Çıxış nömrəsi: ssof/ /09 Tarix: 31. 07. 09 Sənəd necə göndərilir



Yüklə 13,38 Mb.
səhifə9/32
tarix06.09.2017
ölçüsü13,38 Mb.
#29098
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

Haraya: MKAD Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 22.01.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi * Vacib Çox vacib

Məruzə üçün: Kadrlar və İxtisasartırma idarəsinin rəisi E.Saricalinskaya

Məlumat verilməsi üçün:
Hörmətli Elmira xanım,
Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyində çalışan ştatdankənar işçilərin əmək müqavilələrinin (uzadılmış) və əmək müqavilələrinin uzadılmasına dair Səfirliyin daxili əmrlərinin surətini diqqətinizə təqdim edirik.


Səfir:

İcraçı: E.Məmmədov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ,MTPİ,MDPİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 28.01.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +2 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________
Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini A.Əzimov, AR Müdafiə Nazirliyi
Məsələyə dair: Anyu Angelovun Bolqarıstan Respublikasının yeni Müdafiə naziri vəzifəsinə təyin olunmasına dair
Səfir:

İcraçı: E.Məmmədov



Səfirliyin SSOF/021/10 saylı məktubuna əlavə olaraq bildiririk ki, 27 yanvar 2010-cu il tarixində Xalq Məclisində Nazirlər Şurasının Hökumətdə kadr dəyişikliyi edilməsi ilə bağlı qərarına baxılmışdır. Təqdim olunmuş qərarda N.Mladenovun Xarici İşlər naziri vəzifəsinə təyin edilməsi ilə yanaşı, Anyu Angelovun Müdafiə naziri vəzifəsinə təyin olunması qeyd olunmuşdur.

Qərar millət vəkilləri arasında səsververməyə çıxarılmış, 127 lehinə 69 əlehinə səslə Parlament tərəfindən təsdiq edilmişdir.

Bununla da, hazırki Müdafiə nazirinin müavini Anyu Angelov Bolqarıstan Respublikasının Müdafiə naziri vəzifəsinə təyin edilmişdir.
Qeyd olunan məlumatı diqqətinizə təqdim edir və bu münasibətlə AR Müdafə naziri S.Əbiyev tərəfindən yeni Bolqarıstanlı həmkarı Anyu Angelevə təbrik məktubunun göndərilməsini məqsədəuyğun hesab edirik.
Əlavə olunur: A.Angelovun tərcümeyi halı - 1 vərəq





AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ,MİƏİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 01.02.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________
Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini M.Məmməd-Quliyev, X.Xələfov
Məsələyə dair: Bolqarıstan Respublikasının Baş naziri B.Borisovun Türkiyə Respublikasına səfəri
Səfir:

İcraçı: E.Məmmədov


Məlumat üçün bildiririk ki, 29-30 yanvar 2010-cu il tarixində Bolqarıstan Respublikasının Baş naziri B.Borisov həmkarı Türkiyə Respubliakasının Baş naziri R.Ərdoğanın dəvəti ilə Türkiyədə iki günlük rəsmi səfərdə olmuşdur. Səfər zamanı BR Baş naziri B.Borisov Türkiyə Respublikasının Prezidenti A.Gül və həmkarı R.Ərdoğanla görüşmüşdür. Keçirilən görüşlər zamanı tərəflər arasında iki tərəfli münasibətlər, siyasi, iqtisadi, energetika, mədəniyyət, turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olunmuş, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Sonra rəsmilərinin iştirakı ilə Bolqarıstanın İqtisadiyyat, Energetika və Turizm nazirliyi və Türkiyənin İqtisadiyyat Nazirliyi arasında “Energetika sahəsində ikitərəfli əməkdaşlıq haqqında Memarandum”, Bolqarıstanın “Bulqarqaz” şirkəti ilə Türkiyənin “Botaş” şirkəti arasında “Təbii qazın qarşılıqlı nəqli sahəsində saziş və Bolqarıstanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi ilə Türkiyənin Nəqliyyat Nazirliyi arasında hava yolu və quru nəqliyyat yolu vasitəsi ilə yükdaşınmalar sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanmışıdr.

Mərasimdən sonra BR Baş naziri B.Borisov və TR Baş naziri R.Ərdoğanla birlikdə mətbuat konfransında çıxış etmişdir.

B.Borisov əvvəlcə həmkarına qonaqpərvərliyinə görə təşəkkür etmiş və sonra isə aparılan danışıqların səmərəli olduğunu, görüşlər zamanı prezident A.Gül və həmkarı R.Ərdoğanla bir sıra vacib məsələlərin müzakirə edildiyini, ölkələr arasında açıq siyasi problemlərin olmadığını, Bolqarıstanın hər zaman Türkiyəni Avropa Birliyinə üzvülük prosesində dəstəklədiyini və bundan sonra da Türkiyə hökuməti tərəfindən Avropa Birliyinin tələblərinə uyğun müvafiq islahatlar aparılacağı təqdirdə dəstəkləyəcəyini bildirmişdir. Həmçinin Baş nazir B.Borisov Avropanın enerji resursları ilə təmin edilməsində “NABUKKO” qaz layihəsinin Avropa Birliyi üçün nə qədər vacib olduğunu bildirərək onun realizasiyasında Türkiyə tərəfindən aparılan işlərin dahada gücləndirilməsini TR Baş naziri R.Ərdoğandan xahiş etmiş və bu layihənin sürətləndirilməsi üçün Avropa Birliyinin növbəti iclasında Avropa Birliyinin rəhbərliyi və müvafiq şəxsləri ilə görüşlər keçiriləcəyini və konkret məsələ qaldırılacağını qeyd etmişdir. Eyni zamanda B.Borisov “NABUKKO” layihəsinin realizasiyası nə qədər ləngisədə razılıq əldə olunacağı təqdirdə tikintisinin tez bir zamanda başa çatacağına əmin olduğunu bildirmişdir.

TR Baş naziri R.Ərdoğan isə çıxışında həmkarının Ankaraya ilk səfərini Türkiyə Bolqarıstan münasibətlərinin inkişafının yeni mərhələsi, qardaş münasibətlərin dahada möhkəmlənməsinə atılan addım kimi qiymətləndirmiş və Bolqarıstanın Türkiyəni Avropa Birliyinə üzvülük məsələsində dəstəklədiyinə görə minnətdarlığını bildirmişdir. Həmçinin R.Ərdoğan “NABUKKO” layihəsinin realizasiyasının tezləşdirilməsində və vacib məsələlərdən biri olan enerji daşıyıcılarının təhlükəsizliyinin təminində Bolqarıstanla fikrlərin üst-üstə düşdüyünü və bu sahədə Türkiyə hökuməti tərəfindən aparılan müvafiq işlərin dahada sürətləndirilməsi üçün lazımi tədbirlər görüləcəyini bildirmişdir.

Sonra Baş nazir B.Borisov və həmkarı R.Ərdoğan keçirilən görüşlər zamanı turizm, mədəniyyət, informasiya sahələrində aparılan müzakirələr haqqında KİV-ə ətraflı məlumat vermişdir.

Səfərin ikinci günü B.Borisov başçılıq etdiyi nümayəndə heyyəti ilə İstanbul şəhərinin valisi ilə görüşmüş və İstanbul şəhərində yerləşən “Müqəddəs Stefan” adına bolqar kilsəsinə baş çəkmişdir.
Məlumat üçün diqqətinizə təqdim edir və səfər zamanı imzalanan sənədlər barəsində ətraflı məlumat veriləcəyini bildiririk.


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MTPİ,MXSP, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 03.02.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________
Məruzə üçün: Nazir E.Məmmədyarov

Məlumat verilməsi üçün: Nazir müavini A.Əzimov, X.Xələfov
Məsələyə dair: 04 fevral 2010-cu il tarixində Xalq Məclisinin İnsan hüquqları, dini işlər, vətəndaşların ərizə və şikayətləri komissiyasında qondarma erməni soyqırımı aktının Parlamentdə qəbulu layihəsinin baxılmasına dair

Səfir:

İcraçı: E.Məmmədov

Məlumat üçün bildiririk ki, 04 fevral 2010-cu il tarixində Xalq Məclisinin İnsan hüquqları, dini işlər, vətəndaşların ərizə və şikayətlərinə baxılması komissiyasında millətçi “ATAKA” partiyasının sədri Volen Siderov və bir qrup millətçi millət vəkilləri tərəfindən irəli sürülmüş Türkiyədən köçmüş trakiya bolqarlarına Türkiyə hökuməti tərəfindən təzminat verilməsi layihəsinə, 1915-ci ildə Osmanı İmperiyası tərəfindən ermənilərə qarşı törədilən qondarma erməni soyqırımının və 1396-1913-cü illərdə bolqarlarla qarşı törədilən bolqar soyqırımının qəbulu layihələrinə baxılması nəzərdə tutulur.

Bildirmək istərdik, qondarma erməni soyqırımı aktının Xalq Məclisində qəbulu məsələsi mütəmadi olaraq, (demək olar ki, hər il) millətçi ermənipərəst qüvvələr tərəfindən xüsusi ilə “ATAKA” partiyasının sədri V.Siderov tərəfindən Parlamentin müzakirəsinə çıxarılır və hər dəfə Parlamentdə kifayət qədər dəstək alımadığından qəbul olunmur, təxirə salınır.

Bildiyiniz kimi, 2009-cu il Parlament seçkilərindən sonra ölkədə yeni hökumətin qurulması və parlamentdə millətçi partiyaların ermənipərəst qüvvələrinin yerlərin əksəriyyətinə sahib olması ilə ölkədə ictimai-siyasi vəziyyət dəyişmiş və türklərə qarşı anti-türk kampaniyası yaradılmışdır .

Belə vəziyyətdən faydalanan ermənipərəst qüvvələr ölkədə HAH partiyasının nüfuzunun, mövqeyinin zəyiflədilməsi və öz qondarma əməllərinə haqq qazandırılması üçün millətçi partiyaların köməyi ilə qondarma erməni soyqırımı məsələsinin tez-tez Parlamentdə qaldırılmasına calışır. Bu məqsədlə müvafiq işlər apararaq millətçi partiyaların üzvləri tərəfindən mütəmadi olaraq erməni soyqırım aktının Parlamentin gündəliyinə salınması ilə bağlı bəyanatlar verir (məsələn Parlamentin ilk iclasında millətçi ATAKA partiyasının sədri Volen Sidorovun çıxışı zamanı soyqrım aktının yaxın zamanlarda Parlamentin gündəliyinə növbəti dəfə salınacağı qeyd edilmişdir) və layhələr hazırlayaraq Parlamentdə müvafiq komissiyaların müzakirəsinə çıxarır.

Bildiirik ki, Səfirliyimiz də öz növbəsində qondarma erməni soyqırımı aktının Parlamentdə qəbulunun qarşısının alınması məqsədi ilə Bolqarıstanda akreditə olunan Türkiyə Səfirliyi ilə birgə müvafiq işlər aparır və Səfirliyin təşəbbüsü ilə Parlamentin yeni üzvləri ilə keçirilən görüşlər zamanı hər dəfə qondarma erməni soyqırım məsələsinə aradan qaldırılması ilə bağlı xahişlər olunur.

Xatırladaq ki, 03.09.2009-cu il tarixində Səfir E.Zeynalovun Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri Tsetska Tsaçeva ilə keçirilən görüş zamanı Səfir E.Zeynalov bu məsələyə də toxunaraq, son zamanlar Parlamentdə millətçi partiyaların üzvləri tərəfindən qondarma erməni soyqrımının Parlamentdə qəbul edilməsi ilə bağlı tez-tez səsləndirilən fikirlərin narahatlıq doğurduğunu bildirmiş və qondarma erməni soyqrımı aktının Parlamentdə qəbul edilməsi fikrinin aradan qaldırılması istiqamətində səylərin göstərilməsini xanım T.Tsaçevadan xahiş etmişdir.

Xalq Məclisinin sədri xanım T.Tsaçeva isə erməni soyqırım aktının Parlamentin gündəliyinə salınmayacaqını və gələcəkdə müzakirəyə çıxarılsa da Xalq Məclisində yerlərin əksəriyyətinə sahib olan Gerb partiyası tərəfindən dəstək verilməyəcəyini və Parlamentdə qəbul edilməyəcəyini Səfir E.Zeynalovun diqqətinə çatdırmışdır.

Məlumat üçün diqqətinizə təqdim edirik.




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MTPİ, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 03.02.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini A.Əzimov, X.Xələfov
Bununla, Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyindən Səfirliyə daxil olmuş Beynəlxalq Komunikasiya Şurasına üzv olmaq üçün Bolqarıstana dəstək verilməsi notasının (qeyri-rəsmi tərcüməsi ilə) diqqətinizə təqdim edirik
Səfir:


İcraçı: A.Əliyeva

AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MTPİ, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 08.02.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini A.Əzimov, X.Xələfov
Məsələyə dair: 04.02.2010-cu il tarixində Bolqarıstan Xalq Məclisinin İnsan hüquqları, dini işlər, vətəndaşların ərizə və şikayətlərinə baxılması komissiyasının növbəti iclasına dair

Səfir:

İcraçı: E.Məmmədov



Səfirliyin SSOF/027/ saylı 03.02.2010-cu il tarixli məktubuna cavab olaraq bildiririk ki, 04.02.2010-cu il tarixində keçirilən Bolqarıstan Xalq Məclisinin İnsan hüquqları, dini işlər, vətəndaşların ərizə və şikayətlərinə baxılması komissiyasının növbəti iclası zamanı millətçi “ATAKA” partiyası tərəfindən təqdim edilmiş erməni soyqırımının, bolqar soyqırımının qəbul edilməsi və trakiya qaçqınlarına Türkiyə hökuməti tərəfindən təzminat ödənilməsi ilə bağlı layihələrinə komissiya üzvləri tərəfindən baxılmışdır. Təqdim olunmuş layihələrin komissiya üzvüləri tərəfindən Parlamentdə müzakirəyə çıxarılması, qəbulu Türkiyə Bolqarıstan münasibətlərinə mənfi təsir göstərəcəyi hesab edilərək qeyd olunan layihələrin Xalq Məclisinin gündəliyinə salınmaması qərarı verilmişdir.
Məlumat üçün diqqətinizə təqdim edirik.


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MKAD Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 08.02.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini V.Sadıqov
Məsələyə dair: 2010-cu il mart ayının 22-dən 26-dək Bolqarıstanın Sandanski şəhərində “Avropa təhlükəsizliyinin genişləndirilməsi və iki tərəfli və çoxtərəfli əməkdaşlıq sahəsində sabit ərazinin qurulması” mövzusunda beynəlxalq seminarın - “Diplomatiya üzrə Qış Məktəbi” keçirilməsinə dair.

Səfir:

İcraçı: E.Məmmədov


Bununla bildiririk ki, 08.02.2010-cu il tarixində Bolqarıstan XİN-dən Səfirliyə daxil olmuş məktubda XİN-nin Diplomatik Akademiyası tərəfindən 2010-cu il mart ayının 22-dən 26-dək Bolqarıstanın Sandanski şəhərində “Avropa təhlükəsizliyinin genişləndirilməsi və iki tərəfli və çoxtərəfli əməkdaşlıq sahəsində sabit ərazinin qurulması” mövzusunda beynəlxalq seminarın - “Diplomatiya üzrə Qış Məktəbinin” keçiriləcəyi bildirilmişdir. Məktubda bu qış məktəbinin 5 illiyi ilə əlaqədar bütün Avropa birliyinə üzv olan ölkələrdən, Avropa Birliyi institutlarından nümayəndələrin, həmçinin Qara Dəniz regionundan və Şimal-şərqi Avropa ölkələrindən gənc diplomatların dəvət olunduğu bildirilərək ölkəmizdən də bir və ya iki nəfər diplomatın iştirak etməsi üçün namizədliyinin 12 mart 2010-cu ilədək irəli sürülməsi xahiş olunmuşdur.

Eyni zamanda məktubda iştirakçıların nəqliyyat xərclərindən (Bolqarıstana gəliş) başqa bütün xərclərin təşkilatçı (BR XİN-nin Diplomatik Akademiyası) tərəfindən ödənilməsi qeyd olunmuşdur.

Bununla əlaqədar, qeyd olunan seminarda iştirak etmək üçün 1 və ya 2 nəfər diplomatın namizədliyinin 12 mart 2010-cu ilədək təqdim olunmasını və bu barədə AR-in Bolqarıstandakı Səfirliyinə məlumat verilməsini xahiş edirik.
Əlavə olunur: BR XİN-nin Diplomatik Akademiyasının məktubu



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MTPİ, MBQİ, MXSP, MİNİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 08.02.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +2 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini A.Əzimov, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi

Məsələyə dair: 23 yanvar 2010-cu il tarixində “Xay Tad”-Bolqarıstan erməni araşdırmaları təşkilatının açılması münasibəti ilə Sofiya şəhərində keçirilən tədbirə dair
Səfir:

İcraçı: E.Məmmədov



Məlumat üçün bildiririk ki, Bolqarıstanda nəşr olunan “Vahan” həftəlik erməni qazetində 23 yanvar 2010-cu il tarixində “Xay Tad”-Bolqarıstan erməni araşdırmaları təşkilatının açılması münasibəti ilə Sofiya şəhərində yerləşən “Rodina” hotelində tədbir keçirilməsi barədə məlumat verilmişdir. Məlumatda bildirilmişdir ki, tədbirdə təşkilatın Bolqarıstan üzrə təsisçiləri (Aqop Qarabedyan (Balkanşünaslıq institunun direktoru), Ovanes Melik Paşayev, Xayqaşod Aqasyan (kompazitor), Mıqırdiç Xalvadcyan, Edi Gyulyan, Nişan Bezdikyan), ER Daşnaksustyun partiyasının büro üzvü, “Xay Tad” – Ermənistan Komitəsinin idarə heyyətinin üzvü Levon Mıqırdiçyan, Ermənistanın Bolqarıstandakı Səfiirliyinin nümayəndələri (Xasmiq Daşdoyan, İqor Mardisyan), Ermənistan-Bolqarsıtan Parlamentlərarası dostluq qrupunun sədri S.Stanilov(ATAKA partiyası), sədr müavini K.Yazov (“GERB” partiyası), Varna şəhər icra hakimiyyətinin sabiq müşaviri T.Georgiyeva (ATAKA partiyası), Plovdiv şəhərinin icra hakimiyyətinin müşaviri B. Stoyanov(ATAKA partiyası), Soyqırım kitabının müəllifi, Xalq Məclisinin sabiq deputatı Delço Balabanov, Bolqarıstanda faəliyyət göstərən erməni diasporasının, erməni kilsələrinin, erməni cəmiyyətlərinin nümayəndələri, Sofiya, Varna, Burqas, Ruse, Pazardjik, Şumen, Plovdiv, Dobriç, Silistra və digər şəhərlərdə yaşayan erməni ictimaiyyətinin fəal üzvləri iştirak etmişdir. Tədbir zamanı iştirakçılar arasında qondarma erməni soyqırımının beynəlxalq səviyyədə qəbulu, bu sahədə qarşıya qoyulan vacib məsələlər, yeni ideyalar müzakirə olunmuşdur.

Tədbirdə iştirak edən Daşnaksustyun partiyasının büro üzvü, “Xay Tad” – Ermənistan Komitəsinin idarə heyyətinin üzvü Levon Mıqırdiçyan çıxışı zamanı erməni xalqına qarşı törədilmiş qondarma soyqırım faktının beynəlxalq səviyyədə qəbulunun əhəmiyətindən və rolundan danışaraq, “Xay Tad” təşkilatının fəaliyyəti sahəsində qısa müddət ərzində bir çox ölkələrdə müxtəlif səviyyəli, müxtəlif əqidəli lakin ümumi fikirə sahib olan danılmaz tarixi faktı qondarma erməni soyqrımını qəbul edən və bu sahədə əvəz olunmaz işlər aparan tərəfdaşların ətrafına toplamasından və görülən digər işlərdən ətraflı olaraq tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Sonra tədbirdə iştirak edən Ermənistanın Bolqarıstandakı Səfiirliyinin müşaviri Xasmiq Daşdoyan “Xay Tad” təşkilatının qondarma erməni soyqırımı faktının qəbulunda on illiklərlə apardığı əhəmiyyətli işlərdən və onun beynəlxalq səviyyədə qəbulu ideyasına Ermənistan hökuməti tərəfindən daim dəstək verilməsindən danışmışdır.

Sonda “Xay Tad”-Bolqarıstan təşkilatının nizamnaməsi qəbul edilmiş və idarə heyyətinin üzvüləri (Aqop Qarabedyan, Xayqaşod Aqasyan, Vartanuş Topakbaşyan (yerevan qazetinin redaktoru), Saxak Çalkyan, Krikor Panosyan) seçilmişdir. Həmçinin təsisçilər tərəfindən bu təşkilatının rayonlar üzrə bölmələrinin yaradılması qərara alınmışdır.

Əlavə olunur: qazet materialı

Məlumat üçün diqqətinizə təqdim edirik.


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ,MİƏİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 11.02.2010

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________
Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini M.Məmməd-Quliyev, X.Xələfov
Məsələyə dair: Bolqarıstan Respublikasının Baş naziri B.Borisovun Böyük Britaniya Krallığına səfəri
Səfir:

İcraçı: E.Məmmədov



Məlumat üçün bildiririk ki, 07-08 fevral 2010-cu il tarixində Bolqarıstan Respublikasının Baş naziri B.Borisov həmkarı Böyük Britaniya Krallığının Baş naziri Q.Braunun dəvəti ilə Böyük Britaniya Krallığında iki günlük səfərdə olmuşdur. Səfər zamanı BR Baş naziri B.Borisov və rəhbərlik etdiyi nümayəndə heyyətinin üzvləri – Xarici İşlər nazri N.Mladenov, Daxili İşlər naziri Ts.Tsevatanov həmkarları Baş nazir Q.Braunla, D.Milibendlə, A.Djonslə ayrı-ayrılıqda görüşlər keçirilmişdir. Baş nazir B.Borisov həmkarı Q.Braunla keçirilən görüş zamanı həmkarına Bolqarıstan hökumətinin Avropa Birliyi çərçivəsində əsas prioritetləri (tekliklə Şengen (2011 mart) və Avrozonaya (2013) daxil olması) barədə məlumat vermiş və bu yöndə həmkarından dəstək istəmişdir. Həmçinin B.Borisov ölkənin enerji siyasəti, təhlükəsizliyi, bu yöndə aparılan işlər və Nabukko lahiyəsi ətrafında gedən proseslər barədə həmkarına ətraflı məlumat verərək bunun Bolqarıstan hökumətinin ən əsas siyasi prioriteti olduğunu bildirmişdir.

Baş nazir Q.Braun öz növbəsində Bolqarıstanın tezliklə Şengen və Avrozonaya daxil olmasında, Bolqarıstan və Türkiyənin Nabukko layihəsinin tezliklə reallamasında göstərdikləri səyləri dəstəklədiyini və bununla bağlı Avropa Birliyinin növbədənkənar iclası zamanı Avropa Birliyi qarşısında ciddi məsələ qaldıracağını bildirmişdir.

Görüş zamanı iki ölkə rəsmiləri arasında həmçinin energetika, nəqliyyat, su sektorunda investisiya qoyulması imkanları müzakirə olunmuşdur.

Məlumat üçün diqqətinizə təqdim edirik.



Yüklə 13,38 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin