ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


V. ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

V. ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR 

 

Abad evlər bülbülüyəm, viran evlər bayquşu. 

Ac qudurğan olar, çıplaq – oynağan. 

Ac ölməz, gözü qaralar, borclu ölməz, üzü saralar.  

Aca dedilər: “Hara gedirsən?”. Dedi: “Toxun yanına”. 

Acıxan yanağından, susuyan dodağından bəllənər. 

Açıq ağız ac qalmaz. 

Açılmamış süfrənin bir eybi var, açılmışın min eybi. 

Adam özü yüngül olmasa, el yığılıb yüngül eyləməz. 

Adamdan eşşək olmasa, eşşəgin biri min tümənə çıxar. 

Adamlıq matah degil ki, gedib bazardan alasan. 

Adın nədi? Nökər. Bəs niyə durmusan bekar. Aç qapını, ört 

qapını. 

Ağa toxdu, nökərə bir çörək çoxdu. 

Ağaca balta vurdular, dedi: “Sapı özümdəndi”. 

Ağac bar gətdikcə başını yerə əyər. 

Ağac dibindən su içər. 

Ağzımı yandıran aş oleydi, başımı sındıran daş oleydi. 

Ağzında yaxşı yer eləməsən, bağban armudu verməz. 

Ağlamayan uşağa süd verməzlər.  

Ağıl ağıldan ötkün olar. 

Ağıllı çırmanınca, dəli vurar çaydan keçər. 

Ağız yandıran aş gendən bəlli olur. 

Ağızdan çıxan başa dəgər.  

Ağır xəstəliyə düşdü ölmədi, üzüldü öldü. 

Axan qan damarda qalmaz. 

Ax-vaynan  çıxar  kasıbın  canı,  ölənəcən  deyər  “Allah 

kərimdi”. 

Alacağı bir piltə, pambığın batmanın soruşur. 

Alaqarğa suda çimsə qaz olmaz. 

Altmış yaşında saz çalmaq öyrənən qiyamətdə çalar. 

Altı yaşında qıllı dana, indi düşüb meydana. 

Allahın acını heç kim doyuranmaz. 


 

121 


Allah eşşəyi tanıdı, buynuz vermədi. 

Allah bəlavi saxlasın, dəva istəməz. 

Allah bir obada iki itin adını bir eləməsin. 

Allah sağ gözü (əli) sol gözə (ələ) möhtac eləməsin. 

Allah verdikcə bəndə gümana düşər. 

Allah heç yatanın dalınca oyaq qoymasın. 

Allah qocalıq ilə yoxsulluğu bir yerə salmasın. 

Alıcı quş dimdigindən bəlli olar. 

Alana qədər oğlan evi, ölənə qədər qız evi. 

Aman diləyəni öldürməzlər. 

Ana kimi yar olmaz, Vətən kimi diyar. 

Ananın ürəyi yanar, dayənin ətəyi. 

Anlamaza söz qandırmaq, dəvəyə xəndək atlatmaq. 

Anlamaza desən qulunam, deyər: “Gəl, aparım, satım səni”. 

Anlayan özü anlar, anlamazı ha qandır. 

Anlayanla daş daşı, anlamazla bal yemə.  

Arpanı töküblər itin qabağına, sümüyü töküblər atın qabağına. 

Arpanı daşlı yerdən, qızı qardaşlı yerdən. 

Arsız adama söz neyləsin, qoxumuş ətə duz neyləsin?  

Arvad ailədəndi, oğul beldəndi, arada qardaş tapılmaz. 

Arvad evdə iki olsa, ev süpürülməmiş qalar. 

Arvad malı – baş toxmağı. 

Arvad nə bilir dağda dumandı, evdə oturub hökmü rəvandı. 

Arvad var ev yapar, arvad var ev yıxar. 

Arvadın  yalağı  səməni  qoyar,  kişinin  yalağı  baqqal  dükanı 

açar. 


Asan ələ gələn asan da əldən gedər. 

Aşağa başda oturmur, yuxarı başda yer yoxdu. 

Aşın boşluğu dənin yoxluğundandı. 

Ata-anasına xeyri olmayanın heç kimə xeyri olmaz.  

Atadan qalan mal şam kimi yanıb qurtarar. 

Ata olmayan ata qədri nə bilir? 

At ələ düşər, meydan ələ düşməz. 

At özümdən, don özümdən, bəyə nökərəm. 



 

122 


At olanda meydan olmaz, meydan olanda at olmaz. 

Atdan düşmüşəm, addan ki düşməmişəm. 

At da yeddi gündə bəllənər, it də yeddi gündə bəllənər. 

Atın arığına yabı deyərlər, igidin yoxsuluna – dəli. 

Aya o qədər baxma gəlsin düşsün ayağının altına. 

Ayağının biri bu dünyada, biri o dünyada. 

Ayranım budu, yarısı sudu, içsən də budu, içməsən də. 

Aynaya necə baxarsan, özünü hayla görərsən. 

Ayı boğulanda balasını ayağı altına alar. 

Ayıdan bir tük də çəksən qənimətdi. 

Ayın on beşi qaranlıq olsa, on beşi aydınlıqdı. 

Ayının ələdüşənini oynadarlar. 

Ayının min bir oyunu var, bir armud üstə çıxardar. 

Az söylə, çox dinlə. 

Az versən küsür, çox versən qusur. 

Bacarırsan dost qazan, düşman ocaq başında. 

Baxdın yarın yar degil, tərgid qılmaq ar degil. 

Baş-başa söykənməsə daş yerindən tərpənməz. 

Baş kəsənin, daş kəsənin, ağacı yaş kəsənin axırı olmaz. 

Başuva kül eləsən də, bari uca küllükdən elə. 

Baş yekə oldu nə fayda, içində beyin gərək. 

Bağban paxıl olmasa bağa duvar nə gərək? 

Bağ yiyəsi bağına qıydı, bağban bir salxıma qıymadı. 

Bayramda döyülən də olur, söyülən də. 

Beş barmağın beşi də bir degil. 

Beşdə alacağım yox, üçdə verəcəyim. 

Belə yerdə otur ki, deməsinlər dur burdan.  

Biri batman olanda o biri yarım batman gərək. 

Birini kəndə qoymurdular kədxudanın evini soruşdu. 

Biz umud olduq daza, daz da özün qoydu naza. 

Bir acıyanda özünü saxla, bir çəçiyəndə. 

Bir azdan qalar, bir çoxdan. 

Bir ağızdan çıxan min ağıza yayılar. 

Bir işi qurtarmamış, o biri işə əl qoyma. 



 

123 


Bir barmaq buynuz bir arşin quyruqdan yaxşıdı. 

Bir tikəni bilməyən min tikəni də bilməz. 

Bir çirağ işığında yüz adam işıqlanar. 

Bir dəli quyuya bir daş salar, min ağıllı çıxardanmaz. 

Bir subay oğlan, bir mitil yorğan. 

Bir şəhərə girdün, gördün hami kor, sən də ol kor. 

Bir qaş-qabaq yüz qonağı qovar. 

Bir gün bayrama qalsa da qış qışlığını işlər. 

Bilməmək eyib dəgil, soruşmamaq eyibdi.  

Borclunun dili qısa olar. 

Borc verməklə ödənər, iş görməklə tükənər. 

Bostanı bar saxlar, arvadı ər. 

Boş eşşək yorğa gedər. 

Böyük başın böyük də bəlası olar. 

Böyüklərlə otur-dur, kiçiklərə göstər yol. 

Böyügünü tanımayan tanrısını da tanımaz. 

Böyügə, böyük deyiblər, kiçiyə kiçiy. 

Bu arxa bir su gəlib, ümid var bir də gələ. 

Bu ilki sərçə bildirki sərçəyə ciy-ciy öyrədir. 

Bu da eşşəgin sürür ki, mən də mamağanlıyam. 

Buğda olmayan yerdə darını gözə təpərlər. 

Buğda çörəyin olmasa buğda dilin olsun barı. 

“Buğdam var” demə anbara tökməyəncə, “Evim



 

124 


Can sənin, cəhənnəm tarinin.  

Ceyranın qaçışını gördüm, atımdan əl üzdüm.  

Cidanı oğurlayan gizlətməsini də bacarar. 

Cinə börk tikər, şeytana papış. 

Cins madyan balasını döşündə saxlar. 

Cütçü yağınlıq istər, yolçu quraxlıq. 

Cütə gedən öküz gözündən tanınar. 

Cüyüdün əli boşa çıxanda köhnə hesabları araşdırar. 

Çax-çax başını yerə döyər, dəyirman işin işlər. 

Çarığını tapan patavasını da tapar. 

Çarıqlı çarıqlı ilə, sarıqlı sarıqlı ilə. 

Çağrılan yerə ərinmə, çağrılmayan yerdə görünmə. 

Çağrılmayan yerə itilə pişik gedər. 

Çağrılmamış qonağı qaş-qabağla qovarlar. 

Çaqqaldan çox çarıq aparan olmaz, yenə də ayaqyalındı. 

Çay quşunu çay quşu ilə vururlar. 

Çərçinin andı yığışar, eşşəginin qıçı sınar. 

Çərşab-corab içində hamı arvadlar gözəldi. 

Çəkirtgə suyuna göndərdilər, getdi çəkirtgə gətirdi.  

Çivizəni çox əlləsən çiban olar. 

Çıraq öz dibinə işıq verməz. 

Çirkin bəzənincə toy əldən gedər. 

Çılpağın yol kəsəndən nə pərvası. 

Çiy süd qaymaq bağlamaz.  

Çobansız sürü yol azar. 

Çobansız qoyuna qurd girər. 

Çobanın köylü olsa təkədən pənir tutar. 

Çoxa tamah sallayan azı da əldən verər. 

Çox and içənin andına inanmazlar. 

Çox it hürməgini başarmaz, kəndə qonaq artırar. 

Çox bilən az danışar. 

Çox bilib az danışmaq igidin ləngəridi. 

Çox bilən çox çəkər. 

Çox danışan çox yanılar. 



 

125 


Çox danışanın ağzı yekə olar. 

Çox küplər yanında küzələr sınıb. 

Çox adam dədəsinin gözünü çıxartdı, ki, bəlkə ona Koroğlu 

desinlər, amma kor kişinin oğlu dedilər. 

Çor deyənə can desən, bilməm nəyin əskilər. 

Çörəyi at dəryaya, balıq bilməsə xaliq bilər. 

Çölmək dığırlanar, qapağın tapar. 

 

Çölmək deyər: “Dibim qızıldan”, 



Qaşıq deyər: “Mən dolanıb çıxmışam”. 

 

Çölməyə verə-verə çıxar qazan bahasına. 



Çörəylə quyuya düşən çıxanmaz. 

Çürük taxta çüy saxlamaz. 

Dabbağ bəyəndiyi dərini yerdən yerə vurar. 

Dadanmısan dolmaya, bəlkə bir gün olmaya. 

Dadanannan quduranı saxlamaq olmaz. 

Darğa əmimdi, day nə qəmimdi. 

Daş üstə əkin əkilməz. 

Daş daşa söykənər, duvar olar. 

Daş düşdügü yerdə ağır olar. 

Daşqın su körpü yıxar. 

Davada halva paylamazlar. 

Dağ uçmasa dərə dolmaz. 

Dağ başından duman əksik olmaz. 

Dağ dağa yetişməz, adam adama yetişər. 

Dağ nə qədər uca olsa, üstündən yollar aşar. 

Damı yıxdım ki, kurəmağından qurtulam. 

Danışan yayınar, yeriyən büdürər.  

Darvaza  qapısını  bağlamaq  olar,  xalqın  ağzın  bağlamaq 

olmaz.  

 

Dedilər: “Əzrail uşaq paylir”. 



Dedi: “Hələ mənimkin əlimdən almasın”. 

 

126 


Dedi:  “Nuru  evdə?”  Dedi:  “Qızı  da  evdə”,  Dedi:  “Onda 

oldu nur ələn-nur”. 

Dədə olmasan, dədə qədri bilməzsən. 

Dədə evində də qarabəxt, ər evində də. 

Dədəm mənə kor dedi, hər gələni vur dedi. 

Dərd batmaninən gələr, misqalınan çıxar. 

Dərdli deyingən olur. 

Dərdməndin dərdini aləmdə dərd əhli bilər. 

Dərd var gələr keçər, dərd var dələr keçər. 

Dərdin qoy üstə, onu da mən çəkərəm. 

Dərziyə dedilər


 

127 


Dost vuran daş bərk incidər. 

Dost dostla tən gərək, tən olmasa gen gərək. 

Dost min olsa azdı, düşmən bir olsa çox. 

Dostluğu ayı dostluğudu. 

Dostunu tanıt mənə, mən deyim “kimsən” sənə. 

Dostun sənə versə qum, sən onu ovcunda yum. 

Doşab almışıq mürabba çıxıb. 

Dovşan uyuduğu yerdə ovlanır. 

Doğru söz söyləyəni doqquz kənddən qovarlar. 

Donuzdan bir tük də çəksən qənimətdi.  

Duvarı alçaq olanın, duvarından baxarlar. 

Düşman səni daşinan, sən düşmanı aşinan. 

Dünyanın quyruğu uzundu. 

Düzəlib hər yarağı, qalıb saqqal darağı. 

Dünya beşdi, hər beşi heşdi. 

Dünyada ən gözəl şey-əldən gəlsə yaxşılıq. 

Dünyada adama bir pislik qalar, bir yaxşılıq. 

Dünya malı dünyada qalır. 

“Dünya mənim” deyənin dünən gəldik yasından. 

Dünyanın çətin işi qanmazı qandırmaqdı. 

Düzlükdə yeriyənmir, şumda şıllaq atır. 

Düşünə-düşünə görsə işi, sonra peşmanlıq çəkməz kişi. 

Düşmən qarışqa olsa, sən onu bir fil sana. 

El öz dəlisini yaxşı tanır. 

El elə sığışar, ev-evə sığışmaz. 

El ilə gələn qara gün bayramdı. 

El sevəni hamı sevər, el deyəni hamı deyər. 

Ellərə gülən canım, el mənə gülər oldu. 

Elə söz danışır ki, pişmiş toyuğun gülmağı gəlir. 

Elə yerdə otur ki, deməsinlər dur burdan. 

Eşitdigini unut, gördügünü tut. 

Eşşəkdən  soruşdular:  “Gündə  nə  qədər  yol  gedərsən?” 

Dedi: “Onu bizdən soruş”. 

Eşşəgə dedilər: “Mərifətini göstər”, yıxıldı külə ağnadı. 



 

128 


Eşşəgim ölmə yonca bitincə, yoncam saralma torba tikincə. 

Eşşəgin canı ağrıyanda atdan yeyin gedər. 

Eşiyə çıxıram tarı döyür, içəri girirəm qarı döyür. 

Eybli eybin bilsə başına yarpağ örtər. 

Eybi kim deyər? Eybəcər. Soğanı kim yeyər? Dərdəcər.  

Evində yox urvalıq, könlündən keçir darğalıq. 

Ev yiyəsi evinin qibləsini yaxşı tanır. 

Ev satan bir il dövlətli olur, ev alan – bir il kasıb.  

Əbləh odu dünya üçün qəm yeyə, tarı bilir kim qazana, kim 

yeyə.  


Əcəl şeytan işidi. 

Əcəl dedigin göznən qaş arasındadı. 

Əkinini sütül yeyən, xırman vaxtı sülənər. 

Əldən tutan az olar, ayaqdan çəkən çox. 

Əli kəsik əli kəsigi tapır. 

Əlindən iş gəlməyən zoru dilinə verər. 

Əlinən açılan düyünü dişivə salma. 

Əlli yaşında qıllı dana indi düşüb meydana.  

Ər əri yoldaşlıqda, ev evi qonşuluqda tanır. 

Ərincə bezi kimi nə enə yarar, nə boya. 

Ərkəksən də doğ, dişisən də doğ. 

Əsili tapmaq çətindi, saxlamaq asan. 

Əsli olmasaydı, Kərəm çöllərə düşməzdi. 

Ət dırnaqdan ayrılmaz. 

Əzrail gələndə soruşmaz, neçə oğlun, qızın var?  

Fələkin qaydasıdır dağı çəkər dağ üstə. 

Fələkin belə işləri nə çox: Aslanı ac gəzdirər, tülkünü tox. 

Gah baba dayı minər, gah da day babanı.  

Gec gəldi, tez öyrəndi. 

Gec gələn qonaq öz kisəsindən yeyər. 

Gecə görülən iş səhərə tapılmış olur. 

Gedər bağlar qorası, qalar üzlər qarası. 

Gedirəm dost yanına, üzüm ağ, alnım açıq. 

Geydin mübarək olsun, çıxart özgə malıdı.  



 

129 


Gətirənə el gətirər,  yel gətirər, sel gətirər,  aparanda el apa-

rar, yel aparar, sel aparar. 

Gərəkməzi saxla bir gün gələr gərək olar. 

Gəzən ayağa daş dəgər. 

Gəl bunu istəmə məndən, buz kimi suyu səndən. 

Gəldi qaşın düzəltsin, vurdu gözün çıxartdı. 

Gəldi kəbab iginə, gördü eşşək dağlırlar. 

Gələn ilə qardaşdı, gedən ilə yoldaş.  

Gülmə gülünc olana, özün gülünc olarsan. 

Gəlin oynaya bilməz, deyər otaq əgridi.  

Gizli düşman ilan kimidi, sürünə-sürünə gələr. 

Gordan gələn mən, cəhənnəmdən xəbər verən sən. 

Görükən kənd bələdçi istəməz. 

Göz gördü, könül sevdi, mənim nə günahım var? 

Göz nədən qorxar, gördüyündən. 

Gözünün yaşına baxaq, ya əlinin daşına? 

Gözə gəlməyən gəlinin salamı da söyüşdü. 

Gözəl ağa çox gözəl idi, vurdu çiçək çıxartdı. 

Göy göbəgin yerə dayasa da, bildigindən əl çəkməz. 

Gönülsüz verilən aş, ya qarın ağrıdar, ya baş. 

Gönül sevən gözəlin nə ağı, nə qarası? 

Gönül sevən göyçək olar. 

Gönül gözdən su içər. 

Gönül  nə  mey  istər,  nə  meyxana,  gönül  dost  istər,  bunlar 

hamısı bəhanə.  

Gül getdi, yerində xar qaldı, mənə də bu yadigar qaldı. 

Gün öz işığını kimsədən əsirgəməz. 

Gündüz təsbih çevirər, gecə qovurma qovurar. 

“Gülüstan”ı yeddi yaşında oxuyan yetmiş yaşında başa düşər. 

Gündüz çırağ yandıran gecə qaranlıqda qalar. 

Gün keçər ömür ötər, dəli söyünər bayram gəlir. 

Gündüz ged



 

130 


Ha uzaq olsa yol, ha yaman olsa el.  

Haca gedən gəldi, saca gedən gəlmədi. 

Hacı Hacını Məkkədə, dərviş dərvişi təkyədə görər. 

Hamama girən tərlər çıxar. 

Hamamdan çıxanın əri olasan, səfərdən gələnin arvadı.  

Hamıya itlər hürəndə bizə də gözü açılmamış küçüklər hürər.  

Haqq başı ağır olar, hardasa gəlib çıxar. 

Haqq-hesabın düz eylə, hər yanda üzün olsun. 

Haqq söz acı olar. 

Haqq söz danışanın börkünün tiyəsi yırtıq olar. 

Haqq verməzin adını qoyarlar Haqqverdi. 

Halalzadə barışdırar, haramzadə qarışdırar. 

Harda aş olsa orda başdı. 

Hara ağrısa can ordadı.  

Hatəmlik vardan olar, var olmasa hardan olar?  

Heç bəndənin yarası göz qabağında olmasın. 

Heç bir nəyi olmayan heç bir nə də itirməz. 

Heç kəs öz gözünü kor istəməz. 

Heç kəsin adı çıxmasın. 

Heç kəsin çırağı səhərəcən yanmasın. 

Heç kim adama dədəsi xeyrinə quş tutmaz. 

Heyvanı budundan dağlarlar, insanı ürəyindən. 

Hesabı düz olanın alnı açıq olar. 

Hər atılan daşın dalısınca getməzlər. 

Hər gedişin bir gəlişi var. 

Hər nə töksən aşuva, o çıxar qaşığuva. 

Hər nə versən əlinlə, o qalacaq səninlə. 

Hərə öz arşını ilə ölçər. 

Hər adamın öz adı var, hər yemişin öz dadı. 

Hər ağlar gözlüyə aşiq deyilməz. 

Hər evin öz qaydası, hər şəhrin öz dəbi var. 

Hər  duran  sudan  içmək  olmaz,  hər  axan  çaydan  keçmək 

olmaz. 

Hər şeyin tazası, dostun köhnəsi. 



 

131 


Hər quş öz yuvasının ağasıdı. 

Hər kəs özün bəgənər, dəvə də dizin bəgənər. 

Hər kəs istər arvadın boşasın, üstünə bir ad qoyar. 

Hər kəsin bir dərdi var, heç kəsə deməz, ağlar. 

Hər kimin bağı var, ürəgində dağı var. 

Hər gələn sel kötük gətirməz. 

Hələ-hələlər eləyib, kərtənkələlər neyləsin. 

Həm oxuduq, həm oxutduq, həm hamısını unutduq. 

Həmişə cücə səbəd altda qalmaz. 

Həsən  də  qəlyan,  Hüseyn  də  qəlyan  çəkər,  tənbəki  bol 

olanda Ənsəm də qəlyan çəkər. 

Həkimə getsən dava verər, falçıya getsən dua. 

Həyası olmayanın imanı hardan olar? 

Həyalıya can qurban, uzaq gəz həyasızdan. 

Hirs gəlir, göz qızarır, hirs gedir, üz qızarır. 

Hiylə ilə iş görən möhnət ilə can verər. 

Xara tumanım xarıldar, bağırsaqlarım qırıldar. 

Xala evinə dadanan ər evinə duruş gətirməz. 

Xanım sındıran qabın səsi çıxmaz. 

Xeyir istə qonşuva, xeyir gəlsin başuva. 

Xeyri olsaydı, adı olardı Xeyrulla.  

Xoruz çox olan yerdə səhər tez açılar. 

Xoş gəldin dərbədar, xoş gördük məndən bətər. 

Xonaxa xonaxanın hesabın qəlbində elər. 

İçdim üzüm suyunu, tökdüm üzüm suyunu. 

İçərim özümü yandırır, eşigim özgələri.  

İki arvadlı kişi gecəni şamsız yatar. 

İki arvadlı kişinin ağzının dadı olmaz. 

İki ağız bir olsa, bir ağız heç olur. 

İki əlin var, ikisini da borc elə, başını qeyim saxla. 

İkibaşlı canavardan çəkinmə, ikidilli adamdan çəkin. 

İki bit, bir birə kətxudanı saldılar girə. 

İki qarınlı eşşəgin on şahilik da qoduğu olar.  

İlan vuran yatar, ac yatmaz. 



 

132 


İlan çıxdığı bacani yaxşi tanı. 

İlan hər yerə əgri getsə öz yuvasına düz gedər.  

İp qırılmır, can çıxmır. 

İp nə qədər uzun olsa, yenə doğanaqdan keçər. 

İstədi qaşın düzəltsin, vurdu gözün çıxartdı. 

İstir sudan keçsin, ayağı da islanmasın. 

İş tərsinə gələndə tər halva diş sındırar. 

İşdən artmaz, dişdən artar. 

İşin yoxdu, şahid ol, pulun yoxdu zamin ol. 

İt ac qalanda köhnə kolluqları axtarar. 

İt əlindən sümük gəmirmək olmur. 

İt itilə dalaşar, qurd görəndə arxalaşar. 

İt itlığından əl çəksə sümsünmağından əl çəkməz. 

İt iki sümük tapanda birin dal gününə saxlar. 

İtburnu da özünü meyvə sanar. 

İt qursağı yağ götürməz. 

İt nə qədər kök olsa da qovurmalığa yaramaz. 

 

İtə dedilər: “Niyə hürürsən?” 



Dedi: “Qorxuduram”. 

Dedilər: “Niyə?” 

Dedi: “Qorxuram”. 

 

İt hürdü çərçi gəldi, elə bildim elçi gəldi. 



İt yatar qaya kölgəsinə, deyər bəs öz kölgəsidi. 

Kamışa çimdik neynər? 

Kamış nə bilir Cəmal ağa kimdi? 

Kar etməz, yaraşdırar. 

Kasıb bazarın çıxarı olur, gəliri olmaz. 

Kasıb taza paltar geyəndə soruşarlar: “Hardan gətirmisən?” 

Varlı paltar geyəndə deyərlər: “Mübarəkdi”. 

Kasıb dad tapdı, qan tapmadı. 

Kasıb  yemağa  çörək  tapmaz,  itinin  adını  tapmaz,  itinin 

adını gömuş qoyar. 



 

133 


Kasıbı dəvə üstə böyə sancar. 

Kasıbın ağzı aşa yetişəndə başı daşa yetişər. 

Kasıbın zəfəranına sarı kök deyərlər. 

Kasıbın sacı qızanda kündəsi qurtarar.  

Keçəl başın qoruyar, kor da iki gözünü. 

Keçəlin utanması, börkü düşənəcəndi. 

Keçinin qoturu sərçeşmədən su içər. 

Kənkan  quyunu  nə  qədər  dərin  qazsa  özünü  onun  təkində 

görər. 

Kiçikdən xəta, böyükdən əta. 



Kişi qızı olunca, kişi arvadı olasan. 

Kişi kişidən qorxmaz, kişi kişidən utanar. 

Kişinin yüz yeyicisi olsun, bir deyicisi olmasın. 

Kimisi körpü tapmır keçməyə, kimisi su tapmır içməyə. 

Kor ölər adı qalar badam göz. 

Kor eşşəgin kor da nalbəndi olar. 

Kor quşun yuvasını tarı öz əlilə yapar. 

Köpəgin  uzun  quyruğlusundan,  adamın  topa  buğlusundan 

əlhəzər. 

Kök arıxlayınca arığın canı çıxar. 

Kölgədə yatan biçinçinin orağı iti qalar. 

Küçük hürə-hürə köpək olur. 

Kürd gözdən qızarar, tat dizdən. 

Kürkü yayda al, orağı qışda. 

Küləş tez yanar, tez də külü sovrular. 

Qabağa  keçirsən  deyirlər  bicdi,  dalda  da  qalırsan,  deyirlər 

gicdi. 

Qapı buzovundan öküz olmaz. 



Qatıq calansa yeri qalar, ayran calansa nəyi qalar? 

Qaçan da Allahı çağırır, qovan da. 

Qaçanı qovmazlar, yıxılanı vurmazlar. 

Qardaş qardaşı pıçaqlamış, dönmüş tazadan qucaqlamış. 

Qarğa gəldi kəhlik yerişi yerisin, öz yerişin də itirdi. 


 

134 


Qapımdakən  qapımı  yeyər,  eşigə  çıxar,  canımı  yeyər, 

öləndən sonra malımı yeyər.  

Qaraçi qızından xatın olmaz, dilənməsə qarnı dolmaz. 

Qarışqanın ölümü yetəndə qanad çıxardar. 

Qarın boğazdan aşağıdı. 

Qarın doyuran aşı göz tanır. 

Qala içindən alınar. 

Qalan işə qar yağar. 

Qanı qan ilə yumazlar, qanı su ilə yuyarlar.  

Qazan qarası yuyular, üz qarası yuyulmaz. 

Qazandığını itlər yeyər, yaxasını bitlər yeyər. 

Qaş ilə göz, yerdə qalanı söz. 

Qeyniyən qazan gizlincə, ibarət də gizlincə. 

Qəcələ dədəsi xeyrinə ağac döyməz.  

Qərib adam baxışından tanınar. 

Qərib itin quyruğu iki qıçının arasında olar. 

Qəlb mal yiyəsinə qayıdar. 

Qəlb dedigin şişədir, yamamaq olmaz. 

Qırx ilin dilənçisidi, hələ indi soruşur: cümə günü haçandı. 

Qırmızı tumannım parıldar, bağırsaqlarım qırıldar. 

Qız  idim,  sultan  idim,  adaxlandım,  xan  oldum,  ərə  getdim, 

qabaqlarda qul oldum, birin doğdum, astanada çul oldum. 

Qızı saldım beşigə, cehizin çək eşigə. 

Qızıldan balta çəkdirsən, gedər düşər kol dibinə. 

Qızım sənə deyirəm, gəlinim sənə andırıram. 

Qış çıxar, üzüqaralıq kömürə qalar. 

Qismət olsa gələr Yəməndən, qismət olmasa çıxar dəhəndən. 

Qismət də var, hümmət də var. 

Qoca öküzü öldürmək olar, hürkütmək olmaz. 

Qoç öz buynuzundan kirayə istəməz. 

Qışın çəni qar gətirər, yazın çəni bar gətirər. 

Qodux böyüyər, çulu böyüməz. 

Qorxma qışdan yaz gələr, qorx payızdan dalısınca qışı var. 

Qurda dedilər: “Nə vaxt yaylağa gedirsən?” 



 

135 


Dedi: “Bizimki el ilədi”. 

 

Qurd dumanlıq sevər. 



Qurda sən tikmək öyrət, yırtmaq dədə peşəsidi. 

Qurd qarıyanda itlərə gülünc olar. 

Quru oduna yaşlar yanar, alışar, daşlar yanar. 

Quş dimdigindən, insan dilindən tələyə düşər. 

Quş var ətin yeyərlər, quş var ət yedirərlər. 

Qulaq gündə bir söz eşitməsə kar olar. 

Qumarın udmağı da uduzmaqdı. 

Qorxursan pişikdən, niyə çıxırsan deşikdən? 

Qolun sınağı boyuna yükdü. 

Qonaq dedigin ev yiyəsinin dəvəsidi. 

Qonağa get deməzlər, başmaqlarını cütlərlər. 

Qonağın ruzusu özündən qabaq gələr. 

Qonaq bir gün olar, iki gün olar, nə ki ili başdan başa. 

Qonağın utanmazı ev yiyəsini evdən qovar. 

Qonşu aşı dadlı olar. 

Qonşudan gələn pay dadımlıq olar, doyumluq olmaz. 

Qonşu mıncığını oğurlayan gorda taxar. 

Qohum acısı, qovun acısı. 

Qonşuya umud olan şamsız qalar, oynaşa umud olan ərsiz. 

Qohumun kimdi? – Yaxın qonşu. 

Qoy  desinlər:  “Məmqulunun  custu  var,  kim  nə  bilər,  altı 

yoxdu, üstü var”. 

Qoyun olmayan yerdə keçiyə Əbdülkərim deyərlər. 

Qoyun quzu ayağı basmaz. 

Qoyunu qoyun, keçini keçi ayağından asarlar. 

Qurban olum, təsbih, sənə, heç kəs güman etməz mənə. 

Lalın dilin nənəsi bilər. 

Ları  xoruz  banlamaz,  banlasa  vəqt  anlamaz,  anlamaza  söz 

demə, anlamayıb, anlamaz. 

Leş düşən yerə quzğun qonar. 

Lələşuvun bərkdə əli yoxdu. 


 

136 


Lələ köçüb, yurdu qalıb. 

Mal gedər bir yana, iman gedər min yana. 

Malım xarab olunca, qarnım xarab olsun. 

Malı çox, günü qara. 

Malını itlər yeyər, canını bitlər. 

Malını qeyim saxla, qonşunu oğru tutma. 

Malı yox oğru apara, imanı yox şeytan apara. 

Mal yeməzin malın bir qəllaş yeyər. 

Mama iki olanda uşaq tərsə gələr. 

Mama nə qədər çox olsa, genə güc doğana düşər. 

Mərd özündən görər, namərd özgədən. 

Məscidin qapısı açıqdı, itin həyasına nə gəlib? 

Mən ölüm, sən ölsən iş qabaqdan getməz. 

Mən bir şey deyirəm, sən bir şey eşidirsən. 

Mən deyirəm xacəyəm, deyir neçə oğlun var? 

Mən motaldan əl çəkmişəm, motal məndən əl çəkmir. 

Mənə bax nə haldayam, yara bax, nə sallanır. 

Mənimki belə gətirdi çarxı dönmüş fələkdən. 

Məyər mən ovcumu iyləmişəm? 

Məyər boyaqxana küpüdü, basasan çıxardasan? 

Məyər biz ögeyik, siz doğma? 

Məyər sən Məkkədən gözü palçıqlı gəlmisən? 

Məyər mən saqqalımı dəgirmanda ağartmışam? 

Meşədə qurd az idi, biri də gəmiynən gəldi. 

Meyxanaçidən şahid istədilər, üzüm ayaqlayanı gətirdi. 

Meyvəli ağaca daş atarlar. 

Milçək murdar olmaz, gönül bulandırır. 

Mindin atın sağrısına, qatlaş yanın ağrısına. 

Min xala bir yerə yığışsa, bir ananın yerini verməz. 

Minə dözən, min birə də dözər. 

Müftə sirkə baldan şirin olar. 

Nacins qarpızın toxumu çox olur. 

Nahaq qan yerdə qalmaz. 

Namaza meyli olanın qulağı azanda olar. 



 

137 


Namərdi bir gördün, bir də görsən namərdsən.  

Naşılığın bizim keçəl başımızda çıxardır. 

Nə əkərsən, onu biçərsən. 

Nə Allahdan qorxur, nə bəndədən utanır. 

Nə üçdə alacağı var, nə beşdə verəcəyi. 

Nə özü yeyir, nə özgəsinə dadızdırır. 

Nə balını yeyərəm, nə bəlasını çəkərəm. 

Nə tüfəngə çaxmaqdı, nə qapıya toxmaq. 

Nə dindən keçir, nə imandan. 

Nə sən gəl, nə də səfər ayının axır çərşənbəsi. 

Nə bağım, nə bacatım, bir özüm, bir hacatım. 

Nə gələnə üz göstər, nə gedəni qovala. 

Nə gözüm görsün, nə göylüm istəsin. 

Nə nisyə verərəm, nə dalınca gedərəm. 

Nənəm mənə kor dedi, hər yetəni vur dedi. 

Nə yatdıq, nə uzandıq, hazır oğlan qazandıq. 

Nə yaraşır arığa, gedə girə qoruğa? 

Nə yoxsuldan alacağın olsun, nə varlıya verəcağın. 

Nisyə aparan çənə vurmaz. 

Nisyə çaxır içən iki dəfə keflənər.  

Növbə bizə çatanda çırağın yağı qurtardı. 

Ocaqdan köz əksik olmaz.  

Oddan gül törər, güldən ot. 

Odun gətir, su gətir, uşaq işədi, gəl götür. 

Od hər yerə düşsə özünə yer açar. 

Oğru qalana yanar, ev yiyəsi gedənə. 

Oğruluğunun əvvəli, o da düşdü ay işığına. 

Oğul  fərli  olsa,  neyləyir  dədə  malın,  fərsiz  olan  neyləyir 

dədə malın. 

Ox ki, kamandan çıxdı gedəcək, yox çarəsi.  

Olar aşım suyu, olmaz başım suyu. 

Olan yarma qaynadar, olmayan barmaqların oynadar. 

Olanda göz qızarar, olmayanda üz qızarar. 


 

138 


Onda  ki  varım  idi,  keçi  qılı  şalvarım  idi,  indi  ki,  yoxum 

olub, itlər mənə qohum olub.  

Orağı qışda al, kürəyi yayda. 

Otuz iki dişdən çıxan min obaya yayılar. 

O qədər ölmədik ki, evdən xəbərçi gəldi. 

Öküz özünə yonca əkəndə başı ağrıyar. 

Öküzün taydı, işin zaydı.  

Ölü öldü öz borcunu ödədi, vay qalanın halına. 

Ölü durub mirdəşiri yuyar. 

Ölülər elə bilir ki, dirilər halva yeyir. 

Öz çörəyini özgə süfrəsində yemə. 

Özgənin ördəyi qaz görünər, özgənin tarlası düz görünər. 

Özün kor olsan da vuruşun kor vuruşuna oxşamır. 

Özüvi yorulmuş bilsən, yoldaşuvi ölmüş bil. 

Paxıl artsa qurd artar. 

Paxıla Allah verməz, versə də xeyrin görməz. 

Palaza bürün, el ilə sürün. 

Pay bölənə pay qalmaz. 

Pəniri dəri saxlar, arvadı əri. 

Pəh ilə plov olmaz, yağ ilə dügü istər. 

Pis adamın yeddi evli qonşuya zəhəri var. 

Pişmişin dadı yağdı, aşpazın üzü ağdı. 

Pişik olmayan yerdə siçanlar baş qopardar.  

Pul pulu qazanar, pulsuzun işi uzanar. 

Pulsuz adam bazardan qıvraq keçər. 

Pulluya bəli deyərlər, pulsuza “dəli”. 

Pulun oldu min, köhlən atı min.  

Pulun var iriş, pulun yoxdu sürüş. 

Rahatlıq istəyənin dili lal, qulağı kar, gözü kor olmalı. 

Rəşbərin qırx ildə tapmadığını, tacir qırx gündə tapar. 

Rəşid oğlu vurmağa dədəsindən izin istəməz. 

Sabahacan kim ölə, kim qala? 

Salavatla donuz darıdan çıxmaz. 

Sağ baş yastığa gəlməz. 



 

139 


Sağ yeri qoltuq altındadır, onu da ərkən kəsib. 

Saqqal ilə kamil olsaydı kişi, keçiyə gəyişərdilər hər işi. 

Saqqalım yoxdu keçmir işim. 

Savaşan qurtular, şahid keçən qurtulmaz. 

Sayılı pul tez qurtarar. 

Selgahda ev salanın evini sel aparar. 

Səbr  ilə  halva  bişər,  ay qora səndən,  bəsləsən atlas olar tut 

yarpağından. 

Səhərin soyuğunu sayma, axşamın ayazında qalma. 

Sərbaz nə bilir heyva kaldı? 

Səfərdə əlivi saxla, məclisdə dilivi. 

Sən oxuyanı mən toxumuşam. 

Sən tülki olsan, mən sənin quyruğunam. 

Səndən hərəkət, Allahdan bərəkət. 

Sən gördügün ağaclar, kürəkligə kəsilib. 

Sən mənim bir üzümü ağart, mən də sənin iki üzünü ağardım. 

Sən vurmadın, mən yıxmadım, bəs mənə nə gəldi? 

Sən vuranda su çıxar, mən vuranda qan. 

Sənə bir aş bişirim, yağı üstündə bir qaşıq dursun. 

Səhvi dəyirmançı elər, buğda aparan, un gətirər. 

Sərçədən qorxan darı əkməz. 

Sərçənin özü nədi ki, kəllə-paçası nə ola?  

Sınıq kuzədə su durmaz. 

Siçan olmamış dağarcıq dibi dəlir. 

Siçanla pişik barışa, vay baqqalın halına. 

Siçan yuvasına girmirdi süpürgəni quyruğuna bağladı. 

Sizə yağan o qardan bir gün də bizə yağar. 

Sizin evdə yeyək, içək, bizim evə qonaq köçək. 

Soruşa-soruşa İstanbula getmək olar. 

 

Soruşdular: “Eynalı necə İmamzadadı?” 



Dedi: “Bax zəvvarına”. 

 

Soğan yeməmisən, nə uçun acışırsan? 



Sonku peşmançılıq bərə bitirməz. 

 

140 


Sözdə usta, işdə xəstə. 

Söz sözü gətirər, arşın bezi. 

Söz çox uzanarsa, dadını əldən verər. 

Sözün düzünü uşaqdan soruş. 

Su öz yolun tapar. 

Su başdan bulanıqdı. 

Subay gözü ilə qız alma, gəlin gözü ilə bez alma. 

Susamış it kəhrizə baxar. 

Su ki, başdan aşdı, istər bir qarış, istər min qarış. 

Su hər şeyi təmizlər, öz qarasından savay. 

Soyunandan sonra başuva qızıl sal get. 

Suyu susuyana, qoy içsin qana-qana. 

Süddən ağzı yanan, ayranı püfləyə-püfləyə içər. 

Südlü qoyunu sürüdən ayırmazlar. 

Sürü qoyun sizdə, satdıq bizdə. 

Sürüyə qurd girəndə, köpəgin yuxusu gələr. 

Şappadan-şuppadan, birdən-birə gözlənilmədən. 

Şaftalı gəlməmiş tabağı gəlib. 

Şah gəldisindən keçdi.  

Şəyird toxusa bez toxur, usta toxusa tez toxur. 

Şahpalıtdan yağ çıxmaz. 

Şahın iti kimi çağıranda gəlmir, küşkürdəndə tutmur. 

Şahın də qaraçıya işi düşür. 

Şərabdan dönmə sirkə kəsərli olur. 

Şərikli qazan gec qaynar. 

Şir qocalanda özünə gülməyi gəlir. 

Şirin dil ilanı yuvasından çıxardar. 

Şirni olmayan yerdə iydəyə qaqa deyərlər. 

Şeytanla buğda əkənin xirmənini yel aparar. 

Şimşək çaxmasa göy hardan gurlar?  

Şoran yerdə nə ot bitər, nə sünbül. 

Şuxluğun sonu davaya çökər. 

Tabağı düz qoy, canım, baxılmağa üz qoy, canım. 

Tapan tapanın olsa çöldə çoban xan olar. 



 

141 


Tarlanın daşlısı, qızın saçlısı, öküzün yekə başlısı. 

Taza süpürgə təmiz süpürər. 

Taza küzə suyu sərin saxlar. 

Taza gəldi bazardan, köhnə düşdü nəzərdən. 

Tazanın hizligindən dovşan samanlıqda balalar. 

Tayun-tuşun bab ilə, görən desin ha belə. 

Tavusun lələkləri başının bəlasıdı. 

Tez ələ gələn tez əldən gedər. 

Tələdən özün qurtaran tülkü bir də tələyə düşməz. 

Təndir istikan çörəyi yapmaq gərək. 

Tısbağa qınından çıxdi, qınını bəgənmədi. 

Tikan əkən gül biçməz. 

Tikan olub ayağa batıncan, gül olub yaxaya sancıl. 

Tikə ilə dost olan illər küsülü qalar. 

Tikə dostundan dost olmaz. 

Tikə qarın doyurmaz, məhəbbət artırar. 

Tikəni elə götü ki, uda biləsən. 

Toy da olsa toyuğun yasıdı, yas da olsa toyuğun yasıdı. 

Toyuğu buğda anbarına salsan eşinmağından əl çəkməz. 

Toyuq ölsə bir çəngə tükdür, dəvə ölsə bir dəvəyə yükdü. 

Toyuğun pis iki sarılı yumurtar. 

Toyuq istər qaz yerişi yerisin, öz yerişin da yadırğar. 

Toyuq tapanın muştuluğu bir yumurtadı. 

Turşulu aş yaxşı olar, bir gün sizdə, bir gün bizdə. 

Tutulmayan oğru xandan, bəgdən yeydir. 

Turş alçadı, görənin ağzı sulanır, yeyənin dişi qamaşır. 

Tulanın axmağı tutduğunu buraxır, qaçanın dalınca qaçar. 

Tumançağın yuxusuna büzməli tuman girər. 

Tülkü çox bilmişlikdən tələyə düşər. 

Tülkü  deyər:  “Özümdən  ötrü  demirəm,  amma  üzümsüz 

bağın kökü qurusun”. 

Tülkü suvaqlı bağa girməz. 

Tülkü var baş qopardar, qurdun adı bədnamdı. 

 


 

142 


Tülküyə dedilər: “Toyuq kababı yeyirsən”. 

Dedi: “Elə söz deyirsiz adamın gülmağı gəlir”. 

 

Ucuzluqda alanın, bahalıqda satanın üzün görmə. 



Uç gecəlik ayı hamı görər.  

Utanmasan oynamağa nə var ki? 

Ulduzu  barışanın  söyüşü  də  salamdı,  ulduzu  barışmayanın 

salamı da söyüşdü. 

Ulu sözünə baxmayan uluya-uluya qalar. 

Uşaq atadan yetim qalmaz, anadan yetim qalar. 

Uşaqsız ev barsız ağaca bənzər. 

Uşaq vardını, yoxdunu bilməz. 

Uzun, uzun arzular, qısa, qısa ömürlər. 

Üz üzdən utanar. 

Üzlü daş yerdə qalmaz. 

Üzlü qonaq özü utanmaz, ev yiyəsini utandırar. 

Ürəkdən ürəyə yol var. 

Üzünə baxırsan hüri-pəridir, içinə baxırsan qıllı dəridir. 

Üz verəndə astarını da istəyir. 

Üzümlü bağım olsun, görəsən bildirçin necə quşdu. 

Üz versən qohumluq iddiası elər. 

Var  idi  yağım,  balım  gəlirdilər  qonşularım,  qutardı  yağım 

balım, gəlməz oldu qonşularım. 

Vardan verən utanmaz, yoxdan verən dəlidi. 

Vardı pulun, hamı qulun, yoxdu pulun, açıqdı yolun. 

Varlığına tələsən yoxsulluğa tez düşər. 

Varlının  arabası  dağdan  aşar,  yoxsulun  arabası  düzənlikdə 

yolun çaşar. 

Varlı umduğundan yeyər, yoxsul tapdığından. 

Varlının varı yoxsulun əngin yorar. 

Vaxtsız açan tez solar. 

Vaxtında görülməyən iş həmişə görülməmiş qalar. 

Vaxtı buraxsan hədər, çəkərsən ağır zərər. 

Ver əlindəki sapı, dur dolan qapı-qapı. 



 

143 


Verdigin bir yumurta, onu da yırta-yırta. 

Verdin doyur, vurdun yıx. 

Vermə sən doqquzu, yeyərsən toppuzu, verərsən otuzu. 

Verən əl alan əldən üstündü. 

Verib peşman olunca verməyib peşman ollam. 

Vəsmə bol olanda qaşa da çəkərlər, gözə də. 

Vurdu daşa, çıxdı daşa. 

Vursan öləcək, vurmasan çərəkini əlindən alacaq. 

Vurursan ölür, kiş deyirsən getmir. 

Yağışdan qurtulduq, damcıya düşdük. 

Yağına qıymayan çörəyi yavan yeyər. 

Yağlı əlivi çək öz başına. 

Yağlı idi, pişik apardı. 

Yaxşı  atın,  yaxşı  arvadın  qadasını  almalı,  yaman  atın, 

yaman arvadın noxtasını salmalı. 

Yaxşı dost adamın pisini üzünə deyər. 

Yaxşı dost qardaşdan irəlidi. 

Yaxşı dost yaman gündə bəllənər. 

Yaxşı ordunu şişirtməsən, bağban armud verməz. 

Yaxşı övlad üz ağardar, yaman övlad üz qızardar. 

Yaxşını hamı yola verər, sən gəl pisi yollandır. 

Yalan söz qəlp maldı, qayıdar yiyəsinə. 

Yalançı kimdi? Eşitdigin söyləyən. 

Yalançı tamahkarı aldadar. 

Yalançının evinə od düşdü, heç kəs inanmadı. 

Yalançının şahidi yanında olar. 

Yaman günə qatlaşan yaxşı günə tez çatar. 

Yanmayanda yanmaz, istər püflə, yaxşı ətəklə. 

Yara sağalar, yeri qalar. 

Yaralı eşşək bərk anqırar. 

Yarı gör, özün danış, ev yıxar ara sözü. 

Yarımadıq istisindən, kor olduq tüstüsündən. 

Yayda hər divarın dibi bir evdi. 


 

144 


Yaz  günü  penir-çörək  yarpızınan,  yay  günü  yavan  çörək 

qarpızınan.  

Yaz qışdan bəlli olur, qız qardaşından. 

Yay var, qış var, nə tələsik iş var. 

Yaz əkinçidi, qış dilənçi. 

Yazan sən, pozan sən, bəs kimdir deyir yalansan? 

Yeddi qonşu bir çölməyə möhtacdı. 

Yekə tikə boğazda qalar. 

Yel aparan yelinki, yerdə qalan mənimki. 

Yelin dalısı yağış olur, şuxluğun dalısı – döyüş. 

Yemək ilə doymayan barmaqlamaqla hardan doyacaq? 

Yer bərk olanda öküz öküzdən görər. 

Yesəm qüvvətim artar, versəm, hörmətim artar. 

Yetim uşaqsan, qıvrıl yat. 

Yetimə vay-vay deyən çox olar, çörək verən olmaz. 

Yetimi döymə, vurma, çörəgin əlindən al. 

Yeyən ağız örgəşər. 

Yeyəndə qolçamaqdı, işləyəndə çolaqdı. 

Yeyən qurtardı, yalan qurtarmadı. 

“Yeyirsənmi?” xəstəyə deyərlər. 

Yığıntı daşdan qalaq olmaz. 

Yıxılan adamı əli ağaclı da vurar, əli ağacsız da. 

Yoxa qələm işləməz. 

Yoxsul adam, pul tapsa da gizlətməyə yer tapmaz. 

Yoxsullar əkər, yoxsullar biçər, dünyanın kefin varlılar çəkər. 

Yoğurd tökülsə yeri qalar, ayran tökülsə nəyi qalar? 

Yoğunu yorğun aldadır. 

Yolçunun üzü qaradı, torbası dolu. 

Yoldaşsız yol uzanar. 

Yol həramisi ol, yoldaş həramisi olma. 

Yolsuzu yola tapşır, yol onu yollandırar. 

Yoluqda nə var yalaq apara? 

Yorğun atı qamçılasan şıllaqlar. 

Yuxarı kənd su içər, aşağı kənd and. 



 

145 


Yumurtlamadı, falanı da içdi. 

Yurd yeyəsiz qalanda donuz dama dırmanar. 

Yük əgməsə daş qürbətə düşməz. 

Yükün yüngülü mənzilə tez çatar. 

Yügürən at arpasını artırar. 

Yügürən at özünə qamçı yedirtməz. 

Yüz  batman  tanbaki  çəkilib,  bu  indi  soruşur:  “Ölən  kim 

idi?”. 


Yüz gün yaraq, bir gün görək. 

Yüz il sel oya bilməz bir gün qəm oyan yeri. 

Yüz ignə yığışa bir çuvalduz yeri verməz. 

Zalim olma, asılırsan, məzlum olma, basılırsan. 

Zalimin şəmi səhərəcən yanmaz.  

Zirəng quş dimdiyindən tora düşər. 

Zor qapıdan girəndə, haqq qapıdan çıxar. 

Zornan çirkin gözəl olmaz. 

Zurnanı naşı əlinə versən, gen başından püflər. 

Zurnanın səsini gendən eşidəndə xoş gələr. 



 

146 


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin