ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

Əlcək – təzə əlcək sevinc və şadlığa, yırtıq əlcək üzüntüyə, 

əlcək almaq – bir dost tərəfindən qonaqlığa çağrılmaq, bir yerdə 

çoxlu  əlcəkli  adam  görmək  –  bir  yaramaz  işin  cəzasını  çəkmək 

deməkdir. 

 

Əncir  –  yuxuda  təzə  ənciri  fəslində  yemək  –  evlənmək, 

şadlıq,  var-dövlətə,  fəslindən  qıraq  yaş  əncir  yemək  –  qəm  və 

yoxsulluğa  işarədir.  Quru  əncir  –  var-dövlətin  üstələnməsi 

deməkdir. 

 

Ərzaq – yuxuda çoxlu ərzaq aldığını və topladığını görənin 

qarınqululuqdan və boğaz otarmaqdan çəkinməsi gərəkdir. 

 

Ətir –  yuxuda ətir görmək evlilər üçün uğur və xoşbəxtlik, 

subaylar  üçün  evlənmək  kimi  yozulur.  Özünə  ətir  səpmək 

(vurmaq) yaxında bir aydınlığa çatmaq deməkdir. 

 

Ərə  –  yuxuda  əlində  ərə  olduğunu,  ya  birindən  ərə  aldığını 

görmək – varın və övladın artması deməkdir. Ərə ilə bir şeyi kəsən 

– muradına çatır. Ərə ilə odun kəsən düşməninə üstün gəlir. 

 

Əriştə – yuxuda əriştə kəsmək acgözlülük və qarınqululuğa 

işarədir.  Əriştə  şorbası,  ya  əriştə  aşı  içmək  –  mədənin  sağlam-

lığına dəlalət edir. 

 

Ət  –  yuxuda  ət  bişirdiyini  görən  –  məqsədə  çatmaqda  çox 

çalışmalıdır,  ət  satdığını  görən  –  çalışmayınca  qazana  bilmə-

yəcək. Ət kəsdiyini və doğradığını görən – ağır və kədərli işlərə 

uğrar. Quzu əti görən – fikirlərini dəyişdirməli, keçi əti görən – 

düşməndən çəkinməməli, quş əti – uzun ömür, donuz əti – gizli 

bir işin üzə çıxması, balıq əti – şadlıq və səadətdir. 

 

Falçı – yuxuda falçı – yalançı, hiyləgər bir adamla yozulur. 

Falçıya getmək, kitaba baxdırmaq, dua yazdırmaq bir kələkbazın 

yalanlarına  aldanmaq,  fal  açdırmaq,  fala  baxmaq  –  xəyal  və 

uydurmaya qatılmaq deməkdi. 


 

220 


Fanus  (fanar)  –  yuxuda  gündüz  və  aydınlıqda  fanus  gör-

mək  –  puç  və  faydasız  işlərlə  uğraşmağa  işarədir.  Gecə  qaran-

lıqda  görülən  fanus  –  qazanc  və  fayda  deməkdi.  Fanus  yandır-

maq – xeyirli bir işə başlamaq, fanusu söndürmək – yaxşı bir işi 

öz əlilə dağıtmaqdır. Gecə zamanı çoxlu fanusların küçə-bazarda 

yandığını,  hər  tərəfi  işıqlandırdığını  görmək  ölkənin  abadlaşma 

və rifaha çatmasına işarədi. Yanan fanusların birdən-birə sönmə-

si – o ölkənin səfalətinə, orada böyük bir adamın aradan getmə-

sinə işarədir. 

 

Fəqir  –  yuxuda  özünü  fəqir  (yoxsul)  görmək  –  varlanmaq 

nişanəsidi.  Fəqirə  yardım etmək – bir  fəlakətdən qurtarmaq,  fə-

qirdən bir şeyi almaq – varlı bir adamdan xeyir görmək,  fəqirin 

səndən bir zad dilədiyini görmək – şad bir xəbər almaq deməkdi. 

 

Fəvvarə  –  yuxuda  fəvvarə  –  yaşayışda  bolluq  və  rifaha 

yozulur.  Evində  fəvvarə  saldırdığını  görən  –  evli  olsa  varlanır, 

subay olsa evlənir. 

 

Firuzə  –  adaxlılar  üçün  bu  bahalı  daşı  yuxuda  görmək 

gələcək xoşbəxt həyatdan xəbər verir. Cavan qızın yuxuda firuzə 

görməsi – ərinin onu çox istədiyinə yozulur. 

 

Fışqırıq  –  fışqırıq  (fit)  səsi  yuxuda  cürbəcür  yozulur. 

Ucadan  verilən  fışqırıq  pul  itkisinə,  alçaqdan  verilən  fışqırıq 

yaxınları ilə daha nəzakətli olmağa yozulur. 

 

Fırtına  (tufan)  –  yuxuda  fırtına  görən  yaxın  günlərdə  bir 

şaşdırıcı xəbər, ya gözlənilməz bir hadisə ilə qarşılaşacaq. Fırtı-

na  yağış,  göy  gurultusu,  şimşək  çaxma  ilə  görünərsə,  o  yerdə 

istər quruda, ya dəryada olsun fəsad və pozğunluq üz verəcəkdir. 

 

Fil  –  yuxuda  fil  görmək  –  əyri  gövdəli  və  heybətli  bir 

adamla üzbəüz gəlmək deməkdir. Filə mindiyini görmək – yük-

sək məqama çatır, fildən düşdüyünü görənin işi kasada uğrar. 



 

221 


Gecə – yuxuda qaranlıq gecə görmək – qəm və kədər, aylı-

ulduzlu,  aydınlı  gecə-sevinc,  evini  qaranlıqda  görmək  uzun  və 

zəhmətli  səfər,  tutqun  gecənin  birindən  aydınlığını  görmək  – 

sıxıntıdan qurtarmaq, aydınlığın birdən-birə qaranlığa çevrilməsi 

işlərin  gözlənilmədən  pozulması  və  sıxıntı  çox  düşməsi 

deməkdir. 



 

Gəli

 

k



 

222 


Göy  qurşağı  –  yuxuda  göy  qurşağı  görən  adam,  görəcəyi 

işlərdə müvəffəqiyyət qazanır, bütün istəkləri yerinə yetirilir. 

 

Gül  –  yuxuda  adamın  sevdiyi  və  xoşladığı  gülü  görməsi  – 

xoş günlərə çatmasına, gül toplaması – xoş xəbərlər eşidəcəyinə 

və  arzularına  çatmasına,  topladığı  gülün  rəngi  qırmızı  olursa 

sevinc və sözünün ötgünlüyünə,  ağ olursa-dövlət və  iqbala,  sarı 

olursa – xəstəliyə yozulur. 

 

Halva  –  yuxuda  halva  dadlı  söz  və  qiymətli  öyüd  kimi 

yozulur.  Halvaçı  kəramətli  bir  kimsə  anlamındadır.  Yuxuda 

birinin  sənə  halva  verməsi  ondan  maddi  və  mənəvi  faydalan-

dığına,  sənin  birinə  halva  verdiyin  onun  haqqında  yaxşılıq 

edəcəyinə işarədir. 

 

Hamam  –  yuxuda  hamama  girmək  –  sıxıntı  və  kədər,  ha-

mamdan  çıxmaq  şadlıqdı.  Hamamda  yuyunub  arınmaq  –  borcdan 

qurtarmaq, suyun dağ olduğu – həyatda xəstəlik və taqətsizlik, ilıq 

olduğu sağlamlıq və işlərin qərarında olduğunu göstərir. 

 

Haca  getmək  –  yuxuda  Məkkəyə  getmək,  ya  özünü  Mək-

kədə  ziyarətdə  görmək,  istək  və  arzuların  yerinə  yetirilməsinə 

işarədir.  Yuxuda Məkkəyə getmək  istədiyi  halda gedə bilməzsə 

– muradına çatmayacaq. 

 

Həb  –  yuxuda  həb  görmək  –  hər  şəkildə  olursa-olsun, 

yalan, fırıldaq, aldanmaq, aldatmaq kimi yozulur. 

 

Həcamət  (Qanalma)  –  yuxuda  həcamət  etdiyini  görən 

naxoş olsa toxtar, sıxıntıda olsa – rahatlığa çıxar, həbsdə olsa – 

qurtulur, işdən çıxarılıbsa – işə çağırılar. 

 

Həsir  –  yuxuda  həsir  üstə  oturduğunu  görən  peşimanlıq 

doğuran bir işə əl atar, həsirə büründüyünü görən – təkcə özünü 


 

223 


düşünər. Təzə həsir aldığını görən evlənir, həsirin oğurlandığını 

görən işini əldən verir.  

 

Həvəngdəstə  –  yuxuda  biri-birindən  ayrılmaz  iki  şərik  de-

məkdir.  Həvəngdəstəni  birlikdə  görən  –  qazanca  çatacaq,  onları 

tək-tək görən – gözlənilən qazancın ələ gəlmiyacağına işarədir. 

 

Hörümçək (toratan) – yuxuda hörümçək (toratan) bir dəcəl 

və  azar  verən  adama  tuş  gəlmək  deməkdi.  Hörümçəyi  öldürən 

hiyləgər bir düşməndən qurtarır. Hörümçək toru evdə yoxsulluq 

nişanəsidi. Onu evdən süpürüb atan yoxsulluqdan qurtarır. 

 

Xərmən – yuxuda xərmən görmək – zəhmətlə mal artırmaq 

deməkdi.  Xərmənin  yandığını,  sel  apardığını,  ya  hər  surətdə 

olur-olsun aradan getdiyini görənin varı əlindən çıxar və fəlakətə 

uğrar. 

 

Xəmir  –  yuxuda  xəmir  yoğurmaq  xeyirdi.  Mayalı  xəmir 



işlərin uğurlu olduğuna və qazanclı peşəyə işarədir. 

 

Xəncər  –  yuxuda  xəncər  kin  və  düşmənçilik  nişanəsidir. 

Bir xəncər tapdığını, aldığını, belinə bağladığını görən düşmənə 

qələbə  çalar.  Xəncərin  itməsi,  ya  sınması  düşmənə  basıldığına 

işarədi. 

 

Xəstəlik  (naxoşluq)  –  yuxuda  xəstəlik  xeyrə  yozulur.  Ta-

nınmış  bir  adamın  xəstəliyini  görən  –  düşmənə  basılır,  vuruşda 

yaralanır.  Yuxuda  baş  ağrısı  günah  işlər,  qulaq  ağrısı  zərər-

ziyan,  göz ağrısı – qəm  və kədər,  ürək ağrısı – harama  yetmək, 

bel ağrısı – fəqirlik və iftira kimi yozulur. 

 

Xurma  –  yuxuda  xurma  almaq,  xurma  dərmək,  xurma  ye-

mək  –  qazanc  və  sevinc,  xurma  ağacı  əkmək  –  şərəf  və  şöhrət, 

xurma  ağacını  kəsmək,  ya  onun  üstündən  düşmək  xeyrə  yo-

zulmur. 


 

224 


İcrət – yuxuda  birindən  icrət almaq, ya birinə  icrət vermək 

– xeyir-bərəkətə yozulur. Bu icrət verənin icrət alana xeyirxahlıq 

nişanəsidi. 

 

Kabab – yuxuda kabab çəkmək üçün ət hazırlayan qazanclı 

və  rahat  bir  iş  arar.  Erkək  qoyun  ətindən  kabab  yemək  xəstə-

lənməyə,  dişi  qoyun  ətindən  kabab  yemək  –  arvadının  xəstə-

ləndiyinə, quzu ətindən kabab yemək uşaqlarının xəstələnməsinə 

işarədi. Kabab hər ətdən olur-olsun xeyrə yozulmur. 

 

Kağız  –  yuxuda  öz  əlində  kağız  görmək  –  ehtiyacın  ödən-

məsi, işin görüləcəyi kimi yozulur. Kağız yazmaq – bir məsələni 

aşkara  çıxarmaq,  kağızlarla  uğraşan  birisini  görmək  –  insanlara 

yol  qoyan,  vəhiylə  öyrədən  bir  adamla  üzbəüz  olmağa,  kağız 

almaq – xoş xəbər almaq və murada çatmağa işarədir. 

  

Karxana  –  yuxuda  karxana  görən  –  dünya  işləri  ilə  uğ-

ramaq  deməkdi.  Karxanada  işlər  görmək  –  işlərin  yaxşılığına, 

karxanada  yatmış  görmək  –  işlərin  pozulmasına  işarədi.  Karxa-

nada  işdə  olmaq  bir  iş  başına  keçmək,  karxanadan  çıxmaq  – 

işindən çıxarılmaq deməkdi. 

 

Kasa – yuxuda dolu kasa qismət, boş kasa üzüntü, qızıl  və 

gümüş kasa bol qazanc və işdə uğur, kasada su içmək – bir sevgi 

xəbəri, kasadan su yerə tökmək – bir itkidir. 

 

Keçə  –  yuxuda  keçəyə  bürünmək  –  get-gedə  yoxsulluq, 

kədərli  günlərə  uğramağı,  güllü  keçə  xoş  xəbər  eşitməyi,  yırtıq 

keçə gələcəkdə var-dövlətə çatmağı bildirir. 

 

Kəhrəba  –  yuxuda  xırda  kəhrəba  görmək  –  çətinliklə  ələ 

gələn qazanc,  iri kəhrəba – uzun sürən xəstəlik deməkdi. Yuxu-

da kəhrəbadan boyunbağı taxan qadın – varlı,  lakin əxlaqsız bir 

kişi  ilə  evlənər,  əlində  olan  kəhrəbanı  itirmək  və  ya  birinə 

vermək yaxşı yozulur. 


 

225 


Kəklik  –  yuxuda  kişi  üçün  gözəl  bir  arvad  və  qadın  üçün 

yaraşıqlı  bir  ər  deməkdir.  Bir  kəklik  gördüyünü,  tutduğunu,  ya 

aldığını  görən  evlənir.  Kəklik  satmaq  arvadından  ayrılmaq  de-

məkdir. Kəklik əti yemək təzə paltar geyəcəyə işarədir. 

 

Kənd  və  kəndli  –  yuxuda  abad  kənd  görmək  –  rifah  və 

bərəkət, xarab kənd görmək – fəqr və fəlakət deməkdir. Özünün 

kənd  əhlindən  olduğunu  görən  –  xalqa  xeyirli  işlər  görür,  bir 

kəndli ilə münasibətdə olan xeyirli bir adamla dost olur. 

 

Kürk – yuxuda qışda kürk geymək – xoş günlər və şadlığa, 

yayda kürk geymək – sıxıntı və kədərə yozulur. 

 

Külə  –  yuxuda  külə  adam  görən  –  düşmənə  qələbə  çalar. 

Bir  külə  ilə  qonuşan  –  yalançı  və  kələkbaz  bir  adama  uğrayar, 

lakin  ondan  zərər  görməz.  Külə  bir  qadınla  görüşən  –  işində 

ziyan görər. 

 

Kül  –  kül  yuxuda  faydasız  bilik  və  mal  kimi  yozulur. 

Yuxuda  kül  yığdığını,  aldığını,  daşıdığını  görən  –  bilik  və  ma-

lından  nə  özü  faydalanır,  nə  də  özgəsinə  bəhrə  verir.  Kül  ye-

diyini  görən  haram  yeyər.  Öz  başına  kül  səpdiyini  görən  – 

gördüyü yaramaz işdən peşmanlıq çəkər. Kül üstündə oturmaq – 

fisqifəsadla uğraşmaqdır. 

 

Küncüt  –  yuxuda  küncüt  –  get-gedə  artan  var  ilə  yozulur. 

Küncüt almaq xeyirli, satmaq fənadır. Küncüt əkmək bəhrəli işə 

əl atmaq, əzib yağını çıxarmaq – varından yaxşı faydalanmaqdır. 

 

Maşın – yuxuda maşın görmək, hər cür maşın olursa-olsun, 

işlərin və yaşayışın asanlaşmasından xəbər verir 

 

Mağara  –  yuxuda  qaranlıq,  darısqal  və  nəmli  mağara  – 

sıxıntı,  ölüm,  qəbir,  işıqlı  və  geniş  mağara  –  çətinlikdən  qur-


 

226 


tarma,  mağaraya  girib  oradan  salim  çıxmaq  isə  əmin-amanlığa 

çatmaq kimi yozulur. 



 

Mal-davar – yuxuda gomuş, inək, qoyun kimi sağmal hey-

vanları görmək – uğur və yemək anlamında yozulur. 

 

Matəm  –  yuxuda  hər  cür  matəm  və  əza  mərasimi  görmək, 

ya  onda  iştirak  etmək,  gələcəkdə  xoş  və  aydın  günlərdən  xəbər 

verir. 

 

Maya  (acıtma)  –  yuxuda  maya  ruh  düşgünlüyünə  işarədi. 



Mayanın daşıb-qabarması – ruh düşgünlüyündən  qurtarıb könül 

xoşluğuna çatmaqdı. 

 

Mayallaq  vurmaq  –  yuxuda  başı  üstə  mayallaq  vurmaq 

gündəlik  davranışlarında  ciddi  olmağa  və  lovğalıqdan  çəkin-

məyə işarədi. 

 

Meşə  –  yuxuda  meşə  görmək  böyük,  alicənab  bir  adamla 

görüşdür.  Meşədə  gəzinmək,  ya  orada  dincəlmək,  o  adamın  hi-

mayəsində  olmaq,  meşədə  qurumuş  ağacları  yığmaq  –  xeyir  və 

mənfəətə, yaş ağacı kəsmək – yaxşılıq qarşısında yamanlıq kimi 

yozulur. 

 

Meyvə  –  yuxuda  ağacdan  meyvə  dərmək  yaxşı  işlərə  əl 

atmaq,  həm də etibarın çoxalması kimi yozulur. Yuxuda meyvə 

yemək,  meyvədən  özgəsinə  pay  ayırmaq  ruzunun  bolluğu  de-

məkdir.  Yetişməmiş  kal  meyvə  dərmək  –  tələsik,  düşüncəsiz  iş 

görməyə yozulur. 

 

Məhkəmə  –  yuxuda  haqq-hüquq  işləri  ilə  məşğul  olan 

xeyir-bərəkətə, qazanc  və rifaha,  lakin cəza  məhkəməsi görmək 

– sıxıntı və zərər-ziyana yozulur. 

 


 

227 


Məlaikə  –  yuxuda  məlaikə  görmək  –  tam  xeyrə  yozulur. 

Məlaikənin  bir  yurda  endiyini  görmək  o  yurdda  yaşayanların 

nemətə  çatmasına,  qəm  və  kədərdən  qurtulmasına  işarədi.  Bu 

məlaikə ilə uçmaqda olduğunu görən – dünya və axirətdə rastgar 

olur. Bir məlaikə ilə qonuşduğunu görən – böyük qazanca çatar. 

Özünü məlaikə surətində görən – izzət və hörmət qazanır. 

 

Məmə (əmcək)  –  məmə  yuxuda  qız  uşağı  ilə  yozulur.  Mə-

mələrin  baş  verməsi,  ya  məmənin  yanında  ayrı  məmələr  çıxdı-

ğını görən – qız uşağının çoxluğuna, məmələrin xırda, ya görün-

məz olması – qız uşağının olmayacağına yozulur. Məmədən süd 

axdığını  görmək  –  imanın  kamilliyinə  nişanədir.  İki  məmədən 

süd axdığını görən – subay olsa evlənir, evli olsa varlanır. 

 

Məmə  –  bir  boylu  qadın,  ya  onun  ailə  adamlarından  biri 

yuxuda  məmə  görərsə  o  qadının  çox  sağlam  bir  uşaq  dünyaya 

gətirməsinə işarədir. 

 

Mərcan – yuxuda mərcan – əyal və övlad ilə yozulur. Mər-

can almaq, ya mərcan tapmaq – subay üçün evlənmək, evli üçün 

övladdır. Birindən mərcan alan – onun varından faydalanır. 

 

Mərmər – mərmər yuxuda var və sevinc ilə yozulur. Ağ və 

parlaq mərmər – halal mal, qırmızı mərmər mirasdan qalma mal, 

qara  (şəvə)  mərmər  –  oğurluq  və  əyrilikdən  ələ  gələn  mal 

deməkdi. 



 

Mürəbbə – yuxuda mürəbbə – bol gəlir və varlanmaq nişa-

nəsidir. Evdə mürəbbə bişirmək rahatlığa çıxmaq deməkdi. 

 

Mürəkkəb  –  yuxuda  mürəkkəb  görmək  –  yaşayışda  çalış-

qanlığa  və  murada  çatmaq  nişanəsidi.  Mürəkkəbin  calandığını 

görmək  zərərə  işarədi.  Davatın  mürəkkəblə  dolu  olduğunu 

görmək ailə həyatında salihə və savadlı bir əyal deməkdi.  



 

228 


Müştəri – yuxuda müştəri görmək bir darda qalmış, çarəsiz 

adamla rastlaşmaq nişanəsidir. 

 

Nal – yuxuda hər nə şəkildə olur-olsun, nar görmək qazanc 

və şad xəbər kimi yozulur. Minik heyvanlarının nallandığını,  ya 

özü  nalladığını  görən  işlərində  göstərdiyi  bacarıq  və  ardıcıl-

lıqdan dövlətlənər. Nal düzəltdiyini, ya tapdığını görən – faydalı 

bir işə əl qoyar. Nalı itirmək, nalı birinə vermək xeyrə yozulmur. 

 

Namaz  – hər niyyətə olur-olsun üzü qibləyə  namaz qılmaq 

– dünya və axirətə uğramaq, murada çatmağa yozulur. 

 

Nanə  (nəna) –  yuxuda  nanə görmək  xeyrə  yozulmur. Nanə 

satın  almaq,  nanə  dərmək,  nanə  yemək  –  qəm,  qüssə  və  ağır 

yaşamağa işarədi. 

 

Naz-qəmzə  –  yuxuda  naz-qəmzə  satan  adam  istər  qız,  ya 

oğlan olsun – sevgidə uğursuzluğa uğrayacaqdır. 

 

Nərdivan – yuxuda nərdivana qalxmaq – böyük bir işi başa 

çatdırmaq  sayəsində  şan-şöhrətə  çatmaq,  nərdivandan  enmək  – 

ələ  düşmək,  böyük  bir  fürsəti  əldən  vermək,  nərdivandan  yıxıl-

maq düşmənə basılmağa işarədi. 

 

Novdan –  yuxuda  novdan görmək – tanınmış  və  xoşniyyət 

bir adamla tanış olmaq,  yağış  yağmadan novdandan su axdığını 

görmək  –  fitnə  və  fəsada,  yağış  yağarkən  novdandan  saf  və 

dumduru suyun axdığını görmək – bolluq və ucuzluq, suyun bu-

lanıq gəldiyini görmək – qıtlıq nişanəsidi. 

 

Novruz  bayramı  –  yuxuda  Novruz  bayramını  görmək  – 

böyük  şadlıq  və  aydınlıq  kimi  yozulur,  hər  cür  darlıqdan, 

üzüntüdən qurtarmaq, arzu-istəyə çatmağı göstərir. 

 


 

229 


Nuh  – yuxuda Nuh peyğəmbəri görmək – səadətə  yozulur. 

Yuxu  görən  olduqca  uzun  yaşayır,  hər  cür  gözlənilməz  hadi-

sələrdən qurtarır, çətinliklərə üstün gəlir. 

 

Ocaq  –  yuxuda  ocaq  qurmaq,  ya  ocaq  alışdırmaq  –  evlən-

mək  və  ailə  qurmağa  yozulur.  Ocağı  yanıq  halda  görən  –  ailəsi 

ilə  şən  və  məsrur  yaşar,  ocağın  sönməsini,  ya  yıxılmasını  gör-

mək – ailədən nemətin azalması və rifahın zəvalı ilə yozulur. 

 

Od  –  yuxuda  od  görənin  uzaqdakı  qohumundan  xəbər  gələr. 

Od  yandıran  kədərli  xəbər  eşidər.  Odu  söndürmək  –  səfalətdən 

qurtarmaqdır. Qaranlıqda xalqa yol göstərmək üçün yandırılan od – 

təcrübə və bilgiyə yiyələnmək, gündüz yel üstə yandırılan od – boş 

işlərlə  məşğul olmaq deməkdir. Oda  ibadət etmək  – şeytanın qul-

luğunda olmağı, od yediyini görən – yetim malı və ya beyt-lümala 

əl  dolaşdırmağı  göstərir.  Göydən  od  yağmaq  –  o  yerdə  yaşayan-

ların ağır sıxıntıya məruz qalacaqları ilə yozulur. 

 

Odun  –  yuxuda  odun (istər  yaş,  istər  quru)  görmək  düşmən-

lik,  münaqişə,  həsadət  və  dedi-qodu  ilə  yozulur.  Dağdan,  ya  me-

şədən  odun  qırıb  gətirmək,  ya  odun  alıb  satmaq  –  camaatla  söz 

güləşdirməkdə, ya çəkiş-bərkişdə olmaq deməkdi. 

 

Ox –  yuxuda ox atmaq – elçi göndərmək kimi  yozulur. Ox 

nişana tuş olursa, göndərilən elçi işi bitirir, dəymirsə iş korlanır. 

Atılan  oxun  süzub  getdiyini  görənin  şöhrəti  çoxalır.  Onun 

camaat arasına düşdüyünü görənin sözü ötgün olur. 

 

Omba  –  yuxuda  omba  (bud)  görmək  –  yuxu  görənin  öz 

ailəsinə-obasına  bağlı  olduğunu  bildirir.  Ombasında  ağrı  duyan 

adam qəribliyə düşər. 

 

Ordu –  yuxuda ordu görmək,  ya orduda olmaq – arada bir 

pozğunluğun və münazeənin baş verəcağına işarədir. 

 


 

230 


Oruc  tutmaq  –  yuxuda  ramazan  orucunu  tutduğunu  görən 

–  o  ili  naxoş  olmaz,  yaşayışda  korluq  çəkməz.  Nafilə  oruc 

tutmaq – bəşarətə, qazanc, darlıqdan qurtarmaq ilə yozulur. Bil-

mədən orucunu  yeyənin ruzusu  bol olur.  Bilə-bilə oruc yeyənin 

əlindən xəta çıxar. 

 

Öpüş  –  yuxuda  boyun  öpmək  –  ehtiyacdan  qurtarmaq  və 

düşmənə  qalib  gəlmək  deməkdir.  Bir  adamla  öpüşmək,  ya  qu-

caqlamaq məqsəd və istəyə çatmaq nişanəsidir. 

 

Ördək  –  yuxuda  bir  tək  ördək  görmək  –  xoşbəxt  ailə  qur-

maq,  bir  sürü  ördək  görmək  –  ucuzluq,  bolluq  və  bərəkətə  yo-

zulur. Üzməkdə olan bir dəstə ördəyi görmək –  yaşayışdan razı 

qalmaq deməkdir. 

 

Ögey  –  yuxuda  ögey  ata,  ana,  qardaş  görmək  –  ürək  sıxan 

bir xəbər eşitməyə yozulur. 

 

Öküz  –  yuxuda  öküz  görmək  –  şadlıq,  var-dövlətə  işarədi. 

Öküzü oxşamaq xeyirli bir işə əl qatmaq, öküzə dəym



 

231 


Paça  –  yuxuda  qoyun,  ya  inək  kimi  əti  yeyilən  heyvan 

paçası  almaq,  ya  yemək,  qüvvət  və  qazanca  yozulur.  Paçanı 

satmaq, özgəsinə bağışlamaq,  ya atmaq – qüvvətdən düşmək və 

qazancın azalması deməkdi. 

 

Pambıq – yuxuda pambıq yığdığını görənin əlinə halal mal 

toxtar,  yatağa  –  yasdığa  pambıq  döşədiyini  görən  evlənir, 

pambıq atdığını, ya satdığını görən biri ilə dalaşır. 

 

Pərdə  –  yuxuda  pərdə  –  qəm-qüssə  deməkdi.  Pərdə  köhnə 

və  yırtıq  olursa  –  qəm-qüssə  tez  ötüşür,  təzə olursa  uzun  sürər. 

Pəncərə  pərdəsi  sirr  anlamındadı,  onu  açmaq  sirrin  üstünü 

açmaq, onu çəkmək (örtmək) sirri gizli saxlamaq nişanəsidi. 

 

Pəri – yuxuda pəri görmək – pəri gülərüzlü və gözəl olursa 

– bəşarət, qızğın və çirkin olursa – fəlakətdi. 

 

Pəncərə  –  yuxuda  pəncərə  görmək  –  mala-mülkə  və  xoş-

bəxtliyə  çatmaqdı.  Yuxu  görən  –  sıxıntı  içində  olursa,  ondan 

qurtulur,  xəstə  isə  sağalır,  subay  isə  evlənir  və  xoşbəxt  həyat 

sürür, evli isə rifaha çatır. 

 

Pənir  –yuxuda  pənir  görmək,  ya  pənir  yemək  qazanc  və 

varlanmaqdır.  Pənir  quru  (köhnə)  olursa  –  zəhmət  ilə  ələ  gələn 

qazanc, təzə isə rahatlıq ilə gələn qazanc sayılır. 

 

Portağal  –  yuxuda  portağal  görmək,  almaq  və  yemək  – 

portağal şirin olursa – var-dövlət, turş olursa – sıxıntı və nasazlıqdı. 

 

Posgül (məngülə) – yuxuda posgül – istər ipək və istərsə də 

iplikdən  olur-olsun  –  izzət,  ehtiram,  murada  çatmaq,  evli  üçün 

övlad və səfər, subay üçün evlənmək deməkdi. 

 


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin