Çıxış nömrəsi: ssof/ /09 Tarix: 31. 07. 09 Sənəd necə göndərilir



Yüklə 13,38 Mb.
səhifə8/32
tarix06.09.2017
ölçüsü13,38 Mb.
#29098
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

Səfir:

İcraçı: E.Məmmədov


Məlumat üçün bildiririk ki, 14 dekabr 2009-cu il tarixində Avropa Şurasının sədri Herman Van Rompey Bolqarıstana işgüzar səfər etmişdir. Səfər zaman cənab H.Rompey Bolqarıstan Respublikasının Prezidenti G.Pırvanovla, Baş nazir B.Borisovla görüşmüşdür. Bolqarıstan KİV-də qeyd olunan məlumatlara görə rəsmilər arasında aparılan danışıqlar zamanı Avropa Birliyinə üzv ölkələrin mövcud problemləri, iqtisadi böhranla, iqlim dəyişikliyi ilə mübarizə və Avropa Birliyinin enerji müstəqilliyi məsələləri müzakirə olunmuşdur.

Görüşlərdən sonra cənab H.Rompey mətbuata verdiyi müsahibəsində ilk dəfə Avropa Şurasının sədri kimi Bolqarıstana səfər etməyini və belə vacib məsələri həmkarları ilə müzakirə etməkdə məmnun olduğunu, Bolqarıstan hökumətinin iqtisadı böhranla mübarizədən cıxış yollarının axtarılmasında və ölkənin müsbət imicinin bərpa edilməsində apardığı gücləndirilmiş işləri yüksək qiymətləndiryini bildirmişdir. Həmçinin cənab H.Rompey Avropa Birliyinin uzunmüddətli iqtisadi strategiyasından danışmış və bu strategiyanın əsas məsələ olaraq 2010-cu ilin fevralında Avropa Şurasında baxılacağını qeyd etmişdir.


Məlumat üçün diqqətinizə təqdim edirik.


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MXSP, MİHİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 15.12.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi * Vacib Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfova, A.Əzimova
Bununla bildiririk ki, Mərkəzin müvafiq əmrinə uyğun olaraq Səfirlik tərəfindən illik hesabat tərtib edilmişdir və yaxın zamanlarda diplomatik kuryer xidməti ilə göndəriləcəkdir.
Səfir:

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MXSP, MİƏİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 21.12.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi * Vacib Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfova, A.Əzimova
Bununla bildiririk ki, Mərkəzin müvafiq əmrinə uyğun olaraq Səfirlik tərəfindən sahə və istiqamətlər üzrə 2009-cu ilin illik hesabatı tərtib edilmişdir və yaxın zamanlarda diplomatik kuryer xidməti ilə göndəriləcəkdir.
Səfir:

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MXSP Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 30 .12.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +33 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün:
Bununla, Azərbaycan Resublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin sahə və istiqamətlər üzrə 2009-cu ilin illik hesabatını diqqətinizə təqdim edirik.

Səfir:

AZƏRBAYCAN RESPUBLİKASININ EMBASSY OF THE REPUBLIC OF

BOLQARISTAN RESPUBLIKASINDAKI AZERBAIJAN IN THE REPUBLIC OF

SƏFİRLİYİ BULGARIA

Tel: (359 2) 817 00 70 Fax: (359 2) 817 00 77 E-mail: sefirlik@azerembsof.com

—————————————————————————————————————————
Azərbaycan Respublikasının

_____________ Konstitusiya Məhkəməsinin

sədri cənab F.Abdullayevə

Hörmətli Fərhad müəllim,


Fürsətdən istifadə edərək Sizə dərin hörmət və ehtiramımı ifadə edərək “31dekabr Dünya Azərbaycanlılarının Həmrəlik günü” və “Yeni il” münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

Həmçinin bildirirəm ki, 16 noyabr 2009-cu il tarixində Bolqarıstan Respublikasının Konstitusiya Məhkəməsində rotasiyaya uyğun olaraq yeni sədrin seçilməsi ilə bağlı hakimlər arasında keçirilən səsvermədə Yevqeni Petrov Tançev Bolqarıstan Respublikasının Konstitusiya Məhkəməsinin yeni sədri seçilmişdir. Bu münasibətlə Səfirlik tərəfindən göndərilən təbrik məktubuna cavab göndərən yeni sədr, professor Y.Tançev təbrikə görə təşəkkürünü bildirmiş və Bolqarıstan-Azərbaycan Konstitusiya Məhkəmələri arasında mövcud olan isti münasibətlərin bundan sonrada daha da inkişaf edəcəyinə əmin olduğunu qeyd etmişdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, tərəfinizdən Y.Tançevə Bolqarıstan Respublikasının Konstitusiya Məhkəməsinin yeni sədri seçilməsi münasibəti ilə təbrik məktubunun göndərilməsini məqsədəuyğun hesab edirik.
Əlavə olunur: Y.Tançevin tərcümeyi-halı
Hörmətlə,
Səfir E.Zeynalov


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MIHI Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 28 .12.09

Sənəd necə göndərilir: Elektron poçt Faks Dip.poçt*

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 Əlavə olunur: 33 ədəd kitabça

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün:
Bununla, Bolqarıstanın “İnsanpərvərlik” Fondunun sədri Vrıbka Orbetsova tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Emira Süleymanovaya ünvanlanmış təbrik açıqçasını və kitabçaları diqqətinizə təqdim edir, aidiyyatı üzrə (Ombudsman Aparatına) göndərilməsində köməklik göstərməyinizi xahiş edirik

Səfir:

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MİHİ,MXSP Surəti:

Çıxış nömrəsi: SSOF/ 409 /09 Tarix: 29 .12.09

Sənəd necə göndərilir: Elektron poçt Faks Dip.poçt*

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün: Nazir E.Məmmədyarova

Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfova, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri N.Məmmədova
Məsələyə dair: Cari ilin 29 dekabr tarixində Səfir E.Zeynalovla Bolqarıstan Respublikasının Baş naziri B.Borisov arasında Nazirlər Şurasında keçirilmiş görüşə dair

Səfir:


İcraçı: E.Məmmədov

Bununla bildiririk ki, 29.12.2009-cu il tarixində Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun dəvəti ilə Səfir E.Zeynalovla Nazirlər Şurasında görüş keçirilmişdir. Görüş zamanı iki ölkə arasında inkişaf edən iki tərəfli və cox tərəfli münasibətlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bolqarıstana işgüzar səfəri zamanı enerji sahəsində imzalanmış sazişlər, enerji sahəsində əməkdaşlığın peкspektivləri məsələləri müzakirə olunmuşdur.

Müzakirələr zamanı dövlət başçıları arasında imzalanmış Memorandumlara əsasən Azərbaycan tərəfindən iki tərəfli işçi qrupunun artıq yaradıldığını qeyd edən Səfir E.Zeynalov Bolqarıstan tərəfindən bu sahədə müvafiq işlərin yekunlaşmadığını Baş nazirin diqqətinə çatdırmışdır.

Məsələ ilə bağlı Baş nazir B.Borisov görüşdə iştirak edən İqtisadiyyat, Energetika və Turizm naziri T.Traykova tapşırıq verərəkən nazir T.Traykov artıq dünəndən Bolqarıstan tərəfindən də işçi qrupunun yaradıldığını bildirmişdir.

Baş nazir B.Borisov həmçinin nazir T.Traykova Azərbaycan Bolqarıstan arasında nəzərdə tutulan bütün layihələrinin reallaşması ilə bağlı müvafiq işlərin (sürətləndirilməsinə) görülməsinə və Azərbaycan üçün bütün sahələrdə əlverişli şəraitin yaradılmasına dair göstəriş vermişdir.


Sonda Səfir E.Zeynalov Baş nazir B.Borisova xoş və səmimi görüşə görə minnətdarlığını bildirmişdir.

Məlumat üçün diqqətinizə təqdim edirik.




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MKAD Surəti:

Çıxış nömrəsi: SSOF/ 410 /09 Tarix: 29 .12.09

Sənəd necə göndərilir: Elektron poçt Faks Dip.poçt*

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini V.Sadıqova
Məsələyə dair: Səfirliyin attaşesi A.Əliyevanın xasiyyətnamə-təqdimatının göndərilməsinə dair
Səfir:


İcraçı: E.Məmmədov

Hörmətli Elmira xanım,
Sizin S/17-18211/17/09 saylı, 25.12.2009-cu il tarixli məktubunuza cavab olaraq, Səfirliyin attaşesi A.Əliyevaya attaşe diplomatik rütbəsinin veriliməsi ilə bağlı xasiyyətnamə-təqdimatını diqqətinizə təqdim edirik.

Xasiyyətnamə - təqdimat


Əliyeva Ayan Rauf qızı,

1987-ci il təvəllüdlü,

Azərbaycanlı, alı təhsilli

Ayan Rauf qızı Əliyeva 2006-cı ildə Bakı Slavyan Universitetinin "Regionşünaslıq (Bolqarıstanşünaslıq)" fakültəsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə, 2007-ci ildə isə Bolqarıstanın ən böyük ali təhsil mərkəzi olan Sv.Kliment Oxridski adına Sofıya Universitetinin "Avropaşünaslıq (Beynəlxalq Münasibətlər)" fakültəsinin magistr pilləsini bitirmişdir.

Ayan Əliyeva 2006-cı ilin dekabr ayından Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyində ştatdankənar tərcüməçi kimi çalışmışdır.

2008-ci ilin sentyabr ayının 01-dən Səfirliyin referenti, 2009-cu il dekabr ayının 21-dən (diplomatik xidmət orqanlarına keçirilən müsabiqədən müvəfəqiyyətlə keçərərək) attaşesi vəzifəsinə təyin edilmişdir.

A.Əliyevaya hazırda Səfirlikdə kütləvi informasiya vasitələrinin izlənilməsi, mədəniyyət və digər məsələlər həvalə olunmuşdur.

Həmçinin A.Əliyevanın yüksək hazırlıq səviyyəsi ona Səfirliyin fəaliyyətinin digər sahələri üzrə də müntəzəm olaraq tapşırıqların verilməsinə imkan yaratmışdır. Belə ki, Səfirlikdə işlədiyi müddət ərzində o, digər əməkdaşlar məzuniyyətdə olduğu vaxtda müntəzəm olaraq onları əvəz etmiş və bu zaman A.Əliyeva ona tapşırılan əsas vəzifələrlə yanaşı təbliğat və protokol məsələləri ilə də məşğul olmuşdur.

Eyni zamanda bildirmək istərdik ki, əsasən Bolqarıstan üzrə mütəxəssis olan A.Əliyeva Bolqarıstanda təhsil aldığı və işlədiyi müddət ərzində bolqar dilini daha da mükəmməlləşdirərək bu sahədə əldə etdiyi bilikləri Səfirliyin işində tətbiq etmişdir.

Səfirlikdə işlədiyi müddət ərzində o, diplomatik görüşlərdə fəal iştirak etmiş, ölkənin müvafiq idarələri, dövlət orqanlarının nümayəndələri və ölkədə akkreditə olan diplomatik korpusun üzvləri ilə sıx və səmərəli təmaslar yarada bilmişdir.

Səfirlikdə işlədiyi müddət ərzində özünü bacarıqlı və intizamlı, işinə məsuliyyətlə yanaşan və ona verilən tapşırıqları keyfiyyətlə yerinə yetirən əməkdaş kimi göstərmiş və kollektivin rəğbətini qazanmışdır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Ayan Rauf qızı Əliyevaya attaşe diplomatik rütbəsinin verilməsini məqsədəuyğun hesab edir və məsələyə müsbət baxılmasını xahiş edirəm.

Hörmətlə,

Səfir E.Zeynalov






AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MİƏİ, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 05.01.2010

Sənəd necə göndərilir: Elektron poçt Faks Dip.poçt*

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 Əlavə olunur: 2 ədəd açıqca

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi* Vacib Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məlumat verilməsi üçün:
Bununla, Heyvanat Aləminin Sağlamlığı üzrə Ümumdünya Təşkilatının” Şərqi Avropa üzrə regional komissiyasının prezidenti professor Nikola Belev tərəfindən Azərbaycan Respublikasının Baş naziri A.Rəsizadəyə və Kənd-təsərrüfatı naziri İ.Abbasova ünvanlanmış təbrik açıqcalarını diqqətinizə təqdim edir və ünvan sahibinə çatdırılmasında yardımçı olmağınızı xahiş edirik.

Səfir:

İcraçı: E.Məmmədov





AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MTPİ, MBQİ, MİHİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 15 .01.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı:21 Əlavə olunur: 7 səhifə

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini A.Əzimov
Məsələyə dair: 15 yanvar 2010-cu il tarixində BR Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq departamentinin rəisi Zlatko Dimitrovun təşəbbüsü ilə Səfir E.Zeynalovla keçirilmiş görüşə dair
Səfir:

İcraçı: A.Əliyeva


Məlumat üçün bildiririk ki, 15 yanvar 2010-cu il tarixində BR Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq departamentinin rəisi Zlatko Dimitrovun təşəbbüsü ilə Səfir E.Zeynalovla (BR XİN-də) görüş keçirilmişdir. Görüş zamanı cənab Z.Dimitrov BMT–nin Baş Assemblyasının 66-cı sesiyası zamanı Ədalət Məhkəməsinə hakim vəzifəsinə keçiriləcək seçkilərdə Bolqarıstan tərəfindən nazimədliyi irəli sürülən professor Tsvetana Kamenovanın Azərbaycan tərəfindən dəstəklənməsi ilə bağlı BR hökumətinin xahişini Səfir E.Zeynalovun diqqətinə çatdırmış və XİN-nin notası təqdim etmişdir.

Səfir E.Zeynalov isə öz növbəsində Z.Dimitrova və görüşdə iştirak edən namizəd T.Kamenovaya bildirmişdir ki, Azərbaycan hökuməti həmişə beynəlxalq təşkilatlarda keçirilən səsvermələrdə dost ölkə olan Bolqarıstana dəstək vermiş və hər cür köməkliyini əsirgəməmişdir. Buna misal kimi, UNESKO-nun Baş katibi vəzifəsinə, ÜTT-nin İcraiyyə Şurasına keçirilən seçkiləri və s bu kimi seçkilərdə səsvermələri göstərmək olar. Bu seçkilərdə də, Azərbaycan bir daha Bolqarıstana dəstək verəcəyinə Səfir E.Zeynalov əmin olduğunu bildirmişdir.

Həmçinin E.Zeynalov qeyd etmişdir ki, təəssüflər olsun ki Bolqarıstan beynəlxaq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxarılan qətnamələrdə, keçirilən səsvermələrdə qarşılıqlı dostluq mövqeyini ifadə etməmişdir.

Qarşı tərəf isə bildirmişdir ki, Bolqarıstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin BMT Nizamnaməsi və ATƏT-in başlıca sənədlərinə uyğun olaraq dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və beynəlxalq hüququn ümümtanınmış prinsip və normaları əsasında sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Sadəcə bu çür səsvermələrdə Bolqarıstan Aİ-nin üzvü olduğu üçün Avropa İttifaqının ümumi xarici siyasətinə uyğun bitərəf mövqedə durur.

Sonra Səfir E.Zeynalov məsələyə aydınlıq gətirilməsi üçün qarşı tərəfə müraciət etmişdir ki, əgər xanım T.Kamenova BMT Ədalət Məhkəməsinə hakim vəzifəsinə seçilərsə və gələcəkdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçiriləcək səsvermələrdə hansı mövqe tutacağını indidən bildirərsə Azərbaycan tərəfinin dəstək mövqeyinə daha tez nail ola bilər.

Xanım T.Kamenova isə əgər seçilərsə Dağlıq Qarabag münaqişəsi ilə bağlı deyilən fikirlərin nəzərə alınacağını bildirmişdir.

Görüşdə Səfir E.Zeynalovla yanaşı Səfirliyin attaşesi A.Əliyeva da iştirak etmişdir.


Əlavə olunur: BR XİN-nin notası – 7 səhifə
Məlumat üçün diqqətinizə təqdim edirik


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ,MTPİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 18.01.2010

Sənəd necə göndərilir: Elektron poçt Faks Dip.poçt*

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi* Vacib Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məlumat verilməsi üçün:
Məsələyə dair: 12 yanvar 2009-cu il tarixində Praqa şəhərində keçirilən NATO ekspertlər qrupunun növbəti iclasında Bolqarıstanın sabiq Xarici İşlər naziri S.Pasinin çıxışına dair
Səfir:

İcraçı: E.Məmmədov


Bolqarıstan KİV-ləridə yayılan məlumatlara əsasən bildiririk ki, BR sabiq Xarici İşlər naziri, Atlantik klubun fəxri prezidenti Solomon Pasi Praqa şəhərində keçirilən NATO ekspertlər qrupunun növbəti iclasında çıxış edərək, rəhbərlik etdiyi Atlantik klubun Alyansla əməkdaşlığının gələcək inkişafı barədə hesabatını qonaqların diqqətinə çatdırmış və təşkilata üzv olmaq üçün təşəbbüs göstərən bütün demokratik ölkələrə qapıların açılması təklifini irəli sürmüşdür. Sonra bu təklifə əlavə edərək Rusiyanın və sülh naminə əməkdaşlığa təşəbbüs göstərən ölkələrin Şimalatlatik İttifaqa üzv olmaq üçün dəvət olunması məsələsinin zəruri olduğunu bildirmişdir. Həmçinin S.Pasi Təhlükəsizlik Şurasının daimi üzvü olan Çinlə Alyans arasında münasibətlərin yaxşılaşdırılması məqsədi ilə NATO-ÇİN Şurasının, eləcədə Yaxın Şərqdə, İranda, Əfqanistanda, Pakistanda və Liviyada mövcud problemlərin həllində kömək məqsədi ilə NATO-İKT Şurasının yaradılması ideyasını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır Bundan başqa Atlantik klubun fəxri prezidenti S.Pasi NATO-nun BMT TŞ-nın müvəkkili kimi dünyanın istənilən nöqtəsində öz öhdəliyi üzrə fəaliyyət göstərməsi üçün BMT Təhlükəsizlik Şurası yanında xüsusi komissiyanın yaradılması təklifini də irəli sürmüşdür .


Məlumat üçün diqqətinizə təqdim edirik.


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MTPİ, MXSP,MİƏİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 27.01.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +2 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili Çox təcili*

Vacibliyi: Adi Vacib Çox vacib*

Əvvəlki müraciətlər:_________________
Məruzə üçün: Nazir E.Məmmədyarov

Məlumat verilməsi üçün: Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri

Məsələyə dair: Nikolay Yeftimov Mladenovun Bolqarıstan Respublikasının yeni Xarici İşlər naziri vəzifəsinə təyin olunmasına dair
Səfir:

İcraçı: A.Əliyeva




Hörmətli cənab Nazir,
Bildiyiniz kimi, 20 yanvar 2010-cu il tarixində Bolqarıstanın Xarici işlər naziri xanım R.Jeleva istefa verərək tutduğu vəzifədən azad edilmişdir.

Bununla bağlı, Bolqarıstan Nazirlər Şurası tərəfindən həmin vəzifəyə hazırki Müdafiə naziri Nikolay Mladenovun təyin edilməsi qərarı verilmişdir.

Qərarın Parlamentdə təsdiq olunması ilə üçün qərara Xalq Məclisinin bu günkü iclasında baxılmış və səs verməyə keçirilmişdir. Keçirilən səsvermə zamanı Göy Koalisiya, millətçi –ATAKA və Gerb partiyasının dəstəyi ilə 127 lehinə, 69 əlehinə (köhnə hökumətdə olan -Bolaqrıstan naminə Koalisiyasının və türklərin təmsil etdiyi – Hüquq və Azadlıqlar naminə Milli Hərəkat partiyasının tam əlehinə səsi ilə) səslə Nikolay Yeftimov Mladenov Bolqarıstan Respublikasının Xarici İşlər naziri vəzifəsinə təsdiq edimişdir.

Bununla əlaqədar, Nikolay Yeftimov Mladenova Bolqarıstan Respublikasının Xarici İşlər naziri vəzifəsinə təyin edilməsi münasibəti ilə tərəfinizdən təbrik məktubunun göndərilməsini məqsədəuyğun hesab edirik.
Əlavə olunur: N.Mladenovun tərcümeyi-halı (ingilis dilində)


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF


Yüklə 13,38 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin