ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   2   3   4   5   6   7   8   9   ...   27

I. İNANCLAR

 

 

Allah-təala dünyanı yeddi günə yaratmışdır. Hamıdan əvvəl 



lövh-ü-qələm,  ərş  və  kürs,  behişt  və  cəhənnəm,  gözə  görün-

məyən məxluqlar (cinlər, pərilər, mələklər), onun ardınca göylər 

və dənizlər yaradılmışdır. 

İlk  yaradılışda  yer  üzü  bom-boş,  qorxulu  bir  çöl  halında 

imiş,  həqq-təala  bu  boşluğu  bəzəmək  üçün  qabaqca  dənizləri, 

sularda  yaşayan  heyvanları,  bitkiləri,  onun  ardınca  yer  üzündə 

yaşayan  heyvanları,  bitkiləri  yaratmış,  onlara  həyat  bağış-

lamışdır. 

Haqq-təala bütün bunları yaradandan sonra öz üstün qüdrət 

və  əzəmətinə  yaraşan  bu  yaradılışların  hamısından  üstün  duran 

gözəl,  misilsiz  bir  məxluq  yaratmaq  qərarına  gəlir  ki,  bu 

insandır. 

Allah-təala  insanı  yaratmaq  üçün  Cəbrayılı  yer  üzünə  gön-

dərib,  ordan  bir  ovuc  torpaq  gətirməyi  əmr  edir.  Yer  Cəbra-

yıldan Allahın fikrini öyrənincə dilə gəlib deyir: 

–  Pərvərdigara!  Məndən  aldığın  bir  ovuc  torpaqdan  yarat-

maq  istədiyin  insan  sabah  üsyan  edib  günah  işlər,  cəzaya 

müstəhəq  olursa,  cəhənnəmdən  qurtulacağı  olmaz.  Amma  mə-

nim  cəhənnəm  odunda  yanmağa  taqətim  yoxdu.  Allahlığın 

xatirinə, gəl, bu mövcudu yaratma! 

Cəbrayıl  torpaq  götürməyib  geri  qayıdır.  Bu  dəfə  Mikayıl 

və onun ardınca İsrafil bir ovuc torpaq aparmaq üçün yer üzünə 

gəlirlər.  Yer  bunların  da  hər  ikisinə  çoxlu  yalvar-yaxar  edir, 

onlar  da  torpağa  əl  vurmadan  geri  qayıdırlar.  Nəhayət,  yenə 

Əzrayıl yerə göndərilir. Yer qabağdakı kimi ona da çox yalvarır. 

Əzrayıl yerin yalvarışına belə cavab verir: 

–  Sənin  dediklərin  hamısı  doğrudu,  lakin  haqq-təalanın 

fərmayişi yerinə yetirilməlidir. 

O, bir ovuc torpaq götürüb qayıdır. Əzrayıl bu işi bacarıqla 

yerinə  yetirdiyinə  görə  insanların  ölüm  ayağında  canını  almaq 

işi ona tapışırılır. 


 

18 


Əzrayıl  gətirdiyi  torpaqla  insanın  xəmirəsini  yoğurur.  Onu 

istənilən bir qəlib şəklinə gətirir. Bu qəlib bir rəvayətə görə qırx 

gün,  bir  rəvayətə  görə  qırx  il  olduğu  halda  qalır.  Bu  müddət 

keçəndən  sonra  can  (ruh)  bağışlayır,  onu  Adəm  adlandırır. 

Bütün  mələklərə  bu  misilsiz  yaradılışın  önündə  səcdə  etməyi 

hökm  edir.  Mələklər  insanın  önündə  səcdəyə  düşüb  onun 

gözəlliyi, kamalı qarşısında hörmət, qayğı göstərirlər. 

Təkcə  Şeytan  oddan  yarandığı  üçün  haqqın  əmrinə  boyun 

qoymayıb,  insana  səcdə  qılmaqda  inad  göstərib.  Buna  görə  də, 

o, mələklik dərəcəsini itirib, cənnətdən qovulur. 

Adəm  yalqız  idi,  haqq-təala  Həvvanı  ona  yoldaş  yaratdı. 

Hər ikisinə də behiştdə  yer verdi.  Adəm  ilə onun əyalı  behiştdə 

bütün  nemətlərdən  faydalanırdılar.  Onlara  təkcə  bir  bitkinin 

meyvəsi yasaq edilmişdi. Bu meyvə bir rəvayətə görə buğda, bir 

rəvayətə görə əncir, ayrı bir rəvayətə görə xurma idi.  

Adəm səcdə etmədiyinə görə cənnətdən qovulan şeytan ona 

kin  bəsləyirdi.  O,  hər  yol  ilə  olursa-olsun,  behiştə  girməyi, 

Adəm ilə Həvvanı yoldan azdırmağı düşünürdü. O, öz dərilərini, 

ya  qılıqlarını  az  müddət  ona  əmanət  vermək  üçün  bütün  hey-

vanlara  baş  vurdu.  Heç  bir  heyvan  nə  dərisini,  nə  qılığını  şey-

tana vermək istəmədi. 

O,  sonda  ilana  baş  vurdu.  İlan  dərisini  verməyə  razı  oldu. 

Şeytan ilan qiyafəsində behiştə girdi. 

İlanın  əlsiz-ayaqsız  olub  yerdə  sürünməsi,  zəhərli olub,  in-

sanları çalması, buna görə də həmişə iyrənc, qorxunc görünməsi, 

heç  şəfqət,  rəhm  edilmədən  öldürülməsi  bu  səbəbdəndi.  Şeytan 

hiylə  ilə  soxulunca  yeməsi  yasaq  olan  buğdadan  Həvvaya, 

Həvvanın vasitəsi ilə də Adəmə yedizdirdi. Bununla da insan ilk 

dəfə Allahın fərmayişinə qarşı durmuş oldu. 

Adəm ilə Həvva bu ağır günahdan sarı behiştdən çıxarılma, 

yer  üzünə  buraxılma  cəzasına  məhkum  oldular.  Uzun  zaman 

biri-birini görməyə həsrət qaldılar. Çox ağır dəhşətlərlə,  iztirab-

larla qarşılaşdılar.  Hər gün,  hər saat uzun-uzun  yalvarışları,  ilti-

masları  Allahın  rəhmət  dəryasını  coşdurdu.  Nəhayət,  bağışlan-



 

19 


dılar,  bir-birinə  qovuşdular.  Dünyaya  gətirdikləri  körpələrlə 

həyatı şənləndirdilər. 

Allah  ilkcə göyləri,  sonra dəryaları,  quruluqları  yaratdı.  Bu 

yaradılışdan  sonra ortada bir qara,  qorxulu dumandan  başqa  bir 

şey görünmürdü. Onda Tanrının əmrilə günəş yaradıldı.  

Beləliklə  də  gecə-gündüz  bir-birindən  ayırd  edildi,  bunun 

ardınca  da  ay,  ulduzlar,  ağaclar,  çiçəklər,  uçan  quşlar,  quruluq, 

su heyvanları, ən sonda insan yaradıldı. 

Yer  üzündə  yeməli,  içməli  hər  nə  varsa,  Allahın  “nemət-

ləri” kimi insana tapşırıldı. 

Bütün  bunlar  altı  gün  ərzində  yaradılmış,  yeddinci  gün 

Allah  yaratmasına  fasilə  vermiş,  buna  görə  də  insan  altı  gün 

çalışıb yeddinci günü dincəlməyə ülgü vermişdir.  

Pəncərələrdən  yəcuc-məcucları  görənlərin  arasında  günahı 

olanların  başında  buynuzlar  əmələ  gələcək.  Qiyamət  günü  yer 

üzündə  müsəlmanlıqdan  əsər  qalmayacaq.  Dünya  dümdüz 

olacaq,  məşriqdən  baxanda  məğrib,  məğribdən  baxanda  məşriq 

görünəcək. 

 

* * * 


Ölən  hər  bir adam torpağa tapşırılıb  qəbirdə  yalqız  qalınca 

dərhal  dirilir.  Əvvəlcə  öz-özündən  “Mən  hardayam?”  deyə  so-

ruşur. Qalxmaq  istəyəndə başı  əlhəd daşına dəyincə deyir:  “Ey-

vay,  ölən  mən  imişəm!”.  O  qəbirdə  olduğunu  başa  düşür.  Əv-

vəlcə gecə  iki sorğu mələyi (İnkir-Minkir)  gəlib ölüdən  yarada-

nını  (Allahın  dinini,  peyğəmbərini,  kitabını,  məzhəbini,  imamı-

nı)  soruşur.  Ölü  imanla  dünyadan  köçmüş  olsa,  bu  sorğulara 

doğru-düzgün  cavab  verir.  Sorğu  mələkləri  də  səssiz  bir  ehti-

ramla çıxıb gedirlər. 

Qəbirdən  cənnətə  bir  yol  açılır,  bu  yoldan  əsən  küləklər 

behişt  bağçalarındakı  güllərin  ətrini  gətirir.  Öləndə  bu  imanla 

dünyadan  köçməyənlər,  qəbrə  gələn  sorğu  mələklərinin  qar-

şısında  duruxub  qalırlar.  Dilləri  dolaşır,  suallara  doğru-düzgün 

cavab  verə  bilmir.  Belə  olunca  sorğu  mələkləri  əllərindəki  top-



 

20 


puzla onun  başına vururlar.  Bu ara qəbirdən cəhənnəmə  bir  yol 

açılır.  Bu  yoldan  cəhənnəmin  odlu  yelləri  əsir,  ölü  yandırıcı, 

əridici bir sıcaqlıqda qovrulur. 

Din,  inanc  yolunda,  yurdlarını,  xalqlarını  müdafiə  uğrunda 

çarpışanlar, düşmən silahı ilə öldürülən kişilər, uşaq doğmaqdan 

ölən  qadınlar  şəhid  sanıldıqlarına  görə  Allah  onların  bütün 

günahlarını bağışlayır. Şəhidlər sorğu mələklərinə mütləq doğru 

cavab verirlər.  Behişt  yellərinin gətirdiyi gül ətirləri  ilə  sərməst 

olub, behişt bağlarını seyr edə-edə qalırlar. 

Torpağa tapşırılan hər bir ölü (övliyalardan başqa) çürüyür. 

Övliyalar qəbirdə qiyamət gününə qədər həyatda olduqları kimi 

qalır.  Çürüyənlərin  qəbirdə  çürüməyən  yeri  bel  sümüyünün 

aşağı qurtaracağındakı sümükdür. Qiyamət qopub, İsrafil surunu 

çalınca  ölülərin  çürümüş  üzvləri  bu  sümüyün  ətrafına  toplanır, 

vücud yenidən təşkil olur. İsrafilin surunu çalınması bütün məx-

luqatı  məhşər  ayağına  çağırması  deməkdir.  Surun  səsi  ucalınca 

bütün  ölülər  qəbirdən  xortlayıb,  qafilə  halında  məhşərə  tərəf 

yollanırlar. 

Məhşər dünyada hər kəsin yapdıqları işlərin hesabını verdi-

yi  yerdir.  Burada  pis  yaxşıdan,  günahkar  savabkardan  ayrılır. 

Məhşərdə  mələklər  tərəfindən  “mizan”  adlandırılan  tarazı  ilə 

günahlar  ilə savablar çəkilir.  İman  ilə dünyadan köçmüş savab-

kar bəndələr behiştə girməyə haqq qazanırlar. 

Dünyada  fironluq  edənlər,  Allahın  buyurduqlarına  boyun 

qoymayan ziyankarlar cəhənnəmə göndərilir, haqsızlığa uğrayır-

lar.  Sitəmə  məruz  qalanlar  məhşərdə  Allahdan  haqlarını  qəbul 

edilməsini istəyirlər. 

Məhşərdə  ata-ana  uşaqlarını,  uşaqlar  ata-analarını,  kişi 

arvadını,  arvad  kişisini,  qardaş  qardaşını,  yaxınlar  bir-birini, 

qonşu-qonşunu,  dost-dostu,  yoldaş  yoldaşı  tanımaz,  hər  kəs  öz 

hayına qalır, öz başına çarə axtarır. 

 

* * * 



Dünyada  hər  bir  iş  Allah-təalanın  məşitindən  (iradə  və 

istəyindən) asılıdır. Bu məşitdən qıraq heç bir iş baş tutası deyil. 



 

21 


Doğulan  hər  bir  yaradılışın  bir  təqdiri,  bir  alın  yazısı  var  ki, 

istər-istəməz onu görəcək. 

Allah  insanı  yaxşı  yollara  getməyə,  yaxşı  işlər  görməyə, 

şərdən  çəkinməyə,  xeyrə  qapılmağa,  bir  sözlə,  Allahın  buyur-

duqlarına  əməl  etməyə  çağırır.  Lakin  şeytan  onu  xeyir  işlərdən 

uzaqlaşmağa,  şər  işlərə  qoşulmağa  sövq  edir.  Özlərini  şeytanın 

vəsvəsəsindən  qoruyanlar  –  savabkarlar,  şeytanın  vəsvəsələrinə 

qapılanlar – günahkarlardır. 

Dini  inanışlara  əsasən  dirilik  və  həyat  Allahın  insana  ba-

ğışladığı  ən  böyük  nemətlərdən  biri  sayılır.  Bu  böyük  neməti 

qorumaq  yaradanın  borcunu  ödəməkdən  və  yaradana  minnət-

darlığını  bildirməkdən  başqa  anlam  kəsb  etməz.  Bu  borcu  ödə-

məkdə,  bu  minnətdarlığı  yerinə  yetirməkdə  insanın  boynuna 

düşən təklif Allahın buyurduqlarını yerinə yetirməkdir. 

Həyat  Allah  vergisi  olduğu  üçün  onun  nə  qədər  uzun  ya 

qısa sürəcəyini  Allahdan  başqa kimsə bilməz.  Bir insan Allahın 

təqdiri  olmadan  dünyaya  gələ  bilmədiyi  kimi,  Allahın  qərar 

verdiyi  alın  yazısından  nə  ayrıla  bilər,  nə  də  ondan  az,  ya  çox 

yaşaya  bilər.  Ömür  Allahın  bağışladığı  yaşama  dövranıdır.  Bir 

nəfər  öləndə  “onunki  da  elə  buracan  imiş,  ya  elə  bura  qədər 

imiş” inancı da bundan irəli gəlir. Əlbəttə insana müqəddəs olan 

ömür məxluqun yaxşı, ya pis adam olması ilə də artıb, ya əksilə 

bilər.  Xoş  xislət,  dininə,  xalqa,  məxluqata  xeyirxah  olan  adam-

ların  ömürlərinin  uzanması,  əksinə,  pis  xasiyyət,  dinə,  camaata 

zərərli olan adamların daha az yaşaması da təqdir ola bilər. 

 

* * * 



Açarı oynadanın evinə dava düşər. 

Axşam süpürülən evdən bərəkət əskilər. 

Axır çərşənbənin falı doğru deyər. 

Axşamın səbri xeyrə yürər. 

Axşam aynaya baxanın bəxti tutqun olar. 

Aqasiya  gülünün  arasındakı  bəsmi  dilivin  altına  qoysan, 

işin rast gələr. 

Altı barmaqlı adamın əli udumlu olar. 



 

22 


Ala adama gülən özü də alalıq tutar. 

Anadan dişli doğulan uşaq evə xeyir-bərəkət gətirər. 

Ana ilə qızı bir ayda doğsalar, uşaqların biri eybəcər olar. 

Anasına çəkən qız bəxtəvər olar. 

Arı yuvasını dağıdanın dudmanı dağılar. 

Astanada başmaqları saysan evdən adam əskilər. 

At nalı evə bərəkət gətirər. 

Aya çox baxanı ay çəkib aparar. 

Aynanın şövqünü evə salanda evdən ölü çıxar. 

Ay tutulanda mis qab çalmaq, tüfəng atmaq xeyirli olur. 

Ayağının baş barmağı yekə olanın bəxti açıq olur. 

Ay tutulanda boylu arvad aya baxsa uşağı ayxallı olar. 

Ayağı ağır adamın ayağına iş başlasan iş uzun çəkər. 

Ayı barmaqla göstərmə, göstərdin barmağıvi dişlə. 

Ay işığı düşən divara çirkli su atının işi düz gəlməz. 

Ayın üzünə gərnəşən nasazlığa düşər. 

Aynanın üzüni divara sarı çevirmək uğursuzluq gətirər. 

Azan veriləndə əlini işdən çəkənin ömri uzun olar. 

Baltanın ağzını baş yuxarı qoysan, yağış yağar. 

Barmaqlarını şaqqıldadanın ömrü gödək olar. 

Barlı ağacı kəsənin ömrü az olar. 

Barmaqları daraqlamaq qəm artırar. 

Başmağı üst-üstə çıxaran başmaq sahibi zərər görər. 

Başmağı  başmaqçıya  verəndə  cüt  ver,  tək tay  versən  arva-

dın ölər. 

Başmağıvın bağın düzgün salsan işin düzgün düşər. 

Başmağını taykeşik geyənin işi rast gəlməz. 

Başın yekəsi dövlətdi, ayağın yekəsi nəkbət. 

Bayquş həyətdə ağaca, ya dama qonsa, ev yiyəsi vay xəbər 

eşidər. 


Bayram günü xoş olan ili başa-baş şadlıqla yaşar. 

Bir gecəlik ayı gördün, ya qızıla, ya gözələ baxgilən. 

Bir gecəlik ayı əvvəl görənin işi udumlu olar. 


 

23 


Bir iş dalınca gedəndə qabağıva boş qabla çıxsalar, o işdən 

əliboş qayıdacaqsan. 

Birinin başına köhnə palaz örtüb üstündən su calasan yağış 

yağar. 


Biri  daldan  səni  dabanladı,  sən  də  dön  onu  dabanla,  belə 

eləməsən işin dava-döyüşə çıxar. 

Boylu  arvad  işlək  olsa,  uşağı  oğlan  olacaq,  bir  böyri  üstə 

uzansa uşağı qız olacaq. 

Boşqabı batıq qoyan ziyanın çəkər. 

Boynunun dalında ət xalı olan adam dövlətli olar. 

Boylu  arvad  şirinə  yerikləsə  uşağı  oğlan  olacaq,  turşuya 

yerikləsə qız olacaq. 

Boylu arvadın üzünə səngil düşsə, uşağı qız olacaq. 

Boylu arvadın südünü suya sağsalar, süd suyun dibinə batsa 

uşaq oğlandı, batmasa qız. 

Canamaz ayaqlayanın gözi kor olar. 

Cümə güni gələn qonaq özü ilə xeyir-bərəkət gətirər. 

Cümə güni yağış yağsa, şənbə hava açılacaq. 

Cümə güni dırnaq tutan dövlətli olar. 

Cümə güni səfərə çıxmazlar. 

Cüt səbir xeyirli olar. 

Çay içəndə istəkanlar rədif düzülsə evə qonaq gələr. 

Çadranı tərs örtmək qəm gətirər. 

Çərçivəni daraxliyanın işi rast gəlməz. 

Çəçisən bil ki, sovğat yeyəcəksən. 

Çinar ağacından nənni düzəltmək yaxşı olmaz. 

Çinar ağacı yarpağını ətəkdən töksə qış ağır keçər. 

Çini, ya bülur qabın sınması evdən qada-balanı sovar.  

Çox ağlayan uşaq atasının, ya anasının başın yeyər. 

Çox gülən adam zərərin çəkər. 

Çoxdan  səfərə  gedənin  tez  qayıtması  üçün  qapı  ağzına 

qeyçi, ya pıçaq qoyarlar. 

Çömbəltmə oturmaq bədbəxtlik gətirər.  

Çörəyi yerdə görüb ayaqlayanın gözi kor olar. 



 

24 


Çörəyi ayaq üstə yesən bərəkəti qaçar. 

Dan yeli üzünə əsən adam həyalı olar. 

Darda qalanın dadına çatmasan günaha batarsan. 

Dəsmalı özgəsinə vermək ayrılıq gətirər. 

Dəvə yunu oğru qızdırmanın dərmanıdı. 

Dəyirman daşın yatdıq yerə qoymaq şər gətirər. 

Dırnağıva xal düşsə taza paltar geyəcəksən. 

Dırnağı uzun adam şeytan törəməsidir. 

Dırnağı bir-birinə çalmaq qovğa yaradar. 

Dizləri qucaqlayıb oturmaq qəm artırar. 

Dil açmayan uşağa göyərçin yumurtası versən tez dil açar. 

Disgintidə  olan  adama  qapı  həlqəlcəsini  suda  çalxalayıb 

içirsən disgintisi qoyar. 

Divar dalına çögürmək fəlakət gətirər. 

Doğan arvadın yanında qız uşağı olsa çətin doğar. 

Doğan arvad yerinə keçəndə Allahdan hər nə istəsə verər. 

Duz yerə töküləndə yığmasan evə dava düşər. 

Duzu bu dünyada dağıdan o dünyada kirpikləri ilə yığacaq. 

Ehsan  üçün  kəsilən  heyvanın  kəllə-paçasını  ehsan  verən 

yeməsə yaxşıdı. 

Evdən  uzağa  gedəndə  üç  yol  qapıya  desən:  “Evi  sənə 

tapşırıram” - evə oğru gəlməz. 

Evi yarımçıq süpürənin ömri yarımçıq olar. 

Evi  süpürəndə  çalış  süpürgə  bədənivə  toxunmasın,  yoxsa 

sözün kəsərli olmaz. 

Evə  bədnəzər  gəlsə,  gedəndə  dalınca  pasab

*

  atsan  zərər 



toxunmaz. 

Əcinələr  səni  çağırsalar  denən  ki,  əlimdə  işim  var,  məyər 

görmürsüz duz dartıram.** 

Əcinədən qorxan yaxasına iynə taxsa amanda olar. 

Əli yüngül adamdan siftə alanın qazancı çox olar. 

Əlinən ayaq dırnağını bir yerdə tutmaq pis olar. 

                                                

* Çirkli su 

* *Üyütmək 


 

25 


Əncir ağacı altında yatan ağırlaşar. 

Əncir ağacını sındıran, odununu yandıran xeyir görməz. 

Əri çox istəyən arvadın paltarı tikiləndə sap tez-tez qırılar. 

Ərə  gedən  qızın  ayaq  baş  barmağı  o  biri  barmaqlarından 

uzun olsa, ərinin itaətində olacaq, ikinci ayaq barmağı uzun olsa, 

əri onun itaətində olacaq. 

Əti acı adamı mığmığa sancmaz.  

Fal açanda danışmazlar. 

Fəqirə gülən yoxsulluğa düşər. 

Gec dil açan uşağa sərçə əti yedirtsən tez dil açar. 

Gecə ağzı açıq yatan adamın ağzına şeytan tüpürər. 

Gecə anadan olan adamın ayağı ağır olar. 

Gecə başının altına paltar qoyub yatan adamı qara basar. 

Gecə baş daramaq yaxşı olmaz. 

Gecə dırnaq tutanın ömrü azalar. 

Gecə yarısı it hürüb qarğalar qarıldasa, zəlzələ olar. 

Gecə qayğanaq yeyəni qara basar. 

Gecə saçını kəsdirənin ruzusu kəsilər. 

Gecə yatanda mitəkəyə tapşırsan, vəqtli-vəqtində səni oyadar. 

Gəlin  gedən  qızın  ata  evində  geydigi  başmağı  ər  evinə 

aparsalar gəlinin ər evində yeri daralar. 

Gəlin başına tökülən noğullardan yesə bəxti açılar. 

Göydə hərənin bir ulduzu var, adam öləndə göydəki ulduzu 

axır. 


Gözü ölüyə sataşan boylu arvadın uşağı kor olar. 

Gözün üstündən öpmək ayrılıq gətirər. 

Gözündə xalı olan adamın baxışı tutarlı olar. 

Gözü yol çəkən adam taza xəbər eşidər. 

Gülab çəkmənin düşər-düşməzi olur. 

Gün batanda tikiş tikməzlər. 

Gündüz anadan olan adamın ayağı yüngül olar. 

Hamamdan çıxanda sərin su içmə, içdin əlivi qoy başuva.  

Hörümçək göydən sallananda evə qonaq gələr. 

Xallı qız bəxtəvər olar. 



 

26 


Xalı çox olan adamın düşməni də çox olar. 

Xırda pulu səsləndirsən pullanarsan. 

Xonçaya başmaq qoymaq darlıq gətirir. 

İki arvadın arasından keçənin işi rast gəlməz. 

İldırım çaxanda dəmirə əl vurmazlar. 

İlin axır çərşənbəsində qulaq falı düz deyər. 

İlin  axır  çərşənbəsində  səhər  tezdən  sudan  atlananın  bəxti 

açılar. 


İlin  axır  çərşənbəsində  səhər  tezdən  özünü  axar  suynan 

yuyan gözəlləşər. 

İl təhvil olanda balıq üzünü qibləyə qoyar. 

İstiot dağılan evə dava düşər. 

İsti  suyu  yerə  tökəndə  “Bismillah”  deyərlər  ki,  ziyan 

tapmayalar. 

İşi ayağı yüngül adamın ayağıla başlasan, iş tez qutarar. 

İt kəlləsi asılan bostana göz dəyməz. 

İt olan evə məlakə dolanmaz. 

İt yaylaqda ləhləyəndə dolu düşər. 

İtki  tapılmasa  şeytanın  quyruğunu  (sapın  ucunu,  ya 

dəsmalın guşəsini) düyünləsən tapılar. 

İydə gül açanda altında durmaq yaxşı olmaz. 

Kağızı, ya parçanı doğramaq fəlakət gətirər. 

Kəbin kəsəndə açıq bıçağı büksən qaynananın dili bağlanar. 

Kəhrəbanı evdə saxlamağın düşər-düşməzi olur. 

Kərpici üst-üstə qoysan arasında əqrəb törər. 

Kitabı açıq qoyub yatanın oxuduqları yadından çıxar. 

Kitabı oxuyandan sonra açıq qoysan, şeytan oxuyar. 

Kişinin başmağı astanadan yanaki dursa evə qonaq gələr. 

Köçən gəlinin dalınca daş atsan, yeri ər evində qeyim olar.  

Qabağına tor atan adam varlı olar. 

Qabaq dişləri yekə olan adam xoş iqbal olar. 

Qabağına qərə pişik çıxsa getdigin iş boşa çıxar. 

Qabını yuyulmamış qoysan işin bəndə düşər. 

Qapını əl ilə daraxlasan borclu düşərsən. 



 

27 


Qaranquş alçaqdan uçanda yağıntı olar. 

Qaranquş yuva salan evdə həmişə şadlıq olar. 

Qaranquşun yuvasını dağıdanın yurd-yuvası dağılar. 

Qarğa çox olanda qış soyuq keçər. 

Qarpız qabığı gəmirənin başı keçəl olar. 

Qaşıq yerə düşsə arvad qonağı gələcək. 

Qaşı çatma olan qızı qohumlarına verərlər. 

Qazan dibi yalayanın toyunda qar yağar. 

Qeyçi əldə oynadılan evdə dava düşər. 

Qəbir üstə su səpəndə ölünün ürəyi sərinlər. 

Qəbristanlıqdan çıxanda dönüb dala baxmazlar. 

Qırxılı uşağın paltarını qaranlıq çökməmiş şəritdən götürərlər. 

Qırxılı uşağa sarı geyindirməzlər. 

Qolları qucaqlayıb durmaq qəm gətirər. 

Qonağın tez getməsini istəsən başmağına duz cütlə. 

Qoz ağacının altında yatan ağır durar. 

Qurban ətindən yeddi yerə pay çıxmaq vacibdi. 

Qurbağanı öldürənin əlinin duzu olmaz. 

Qurd yağı sürtən adamı hamı qurd görər. 

Qurbağanı əlinə götürənin bədəninə ziyil düşər. 

Lüt yatanın imanı olmaz. 

Lüt adama baxan günaha batar. 

Maşanı boş yerə titrədənin, əlləri titrəyər. 

Maşanı boş yerə titrətsən qıtlıq olar. 

Mayadan borc alanın mayasını qaytarmasan ruzusu kəsilər. 

Meşəyə kəsərsiz gedən ziyanın görər. 

Məscidə başmaqlı gedənin dalısı sözlü olar. 

Mürgülüyəni bərkdən səsləsən günaha batarsan. 

Müştəriyə yalan deyənin işi bəd gedər. 

Nalı oda salsan sönmüş məhəbbət doğrular. 

Nanə əkməyin düşər-düşməzi olar.  

Od, ya ocaq yandıranda alov çırtıldasa dalınca söz danışarlar. 

Oğlan uşağı tez umar. 

Oturan adamın başına dolanmaq yaxşı olmaz. 



 

28 


Ölünün dalıca danışanda fəlakət olar. 

Ölü paltarı satmaq nikbət gətirər. 

Özgənin payın yeyənin dilinə pay çıxar. 

Özgənin canına and içənin andı özünü tutar. 

Özünə qəsd eliyən adam gorbagor olar. 

Saçı yumşaq olanın xoyu da yumşaq olar. 

Saçuvun tükü üzüvə düşsə, bil ki, qonağın gələcək. 

Sağ əlivin içi qaşınanda əlivə pul çatacaq. 

Sağ gözün səyirləməsi şadlıq gətirir. 

Sayıqlayan adamı oyatmazlar. 

Səfərə çıxan adamın dalıca su səpsən səfərdən tez qayıdar. 

Səhər  tezdən  qabağına  boş  dolça  çıxan  adamın  işi  rast 

gəlməz. 

Sən  demək  istədigin  sözü  səndən  qabaq  deyən  adam  çox 

yaşayacaq. 

Səməni  içindən  götürülən  acil  (fındıq,  badam,  püstə),  hər 

kəsin yanında olsa, hər cür qada-baladan amanda olar. 

Sınıq qabdan çörək yeyən yarımaz. 

Sınan qab-qacaq qada-bəlanı evdən qovar. 

Soğan evdə güllənsə, didərginlik gətirər. 

Soğan çox soyulan evə naxoşluq gəlməz. 

Sol əlin qaşınsa xərcin çox çıxacaq. 

Sol gözün səyirləməsi xoş xəbər gətirəcək. 

Sözünün üstünə çıxan adam həlalzadədir. 

Söyüd ağacını əyməyin düşər-düşməzi olur. 

Su qızdıranda içinə yarpaq atsan, su tez qızar. 

Su yolunda əcinnələr yurd salar. 

Su yoluna kəsərsiz girən cinli-baxmalı olar. 

Suyun evə calanması aydınlıqdı. 

Süd verən adamın südü murdar yerə tökülsə, südü kəsilər. 

Süfrə başında çörəyi çox doğrayan, çox uşaqlı olar. 

Süfrədə qablar sıra düşsə evə qonaq gələcək. 

Süfrəni əl ilə silən yoxsulluğa düşər. 


 

29 


Süfrədə qablardan biri dingildəsə süfrə başındakılardan biri 

acıq eyləyəcək. 

Süfrədə tikə birinin boğazında qalsa onun yaxınlarından biri 

acdır. 


Süfrə üstə gəlib çıxanı qaynanası çox istər. 

Süpürgəni aralığa atsan evə dava düşər. 

Süfrə başında boşqabı təmiz siyirənin nişanlısı göyçək olar. 

Şabalıd ağacını kəsməzlər. 

Şalvarı ayaq üstə giyinmək yoxsulluq gətirər. 

Şəmi (lampanı) püfləyib söndürməzlər, əl ilə söndürərlər. 

Şənbə günü dırnaq tutmazlar. 

Şər qarışanda ağlamazlar. 

Şər qarışanda evdən çörək verməzlər. 

Şər qarışanda işığı söndürməzlər. 

Şər qarışanda qeybət eləməzlər. 

Şər qarışanda yatmazlar. 

Taxıl çuvalının üstündə otursan bərəkəti qaçar. 

Taza paltarı özgəsinə pay verməzlər. 

Taza evə köçəndə qayğanaq bişirmək şirinlik gətirir. 

Taza paltarı ya toya, ya qonaqlığa gey. 

Taza  evə  köçəndə  qabaqcadan  ayna,  Quran  aparmaq  xoş 

olar. 


Taza ayı hamıdan tez görənin işi rast gələr. 

Tikənin əldən düşməsi sevinc gətirir. 

Torağay üzüyüxarı çıxanda, yağış yağar. 

Toyuq basdırmanın düşər-düşməzi olur. 

Uçuği soyuq dəmirlə diksindirsən toxtar. 

Uşaq əvvəl diş çıxardanda hədik bişirərlər. 

Uşaq yuxuda güləndə məleykələr onu danışdırırlar. 

Uşaq çox pənir yesə korafəhim olar. 

Uşağa babasının adını qoysalar çox yaşayar. 

Uşağın ayaq tutması evə qonaq gətirər. 

Uşağın  dırnağını  tutanda  dayısı  ovucuna  pul  qoysa  uşaq 

varlı olar. 



 

30 


Uşağın boynundan öpsən küsəyən olar. 

Uşağın başına bambaça salsan yetim qalar. 

Uşağı çox qıdıxlasan əti tökülər. 

Yağış yağanda gün çıxsa deyərlər qurd balalayar. 

Yaxın adamdan yaylıq almaq ayrılıq gətirir. 

Yaxın adamdan nəsə aldın əvəzinə bir şey ver. 

Yaxşı yuxunu danışsan kəsərdən düşər. 

Yarpız bitən bostana ilan dolanmaz. 

Yara-xoradan çimçəşən özü də yara-xora tökər. 

Yasəmən ağacının düşər-düşməzi olur. 

Yatan  adamın  üstünə  atlanmazlar,  atlayanın  qada-balası 

yatan adamın üstünə düşər. 

Yatanda  başuvun  altına  paltaruvi  qoysan,  qatma-qarışıq 

yuxu görərsən. 

Yatanda üzüvi qibləyə qoyub yatsan rahat yatarsan. 

Yataqda yuxu deməzlər, düşər-düşməzi olur. 

Yatdıq yerdə çörək yeməzlər. 

Yerikləyən  arvad  hər  adamın  əlindən  tikə  yesə  uşağı  yalaq 

olar. 

Yuxuda ölən adamı öpən günaha batar. 



Yuxuda öpüşmək ayrılıq gətirir. 

Yuxuvu hamıdan əvvəl suya denən. 

Yumurtanın qabığını evə səpmək dava-dalaş gətirər. 

 

 



 

 


 

31 


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin