Haradan: SSOF
Haraya: MBQİ, MİƏİ,MİHİ Surəti:
Çıxış nömrəsi: SSOF/ 101 /11 Tarix: 16.03.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 + Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün: Nazir müavini X.Xələfov
Məlumat verilməsi üçün: AR Milli Məclisi
Məsələyə dair: Azərbaycan–Bolqarıstan Parlamentlərarası dostluq qrupunun üzvləri ilə keçirilmiş görüşə dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Məlumat üçün bildiririk ki, cari ilin 16 mart tarixində Azərbaycan–Bolqarıstan Parlamentlərarası dostluq qrupunun Bolqarıstan tərəfindən sədri, millət vəkili Rəmzi Osmanın dəvəti ilə Parlamentlərarası dostluq qrupunun üzvləri (12 nəfər) ilə Səfir E.Kərimov arasında dəyirmi masa ətrafında tanışlıq məqsədi ilə görüş keçirilmişdir.
Görüş zamanı ilk öncə millət vəkili R.Osman dostluq qrupunun üzvləri adından Səfir E.Kərimovu salamlayaraq dəvəti qəbul etdiyinə görə təşəkkür etmişdir. Sonra cənab R.Osman iki ölkə arasında Parlamentlərarası dostluq əlaqələrinin yüksək səviyyədə olmasını qeyd edərək, mövcud olan sıx münasibətlərin Səfirliyin iştirakı ilə daha da inkişaf edəcəyinə əmin olduğunu bildirmiş və dostluq qrupunun üzvlərini fərdi qaydada təqdim edərək, çıxış üçün qrup üzvlərinə söz vermişdir. Bolqarıstanın müxtəlif partiyalarını və regionlarını təmsil edən qrup üzvləri öz çıxışlarında ölkəmizin regionda iqtisadi inkişafı ilə seçilən bir dövlət olduğunu bildirərək, böyük enerji potensialı olan Azərbaycanın, Avropa Birliyinin üzvü olan Bolqarıstan üçün böyük əhəmiyyət kəsb etdiyini bildirmişlər.
Öz növbəsində Səfir E.Kərimov səmimi və xoş sözlərə görə dostluq qrupunun üzvlərinə təşəkkür edərək, Azərbaycanla Bolqarıstan arasında yüksək səviyyədə olan ikitərəfli, çoxtərəfli münasibətlərdən, bu münasibət-lərin inkişafında Parlamentlərarası dostluq qrupunun rolundan danışaraq bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün müxtəlif istiqamətlər üzrə müvafiq işlərin aparılmasının, qarşılıqlı səfərlərin təşkil edilməsinin zəruriliyini vurğulamışdır.
Bununla yanaşı, Səfir E.Kərimov qrup üzvlərinin diqqətinə ölkəmizin ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat çatdırmış və 1994-cü ildə razılaşdırılmış atəşkəs rejiminin ermənistan silahlı qüvvələri tərəfindən kobud şəkildə tez-tez pozulması nəticəsində bir çox azərbaycanlıların ölümünə səbəb olduğunu qeyd edərək, növbəti insident zamanı 2002-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, dinc sakin Fariz Arzu oğlu Bədəlovun erməni hərbiçiləri tərəfindən snayper silahından açılan güllə ilə qətlə yetirilməsi barədə məlumat vermişdir. Səfir E.Kərimov 9 yaşlı günahsız uşağa qarşı törədilmiş bu hadisəni bütün beynəlxalq hüquq normalarına zidd olduğunu bildirərək, bu cür vandalist əməlləri ilə ermənilərin öz təcəvüzkar siyasətlərini davam etdirdiklərini və münaqişənin həllində daim qeyri konstruktiv mövqe göstərdiklərini qeyd etmişdir. Sonra Səfir E.Kərimov dostluq qrupunun üzvlərini bu cür vəhşiliyi ifşa etməyə və Bolqarıstanın Avropa Birliyinin üzvü kimi münaqişənin Azərbaycan ərazi bütövlüyü çərçivəsində həlli məsələsində daha fəal iştirak etməsinə çağırmışdır.
Öz növbəsində Parlamentlərarası dostluq qrupunun üzvləri Bolqarıstanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduqlarını, ATƏT–in Minsk qrupu çərçivəsində aparılan danışıqlara dəstək verdiklərini və münaqişə ilə bağlı dövlət rəsmiləri çərçivəsində keçirilən görüşləri daim izlədiklərini bildirmişlər. Bununla yanaşı millət vəkilləri erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş Fariz Arzu oğlu Bədəlovla bağlı hadisəni tənqid edərək, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll ediləcəyinə ümidvar olduqlarını bildirmişlər.
Bundan əlavə, Səfir E.Kərimov Bolqarıstanla əlaqələrin enerji sahəsi ilə yanaşı, qeyri-enerji sektoru üzrə, xüsusi ilə Bolqarıstanda yüksək səviyyədə inkişaf etmiş kənd təsərrüfatı, turizm və yüngül sənaye sahələri üzrə münasibətlərimizin inkişafında Azərbaycan tərəfinin maraqlı olduğunu bildirmişdir. Həmçinin ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması məqsədi ilə biznes forumların keçirilməsinin və biznes missiyaların qarşılıqlı səfərlərinin təşkil edilməsinin vacibliyini vurğulamışdır. Bununla yanaşı dost xalqlarımız arasında mədəniyyət günlərinin, konsertlərin, sərgilərin və s tədbirlərin keçirilməsinin, habelə Şəki və Qabrova şəhərləri arasında qurulmuş qardaşlaşmış əlaqələrin dövlətlərimizin digər şəhərləri arasında da qurulmasının əhəmiyyəti barədə qarşı tərəfin diqqətinə çatdırmışdır.
Sonra millət vəkilləri Bolqarıstanın Azərbaycanla enerji sahəsində əməkdaşlığa xüsusi önəm verdiyini, nəzərdə tutulan enerji layihələrinin tezliklə həyata keçirilməsinə, eləcə də mədəniyyət və turizm əlaqələrinin inkişaf etdirilməsi üçün Sofiya-Bakı arasında birbaşa hava xəttinin açılmasına böyük maraq göstərdiklərini qeyd etmiş və ölkəmizin Bolqarıstanla enerji layihələri üzrə nəzərdə tutulan planları barədə maraqlanmışlar.
Məsələyə dair qarşı tərəfə Azərbaycanın enerji resurslarının Bolqarıstana ixracı məsələsində dövlətimizin maraqlı olduğunu bildirilmiş və bu sahə üzrə tərəflərimiz arasında müvafiq işlərin aparılması barədə məlumat verilmişdir.
Görüşün sonunda Səfir E.Kərimov bir daha dostluq qrupunun üzvlərinə səmimi qəbula görə təşəkkürünü bildirmiş və Azərbaycana dəvət etmişdir.
Millət vəkillərinə Azərbaycan həqiqətlərini əks etdirən kitablar, jurnallar və broşuralar təqdim edilmişdir.
Görüşdə Səfirliyin müşaviri N.Əfəndiyeva və üçüncü katibi E.Məmmədov iştirak etmişdir.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MMXİ, MİNİ Surəti:
Çıxış nömrəsi: SSOF/ 100 /11 Tarix: 16.03.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 + Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Əvvəlki müraciətlər:_________________
XİN-in /35-5631/35/11 saylı, 10.03.2011-ci il tarixli və S/35-5785/35/11 saylı, 11.03.2011-ci il tarixli məktublarına cavab
Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: A.Bədəlovun erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi əməlinin ölkə rəsmiləri tərəfindən pislənməsi ilə bağlı Azərbaycan–Bolqarıstan Parlamentlərarası dostluq qrupunun üzvləri ilə keçirilmiş görüşə dair
Xarici İşlər Nazirliyinin
Mətbuat Xidmətinin
rəhbəri cənab E.Poluxova
Hörmətli Elxan müəllim,
Nazirliyin S/35-5631/35/11 saylı, 10.03.2011-ci il tarixli və S/35-5785/35/11 saylı, 11.03.2011-ci il tarixli (A.Bədəlovun erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi əməlinin ölkə rəsmiləri tərəfindən pislənməsi ilə bağlı) məktublarına cavab olaraq bildiririk ki, cari ilin 16 mart tarixində Azərbaycan–Bolqarıstan Parlamentlərarası dostluq qrupunun üzvləri (12 nəfər) ilə Səfir E.Kərimov arasında görüş keçirilmişdir. Görüş zamanı Səfir E.Kərimov dostluq qrupunun üzvləri ilə Azərbaycan-Bolqarıstan arasında mövcud olan ikitərəfli, çoxtərəfli münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi ilə yanaşı, qrup üzvlərinin diqqətinə ölkəmizin ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat çatdırmış və 1994-cü ildə razılaşdırılmış atəşkəs rejiminin ermənistan silahlı qüvvələri tərəfindən kobud şəkildə tez-tez pozulması nəticəsində bir çox azərbaycanlıların ölümünə səbəb olduğunu qeyd edərək, növbəti insident zamanı 2002-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, dinc sakin Fariz Arzu oğlu Bədəlovun erməni hərbiçiləri tərəfindən snayper silahından açılan güllə ilə qətlə yetirilməsi barədə məlumat vermişdir. Səfir E.Kərimov 9 yaşlı günahsız uşağa qarşı törədilmiş bu hadisəni bütün beynəlxalq hüquq normalarına zidd olduğunu bildirərək, bu cür vandalist əməlləri ilə ermənilərin öz təcəvüzkar siyasətlərini davam etdirdiklərini və münaqişənin həllində daim qeyri konstruktiv mövqe göstərdiklərini qeyd etmişdir. Sonra Səfir E.Kərimov dostluq qrupunun üzvlərini bu cür vəhşiliyi ifşa etməyə və Bolqarıstanın Avropa Birliyinin üzvü kimi münaqişənin Azərbaycan ərazi bütövlüyü çərçivəsində həlli məsələsində daha fəal iştirak etməsinə çağırmışdır.
Öz növbəsində Parlamentlərarası dostluq qrupunun üzvləri Bolqarıstanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduqlarını, ATƏT–in Minsk qrupu çərçivəsində aparılan danışıqlara dəstək verdiklərini və münaqişə ilə bağlı dövlət rəsmiləri çərçivəsində keçirilən görüşləri daim izlədiklərini bildirmişlər. Bununla yanaşı millət vəkilləri erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş Fariz Arzu oğlu Bədəlovla bağlı hadisəni tənqid edərək, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll ediləcəyinə ümidvar olduqlarını bildirmişlər.
Məlumat üçün diqqətinizə təqdim edir və bildiririk ki, Səfirlik tərəfindən keçiriləcək bütün görüşlərdə qarşı tərəflərin diqqətinə daim bu hadisə ilə bağlı ətraflı məlumat veriləcəkdir.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MHMİ , MBQİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 28.03.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 + Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: AR Daxili İşlər Nazirliyi, Fövqəladə Halar Nazirliyi
Məsələyə dair: Bolqarıstan Respublikasının Baş nazirinin müavini, Daxili İşlər naziri Tsvetan Tsvetanovla keçirilmiş görüşə dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Məlumat üçün bildiririk ki, cari ilin 25 mart tarixində Bolqarıstan Respublikasının Baş nazirinin müavini, Daxili İşlər naziri Tsvetan Tsvetanovla Səfir E.Kərimov arasında görüş keçirilmişdir. Görüş zamanı ilk öncə cənab T.Tsvetanov Səfir E.Kərimovu salamlayaraq, tanışlığa görə məmnunluğunu ifadə etmişdir.
Öz növbəsində Səfir E.Kərimov səmimi qəbula görə təşəkkürünü bildirərək, iki ölkə arasında yüksək səviyyəli münasibətlərdən danışmış və ölkəmizin Avropa Birliyinin və NATO-nun üzvü olan tərəfdaş ölkə Bolqarıstanla münasibətlərə xüsusi önəm verdiyini qeyd etmişdir. Sonra Səfir E.Kərimov ölkələrimiz arasında enerji sahəsində əlaqələrin mövcudluğunu qeyd edərək, qeyri-enerji sektoru üzrə də əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulamış və kənd təsərrüfatı, turizm, mədəniyyət, təhsil və s. sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün əsaslı zəminin olduğunu cənab T.Tsvetanova bildirmişdir. Bununla yanaşı, Səfir E.Kərimov hər iki ölkənin güc strukturları arasında xüsusi ilə Daxili İşlər və Fövqaləda Hallar orqanları arasında yüksək səviyyəli əlaqələrin qurulmasının vacibliyini bildirərək, ölkəmizin Bolqarıstanla bu sahələr üzrə də əməkdaşlığa maraqlı olduğunu bildirmişdir. (Qeyd:Bolqarıstanda Fövqalədə hallar üzrə müvafiq struktur Daxili İşlər Nazirliyinin tərkibindədir) Həmçinin Səfir E.Kərimov Azərbaycan Bolqarıstan arasında imzalanması nəzərdə tutulan “Cinayətkarlığa qarşı birgə mübarizə” və “Fövqəladə Hallar zamanı qarşılıqlı yardım” haqqında Hökumətlərarası Saziş layihələrinin mövcud vəziyyəti barədə cənab T.Tsvetanova məlumat verərək, Səfirliyimiz tərəfindən BR XİN-ə göndərilmiş “Cinayətkarlığa qarşı birgə mübarizə haqqında” Saziş layihəsinin (Azərbaycan tərəfindən təqdim olunmuş) son variantının surətini cənab T.Tsvetanova təqdim etmiş və yaxın zamanlarda qarşılıqlı səfərlər çərçivəsində qeyd olunan Saziş layihələrinin imzalanmasının imkanları barədə maraqlanmışdır.
Öz növbəsində cənab T.Tsvetanov Bolqarıstanın ölkəmizlə enerji sahəsində əlaqələrin inkişaf etdirilməsində böyük maraq göstərdiyini bildirmişdir. Sonra cənab T.Tsvetanov ölkəsində kənd təsərrüfatı, yüngül sənaye və turizm sahələrinin yüksək səviyyədə inkişaf etdiyini bildirərək, Azərbaycanla həmin sahələr üzrə əlaqələrin genişlənməsinə maraqlı olduqlarını qeyd etmişdir. Bununla yanaşı cənab T.Tsvetanov ölkəsinin də Azərbaycanla Daxili İşlər və Fövqəladə Hallar orqanları arasında əməkdaşlığa böyük maraq göstərdiyini qeyd edərək, bu qurumlar arasında yüksək səviyyəli əlaqələrin qurulması üçün müvafiq işlərin aparılmasını, tərəflər arasında dialoqların, təcrübə mübadilələrinin, görüşlərin, qarşılıqlı səfərlərin eləcə də birgə tədbirlərin təşkil edilməsinin zəruriliyini bildirmişdir. Həmçinin cənab T.Tsvetanov iki ölkə arasında imzalanması nəzərdə tutulan “Fövqəladə hallar zamanı qarşılıqlı yardım” və “Cinayətkarlığa qarşı birgə mübarizə haqqında” Hökumətlərarası Saziş layihələrinin imzalanmalarına hazır olduqlarını bildirmişdir. “Fövqaladə hallar zamanı qarşılıqlı yardım” haqqında Saziş layihəsinin son variantının Azərbaycan tərəfində olduğunu qeyd edən qarşı tərəf, bu layihənin imzalanma tarixinin, yerinin Azərbaycan tərəfindən təklif ediləcəyini bildirmişdir. “Cinayətkarlığa qarşı birgə mübarizə haqqında” Saziş layihəsinin isə Bolqarıstan tərəfində baxılma mərhələsində olduğunu, qeyd olunan layihənin cari ilin iyun-iyul ayları ərəfəsində Daxili İşlər nazirlərinin səfərlərinin mübadiləsi çərçivəsində imzalanmasının həyata keçirilməsinin mümkünlüyünü bildirmişdir.
Səfir E.Kərimov isə bu barədə aidiyyatı üzrə məlumat veriləcəyini və qarşılıqlı səfərlərin təşkil edilməsi üçün müvafiq işlərin görüləcəyini cənab T.Tsvetanova bildirmişdir.
Görüşdə həmçinin Daxili İşlər Nazirliyinin Belnəlxalq Əlaqələr idarəsinin rəisi S.Parvanova və Səfirliyin üçüncü katibi E.Məmmədov iştirak etmişdir.
Eyni zamanda bildiririk ki, Baş nazirin müavini, Daxili İşlər naziri T.Tsvetanov hökumətdə böyük nüfuza sahib olan və iş fəaliyyəti Avropa Komissiyası, BR Hökuməti tərəfindən daim müsbət qiymətləndirilən və cari ilin oktyabr-noyabr aylarında keçiriləcək Prezident seçkilərində hakim Gerb partiyasından namizədliyinin irəli sürülməsi ehtimal olunan şəxsdir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, aşağıda göstərilən məsələlərlə bağlı Səfirliyimizin məlumatlandırılmasına dair göstəriş verməyinizi xahiş edirik.
-
“Fövqəladə hallar zamanı qarşılıqlı yardım haqqında” Saziş layihəsinin imzalanma tarixinin və yerinin Azərbaycan tərəfindən müəyyən edilməsi; (Səfirliyin SSOF/384/saylı, 29.12.2011-ci il tarixli məktubu ilə Bolqarıstan tərəfinin Saziş layihəsinə dair son təklifləri göndərilmişdir)
-
“Cinayətkarlığa qarşı birgə mübarizə haqqında” Saziş layihəsinin imzalanması üçün Bolqarıstan tərəfinin təklif etdiyi cari ilin iyun-iyul ayları tarixlərində Daxili İşlər Nazirləri səviyyəsində səfərlər mübadiləsinin həyata keçirilməsi ilə bağlı Azərbaycan tərəfinin mövqeyi
Xahiş edirik baxasınız.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 28.03.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 +3 Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi Təcili* Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: AR Müdafiə Nazirliyi
Məsələyə dair: “ЙОТОВ И СИН” ООД şirkətinin müraciəti
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Bununla, “ЙОТОВ И СИН” ООД şirkətinin prezidenti İ.Yotov tərəfindən Azərbaycan Respublikasının Müdafiə naziri S.Əbiyevə ünvan-lanmış məktubu diqqətinizə təqdim edir və onu ünvan sahibinə çatdırılması üçün aidiyyatı üzrə göstəriş verməyinizi xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ, MINI Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 29.03.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 + Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi Təcili* Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün:
Məsələyə dair: BTA agentliyinin sədr müavini Borislav Chalakovla keçirilmiş görüşə dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Məlumat üçün bildiririk ki, cari ilin 29 mart tarixində Səfir E.Kərimov BTA agentliyinin sədr müavini Borislav Chalakovla görüşmüşdür. Görüş zamanı cənab B.Chakalov Səfir E.Kərimovu salamlayaraq, tanışlığa görə məmnunluğunu ifadə etmişdir.
Öz növbəsində S.Kərimov qarşılıqlı məmnunluğunu ifadə edərək, iki dost ölkə arasında tarixi və mədəni köklərə söykənən əlaqələr barədə cənab B.Çalakova ətraflı məlumat verərək, xalqlar arasında mövcud olan bu isti münasibətlərin inkişaf etdirilməsində KİV-nin böyük rolunun olduğunu vurğulamaışdır.
Bununla yanaşı Səfir Səfir E.Kərimov xalaqlar arasında bu sıx əlaqələrin dahada inkişaf etdirilməsi üçün hər iki ölkənin KİV-ri arasında yüksək səviyyəli əlaqələrin qurulmasının vacibliyini qeyd edərək, bu sahə üzrə müvafiq işlərin aparılmasını, əməkdaşlıq haqqında Sazişlərin imzalanmasını, mütəmadi görüşlərin keçirilməsini, təcrübə mübadilələrinin, qarşılıqlı səfərlərin təşkil edilməsinin zəruriliyini vurgulamışdır. Sonra E.Kərimov ölkəmizdə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə qarşı tərəfə məlumat verərək, AR Mədəniyyət naziri Ə.Qarayev tərəfindən BTA Agentliyin rəhbərinə ünvanlanmış dəvət məktubunu cənab B.Çalakova təqdim etmişdir.
Öz növbəsində B.Çalakov Səfir E.Kərimov ölkəmiz barədə xoş təsərrüratlara malik olduğunu və ölkəmizin regionda öz güclü iqtisadi-siyasi mövqeyi ilə strateji əhəmiyyətə malik olan ölkə olduğunu qeyd etmişdir. Sonra B.Çalakov BTA Agentliyinin hər zaman ölkəmizin KİV-ri ilə əməkdaşlığa daim hazır olduğunu və ölkəmizin KİV ilə yüksək səviyyəli əlaqələrin qurulmasında onların da maraqlı olduqlarını Səfir E.Kərimova bildirmişdir.
Sonra Səfir E.Kərimov xoş sözlərə görə B.Çalakova təşəkkürünü bildirmiş və ona Azərbaycan Diplomatik Akademiyası tərəfindən cari ildə bakalavr və maqistr pilləsinə keçirilən qəbul barədə məlumat verərək, bu məlumatın BR KİV-də yayılması üçün köməklik göstərilməsinə dair xahiş etmişdir.
Öz növbəsində cənab B.Çalakov Akademiyaya qəbul barədə məlumatların bir çox KİV-də yayılmasında lazımi köməkliyin göstərilməsinə söz vermişdir.
Sonda Səfir E.Kərimov cənab B.Çalakova səmimi qəbula görə təşəkkürünü bildirərək, dost xalqlar arasında sıx münasibətlərin daha da istiləşməsində BTA agentliyinin böyük rolu olacağına əmin olduğunu bildirmişdir.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: F.Köçərli

Dostları ilə paylaş: |