Çıxış nömrəsi: ssof/ /09 Tarix: 31. 07. 09 Sənəd necə göndərilir


AZƏRBAYCAN RESPUBLİKASININ EMBASSY OF THE REPUBLIC OF



Yüklə 13,38 Mb.
səhifə5/32
tarix06.09.2017
ölçüsü13,38 Mb.
#29098
1   2   3   4   5   6   7   8   9   ...   32

AZƏRBAYCAN RESPUBLİKASININ EMBASSY OF THE REPUBLIC OF

BOLQARISTAN RESPUBLIKASINDAKI AZERBAIJAN IN THE REPUBLIC OF

SƏFİRLİYİ BULGARIA

Tel: (359 2) 817 00 70 Fax: (359 2) 817 00 77 E-mail: sefirlik@azerembsof.com

—————————————————————————————————————————
__ _________

Azərbaycan Respublikasının

Fövqəladə Hallar

naziri cənab K.Heydərova


Hörmətli Kəmaləddin müəllim,


Məlumat üçün bildirirəm ki, 27 iyul 2009-cu il tarixində Bolqarıstan Respublikasında yeni Hökumət qurulmuş (yeni nazirlər təyin olunmuş) və Nazirlər Şurasının strukturunda bir çox dəyişiklilər (hökumətdə bəzi nazirliklər, komitələr və agentliklər birləşdirilmiş bəziləri ləğv edilmişdir) olmuşdur. Belə ki, Fövqəladə Hallar Naziriliyi bir qurum kimi ləğv edilmiş və səlahiyytələri Daxili İşlər Nazirliyinə həvalə olunmuşdur. (Bu barədə tərəfimizdən Mərəkəzə məlumat verilmişdir).

Bununla əlaqədar, 18 sentyabr 2009-cu il tarixində Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Fövqəladə Hallar nazirlərinin rəhbərlərinin toplantısında iştirakla bağlı tərəfinizdən həmkarınıza göndərilmiş dəvət məktubunda (Məlumat üçün bildiririk ki, qeyd olunan məktub Səfirliyə hələ daxil olmamışdır) dəyişiklik edilməsini və yeni həmkarınız Bolqarıstan Respublikasının Daxili İşlər naziri cənab Tsvetan Tsvetanovun adına ünvanlamağınızı (qısa müddət ərzində Səfirliyə göndərilməsini) xahiş edirəm.


Dərin hörmətlə,


Səfir E.Zeynalov


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MXSP, MTPİ, MİHİ Surəti:

Çıxış nömrəsi: SSOF/ 311 /09 Tarix: 07.09.09

Sənəd necə göndərilir: Elektron poçt Faks Dip.poçt*

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + 1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili Çox təcili*

Vacibliyi: Adi Vacib Çox vacib*

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfov, A.Əzimov, M.Məmməd-Quliyev, Azərbaycan Respublikasının Milli Məclisi
Məsələyə dair: 03.09.2009-cu il tarixində Səfir E.Zeynalovun təşəbbüsü ilə Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri Tsetska Tsaçeva ilə keçirilmiş görüşə dair

Səfir:


İcraçı: E.Məmmədov

Məlumat üçün bildiririk ki, 03.09.2009-cu il tarixində Səfir E.Zeynalovun təşəbbüsü ilə Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri Tsetska Tsaçeva ilə tanışlıq məqsədi ilə görüş keçirilmişdir. Görüş zamanı öncə Səfir E.Zeynalov xanım Tsetska Tsaçevanı yeni vəzifəyə seçilməsi münasibəti ilə təbrik etmiş və bu məsuliyyətli vəzifədə uğurlar arzulamışdır. Sonra isə Səfir E.Zeynalov iki ölkə arasında inkişaf edən iki tərəfli və cox tərəfli münasibətlərdən danışmış, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqrımı barədə məlumatları, Dağlıq Qarabağla bağlı həqiqətləri xanım T.Tseçevanın diqqətinə çatdırımış və (erməni təcavüzkarları tərəfindən) işğal olunmuş əraziləri özündə əks etdirən xəritə təqdim olunmuşdur.

Həmçinin Səfir E.Zeynalov son zamanlar Parlamentdə millətçi partiyaların üzvləri tərəfindən erməni soyqrımının Parlamentdə qəbul edilməsi ilə bağlı tez-tez səsləndirilən fikirlərin narahatlıq doğurduğunu bildirmiş və erməni soyqrımı aktının Parlamentdə qəbul edilməsi fikrinin aradan qaldırılmasını xanım Tsetska Tsaçevadan xahiş etmişdir.

Xalq Məclisinin sədri xanım T.Tsaçeva isə Səfir E. Zeynalova bidirmişdir ki, ölkədə hazırki vəziyyətlə əlaqədar Parlamentdə yalnız ölkə üçün müvafiq qanunvericilik aktlarının qəbul edilməsi nəzərdə tutulur. Belə soyqrım aktının Parlamentdə yaxın zamanlarda qəbul edilməsi isə qeyri mümkündür.
Sonda Səfir E.Zeynalov xanım T.Tsaçevaya xoş və səmimi görüşə görə minnətdarlığını bildirmiş və ölkəmizə səfərə dəvət etmişdir.

Məlumat üçün diqqətinizə təqdim edirik.




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MXSP, MTPİ, MİHİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 07.09.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi * Vacib Çox vacib

Məruzə üçün:

Məlumat verilməsi üçün:
Hörmətli Elmira xanım,
Nazirliyin S/17-11365/17/09 saylı, 28.09.2009-cu il tarixli məktubuna cavab olaraq bildirirəm ki, diplomatik xidmət əməkdaşlarının növbəti rotasiyası ilə əlaqədar səfirlikdə vakant olan ştat vahidinə namizədliyi irəli sürülmüş Nigar Əfəndiyevanın birinci katib vəzifəsinə təyin olunmasına etiraz etmirəm.

Namizədliyi irəli sürülən Nigar Əfəndiyevaya səfirlikdə əsasən iqtisadi və sair məsələlər həvalə olunacaqdır.


Səfir:
İcraçı: E.Məmmədov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MDPİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 17.09.2009

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + 3 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili Çox təcili*

Vacibliyi: Adi Vacib Çox vacib*

Məruzə üçün: Nazir cənab E.Məmmədyarov

Məlumat verilməsi üçün: Protokol idarəsinin rəisi P.Mirzəzadəyə, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəisi E.Bağırova
Məsələyə dair: Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bolqarıstana işgüzar səfərinin 2009-cu il 15-20 noyabr tarixləri arasındakı dövrdə Varna şəhərində keçirilməsi ilə bağlı Bolqarıstan Respublikasının Prezident Administrasiyasının təklifinə dair
Səfir:

İcraçı: E.Məmmədov


Bununla bildiririk ki, Bolqarıstan Respublikasının Prezident Administrasiyasından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bolqarıstana işgüzar səfərinin tarixlərinin müəyyən edilməsi ilə bağlı 16.09.2009-cu il tarixində Səfirliyə məktub daxil olmuşdur. Məktubda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bolqarıstana işgüzar səfərinin 2009-cu il 15-20 noyabr tarixləri arasındakı dövrdə Varna şəhərində keçirilməsi təklif olunmuş, razılıq əldə olunarsa səfərin dəqiq tarixləri barədə məlumat verilməsi xahiş olunmuşdur.

Bununla əlaqədar, razılıq əldə edilərsə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bolqarıstana işgüzar səfərinin dəqiq tarixləri barədə məlumat verməyinizi xahiş edirik.

Əlavə olunur: Bolqarıstan Respublikası Prezidentinin Xarici Siyasət və Təhlükəsizlik üzrə katibi Qoran Yanovun məktubu.

Qeyri - rəsmi tərcümə

Azərbaycan Respublikasının

Bolqarıstan Respublikasındakı

Fövqəladə və Səlahiyyətli Səfiri

cənab Elman Zeynalova

Hörmətli cənab Səfir,


Bolqarıstan Respublikası Prezidenti cənab Georgi Pırvanovun tapşırığı ilə böyük məmuniyyətlə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bolqarıstana işgüzar səfərinin 2009-cu il 15-20 noyabr tarixləri arasındakı dövrdə Varna şəhərində keçirilməsini təklif edirik.

Qeyd olunan təklif tərəfinizdən qəbul edilərsə səfərin dəqiq tarixləri barədə bizə məlumat verməyinizi xahiş edirik.


Hörmətlə,

Qoran Yonov
Xarici siyasət və təhlükəsizlik üzrə katib


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MDPİ Surəti:

Çıxış nömrəsi: SSOF/ 325 /09 Tarix: 17.09.2009

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + 1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili Çox təcili*

Vacibliyi: Adi Vacib Çox vacib*

Məruzə üçün: Nazir cənab E.Məmmədyarov

Məlumat verilməsi üçün: Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəisi E.Bağırova
Məsələyə dair: Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bolqarıstan Respublikasına işgüzar səfərinin tarixlərində edilləcək dəyişikliklərə dair
Səfir:

İcraçı: E.Məmmədov


Səfirliyin SSOF/322/09 saylı, 17.09.2009-cu il tarixli məktubuna əlavə olaraq bildiririk ki, Bolqarıstan Respuublikası Prezidentinin müşaviri Nikolay Kratunov bu il sentyabr ayının 27-də Bakı şəhərinə səfər etmək niyyətindədir. Onun dediyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bolqarıstana işgüzar səfərində bəzi dəyişikliklər ediləcəkdir. Belə ki, səfərin Varna şəhərində yox Sofiya şəhərində keçirilməsi və səfərin tarixlərində dəyişikliklər edilməsi nəzərdə tutulur. Səfərin tarixləri ilə bağlı son variant isə mənim Bakıya səfərim zamanı tərəfimdən təqdim olunacaq Bolqarıstan Respublikası Prezidenti Georgi Pırvanovun məktubunda öz əksini tapacaqdır.

Eyni zamanda bildirmişdir ki, səfərin tarixlərinin dəqiq müəyyən edilməsi bizim öhdəmizə veriləcəkdir.


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MTPİ, MXSP Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 20.09.2009

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + 1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili Çox təcili*

Vacibliyi: Adi Vacib Çox vacib*

Məruzə üçün: Nazir cənab E.Məmmədyarov

Məlumat verilməsi üçün: Nazir müavini A.Əzimov, V.Sadıqov, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri N.Məmmədov
Məsələyə dair: UNESCO Təşkilatının baş katibi vəzifəsinə Bolqarıstan tərəfindən təklif olunmuş namizədin dəstəklənməsi ilə bağlı
Səfir:

İcraçı: E.Məmmədov

Nəzərinizə çatdırmaq istərdik ki, Bolqarıstan Respublikası Prezidentinin müşaviri Nikolay Kratunovla Səfir E. Zeynalov arasında (18.09.2009-cu il tarixində) olan telefon danışığı zamanı, Prezident Georgi Pırvanovun tapşırığı ilə UNESCO Təşkilatının baş katibi vəzifəsinə Bolqarıstan tərəfindən təklif olunmuş namizədin Azərbaycan tərəfindən dəstəklənməsi xahiş olunmuşdur.

Bununla əlaqədar qeyd olunan məlumatın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqətinə çatdırılmasın-da köməklik göstərməyinizi xahiş edirik.




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MİƏİ, MXSP Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 23.09.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + 2 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfov, A.Əzimov, M.Məmməd-Quliyev
Məsələyə dair: Cari ilin 18 sentyabr tarixində Rusiya Federasiyasının Energetika naziri Sergey Şmatkovun Bolqarıstan Respublikasına səfəri
Səfir:

İcraçı: E.Məmmədov


Məlumat üçün bildiririk ki, 18 sentyabr 2009-cu il tarixində Rusiya Federasiyasının Energetika naziri Sergey Şmatkov nümayəndə heyyəti (“Rosatom” enerji şirkətinin direktoru Sergey Kirinov və digər şəxslər) ilə Bolqarıstan Respublikasına səfər etmişdir. Səfər zamanı Sergey Şmatkov Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovla və həmkarı İqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovla görüşmüşdür. Keçirilən görüş zamanı 3 əsas məsələ – AES “Belene” atom elektrik stansiyasının tikintisi, Cənub Axını və Burgas-Aleksandrupolis birgə enerji layihələrinin realizasiyası ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Danışıqlar zamanı Bolqarıstanın İqtisadiyyat, energetika və turizm naziri T.Traykov həmkarına bildirmişdir ki, AES “Belene” atom elektrik stansiyasının tikintisi ilə bağlı aparılan danışıqlar səmərəli olmuş, bu layihə üzrə maliyyə məsələləri konkret detalıqlarına qədər aydınlaşdırılmışdır. Müzakirələrdən sonra bu layihə maddələr üzrə Hökumətdə yenidən baxılacaq və Milli dövlət enerji şirkətinin layihədə 51% -lik iştirakı 20 % -ə qədər azaldılacaqdır. Sonra isə bu proekt üzrə iştirak Rusiya şirkətlərindən başqa iştirak etmək niyyətində olan bütün investorlara təklif oluncaq və təhlükəsizlik məqsədi ilə avropa və rusiya investorlarının iştirakı bərabər təmin olunacaqdır.
Rusiya Federasiyasının Energetika naziri S.Şmatko isə bildirmişdir ki, AES “Belene” proekti üzrə hazırki vəziyyətlə bağlı konkret problemləri müzakirə etdik və sizin fikirlərinizlə bölüşərək, hazırki vəziyyətlə bağlı layihə üzrə maliyyə və hüquq məsələlərində təcili addımlar atmağınızı zəruri hesab edirik. Bu proektin reallaşmasında Bolqarıstan tərəfinin razılığı, istəyi bizim üçün çox vacibdir. Sonra isə, qonaq bu atom elektrik stansiyasının tikintisinə təqribən 10 milyard avro məbləğində vəsait tələb olunduğunu və ikinci atom elektro mərkəzinin səhmlərinin özəlləşməsində Rusiya tərəfinin hazır olduğunu bildirmişdir.
Bolqarıstanlı həmkar əlavə olaraq qeyd etmişdir ki, reallaşacaq bu layihə Avropanın ən yaxşı layihəsi sayılacaq və Bolqarıstan, Rusiya və Avropa ölkələrinin layihənin tikintisində iştirakı ilə müasir mərkəzi atom elektrik stansiyası yaradılacaqdır. Həmçinin qeyd etmişdir ki, reallaşacaq AES “Belene” layihəsi tərəfimizdən Rusiya, Bolqarıstan və Avropa ölkələrinin yaxşı əməkdaşlığının nəticəsi kimi qiymətləndirilir. Bu proektdə Almaniya və Fransa kimi ölkələrin iştirakı bizdə bu poektə onların da dəstək verilməsində əminlik yaradır.

Cənub Axını məsələsində isə T.Traykov bildirmişdir ki, bu layihə üzrə inkişaf Bolqarıstan tərəfində yaxşı səviyyədədir. Hazırda bu proekt üzrə iki işçi qrup işləyir və yaxın zamanlarda konkret nəticələr əldə olunacağına ümid edilir.

Sonra S.Şmatkov Burgas –Aleksandrupolis enerji layihəsinin realizasiyasının ekologiya ilə əlaqədar Bolqarıstan tərəfindən yubadıldığını və bununla bağlı qarşılarına çoxlu suallar qoyulduğunu, tezliklə bu suallara cavab veriləcəyinə ümid etdiyini və layihənin reallaşması üçün Rusiya tərəfindən lazımi tədbirlər görüləcəyini qeyd etmişdir.
Sonda Baş Nazir Boyko Borisov bildirmişdir ki, aramızda müzakirə olunan hər bir məsələ ictimaiyyət üçün açıqdır, bu bizim münasibətlərin aydınlığına və səmimliyinə işarədir. Həmçinin bildirərəm ki, hər üç layihənin-Burgas-Aleksandrupolis, AES “Belene”, Cənub Axını- Bolqarıstan tərəfi üçün bitmə müddəti 2013-ci il tarixindədir. Biz bu lahiyələri davam etdirməyi və enerji sferasında əməkdaşlığı daha da inkişaf etdirməyə hazırıq.

Tərəfinizdən səsləndirilən Nabukko və Cənub axını enerji layihəsinin Bolqarıstan ərazisində sizin üçün rəqib olmadığı fikri bizim üçün cox vacibdir. Ola bilsin ki, bu sözlər tərəfinizdən səsləndirilən siyasi müraciətdir. Bununla əlaqədar bildirirəm ki, Bolqarıstan hər iki enerji layihəsində eyni zamanda iştirak edəcəkdir.

Məlumat üçün diqqətinizə təqdim edirik.


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MTPİ Surəti:

Çıxış nömrəsi: SSOF/ 333 /09 Tarix: 30.09.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + 1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfov, A.Əzimov, AR Müdafiə Nazirliyi
Məsələyə dair: 28 sentyabr 2009-cu il tarixində Sofiyada keçirilmiş Şərqi Avropa ölkələrinin Coxmilli Sülhməramlı Qüvvələr komitəsinin hərbi siyasi rəhbərlərinin və Müdafiə Nazirləri Şurasının kordinasiya komitəsinin üzvlərinin (Müdafiə nazirlərinin) görüşünə dair

Səfir:

İcraçı: E.Məmmədov

Məlumat üçün bildiririk ki, 28 sentyabr 2009-cu il tarixində Şərqi Avropa ölkələrinin Coxmilli Sülhməramlı Qüvvələr komitəsinin hərbi siyasi rəhbərlərinin və Müdafiə Nazirləri Şurasının kordinasiya komitəsinin üzvlərinin (Müdafiə nazirlərinin) Sofiya şəhərində görüşü keçirilmişdir. Görüşdə NATO-nun regional komandanlığının, BMT və digər beynəlxalq təşkilatların nümayəndələri və Şərqi Avropa ölkələrinin Müdafiə nazirləri iştirak etmişdir. İki günlük forumda Şərqi Avropa ölkələrində təhlükəsizlik və stabillik prosesinin inkişafı, çoxmilli briqadaların operativlik bacarığı və Şərqi Avropa ölkələrinin Müdafiə nazirlərinin görüşünə hazırlıqla bağlı məsələlər müzakirə olunmuşdur. Sonra isə, rotasiya prinsipinə uyğun olaraq Şərqi Avropa ölkələrinin Müdafiə Nazirləri Şurasına sədrlik 2011-ci ilin ortalarına qədər Bolqarıstan Respublikasına həvalə olunmuşdur.

Məlumat üçün diqqətinizə təqdim edirik.


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MKAD, MÜKT Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 02.10.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + 1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

____________



Məruzə üçün: Nazir E.Məmmədyarova

Məlumat verilməsi üçün: Nazir müavini V.Sadıqov
Məsələyə dair: Səfirlikdə vakant olan ştat vahidinə Ümumi Katibliyin birinci katibi Aqşin Şamil oğlu Əliyevin namizədliyinin təklif olunmasına dair

Səfir:


İcraçı: A.Əliyeva



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MİŞİ Surəti:

Çıxış nömrəsi: SSOF/ 335 /09 Tarix: 06.10.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

Səhifələrin sayı: 1 + 4 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili Çox təcili*

Vacibliyi: Adi Vacib * Çox vacib

Məlumat verilməsi üçün: Nazir müavini V.Sadıqov
Məsələyə dair: Cari ilin 11-12 noyabr tarixlərində Bakıda keçiriləcək Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” adlı beynəlxaq konfransda iştirakla bağlı Bolqarıstanın tanınmış tarix və beynəlxaq əlaqələr elmləri üzrə eksperti (Varna Azad Universitetinin yeni təyin olunmuş rektoru) professor Nina Dülgərovanın və iqtisad elmləri doktoru İvan İvanovun namizədliyinin təklif olunmasına dair.

Səfir:

İcraçı: A.Əliyeva
Nazirliyin S/30-12211/05/06 saylı, 10.09.2009-cu il tarixli məktubuna cavab olaraq, 11-12 noyabr 2009-cu il tarixlərində Bakıda keçiriləcək Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” adlı beynəlxaq konfransda Bolqarıstanın tanınmış tarix və beynəlxaq əlaqələr elmləri üzrə eksperti professor Nina Dülgərovanın, iqtisad elmləri üzrə doktor İvan İvanovun iştirakını məqsədəuyğun hesab edirik.

Əlavə olaraq bildiririk ki, professor Nina Dülgərova Azərbaycan - Ermənistan Dağlıq Qarabağ münaqişəsini, Dağlıq Qarabağla bağlı həqiqətləri, Azərbaycanın tarixini, mədəniyyətini, sosial iqtisadi göstəricilərini, Prezident cənab İ.Əliyevin neft strategiyası və digər sahələrdə yürütdyü siyasəti, əldə olunmuş uğurları özündə əks etdirən “Qafqaz Qambiti” kitabının müəllifidir.


Qeyd olunan şəxslər Səfirliyimizlə sıx münasibətdədir.
Əlavə olunur: N.Dülgərovanın və İ.İvanovun tərcümeyi-halları


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MTPİ, MXSP Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 13.10.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + 1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi* Vacib Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün: Nazir E.Məmmədyarova

Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfova, A.Əzimova, M.Məmməd-Quliyevə, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri N.Məmmədova
Məsələyə dair: Cari ilin 26 sentyabr 11 oktyabr tarixlərində İstanbul şəhərində keçirilən “Balkan Siyasi Klubu”nun “Türkiyənin Avropa Prespektivləri” mövzusuna həsr olunmuş XII iclasına dair
Yüklə 13,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin