələr üzrə xüsusi ilə energetika sahəsi üzrə inkişaf etmiş münasibətlərdən danışaraq, ölkəmizin Bolqarıstanla qeyri-enerji sektoru üzrə də yüksək səviyyəli əlaqələrin qurulmasında maraqlı olduğunu bildirmişdir. Həmçinin Səfir E.Kərimov bu istiqamətdə AR-in Ekoloğiya və Təbii Sərvətlər Nazirliyi ilə BR-in Ətraf mühit və Su Nazirliyi arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq, qurumlar arasında əməkdaşlıq çərçivəsində təcrübə mübadilə-sinin aparılmasının, birgə tədbirlərin keçirilməsinin, qarşılıqlı səfərlərin təşkil edilməsinin və əməkdaşlıq haqqında Sazişin imzalanmasının vacib olduğunu bildirmişdir. Sonra Səfir E.Kərimov Mərkəzdən göndərilən Ətraf mühitin qorunması üzrə Saziş layihəsini xanım N.Karadjovanın diqqətinə təqdim etmiş və yaxın gələcəkdə qurum rəhbərlərinin qarşılıqlı səfərləri çərçivəsində imzalanacağına ümidvar olduğunu bildirmişdir.
Öz növbəsində xanım N.Karadjova Səfir E.Kərimova Bolqarıstanın bu sahədə böyük təcrübəyə malik olduğunu qeyd edərək, ölkəsinin Avropa İttifaqına üzv olduqdan sonra bu sahənin daha da inkişaf etdirildiyini, müxtəlif proqramlar çərçivəsində böyük islahatların aparıldığını, qanunvericilikdə dəyişikliklərin edildiyini bildirmişdir. Sonra xanım N.Karadjova Səfir E.Kərimova rəhbərlik etdiyi qurumun AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə ikitərəfli, Avropa Qonşuluq Siyasəti və digər beynəlxalq proqramlar çərçivəsində əməkdaşlığa maraq göstərdiyini bildirərək, tərəfimizdən təqdim olunmuş Saziş layihəsinə tezliklə baxılacağını qeyd etmişdir.
Sonda Səfir E.Kərimov xanım N.Karadjovaya səmimi qəbula görə bir daha təşəkkürünü bildirərək, əməkdaşlıq çərçivəsində bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyinə ümidvar olduğunu bildirmişdir
Görüşdə həmçinin BR Ətraf mühit və Su Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi xanım E.Krayeva və Səfirliyin III katibi E.Məmmədov iştirak etmişlər.
Məlumat üçün diqqətinizə təqdim edirik
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 19.04.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
Səhifələrin sayı: 2 Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün:
Məsələyə dair: Bolqarıstanın daxili və xarici siyasəti ilə bağlı
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Məlumat üçün bildiririk ki, ötən həftə KİV-də yayılmış məlumatların əksəriyyəti BR Xarici İşlər naziri N.Mladenovun Suriyaya, Yəmənə səfərlərinə, Parlamentin növbəti iclasına və həftə ərzində siyasi partiyaların ictimaiyyət arasında faizlərlə hesablanmış etimad göstəricilərinə həsr olunmuşdur.
BR Xarici İşlər naziri N.Mladenovun Suriyaya, Yəmənə səfərləri ilə bağlı KİV-də yayılmış məlumatlarda nazir N.Mladenovun Aİ-nın Səfiri kimi bu ölkələrə səfər etdiyini və səfərlər çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşlər zamanı hər iki ölkədə dərhal baş verən zorakılıqların dayandırlmasının, insan haqqlarının qorunmasının və ölkələrin daxili siyasətində islahatların aparılmasının Aİ tərəfindən tələb olunduğunu bildirmişdir. Həmçinin KİV-də qarşı tərəflərdən nazir N.Mladenova ölkərində siyasi, iqtisadi sahələrdə islahatların aparıldığı, tezliklə sabitliyin, əmin-amanlığın bərpa ediləcəyi barədə məlumatlar da öz əksini tapmışdır. Bununla yanaşı, KİV-də yerli müşahidəçilər, bu cür missiyanın Aİ tərəfindən məhs Bolqarıstana həvalə edilməsi məsələsini, vaxti ilə Suriyadan və Yəməndən çoxsayda tələbələrin Bolqarıstanda təhsil alması ilə və bu kimi hallarla onların Bolqarıstana bağlanması ilə həmçinin Bolqarıstanın hər zaman öz xarici siyasətində bu ölkələrlə olan münasibətlərinə xüsusi diqqət yetirməsi ilə əlaqələndirmişlər.
Ötən həftə həmçinin KİV-də Parlamentin növbəti iclasına həsr olunmuş məlumatlara da çox rast gəlinmişdir. Belə ki, KİV-də verilən məlumatlara görə Parlamentin bu iclasında Müdafiə Nazirliyinin 2010-cu ilə dair hesabatına, yeni 10 illik inkişaf planına və müdafiə xərclərinə baxıldığı qeyd olunmuş və millət vəkilləri tərəfindən müzakirələr zamanı yenə də, sağ və sol yönlü partiyalar arasında müxtəlif ittihamların, narazılıqların müşahidə olunduğu bildirilmişdir. Ordunun Liviyada sabitliyin təmin olunmasına dair iştirakı ilə bağlı Hökumətin qərarı solçular tərəfindən pislənərək, ölkədə baş verən iqtisadi böhran dövründə bu cür hallarla bağlı büdcədən külli miqdarda vəsait xərclənməsinə heç bir lüzumun olmadığını qeyd etmiş və Hökumətin qərarının Parlament tərəfindən ləğv edilərək, ordunun geri çağırılmasını tələb etmişlər. Müzakirələrdən sonra Müdafiə Nazirliyinin təqdim etdiyi müdafiə xərclərinin artırılması təklifi və 10 illik inkişaf planı millət vəkilləri arasında səsə qoyularaq, 87 lehinə və 9 əlehinə səslə qəbul edilmişdir.
KİV-də həftə ərzində siyasi partiyaların ictimaiyyət arasında etimad göstəriciləri ilə bağlı yayılmış məlumatlarda isə ötən həftə müxtəlif yerli exit-poll təşkilatları tərəfindən siyasi partiyaların ictimaiyyət arasında etimadı ilə bağlı sorğu kampaniyalarının təşkil olunduğu qeyd olunmuş və sorğu kampaniyaları nəticəsində müxalif BSP partiyasının 20 faizlik göstəriciləri ilə 24 faizlik etimada sahib olan hakim Gerb partiyasından cüzi fərqlə geri qaldığı bildirilmişdir. Yerli müşahidəçilər bu cür göstəricilərin davam edəcəyi təqdirdə, BSP partiyasının Prezident seçkilərində hakim Gerb partiyasına qalib gəlmə ehtimalını bildirərək, bu cür halın gələcək Parlament seçkilərinə də öz təsirini göstərəcəyini qeyd etmişlər.
Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MİƏİ Surəti: MBQİ
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 19.04.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
Səhifələrin sayı: 1 Əlavə olunur: məktub – 2 vərəq
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: AR Əmlak məsələləri üzrə Dövlət Komitəsinə
Məsələyə dair: BR Özələşdirmə və Özələşdirmədən sonra Nəzarət Agentliyinin məktubu ilə bağlı
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin müavini
cənab M.Məmməd-Quliyevə
Hörmətli Mahmud müəllim,
Bununla, BR Özəlləşdirmə və Özəlləşdirmədən sonra Nəzarət Agentliyinin direktoru E.Karanikolov tərəfindən AR Əmlak məsələləri üzrə Dövlət Komitəsinin sədri K.Həsənova ünvanlanmış məktubu diqqətinizə təqdim edir və onu ünvan sahibinə çatdırılması üçün göstəriş verməyinizi xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ, MİŞİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 21.04.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
Səhifələrin sayı: 2 Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün:
Məsələyə dair: Sofiya şəhər Apelyasiya Məhkəməsinin qərarı ilə bağlı
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Səfirliyin SSOF/255/10 saylı, 07.09.2010-cu il tarixli məktubuna əlavə olaraq bildiririk ki, cari ilin 20 aprel tarixində Sofiya şəhər Apelyasiya Məhkəməsində Sofiya şəhər Məhkəməsinin 2010-cu il 12 may tarixli qərarından verilmiş apelyasiya şikayətinə baxılmışdır.
Xatırlatmaq istərdik ki, Sofiya şəhər Məhkəməsinin bu qərarında 2008-2009-cu illərdə keçirilən Bolqarıstanın Milli Müsəlman Konfransının qərarının (Mustafa Alış Hacının Ali Müfti seçilməsi ilə bağlı) qanunsuz hesab edilməsi və Nədim Hafiz İbrahim Genciyevin Ali Müsəlman Şurasının sədri kimi legitimliyinin təsdiq olunması qeyd olunmuşdur.
KİV-də yayılan məlumatlara görə, Sofiya şəhər Apelyasiya Məhkəməsinin bu iclasında Sofiya şəhər Məhkəməsinin 12.05.2010-cu il tarixli qərarı əsassız hesab olunaraq, ləğv edilməsinə dair qərar qəbul olunmuş və verilmiş bu qərarla Mustafa Alış Hacının Bolqarıstanın Ali müfti vəzifəsinə seçilməsinin legitimliyi təsdiq edilmişdir.
Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MKON Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 21.04.2011
Sənəd necə göndərilir: Elektron poçt* Faks Dip.poçt
Səhifələrin sayı: 1 Əlavə olunur:
Məhdudluğu qrifi: Xidməti istifadə üçün*
Təcililiyi: Adi Təcili * Çox təcili
Vacibliyi: Adi Vacib * Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab N.Hüseynova
Hörmətli Nadir müəllim,
Mərkəzin S/15-9382/05/11 saylı, 21.04.2011-ci il tarixli məktubuna (Xarici ölkələrdə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının həyatları üçün təbii qəzalar və s hallar nəticəsində hər-hansı bir təhlükə yarandığı halda onların təxliyə edilməsi üçün mobil qruplarin operativ hazırlanması məqsədi ilə Fövqalə Hallar Nazirliyinin sorğusu) cavab olaraq, Səfirliyimizin rəsmi əlaqə vasitələri barədə məlumatı diqqətinizə təqdim edirik.
telefon nömrəsi: (00 359 2) 817-00-70 (74)
fax nömrəsi: (00 359 2) 817-00-77
elektron ünvan: sofia@mission.mfa.gov.az
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ, MHMİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 22.04.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
Səhifələrin sayı: 2 Əlavə olunur: Saziş layihəsi- 2 vərəq və tədbir barədə
materiallar – 6 vərəq
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: BR Memarlar İttifaqının prezidenti Georgi Bakalovla keçirilmiş görüşə dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Məlumat üçün bildiririk ki, cari ilin aprel ayının 21-də BR Memarlar İttifaqının prezidenti Georgi Bakalovun təşəbbüsü ilə onunla görüş keçirilmişdir.
Görüş zamanı cənab G.Bakalov dəvəti qəbul etdiyinə görə Səfir E.Kərimova təşəkkür etmiş və tanışlığa görə məmnunluğunu ifadə etmişdir. Sonra G.Bakalov rəhbərlik etdiyi qurumun 46 illik tarixindən, quruma 3000 nəfərə yaxın memarın üzv olmasından və Beynəlxalq Memarlar İttifaqının, Avropa Memarlar İttifaqının eləcə də, Qara Dəniz regionundan Memarlar Forumunun üzvü olmasından ətraflı danışaraq, cari ilin 30 aprel-01 may tarixlərində Bolqarıstan Memarlar İttifaqının təşkilatçılığı və Bolqarıstanın Regionların İnkişafı və Abadlıq Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Bolqarıstan Memarlar Palatasının, İnvestisiya layihələri üzrə Mühəndislər Palatasının dəstəyi ilə Varna şəhərində keçiriləcək Qara Dəniz regionundan Memarlar Forumunun növbəti görüşü barədə Səfir E.Kərimova məlumat vermişdir. Tədbirin məqsədinin ərazidə mədəniyyətin və iqtisadiyyatın inkişafı üçün tikinti imkanlarının araşdırıması ilə bağlı investorların və rəsmi şəxslərin diqqətinin cəlb edilməsi olduğunu bildirən cənab G.Balakov tədbirə Rumıniyadan, Moldavadan, Ukraynadan, Rusiyadan, Azərbaycandan, Gürcüstandan, ermənistandan, Türkiyədən, Yunanıstandan, Makedoniyadan, Kiprdən eləcə də, Beynəlxalq Memarlar İttifaqından, region üzrə bələdiyələrdən, qeyri hökumət təşkilatlarından, Sənaye və Ticarət Palatasından, maliyyə təşkilatlarından nümayəndələrin dəvət edil-diyini qeyd etmiş və ölkəmizdən bu tədbirdə 2 nəfər nümayəndənin iştirak edəcəyini bildirmişdir.
Sonra cənab G.Bakalov rəhbərlik etdiyi qurumun Azərbaycan Memarlar İttifaqı ilə əməkdaşlıq etməyə böyük maraq göstərdiyini qeyd edərək, bu qurumlar arasında yüksək səviyyəli əlaqələrin qurulması üçün müvafiq işlərin görülməsinin, tərəflər arasında əməkdaşlıq haqqında Sazişin imzalanmasının, təcrübə mübadilələrinin aparılmasının, görüşlərin, qarşılıqlı səfərlərin, birgə tədbirlərin keçirilməsinin zəruriliyini bildirmişdir. Bununla yanaşı, cənab G.Bakalov cari ilin 30 aprel-01 may tarixində Varna şəhərində keçiriləcək Forum çərçivəsində iştirak edəcək Azərbaycan nümayyəndə heyyəti ilə qurumlar arasında əməkdaşlıq haqqında Saziş layihəsinin imzalanmasının planlaşdırıldığını qeyd etmiş və Saziş layihəsinin surətini eləcə də Forumla bağlı materialları (əlavə olunur - 8 vərəq) Səfir E.Kərimova təqdim etmişdir.
Sonda cənab G.Bakalov Səfir E.Kərimova Səfirliyimizin vasitəçiliyi ilə qurumlar arasında əlaqələrin daha da inkişaf edəcəyinə və yüksək səviyyəyə çatacağına ümidvar olduğunu bildirmişdir.
Öz növbəsində Səfir E.Kərimov səmimi qəbula görə təşəkkürünü bildirərək, Səfirliyimizin vasitəçiliyi ilə qurumlar arasında əlaqələrin inkişaf etdirilməsinə daim hazır olduğunu qeyd etmişdir.
Forumla bağlı materialları və Saziş layihəsini məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 25.04.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 2 Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: BR Xalq Məclisinin sədri xanım T.Tsaçevanın ölkəmizə dəvət edilməsinə dair təklif
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Bildiyiniz kimi, Azərbaycan və Bolqarıstan Parlamentləri arasında yüksək səviyyəli münasibətlər mövcuddur. Bu münasibətlər qarşılıqlı səfərlər, tez-tez keçirilən görüşlər səviyyəsində daha da inkişaf etməkdədir. Qeyd etmək istərdik Bolqarıstan və Azərbaycan Parlarlament-lərinin rəhbərləri və millət vəkilləri səviyyəsində indiyənədək 6 (sədrlər səviyyəsində 3, deputatlar səviyyəsində 3) qarşılıqlı səfər baş tutmuşdur. Parlament rəhbərləri səviyyəsində səfərlərdən sonuncuları kimi 22.11.2006-cı il tarixində Bolqarıstan Respublikasının Parlamentinin sabiq sədri cənab G.Pirinskinin ölkəmizə səfəri və Azərbaycan Respublikasının
Milli Məclisinin sədri cənab O.Əsədovun 19.05.2008-ci il tarixində Bolqarıstana səfəri qeydə alınmışdır.
Bununla yanaşı məlum olduğu kimi, 2009-cu ildə Bolqarıstanda keçirilmiş Parlament seçkilərinin nəticəsində xanım T.Tsaçeva Xalq Məclisinin yeni sədri vəzifəsinə seçilmişdir. Parlamentin yeni sədri xanım T.Tsaçeva 2009-2011-ci illər ərzində bir çox ölkələrə, həmçinin MDB ölkələrinə səfər etmişdir. Eyni zamanda bu yaxınlarda 2011-ci il 28-29 mart tarixlərində xanım T.Tsaçevanın Gürcüstan Respublikasına rəsmi səfəri olmuş (Səfirliyin SSOF/114/11 saylı, 31.03.11tarixli məktubu) və bu səfər onun regionumuza ilk səfəri hesab olunmuşdur.
Yuxarıda qeyd olunanları və xanım T.Tsaçevanın ölkəmizə səfər etməməsini nəzərə alaraq, Balkan bölgəsində böyük siyasi təsir gücünə malik olan və bölgədə yaxın tərəfdaşımız hesab olunan Aİ-nın üzvü Bolqarıstanla Parlamentlərarası əlaqələrin genişləndirilməsi naminə iki ölkənin Parlament spikerlərinin görüşünün keçirilməsinin əlaqələrin inkişafında böyük rol oynayacağına əmin olduğumuzu bildirik.
Bununla əlaqədar, BR Xalq Məclisinin sədri xanım T.Tsaçevanın AR Milli Məclisinin sədri cənab O.Əsədov tərəfindən ölkəmizə dəvət olunmasını məqsədəuyğun hesab edir və məsələyə Milli Məclisin rəhbərliyi tərəfindən baxılması üçün müvafiq işlərin aparılmasında yardımçı olmağınızı xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 29.04.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 + Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Dostları ilə paylaş: |