ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   2   3   4   5   6   7   8   9   10   ...   27

QIZIL ALA BALIQ 

 

Bir  gün  var  idi,  bir  gün  yoxdu,  günlərin  bir  günündə  bir 

padşah var idi. Bunun üç oğlu var idi. Vurar bir gün bu padşahın 

gözləri tutular. Həkim-təbib əlac eliyə bilməz. Axırda biri deyər: 

–  Qibleyi-aləm  sağ  olsun,  sənin  gözünün  dərmanı  bir  qızıl 

ala balıqdır ki, filan dəryada olur.  

Şahın  böyük  oğlu  durar  ayağa,  gedər  dərya  qırağına,  tor 

atar,  tutmaz.  Ortancıl  oğlan  gedər,  tutmaz.  Axırda  balaca  oğlan 

gedər,  tutar  balığı.  Baxar  görər  bir  balıqdı  ki,  Allahın  kərəm 

dəryası  cuşa  gələndə,  onu  xəlq  eləyib.  Öz-  özünə  deyər:  “İnsaf 

deyil  bu kiçik  balığı tutasan”. Atar dəryaya qoyar gələr.  Şeytan 

tez  yetirər  özün  padşahın  yanına.  Deyər  ki,  hal-  qəziyyə  belə 

oldu. Oğlan gələr evə deyər: 

– Ağa. Tuta bilmədim. 

Şah deyər: 

– Mirqəzəb hazır olsun. 

Vəzir deyər: 

–  Qurban,  sən  öz  oğlunu  öldürsən,  hamı  səni  töhmət  elər. 

Öldürmə, xarici-bələd elə. 

Bu  əmr  elər,  oğlanı  şəhərdən  çıxarsınlar.  Oğlan  gələr 

nənəsinin yanına, deyər: 

– Nənə, məni xarici-bələd elədilər, bir sözün var, mənə de. 

Nənəsi gətirər üç dana kökə verər, deyər: 

– Hər kim qabağına çıxsa, bir dana kökə ver, denən: 

– Ala, böl. 


 

102 


Gördün  ki,  yarıdan  çoxun  verdi  sənə,  onla  yoldaş  ol, 

yarıdan azın verdi, qayıt ayrı yolunan get. 

Oğlan kökələri alar, düşər yola. Gələr, bir nəfərə rast gələr, 

kişi deyər: 

– Oğul, hara gedirsən? 

Deyər: 


– Bəs dədəm məni xarici-bələd eləyib, gedirəm, görüm hara 

yetişərəm. 

Deyər: 

– Mən də dünyadan doymuşam, elə sənlə yoldaş olacağam. 



Bunlar gələrlər, yetişərlər bir yerə. Oğlan çıxardar kökələrin 

birin verər ona, deyər: 

– Ala, böl yeyək. 

Kişi  kökələri  alar.  Bölər,  yarından  çoxunu  özü  götürər,  azı 

verər oğlana. Oğlan kökəni yeyər, deyər: 

– Da, mən getmirəm, qayıtmalı oldum. 

Qayıdar,  bir  ayrı  yolnan  başlar  getməyə,  Görər  bir  nəfər 

gəlir. Deyər: 

– Qardaş, hara gedirsən? 

Deyər, bəs dədəm məni xarici-bələd eləyib. 

Deyər, yaxşı oldu, elə mən də sən dərddəyəm. Gəl, gedək. 

Bunlar  gələrlər,  gələrlər,  aclıq  qələbə  elər.  Oğlan  çıxardar 

bir kökə verər, deyər: 

– Böl, yeyək. 

Bu alar kökəni bölər, yarıdan çoxunu özü götürər, azı verər 

oğlana. Oğlan deyər: 

– Da mənim getməyim olmadı. 

Durar yola düşər gəlməyə, görər bir oğlan gəlir. Deyər: 

– Hara? 

Deyər: 


–  Hali-  qəziyyə  belədi,  dədəm  məni  xarici-  bələd  eləyib, 

məni özünə yoldaş elə. 

Deyər: 

– Olsun! 



 

103 


Bunlar gələrlər, gələrlər, ta aclıq qələbə eylər. 

Oğlan çıxardar kökəni: ─ Al, böl, yeyək! 

Deyər: 

– Özün böl! 



Çəkiş-bərkiş,  axırda  yoldaş  olar,  bölər.  Üçdən  birini  özü 

götürər, kəsərin verər oğlana. Oğlan deyər: 

– Mən, nənəm deyən adamı tapmışam. 

Bunlar gələrlər, gələrlər, yetişərlər bir şəhərə. Dostu deyər: 

–  Oğlan,  indi  ki,  gedirik  bu  şəhərə,  mən  nə  desəm  sözümə 

bax,  özbaşına  bir  iş  görmə.  Bir  də  hər  nəmənə  tapsaq,  ortadan 

böləcəyik. 

Deyər: 


– Olsun! 

Deyər: 


– Götür kitab, qələmdan, çıx bazara. Bu şəhərin padşahının 

qızının  dili  bağlıdı.  Hər  nə  qədər  falçı-rəmdar  gətiriblər,  dilin 

aça  bilməyib.  Get  bazara,  denən,  rəmdaram,  falçıyam.  Desələr, 

“Oğlan, lal dili aça bilərsən?”. Denən “Bəli”. 

Oğlan deyər: 

– Mən hardan başarıram. 

Deyər: 

– Sənin işin yoxdu, gəl, mənim yanıma deyim. 



Oğlan sabah durar bazara gedər. 

Deyər: 


– Falçıyam, rəmdaram! 

 Padşahın adamları gələr deyər: 

– Lal dili açarsan? 

Deyər: 


– Açaram! 

Deyər: 


–  Bu  şəhərdə  adam  qalmayıb,  şahın  qızına  baxmasın.  Gəl, 

gedək, bəlkə sən onun dilini açdın. 

Deyər: 

– Qələmdanım qalıb evdə, qoy gedim gətirim. 



 

104 


Gələr evə görər yoldaşı oturub. Deyər: 

– Necə oldu? 

Deyər: 

– Heç zad durublar, məni gözləyirlər. 



Deyər: 

Sənin  işin  olmasın,  get  şahlığa  denən,  padşah,  vəzir- 

vəkillər  eşitsinlər,  naxoşun  yanında.  Denən,  qəlyanı  həyətdə 

hovuzdan doldurun gətirin, qəlyan danışsın, qulaq asın. 

Oğlan durar, gələr şahlığa. Deyər: 

– Qızı gətirin, dilin açım. 

Şah, vəzir-vəkil hamısı düzülüb oturar. Oğlan deyər:  

– Qibleyi- aləm! 

Deyər: 

– Bəli! 


Deyər: 

–  Durub  qulaq  asın.  Qızın  dilin  açaram!  Qəlyanı  həyətdə 

hovuzdan doldurun, gətirin. 

Qəlyanı doldurarlar, gətirərlər, qoyarlar ora. Oğlan deyər: 

–  Qəlyanla  bir  neçə  kəlmə  söhbət  elə,  qulaq  asaq.  Sonra 

üzün tutar padşaha deyər: 

– Qibleyi-aləm sağ olsun, durub qulaq asın. Qəlyan başla. 

Qəlyan başlar: 

Salamdan sonra bir gün var idi, bir gün yox idi. Bir padşah 

var idi,  bunun oğlu yox idi,  bir gün aynaya baxar, görər saqqalı 

ağarıb. Deyər: ─ Mən, gör, nə bədbəxtəm ki, indiyədək övladım 

olmayıb. O zaman piri-məddah qapını döyər, gələr içəri. Deyər: 

– Qibleyi-aləm, niyə pozğunsan? 

Deyər: 


– Bu sinnə gəlmişəm, övladım yoxdu. 

Çıxardar bir alma verər, deyər: 

–  Yarısını  böl,  ver  hərəminə,  yarısını  da  özün  ye.  Amma 

uşaq olandan sonra, onu üç ay mən aparacağam. 

Deyər: 

– Olsun! 



 

105 


Bir  müddət  keçər,  bunların  bir  oğlu  olar.  Oğlan  böyüyər, 

olar on sinində. Padşah deyər: 

– Əlhəmdulla, baba dərviş gəldi. 

Bu  söz  ağzından  çıxcaq,  qapı  taqqıllanıb  döyülər.  Haman 

baba dərviş girər içəriyə, deyər: 

– Oğlandan ötrü gəlmişəm. 

Deyər: 

– Baba dərviş, oğlanı nə elərsən, öz ağırlığı qədər pul verirəm. 



Deyər: 

– Olmaz, vədə kəsmişəm. 

Axırda  bu  oğlanı  götürər  aparar.  Bir  qədər  yol  gedərlər,  ta 

yetişərlər dərya qırağına, Dərviş deyər: 

– Oğlan, bax gör, dəryada nə görürsən? 

Oğlan deyər: 

– Bir imarət görürəm. 

Dərviş deyər: 

Gedərsən  o  imarətə,  içində  bir  gəbə  var,  o  gəbəni  götürər-

sən, gətirərsən bura. Amma gəbəni açmayasan ha! 

Deyər: 

– Yaxşı. 



Oğlan  dəryanın  üstündən  yeriyə-yeriyə  gedər  yetişər  ima-

rətə.  Girər  içəri.  Görər  heç  zad  yox,  təkcə  bir  dana  gəbə  var. 

Gəbəni götürər öz-özünə deyər: - “Açım görüm içində nə var....” 

Gəbəni açar, görər heç zad yox. Bir dana kibrit qutusu. Əlin atar 

bir  dana  kibrit  çəkəndə  bir  bərk  şaqqıltı  gələr.  Padşahın  qızı 

birdən deyər: 

– Oğlanın ürəyi pis olmadı? 

Oğlan deyər: 

– Qibleyi- aləm, sağ olsun, qızın dili açıldı?! 

Padşah deyər: 

– Bəli! 

Vəzir deyər: 

– Xeyr. 

Qəlyan deyər: 



 

106 


Baba, dürüst qulaq asın. Qızın dilin açıram.  

Oğlan kibriti atar yerə.  İmarət dağılar.  Bir taxta parası  üstə 

gəlib  yetişər  bir  meşəyə.  Kibritin  içindən  əli  kürəklilər  çıxıb, 

yeri kürəkləyərlər. Sonra əli süpürgəlilər çıxıb süpürərlər. Sonra 

əli  kürəklilər  çıxıb  dövrə  vurub  oturarlar.  İçəridən  bir  qız  çıxıb 

taxtın üstündə oturub, deyər: 

– Hanı mənim namizədim? 

Deyiblər: 

– Odu bax, qorxudan ağaca çıxıb. 

Deyər: 


– Gedin, gətirin! 

Gedərlər  oğlanı  gətirərlər.  Oğlan  oturar  orada  eyş-işrətlə 

məşğul  olar.  Səhərə  yaxın  oğlan  kibrit  qutusun  bağlar.  Əli  kü-

rəklilər,  əli  süpürgəlilər,  əli  çəməlilər,  qız,  hamısı  girər  qutuya. 

Bu,  durar  gələr  yetişər  bir  karvansaraya  bir  dəvəlik  tutar.  Kar-

vansaraçı öz- özünə deyər: 

– Oğlan, bu bir tək adamdı, dəvəliyi neylər? Bunda bir iş var. 

Gecə  yavaşca  gələr  qapının  deşiyindən  baxar,  görər  oğlan 

bir kirbit çıxartdı, çəkdi. Qutunun içindən bir dəstə əli süpürgəli 

çıxdı  yeri  süpürdü,  sonra  bir  dəstə  əli  çəməli  çıxdı.  Bir  taxt 

qoydular, bir qız çıxdı, oturdu taxtda, başladılar eyş- işrətə. 

Karvansaraçı  tez  gəldi  padşaha  xəbər  verdi  ki,  bir  oğlanda 

bir gəbə var ki, yer üzündə sənə layiqdi. Padşah əmr elədi getdi-

lər oğlanı tutdular, apardılar saldılar zindana. Qutunu da aldılar.  

Bir gün padşahın qızı oturmuşdu, dedi:  

–  O  qutunu  gətirin  görüm  nə  cürdü.  Qızları  yığır  başına, 

gedirlər  bağa.  Qız  qutunu  çıxardar,  bir  kibrit  çəkər.  Şaqqıltı 

gələr. Padşah qızı birdən deyər: 

– Bəs qızın bağrı çatlamadı. 

Qəlyan deyər: 

– Qibleyi- aləm sağ olsun, eşitdiz ki, qızın dili açıldı? 

 Dedilər: 

– Eşitdik.  

Çoxu dedi: 



 

107 


– Biz eşitmədik. 

Dedi: 


– Axı dedim durub qulaq asın... 

Qız  kibriti  çəkdi,  bir  dəstə  əli  kürəkli  çıxdı,  vurdu  qızları 

dağıtdı,  sonra  bir  dəstə  əli  süpürgəli  çıxdı,  yeri  süpürdü.  Sonra 

bir dəstə əli çəməli taxt gətirdilər. Bir qız çıxdı dedi: 

– Hanı mənim namizədim? 

Dedilər: 

– Tez olun, gedin gətirin. 

Əli çəməlilər getdilər zindana. Oğlanı çıxartdılar, gətirdilər. 

Oğlan kibriti götürdü, düşdü yola getdi. Yolda dərvişə rast gəldi. 

Dərviş dedi: 

– Oğlan, gəbəni gətirdin? 

Oğlan: 


 – Bəli.  

Dərviş  gəbəni  alar,  oğlanı  aparar  basar  bir  daş  kələyinin 

altına,  gələr,  kibriti  çəkər.  Yenə  əli  kürəklilər,  əli  süpürgəlilər, 

əli çəməlilər çıxar, mizi gətirərlər. Qız deyər: 

– Hanı mənim namizədim? 

– Odu ha, daş kələyinin altında. 

Qız deyər: 

– Gedin, gətirin. 

Gedərlər, gətirərlər. Oğlan qılıncı çəkər, dərvişin boynun vu-

rar.  Sonra  kibriti  qutudan  götürər,  gələr  dədəsinin  yanına.  Qib-

leyi-aləm sağ olsun, indi dürüst qulaq asın. Qızın dilin açıram:  

Bir  gün  bir  dərzi,  nəccar,  bir  abid  yol  gedirdilər.  Gecə 

zamanı yetişdilər bir meşəyə, dedilər burada yataq, səhər açılsın, 

duraq, düşək yola gedək. Biri dedi: 

– Oğlan, burada qurd-quş bizi dağıdar. 

Deyərlər ki, növbətilən hərə bir az artıq qalsın. Nəccar deyər: 

– Siz yatın, mən oturmuşam.  

Bunlar  yatar,  nəccar  görər  yuxusu  gəlir.  Bir  dənə  ağac 

kötüyü  görər,  onu  yontalar  elər  adam.  Bir  azdan  sonra  dərzini 

ayıldar, deyər: 



 

108 


– Dur, bir az da mən yatım. 

Dərzi  durar,  görər,  oho,  bunlardan  sonra  birisi  də  orada 

yatıb baxar, görər bir dana ağacdan qızdı. Bu da başlar buna bir 

dəst paltar tikər. Sonra abidi oyadar, özü gedər yatar. Abid durar 

görər ki, bir nəfər də yatıb o tərəfdə. 

Deyər: – Görəsən bu kimdi? 

Baxanda görür ki, bir dana taxtadan qızdı. 

 Deyər:  –  Dərzi  mənə  gül  vurub.  Kələk  gəliblər  mən  nə 

edim? Nə eləyim. Əlini götürər göyə deyər: – Allah, sən də buna 

ruh ver! 

Allah  ona  ruh  verər.  Səhər  olar,  dərzi  ilə  nəccar  oyanar 

görər  ki,  bir  dana  qız  oturub  orada.  O  deyər  bu  mənimdi,  bu 

deyər,  bu  mənimdi.  Siz  deyin  görək  bu  kimin  idi?  Birdən 

padşahın qızı o tərəfdən deyər: 

– Nəccar fəhlə pulun alsın, dərzi də əl muzdun, o qız yetişər 

abidə. 


Qəlyan deyər: 

– Qibleyi- aləm sağ olsun, eşitdin qızının dili açıldı? 

Hamı deyər: 

– Bəli, eşitdik. 

Oğlan deyər: 

– Qəlyanı aparın, boşaldın hovuza gəlin. 

Apardılar boşaltdılar.  

Padşah deyər: 

– Oğlan mən nəzir eləmişəm, hər kim mənim qızımın dilini 

açsa, qızımı verəcəyəm ona. İndi götür qızı apar. 

Oğlan deyər: 

– Eybi yoxdur, qoy gedim yoldaşıma deyim gəlim. 

Gələr görər yoldaşı oturub. Deyər: 

– Necə oldu? 

Oğlan hali-qəziyyəni deyər. Yoldaşı deyər, dur get, qızı gəti.  

Oğlan gedər,  qızı alar gətirər.  Padşah  buna  xələt,  cəvahirat 

verər,  yola salar.  Bu iki  yoldaş gələrlər,  gələrlər,  axırda  yetişər-

lər dərya qırağına. Yoldaşı deyər: 



 

109 


Mən  burada  səndən  ayrılıram,  gətirin  malları  bölək.  Gəti-

rərlər, hər nəmənə qazanmışdılar bölərlər. Sonra yoldaşı deyər: 

– İndi də qızı bölək. 

Qızın yenə dili tutular. 

Oğlan deyər: 

– Axı, qızı necə bölək? 

Deyər: 

– Danışdığımız budu. 



Deyər: 

– Baba, heç mən istəmədim, götür qızı sən. 

Deyər: 

– Olmaz, gərək bölək. 



Deyər: 

– Mən bölə bilmərəm. Özün hər nə eləyirsən, elə. 

Oğlan  üzün  çevirir  o  yana.  Yoldaşı  gətirər  qızı  bağlar 

ağaca,  qız  dinə  bilmir.  Yoldaşı  qılıncını  çəkər,  yumular  üstünə. 

Qız  onu  görcək  birdən  öyümə  gələr.  Bir  dana  ilan  boğazından 

çıxıb düşər yerə. Yoldaşı deyər: 

– Oğlan, gəl böldüm. 

Oğlan gələr görər qız ağacda, deyər: 

– Hanı böldün? 

Deyər: 


–  Elə  belə  bölərlər.  Bu  qızın  dilin  açmamışdın,  indi  açıldı. 

Dur, qızı da götür, get. Mən də gedim öz yoluma.  

Bunu deyər atılar dəryaya, olar bir qızıl ala balıq. Deyər: 

– Oğlan, məni tanıyırsan? 

Deyər: 

– Mən indi tanıdım. 



Balıq  dərya  qırağından  bir  az  torpaq  götürər,  verər oğlana, 

deyər: 


– Apar, bunu çək dədənin gözləri toxdasın. 

Oğlan  gələr  torpağı  dədəsinin  gözlərinə  çəkər.  Dədəsinin 

gözləri  sağalar.  Sonra  çıqqasını  qoyar  oğlanın  başına,  özü 

şahlıqdan əl çəkər. Oğlan yeyər, içər, mətləbinə keçər. 



 

110 


GÜL SİNAVƏRƏ NƏ ELƏDİ,  

SİNAVƏR GÜLƏ NƏ ELƏDİ? 

 

Bir gün var idi,  bir gün yoxdu. Bir dana Hatəm var idi. Bu 



Hatəm  səxavətli,  əliaçıq  idi.  Uşaqlıqda  süd  yeyəndə,  ağzın  əm-

məkdən çəkərdi, verərdi ayrı uşaqlara. Bunun bir imarəti var idi, 

qırx  qapısı.  Hamı  gələrdi  xörək  yeyərdi,  çıxanda  bir  dövri  qızıl 

verib gedərdilər. 

Bir  gün  bir  dərviş  gələr  qapıdan  girər,  çıxanda  bir  dövri 

qızıl  alar.  Keçər  o  birisi  qapıdan,  genə  yeyər,  içər,  çıxanda  bir 

dövri qızıl alar. Üçüncü qapıdan keçəndə deyərlər: 

–  Pəh!  Oğlan,  na  tamahkarmışsan?  İki  qapıdan  girdin, 

yedin, qızıl aldın, bəsdi da, çıx get!... 

Dərviş qızılları atar yerə, deyər: 

–  Vah!  Vah!  Hatəm  elə  bu?  Şəhərdə  bir  padşah  qızı  var, 

qırx qapısı var. Bir gündə qırx qapısından girsən, yesən, çıxanda 

qızıl  verərlər.  Bir  nəfər  də  deməz  ki,  hardan  gəlirsən,  hara 

gedirsən. 

Hatəm bir barmağın dişlər, deyər: 

– Gərək gedəm, mən bu qızı alam. 

Gələr şəhərə gedər qızın imarətinə, görər bəli, bir imarətdir 

özününkündən  yüz  dəfə  yaxşı.  Qırx  qapıdan  girər,  yeyər,  içər, 

çıxanda  bir  dövri  qızıl  alar.  Heç  kəs  də  bir  söz  deməz.  Axırda 

gələr qızın yanına, deyər: 

– Gərək gələsən mənə. 

Qız deyər: 

– Mənim başlığım ağırdı, gətirə bilməzsən. 

Deyər: 


– Hər nəmənə olsa, gətirərəm. 

Deyər: 


–  Filan  şəhərdə  bir  nəfər  əzançı  var,  axşamçağı  gülə-gülə 

çıxar dama, şövqi-zövq ilə əzan verər. Qurtarandan sonra başına 

vurar,  döşünə döyər,  yıxılar huşdan gedər. Onun  sirrindən  məni 

hali elə, mən də öz sirrimi sənə deyim. 



 

111 


Hatəm gedər əzançının şəhərinə. Axşamüstü görər, bəli, bir 

nəfər kişi çıxdı dama gülə- gülə başladı əzana, qurtaranda başına 

döydü,  yıxıldı  yerə.  Elə  ki,  özünə  gəldi,  Hatəm  gedər  yanına, 

deyər ki, bu gecə sənin qonağınam. 

Əzançı deyər:  

– Eybi yoxdu. 

Şam başında Hatəm çəkilər kənara deyər: 

– Öz sirrindən məni hali eləməsən, yemərəm. 

Əzançı deyər: 

–  Qardaş  şamını  ye,  mən  sirrimi  heç  kəsə  demirəm.  Filan 

şəhərdə bir kor yolçu var. Bir qədər pul verərsən deyər: 

–  İnsafın  olsun.  Onun  sirrin  mənə  gətirsən,  mən  də  öz 

sirrimi bildirərəm. 

Hatəm  səhərçağı  düşər  yola,  gedər,  gedər,  az  gedər,  çox 

gedər, bir qədər yol gedər, yetişər bir şəhərə. Görər bir kor yolçu 

oturub. Bir qızıl qoyar ovcuna, deyər: 

– İnsafın olsun. 

Bir dana qızıl verər, genə deyər: 

– İnsafın olsun. 

Hatəm hər nə qədər pul verər buna, deyər: 

– İnsafın olsun. 

Axırda Hatəm deyər: 

– Qardaş, öz sirrini mənə de görüm, yəni, necə, insafın olsun? 

Yolçu deyər: 

–  Mən  sirrimi  heç  kəsə  demirəm.  Əgər  istəsən  biləsən, 

gərək  mənə  deyəsən:  Gül  Sinavərə  nə  eylədi,  Sinavər  gülə 

neylədi?  Ama  onu  da  bil  ha,  o,  indiyəcən  öz  sirrini  heç  kəsə 

deməyib. Hər kimə də desə, onu öldürər. 

Hatəm  yenə  sübhçağı  durar  düşər  yola,  gələr.  Çöli-biya-

banda görər hay-küy gəlir.  Yaxınlaşanda görər üç dana div  bir- 

birilə savaşırlar. Elə ki, Hatəmi görərlər deyərlər: 

– Dinməyin, bəni- adəm gəldi, o, bizim malımızı bölər. 

Hatəm deyər: 

– Nə var, nə olubdu? 



 

112 


Divlər deyərlər: 

– Bizim dədəmizin bir az malı qalıb, gəl, onu böl. Bir dana 

həzrəti-Süleyman  xəlçasıdı  ki,  hər  yerə,  deyəsən  aparar,  bir 

üzükdü, hər kim barmağına taxsa, qeyb olar, o hamını görər, heç 

kəs  onu  görməz.  Bir  də  süfrədi  ki,  hər  vaxt  açsan  cürbəgür  xö-

rəklər  düzülər.  Əgər  dədəmizin  malını  yaxşı  bölsən  cik-cik  ye-

yəcəyik. Bölməsən səni kabab çəkib yeyəcəyik. 

Hatəm deyər: 

–  Şeyləri  qoyun  yerə.  Mən  üç  dana  ox  atacağam.  Hər  kim 

əvvəl gətirsə, xalçanı verəcəm ona. Ondan sonra gətirənə üzüyü 

verəcəyəm. Axırda gətirənə süfrəni. 

Divlər dedilər: 

– Görünür bəni-adəm başlar bölməyi. 

Hatəm üç dana ox çıxardar nə qədər gücü var idi atar. Div-

lər  hücum  apararlar  oxların  üstünə.  Hatəm  tez  üzüyü  taxar  bar-

mağına, süfrəni götürər, minər xalçaya deyər: 

– Həzrəti-Süleyman eşqinə, məni qoy Sinavərin qapısına. 

O dəqiqə yetişər bir şəhərə, görər böyük bir qapıdır. Qapını 

döyər, deyər: 

– Mən Allah qonağıyam, gecəni mənə bir yer verin. 

Deyərlər: 

– Eybi yoxdu. 

Hatəm  görər  otaqda  bir  dana  qəfəs  var.  İçində  bir  qatır.  O 

yanda bir it durub. Şam başında kişi tökdü itin qabağına,  it yedi 

doydu.  Apardı  artığını  tökdü  qatırın  qabağına.  Qatır  yemədi. 

Kişi getdi bir dana quru kəllə gətirdi, qatırın gözünün qabağında 

bir-  iki  ağac  çəkdi  kəlləyə.  Qatır  başladı  yeməyə.  Onda  bu  yol 

kişi Hatəmə dedi: 

– Qonaq, bismillah! 

Hatəm dedi: 

–  Gərək  məni  bu  sirrdən  agah  eliyəsən,  niyə  qatır  yemədi, 

kəlləsinə döydün, yedi? 

Kişi dedi: 


 

113 


–  İndiyəcən  heç  kim  mənim  sirrimi  eşiyə  çıxarda  bilməyib. 

Hər  kimə  desən,  öldürrəm.  Canın  salamat  qalsın  deyə,  başını  sal 

aşağı, çörəyini ye. Neçə gün də qalırsan, qal, çıx get işinə- dərdinə. 

Hatəm dedi: 

– Deməsən, yemərəm. 

Kişi yapışar Hatəmin əlindən aparar bir qəbiristana. Deyər: 

– Görürsən? Bunların hamısına demişəm, sonra öldürmüşəm. 

Hatəm dedi: 

–  Nə  olar,  mən  onlardan  qaraqaş,  qaragöz  deyiləm  ki,  de, 

məni də öldür. 

Kişi dedi: 

– Gəl, şamını ye, deyim. 

Şamdan sonra kişi deyir: 

– Bəs,  qulaq as.  Mənim adım Sinavərdi.  Bir dana əmqızım 

vardı. Adı Gül idi. Bunu aldılar mənə. Gecənin bir vaxtı gördüm 

Gül girir yerimə. Bədəni bum-buz. Dedim: 

– Ay əmqızı, niyə belə? 

Dedi: 


– Əmi oğlu, səbr eləmirsən, hey gedirəm eşiyə. 

 Bir  gün  getdim,  gördüm  atım  bulum-  bulum  bulanır. 

Dedim: 

–  Ay  mehtər,  bunun  arpasın  niyə  kəsirsən?  Mən  ki,  neçə 



vaxt var onu minmirəm. Niyə gərək belə arıqlaya? 

Mehtər dedi: 

–  Ay  ağa,  hər  gecə  gəlirsən,  at  istəyirsən,  bəs  nəmənədi? 

Mən gördüm, paho, elə bil, burada bir iş var. Dedim: 

– Bu gecə gəlib, istəsəm vermə.  

O gecə özümü verdim  yuxuya,  gecənin  bir zamanı gördüm 

əmqızım durdu ayağa,  mənim paltarımı geydi,  şəmşirimi  çəkdi, 

dedi: 


–  Vurdum!  Oyaqsan  vurdum  boynun  getsin.  Mən  xımımı 

çəkdim, dinmədim. Əmqızım çıxdı eşiyə getdi tövləyə. Mehtərə 

dedi:  

– Atı çək eşiyə.  



 

114 


Mehtər dedi: 

– Axı səhər özün dedin vermə.  

Çəkiş-bərkiş, axırda atı mindi getdi. Mən də bir ayrı at min-

dim  düşdüm dalınca.  O getdi,  mən  getdim,  o getdi,  mən  getdim. 

Axırda yetişdi bir mağaraya. Girdi içəri, mən də dalınca. Gördüm 

qırx hərami oturub. Qırx həramibaşı əmqızımı görcək çığırdı: 

– Çəpəl həramzadə, bə harada idin? 

Əmqızım dedi: 

– Köpək mehtərə öyrətmişdi, atı vermiyəsən, yubandım. 

Qırx həramibaşı dedi: 

– Axı deyirəm, qoy öldürüm, qoymursan, sabah öldürərəm. 

Başladılar  bu  yol  şərab  içməyə.  Gördüm  bunlarla  başaran-

mayacağam.  Şərablarına  bir  az  bihuşdarı  vurdum.  Hamısı  huşa 

getdi.  Qırxının  da  başın  kəsdim.  Qırx  həramibaşını  saldım  tor-

baya, əmqızımı da qoydum atın üstünə gəldim. Səhərçağı əmqızı 

ayıldı, dedim: 

– Əmqızı, bir dana yuxu görmüşəm. Yuxuda gördüm ki, ge-

cənin  bir zamanı  sən ayıldın,  durdun ayağa,  mənim paltarlarımı 

geyindin, qılıncı çəkdin, dedin: 

– Ayıqsan, vurum! 

Mən səs vermədim. Sən getdin, mehtərdən at istədin. Meh-

tər dedi: 

– Özün demisən vermə. 

Sən  axırda  zor  elədin,  atı  aldın.  Mən  də  dalınca.  Yetişdin 

bir  mağaraya girdin  içəri.  Mən də dalınca.  Gördüm qırx hərami 

oturub. Qırx həramibaşı sənə dedi: 

– Çəpəl həramzadə, sən haradaydın? 

Sən dedin: 

– Köpək tapşırmışdı mehtər atı verməsin, yubandım.  

Qırx həramibaşı dedi: 

– Axı, deyirəm qoy öldürüm, qoymursan. Sabah başın kəsərəm. 

Mən onların şərabına bihuşdarı qatdım. Hamısı içdi, yıxıldı. 

Mən  girdim  bir-  bir  onların  başın  kəsdim.  Qırx  həramibaşının 

başın da qoydum torbaya, gətirdim, səni də gətirdim.  



 

115 


Əmim qızı dedi: 

– Bu yuxu deyil, aşkardı, hanı baş? 

Mən  torbanın  başın  açdım.  Baş  yerə  düşdü.  Əmim  qızı  bir 

ovsun oxudu. Mənim üzümə püflədi, dedi: 

– Get, eşşəyin biri eşşək. 

Mən  oldum  bir  dana  eşşək,  vurdular,  saldılar  eşiyə.  Bir 

nəfər məni tutdu, apardı evinə. Gündə mənə kül çatardı, daş ça-

tardı. Belim şilim-şəhrə olmuşdu. Yonca, saman, arpa qabığıma 

tökürdülər, yemirdim, çörək verirdilər yeyirdim. Ev sahibi arva-

dına deyirdi: 

– Arvad, bu eşşək adama oxşayır. 

Bir  gün  həyətdə  oturmuşdum.  Bədənim  işdən  şırım-  şırım 

sızıldayırdı. İki dana quş gəldi oturdu ağacda. Biri dedi: 

– Bacı! 


O biri dedi: 

– Can bacı! 

Dedi: 

– Bilirsən bu kimdi? 



Dedi: 

– Bu, Sinavərdi, əmqızısı ovsun oxuyub olub eşşək. İndi bu 

ev sahibi ayıq olaydı, bizm sözümüzü eşidəydi. Bizim ayağımız 

altına  iki dənə  yarpaq düşəcək.  Yarpaqları döyüb  suya töksələr, 

sonra qaynadıb eşşəyin başına töksələr, dönüb adam olar. 

Demə  bəs  ev  sahibi  ayıqmış,  yarpaqları  götürdü, həvəngdə 

döydü,  suya  tökdü.  Suyu  qaynadıb  mənim  başıma  tökdü.  Mən 

yenə  oldum  adam.  Gəldim  evimizə.  Elə  qapıdan  girmək 

istəyirdim, əmqızım bir ovsun oxudu, püflədi üzümə, dedi: 

– Get, itin biri it! 

Mən oldum  bir dana  it.  Durdular saldılar eşiyə.  Getdim  bir 

qəssab  dükanına.  Sümük  atdılar  yemədim.  Ət  atdılar  yemədim. 

Özləri  kabab  yeyirdilər,  başımnan  görsətdim.  Bir  az  verdilər, 

yedim. Əlimlə qoydum ağzıma. Onlar biri-birinə dedi: 

– Bura bax, bu heç itə oxşamır. Adam kimi xörək yeyir. 


 

116 


 Neçə gün mən orada qaldım. Genə bir gün o iki quş gəldi, 

oturdu ağacda. Biri o birinə dedi: 

– Bacı! 

O biri dedi: 

– Can bacı! 

Dedi: 


– Bunu tanıyırsan? 

Dedi: 


– Yox, tanımıram. 

Dedi: 


–  Bu  haman  Sinavərdir  ki,  əmqızısı  eşşək  eləmişdi.  Biz 

dərman  elədik,  oldu  adam,  gənə  əmiqızı  eləyib  it.  Bu  qəssab 

ayıx  olaydı,  sözlərimi  eşidəydi,  bu  davanı  deyərdin,  bunu 

basaydı  xəznəyə,  bu  olaydı  adam.  Sonra  özü  də  bu  davanı 

oxuyaydı, Gülü görəndə puflayaydı üzünə. Qəzadan qəssab ayıq 

idi. Məni hamama apardı, davanı dedi, məni basdı xəznəyə, mən 

tazadan  oldum  adam.  Quşlar  öyrədən  davanı  tez-  tez  dedi  ki, 

yadımdan  çıxmaya.  Oxuya-oxuya  gəldim  evə.  Elə  ki,  gözüm 

Gülə sataşdı davanı üzünə püflədim, dedim: 

– Get, qatırın biri qatır. 

Əmqızım  oldu  bir  qatır,  tutdum  bağladım  evdə.  İndi  o, 

vaxtdan  itimə  xörək  tökərəm,  o  yeyər,  doyar,  artığın  tökərəm 

qatıra. Yeməz, gətirərəm qırx həramibaşının kəlləsini qabağında 

qoyaram,  başlar  yeməyə.  Bu  mənim  sirrim.  İndi  ki,  bildin,  dur 

aparım öldürüm. 

Hatəm deyər: 

– Eybi yoxdu, qoy mən iki rükət namaz qılım, öldür. 

Durar,  xalçanı  açar.  Oturar  üstündə,  üzüyü  taxar  bar- 

mağına, deyər: 

–  Həzrəti-  Süleyman  eşqinə,  məni  qoy  “İnsafın  olsun” 

deyən korun qapısına. 

Sinavər ha oyana baxar, buyana baxar, görər Hatəmdən əsər 

yoxdu.  Elə  ki,  Hatəm  yetişər  korun  qapısına,  dönər  girər  içəri. 

Kor deyər. 



 

117 


– Sən gəldin? 

Hatəm deyər: 

– Gəldim. 

Başlar bu yol hali-qəziyyəni deyər. Kor deyər: 

– İndi ki, belə oldu. Bəs qulaq as: 

Günlərin  bir  günündə  biz  iki  yoldaş  idik,  qardaşdan  artıq, 

kəndin qoyunun dağda otarırdıq. Bir gün süd sağmışdıq, kasaya 

qoymuşduq  soyusun.  Qaşığı  da  qoymuşduq  kasanın  üstünə. 

Qardaşım yatdı, dedi: 

– Süd soyuyanda məni oyat, durum yeyək. 

Bir  azdan  sonra  mən  qardaşımı  oyatdım  ki,  ayağa  dur  süd 

soyudu.  Gördüm  milçək  kimin  tələsik  gəldi  qaşığın  üstündən 

keçdi girdi qardaşımın burnuna. Qardaşım oyandı dedi: 

–  Qardaş  niyə  məni  oyatdın.  Bir  yaxşı  yuxu  gördüm. 

Yuxuda  gördüm  getmişəm  süd  dəryasına.  Süd  dəryasından 

keçdim, yetişdim bir qalaya, keçdim qalanın içərisinə, küp-küpə 

söykənib, dolu qızıl ilə. Əl atdım qızıllardan cibimə doldurdum. 

Sən yuxudan oyatdın. 

Dedim: 

– Qardaş, bu yuxu döyül, dur, ağa, bəs, hali-qəziyyə belədir.  



Gəldik,  kələyin  dibini  sökdük,  bəli,  gördük  doludu  qızılla. 

Oranı  basdırdıq,  gəldik  daş  kələyinin  yanına.  Qardaşım  girdi 

içəri. Qızıl küpləri bir-bir verdi eşiyə. Axırıncını verəndə şeytan 

məni  tovladı  ki,  daşı  sal  qardaşının  başına  ölsün,  qızılların  ha-

mısı özünün olsun. Bir daşı dığırlatdım aşağı, düşdü qardaşımın 

başına. Yel əsdi, tufan qopdu, hava qaranlıqlaşdı. Göz-gözü gör-

mürdü. Mən üzüquylu düşdüm. Bir azdan sonra ayıldım gördüm 

da  gözüm  görmür.  Qızıllardan  da  əsər  yoxdu.  O  zamandan 

deyirəm: 

–  İnsafın  olsun.  Çünki  o  vaxt  qardaşımı  öldürməsəydim, 

indi belə olmazdı. 

Səhər  çağı  Hatəm  həzrət-  Süleyman  xalçasına  minər,  gələr 

əzançının evinə. Açar kor kişinin sirrini deyər. Əzançı deyər: 

– Bəs mən də öz sirrimi sənə bildirirəm. 



 

118 


–  Günlərin  bir  günündə  mən  çıxdım  dama,  əzan  verməyə, 

gördüm  bir  kiçik  quş  durub  damda.  Əzanı  verdim,  qurtardı, 

qanad-qanada  çaldı  getdi.  Sabah,  birisi  gün  qız  gəldi,  əzan 

qurtarandan sonra uçdu getdi. Axırda bir gün dedim: 

–  Səni  and  verirəm  məni  yaradan  Allaha!  De  görüm,  sən 

kimsən? 


– Mən pəriyəm. Sənin əzanının səsini çox sevirəm. Hər gün 

gəlirəm, qulaq asıram. 

Dedim: 

– Gəl, səni alım. 



Dedi: 

– Bəni-adamda vəfa olmaz, sən məni saxlaya bilməzsən. 

Dedim: 

– Yox, elə də deyil. Saxlayaram. 



– Şərt elə ki,  mənim dalıma əl vurmayasan, bir də mən hər 

nə eləsəm, dinməyəsən. 

Dedim: 

– Eybi yoxdu. 



Mən bunu aldım.  Bir  müddət keçdi,  bir cüt oğlan doğuldu. 

Bir gün vurdu nənəm naxoşladı, öldü. Qız getdi çıxdı nərdivana. 

Nə  qədər  dedik  en,  gəl  aşığı,  gəlmədi.  Gətirdik  ölünü  aparaq, 

başladı  gülməyə,  güldü,  güldü,  yenmədi.  Apardıq ölünü  basdır-

dıq.  Qayıtdım  evə,  gördüm  evi  yuyur.  Hirsləndim  ki,  mənim 

nənəm ölüb, sən niyə gülürsən? İndi yenə evi yuyursan . 

Dedi: 

– Niyə, şərt eləmişdik mən hər nə eləsəm, dinməyəsən. 



Sonra  başladı  dedi  ki,  adam  öləndə,  hər  yan  dizəcən  qan 

olur.  Mən  çıxdım  nərdivana  ki,  qana  batmayım.  Bir  də  sənin 

nənən  ölməmişdən  qabaq  bir  küftə  bişirmişdi,  eşşək  başın 

uzatdı:  “Mənə  də!”  Bir  küftə  atdı  ağzına.  Ölünün  qabağında 

atılıb düşdü. Mən ona güldüm. Da bir söz tapmadım deyəm. 

 Bir gecə də öz-özünə dedim: görəsən bunun dalında nə var 

ki?...  Yatmışdı,  yavaş-  yavaş  əlimi  apardım  kürəyinə,  bir  cüt 

qanad var idi. Elə ki əlim dəydi, dik gözlərini açıb dedi: 



 

119 


– Gördün, deyirəm bani- adamda vəfa olmaz: 

Dedim: 


–  Bilmədim,  əlim  dəydi,  güzəşt  elə.  Saymadı.  Durdu 

uşaqlarını  da  vurdu  qoltuğuna,  uçdu  getdi.  Mən  qaldım  yalqız. 

Hər nə qədər başıma-gözümə vurdum,  bir zad olmadı. İndi mən 

hər  gün  sevinə-  sevinə  çıxaram  dama,  əzan  verəm.  İki  uşağımı 

saxlar  yanında,  durar  qabağımda.  Əzan  qurtaranacan  durar. 

Sonra uçar gedər, nə qədər yalvararam saymaz. Başıma- gözümə 

vuraram gedərəm. 

Hatəm durar gələr padşahın qızının yanına. Hamının sirrini 

ona deyər. 

Yeddi  gün,  yeddi  gecə  toy  tutarlar.  Qızın  əlini  tapşırarlar 

Hatəmin  əlinə.  Hatəm  divlərdən  aldığı  süfrəni  açar,  xalq  gəlsin 

nə qədər yeyəcək yesin...  

 

 


 

120 


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin