Çıxış nömrəsi: ssof/ /09 Tarix: 31. 07. 09 Sənəd necə göndərilir



Yüklə 13,38 Mb.
səhifə25/32
tarix06.09.2017
ölçüsü13,38 Mb.
#29098
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Bolqarıstan Respublikasının Baş naziri B.Borisovun Xorvatiya Respublikasına rəsmi səfəri
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,


Məlumat üçün bildiririk ki, Bolqarıstan Respublikasının Baş naziri B.Borisovun rəhbərlik etdiyi nümayyəndə heyyəti cari ilin 27 aprel tarixində Xorvatiya Respublikasının Baş naziri xanım Y.Kosorun dəvəti ilə Xorvatiya Respublikasında rəsmi səfərdə olmuşdur.

Bolqarıstan Nazirlər Şurasının rəsmi internet saytında yayılan məlumatlara görə, səfərin ilk günü Baş nazir B.Borisovla həmkarı xanım Y.Kosor arasında geniş tərkibdə görüş keçirilmiş və görüş zamanı iki ölkə arasında iki tərəfli, çox tərəfli münasibətlər, regional təhlükəsizlik məsələləri, turizm, mədəniyyət, ticarət əlaqələri müzakirə edilmişdir. Xanım Y.Kosor müzakirələr zamanı həmkarı B.Borisova Bolqarıstanın ölkəsi üçün vacib tərəfdaş ölkə hesab edildiyini bildirərək, ölkəsinin bütün sahələrdə Bolqarıstanla yüksək səviyyəli əlaqələrin qurulmasında maraqlı olduğunu qeyd etmiş və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, turizm və mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün hər iki tərəfdən müfaviq işlərin görülməsinin zəruriliyini vurgulamışdır. Sonra xanım Y.Kosor həmkarı B.Borisova Bolqarıstanın Xorvatiyaya Aİ-na inteqrasiyası ilə bağlı daim verdiyi dəstəyə görə minnnərdarlığını bildirərək, Bolqarıstanın təkcə region üçün deyil, bütün Avropa və dünya ölkələri üçün önəmli ölkə olduğunu qeyd etmişdir.


Öz növbəsində BR Baş naziri B.Borisov iki ölkə arasında iqtisadi-ticari əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, 2010-cu illə müqayisədə iki ölkə arasındakı ticarət dövriyyəsinin 2011-ci ildə cəmi 10 % artıdığını qeyd etmiş və bu göstəricilərin qane etmədiyini bildirərək, gələcəkdə iştirak ediləcək birgə layihələr, qarşılıqlı görüləcək tədbirlər nəticəsində ticarət dövriyyəsinin daha yüksək templə artacağına ümidvar olduğunu bildirmişdir. Həmçinin Baş nazir B.Borisov ölkəsinin Xorvatiyaya Aİ-na inteqrasiyası ilə bağlı bundan sonra da dəstək verəcəyini qeyd etmiş və bu ilin iyun ayında Xorvatiyanın Aİ-na daxil olacağına ümidvar olduğunu bildirmişdir

Sonra tərəflər arasında Sofiya-Zaqreb birbaşa hava xəttinin açılması və gələcəkdə energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Görüşdən sonra həmkarların iştirakı ilə Bolqarıstanın Mədəniyyət Nazirliyi ilə Xorvatiyanın Mədəniyyət Nazirliyi arasında 2011-2014-cü illər üçün Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Proqram imzalanmışdır.
Mərasimdən sonra Baş nazir B.Borisov səfər çərçivəsində təşkil olunan biznes foruma qatılmışdır. Baş nazir B.Borisov forumda çıxış edərək, iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu bildirmiş və energetika sahəsində əməkdaşlığın araşdırılmasının vacibliyini qeyd edərək, Xorvatiyanın daxili bazarı üçün tələb olunan 35 % -lik elektrik enerjisinin təmin olunmasında Bolqarıstanın maraqlı olduğunu bildirmişdir. Sonra B.Borisov forum iştirakçılarına müxtəlif investisiya planlanlarını təqdim edərək, iş adamlarını qeyd olunan planlarlar üzrə ölkəsində iştirak etməyə dəvət etmişdir.
Səfər zamanı həmçinin, Baş nazir B.Borisov Xorvatiya Respublikası-nın Prezidenti İ.Yosipoviçlə görüşmüşdür. Görüş zamanı Prezident İ.Yosipoviç iki ölkə arasında mövcud olan yüksək səviyyəli münasibətlərdən danışaraq, iqtisadi ticari əlaqələr sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirmiş və regional əməkdaşlığın ölkəsi üçün vacib olduğunu qeyd edərək, Aİ-na üzvülük çərçivəsində Bolqarıstanın mövcud təcrübəsindən yararlanmağa böyük maraq göstərdiyini bildirmişdir. Həmçinin Prezident İ.Yosipoviç bir daha ölkəsi adından Baş nazir B.Borisova Bolqarıstanın Xorvatiyaya Aİ-na inteqrasiyası ilə bağlı verdiyi dəstəyə görə təşəkkürünü bildirmiş və Balkan regionu ölkələrinin hamısının gələcəkdə Aİ-na daxil olacağına ümidvar olduğunu bildirmişdir.
Məlumat üçün diqqətinizə təqdim edirik.

Hörmətlə,


Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MINI Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 29 .04.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt*

Səhifələrin sayı: 2 Əlavə olunur:

Məhdudluğu qrifi:

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Səfirliyin əməkdaşlıq etdiyi KİV nümayəndələrinin, ekspertlərin siyahısı və keçirilməsi planlaşdırılan tədbirlər barədə

Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab N.Hüseynova

Hörmətli Nadir müəllim,
Mərkəzin S/12-10264/05/11 saylı, 29.04.2011-ci il tarixli məktubuna cavab olaraq, Səfirliyimizin əməkdaşlıq etdiyi KİV nümayəndələrinin, ekspertlərin siyahısını diqqətinizə təqdim edirik.
KİV nümayəndələri:
“BTA” agentliyinin baş direktorunun müavini – Borislav Çalkov

“VİP communication” piyar təşkilatının baş meneceri – Patrisia Kirilova

“Duma” qəzetinin baş redaktoru – İvelin Nikolov

“Kapital” qəzetinin baş redaktoru - İlin Stanev

“24 часа” qəzetinin baş redaktorunun müavini – Rosen Yankov

“Standart” qəzetinin redaktoru – Lyubomir Mixaylov

“Europe 2001” jurnalının baş direktoru – Veneta Gençeva

“b2b” jurnalının baş redaktoru – Valentin Marinov

“Bulgarian Diplomatic Review” jurnalının baş redaktoru– Yuliyana Tomova
Ekspertlər:
Tarix və beynəlxaq əlaqələr elmləri üzrə ekspert - professor Nina Dülgərova

Həmçinin bildiririk ki, cari ildə Səfirliyimiz tərəfindən Bolqarıstanın aparıcı KİV-də ölkəmizlə bağlı təbliğat xarakterli məlumatların yayılması planlaşdırılır.


Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: F.Köçərli




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 02.05.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: 01 may 2011-ci il tarixində keçirilmiş etiraz asksiyaları barədə
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,


Məlumat üçün bildiririk ki, 01.05.2011-ci il tarixində BSP (Bolqarıstan Sosialistlər Partiyası) partiyasının və sol mövqeli partiyaların tərəfdarları tərəfindən “Bir May – Ümumdünya Əmək Günü” münasibəti ilə Bolqarıstanın Sofiya, Plovdiv, Pleven, Dobriç və digər şəhərlərində etiraz aksiyaları keçirilmişdir.

Bu aksiyalardan ən izdihamlısı Sofiya şəhərində qeydə alınmışdır. KİV-də yayılan məlumatlara görə paytaxtda keçirilən bu aksiyada 15 mindən çox nümayişçi iştirak etmiş və müxtəlif süarlar altında hökumətə qarşı etirazlarını səsləndirmişdir. Bu aksiyalarda iştirak edən BSP partiyasının sədri S.Stanişev və tərəfdarları hakim Gerb partiyasının rəhbərlik etdiyi hazırki hökumətin bütün sahələrdə apardığı yanlış siyasətini tənqid edərək, yeni hökumətin fəaliyyəti dövründə ölkənin böhran vəziyyətində yaşadığını, sosial-iqtisadi vəziyyətin günü–gündən ağırlaşdığı-nı, inflyasiyanın, korrupsiyanın işsizliyin artdığını bildirmiş və hökumətin müdafiə, təhlükəsizlik, energetika sahələrindəki səhv addımlarını eləcə də Şengen, Avrozonaya daxil olması istiqamətində uğursuz fəaliyyətlərini pisləyərək, hökumətin istefa verməsini tələb etmişlər.


Qeyd etmək istərdik ki, son zamanlar ölkədə yanacaq və ərzaq məhsullarında gedən bahalaşmalar, kənd təsərrüfatı (subsidiyaların azaldılması), əmək haqqı və pensiya təminatı (artırılmaması) sahələrində hökumət tərəfindən aparılan kəsirlər, eləcə də səhiyyə, təhsil sahələrində aparılan ixtisarlar əhali arasında hökumətə qarşı narazılıqları daha da artırmışdır. Yerli müşahidəçilər bu cür vəziyyətin sabitləşməsi üçün hökumət tərəfindən müvafiq tədbirlər görülməyəcəyi təqdirdə, narazılıqların daha da artacağını, çox saylı etiraz aksiyalarının davam edəcəyini və gələcəkdə keçirləcək seçkilərə (prezident –oktyabr 2011, parlament- iyul 2013) öz təsirini göstərəcəyini bildirmişlər.
Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MİƏİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: __.05.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1+ Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün: Mədəniyyət və Turizm Nazirliyi
Məsələyə dair: Bolqarıstanda yerləşən turizm mərkəzləri barədə məlumat və əməkdaşlığa dair təkliflər
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin müavini

cənab M.Məmməd-Quliyevə

Hörmətli Mahmud müəllim,


Məlumat üçün bildiririk ki, Bolqarıstan hökuməti ölkədə turizm infrastrukturlarının daha da inkişaf etdirilməsi və ölkəyə turist axınının artırılması məqsədi ilə 2011-ci ili turizm ili elan etmişdir. Bu məqsədlə hökumət turizm regionlarının inkişafı və həmin regionlarda təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi üçün bir sıra tədbirlər həyata keçirməkdədir. Belə ki, hökumət turizm bölgələrinə xüsusi olaraq kreditlər (Avro Fondun hesabına) ayırmada, turizm mərkəzlərində turistlərə keyfiyyətli xidmətlərin və əlverişli qiymətlərin təqdim edilməsi üçün onlarla danışıqlar aparmaqda eləcə də qeyd olunan bölgələrə əlavə olaraq cox sayda polis qüvvələrini səfərbər etməkdədir. Hökumət həyata keçirdiyi bu tədbirlərlə turizm regionlarını inkişaf etdirmək və turizm sahəsindən büdcəyə gələn gəlirləri daha da artırmaq niyyətindədir.

Ölkəmizdə turizm bölgələrini inkişaf etdirilməsi məqsədi ilə




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MİƏİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: __.05.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1+ Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün: Mədəniyyət və Turizm Nazirliyi
Məsələyə dair: Bolqarıstanda yerləşən turizm mərkəzlərinin və tarixi abidələrin yerləşdiyi şəhərlər barədə məlumatlar
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin müavini

cənab M.Məmməd-Quliyevə

Hörmətli Mahmud müəllim,


Bununla, Bolqarıstanda turizm mərkəzlərinin və tarixi abidələrin yerləşdiyi

şəhərlər barədə arayışı diqqətinizə təqdim edirik.


Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MİHİ,MBQİ Surəti: SBRS

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 18.05.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 2 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Bolqarıstanın Avropa Parlamentindəki deputatı Mətin Kazakla keçirilmiş görüşə dair.
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin müavini

cənab M.Məmməd-Quliyevə

Hörmətli Mahmud müəllim,


Məlumat üçün bildiririk ki, cari ilin 17 may tarixində Səfir E.Kərimov Bolqarıstanın Avropa Parlamentindəki deputatı Mətin Kazakla tanışlıq məqsədi ilə görüş keçirmişdir.

Görüş zamanı cənab M.Kazak Səfir E.Kərimovu salamlayaraq, tanışlığa görə məmnunluğunu ifadə etmişdir.

Öz növbəsində Səfir E.Kərimov qarşılıqlı məmnunluğunu ifadə edərək, səmimi qəbula görə təşəkkürünü bildirmiş və iki ölkə arasında mövcud olan yüksək səviyyəli münasibətlərdən danışaraq, ölkəmizin Bolqarıstanla bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinə böyük maraq göstərdiyini bildirmiş və Bolqarıstanın Şərqi Avropa bölgəsində ən yaxın tərəfdaşlarımız olduğunu cənab M.Kazakın diqqətinə çatdırmışdır. Bununla yanaşı, Səfir E.Kərimov ölkəmizin Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini bildirərək, ölkəmizin bu qurumla bütün sahələr üzrə daha sıx əməkdaşlığa hazır olduğunu qeyd etmişdir. Sonra ölkəmizdə aparılan islahatlardan, sosial-iqtisadi inkişafdan və Azərbaycanın enerji siyasətindən ətraflı bəhs edərək, ölkəmizin günü-gündən inkişaf etdiyini və regionda lider ölkə olduğunu cənab M.Kazaka bildirmişdir. Bundan əlavə Səfir E.Kərimov ölkəmizin ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq, Bolqarıstanın Avropa Parlamentindəki deputatlarına və şəxsən M.Kazaka Azərbaycanın haqlı mövqeyinə daim dəstək verdiklərinə görə təşəkkürünü bildirmiş və bu yüksək fəaliyyətin davam etdirilməsini qarşı tərəfdən rica etmişdir.
Öz növbəsində cənab M.Kazak ölkəmiz barəsində dərin məlumatlara və xoş təsuratlara malik olduğunu bildirərək, ölkəmizin təkcə region üçün deyil bütün Avropa və dünya ölkələri üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd etmiş və ölkəmizin Avropa İttifaqının yaxın tərəfdaşı olduğunu Səfir E.Kərimova bildirmişdir. Sonra Azərbaycanla bağlı Avropa Parlamentində baxılan məsələləri daim tərəflərindən diqqət mərkəzində saxlandıqlarını bildirən cənab M.Kazak, dost ölkə olan Azərbaycana bundan sonra da daim dəstək verəcəklərini qeyd etmiş və Dağlıq Qarabağ münaqişəsinin tezliklə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə ümidvar olduğunu bildirmişdir.
Sonda Səfir E.Kərimov bir daha səmimi qəbula görə təşəkkürünü bildirərək, sıx əməkdaşlıq çərçivəsində tez-tez bu cür görüşlərin keçiriləcəyinə ümidvar olduğunu qeyd etmişdir.
Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov





AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MTPİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 19.05.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 2+ 3 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Cari ilin 04-08 iyul tarixlərində Bakıda keçiriləcək NATO Azərbaycan Beynəlxalq Məktəbinin yay sessiyasına təklif olunan namizədə dair
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab A.Əzimova

Hörmətli Araz müəllim,


Mərkəzin S/10-8564/04/11 saylı, 13.04.2011-ci il tarixli məktubu ilə əlaqədar bildiririk ki, cari ilin 04-08 iyul tarixlərində Bakıda keçiriləcək NATO Azərbaycan Beynəlxalq Məktəbinin yay sessiyası ilə bağlı məlumat Səfirliyimiz tərəfindən Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyinə və Atlantik Klubun prezidenti S.Passiyə göndərilmişdir.

Məlumat üçün bildiririk ki, cənab S.Passi 2001-2005-ci il tarixlərində Bolqarıstan Respublikasının Xarici İşləri naziri vəzifəsində çalışmış və Azərbaycanda səfərdə olmuşdur.

Buna cavab olaraq, 17 may 2011-ci il tarixində Bolqarıstanın Atlantik Klubundan Səfirliyin ünvanına məktub daxil olmuş və məktubda cənab S.Passinin iş qrafikinin sıxlığı ilə əlaqədar, tədbirdə iştirak edə bilməyəcəyi və əvəzində Klubun vitse-prezidenti, BR Xalq Məclisinin sədrinin müşaviri cənab Zdravko Papovun iştirak etmək arzusunda olduğu bildirilmiş və tədbirdə onun “How Europe sees the events in the Arab Word” mövzusunda mühazirə ilə çıxış edəcəyi qeyd olunmuşdur.

Bununla yanaşı, Bolqarıstan tərəfi maliyyə sıxıntılarının olması ilə əlaqədar, cənab Z.Papovun ölkəmizə səfəri ilə bağlı yol və yaşayış xərclərinin Azərbaycan tərəfindən ödəniləcəyi təqdirdə onun iştirak etməsinin mümkün olacağını bildirmişdir.


Qeyd olunan məlumatları və cənab Z.Papovun tərcümeyi-halını diqqətinizə təqdim edir və onun tədbirdə iştirak etməsi ilə bağlı yol və mehmanxana xərclərinin Azərbaycan tərəfindən ödənilməsi məsələsinə baxılmasını və bizə məlumat verilməsini xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MİHİ,MBQİ Surəti: SBRS

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 20.05.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 2 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Bolqarıstanın Avropa Parlamentindəki deputatı Nadejda Neynski ilə keçirilmiş görüşə dair.
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin müavini

cənab M.Məmməd-Quliyevə

Hörmətli Mahmud müəllim,


Məlumat üçün bildiririk ki, cari ilin 20 may tarixində Səfir E.Kərimov Bolqarıstanın Avropa Parlamentindəki deputatı, Göy Koalisiyanın tərkibinə daxil olan Demokratik Güc Birliyi partiyasının (SDS) partiyasının üzvü (2001-2005-ci illərdəki həmin partiyanın sabiq sədri) və sabiq Xarici işlər naziri (1997-2001) xanım Nadejda Neynski ilə tanışlıq məqsədi ilə görüş keçirmişdir.

Görüş zamanı xanım N.Neynskini Səfir E.Kərimovu salamlayaraq, tanışlığa görə məmnunluğunu ifadə etmişdir.


Öz növbəsində Səfir E.Kərimov qarşılıq məmnunluğu ifadə etmiş və səmimi qəbula görə təşəkkürünü bildirərək, iki ölkə arasında yüksək səviyyəli münasibətlərdən danışmış və Bolqarıstanın ölkəmizlə xüsusi ilə enerji sahəsində əməkdaşlığa böyük maraq göstərdiyi qeyd etmişdir. Bununla yanaşı, Səfir E.Kərimov ölkələrimiz arasında qeyri-enerji sektoru üzrə də əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, kənd təsərrüfatı, turizm, mədəniyyət, təhsil və s. sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qarşı tərəfə bildirmişdir. Həmçinin Səfir E. Kərimov ölkə arasında müsbət Parlament əlaqələrindən xanım N.Neynskiyə bəhs edərək, bu əlaqələrinin, həmçinin Avropa Parlamentinin deputatları ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd etmişdir. Bundan əlavə, Səfir E.Kərimov xanım N.Neynskiyə Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verərək, münaqişənin həll edilməməsinin regionda sabitliyə təsir göstərdiyini qeyd etmiş və bu istiqamətdə Aİ-nin yaxından iştirakının zəruriliyini bildirmişdir.
Öz növbəsində xanım N.Neynski Səfir E.Kərimova ölkəmiz haqqında dolğun məlumatlara malik olduğunu və Azərbaycanda səfərdə olduğunu qeyd edərək, ölkəmizin Aİ və Bolqarıstan üçün xüsusi önəm daşıdığını bildirmişdir. Sonra xanım N.Neynski Bolqarıstanın ölkəmizlə xüsusi ilə enerji sahəsində əlaqələrin inkişaf etdirilməsinə böyük maraq göstərdiyini bildirmiş və ölkəsinin Aİ çərçivəsində NABUKKO layihəsinin həyata keçirilməsinə daim dəstək verdiyini və bu istiqamətdə ölkəmizə alternativ enerji mənbəyinin mərkəzi kimi baxıldığını qeyd etmişdir.
Sonda Səfir E.Kərimov Avropa Parlamentində Azərbaycan Dostları qrupu barədə danışaraq, xanım N.Neynskini qrupa üzv olmağa dəvət etmiş və ikitərəfli, çoxtərəfli əlaqələrin qurulması istiqamətində Səfirliyimizin daim köməklik göstərməyə hazır olduğunu bildirmişdir.

Məlumat üçün diqqətinizə təqdim edirik.


Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MİNİ, MMXİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 30.05.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: “28 may Respublika günü” ilə əlaqədar Səfirlik tərəfindən keçirilmiş rəsmi qəbula dair
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,


Məlumat üçün bildiririk ki, 30 may 2011-ci il tarixində “28 may Respublika günü” münasibəti ilə Səfirliyimiz tərəfindən Sofiyanın “Şeraton” mehmanxanasında rəsmi qəbul təşkil olunmuşdur. Tədbirdə 300 nəfər qonaq iştirak etmiş və iştirak edən qonaqlar arasında Bolqarıstan Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin, Xalq Məclisinin məsul işçiləri, Azərbaycan-Bolqarıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri və üzvləri, müxtəlif siyasi partiyaların nümayəndələri, tanınmış iş adamları, yerli icra hakimiyyəti başçıları, bələdiyyə sədrləri, aparıcı KİV-nin rəhbərləri və nümayəndələri, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, professor və müəllim heyyətləri, ziyalılar, Bolqarıstanda akreditə olunan diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, həmvətənlilərimiz, Bolqarıstanda təhsil alan Azərbaycan, türk tələbələri, bolqar və türk cəmiyyətlərinin üzvləri və s. şəxslər olmuşlar.

Qəbulda qonaqlara Azərbaycan mətbəxinin təamları ikram edilmiş, ölkəmizlə bağlı sənədli filmlər nümayiş etdirilmişdir. Bununla yanaşı tədbir iştirakçılarına Avrovizion müsabiqəsinin qalibi Eldar və Nigarın ifasında “Running Scared” musiqisi səsləndirilmiş və qalibiyyət sevincini əks etdirən videorolik nümayiş etdirilmişdir.

Sonda qonaqlara ölkəmizin tarixini, mədəniyyətini, iqtisadiyyatını, turizmisini əks etdirən ingilis və bolqar dillərində kitablar, jurnallar, broşural təqdim edilmişdir.
Bununla yanaşı bildirmək istərdik ki, “28 may Respublika günü” ilə əlaqədar Bolqarıstan Respublikasının Kənd təsərrüfatı, Ədliyyə, İdman, Ekologiya nazirləri, Parlamentin xarici siyasət və digər komissiyalarının rəhbərləri o, cümlədən Bolqarıstanın Avropa Parlamentindəki deputatları tərəfindən Səfir E.Kərimovun ünvanına çoxsaylı təbrik məktubları göndərilmişdir.
Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov



Yüklə 13,38 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin