ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   2   3   4   5   6   7   8   9   ...   27

 

BACI-QARDAŞ İLƏ DİV 

 

Biri  varmış,  biri  yoxmuş,  bir  qoca  kişi  varmış,  onun  bir 



qızı,  bir oğlu varmış.  Qoca hər gün gedir üç qardaş divin anba-

rından bir dağarcıq darı gətirər, onunla keçinərmişlər. 

Bir  gün  divlərdən  biri  anbara  baş  çəkir,  görür,  oho,  anbar 

yarıdan  keçib.  Gəlir  qardaşlarına  xəbər  verir.  Onlar  belə  qərara 

gəlirlər ki, hər gecə bir qardaş anbarda keşik çəksin. Püşk atırlar, 

əvvəl  böyük  qardaşa  düşür.  Böyük  qardaşı  yuxu  aparır,  kişini 

tuta  bilmir.  Ortancıl  qardaş  gecə  yarısına  kimi  bir  təhər  oyaq 

qalır,  lakin  gecə  yarısı  onu  da  yuxu  aparır,  o  da  kişini  tuta 

bilmir.  Növbə  kiçik  qardaşa  çatır.  Deyirlər  kiçik  qardaş  xəsis 

olur,  yuxu  aparmasın  deyə  barmağını  kəsib,  yerinə  duz  tökür. 

Barmağının  göynəməsindən  yata  bilmir.  Gecə  yarıdan  keçəndə 

qoca  gəlir.  Darını  dağarcığına  yığanda  div  bunu  tutur,  “Səni 

yeyəcəyəm” – deyir. 

Deyirlər, can şirindir. Qoca divə deyir: 

–  Məni  yemə,  sabah  gələrsən,  bir  qızım  var,  bir  oğlum, 

verərəm, yeyərsən.  

Div  qəbul  edir.  Qoca  evlərinə  gedir.  Qızı  ilə  oğluna  deyir 

ki, sabah div gəlib sizi yeyəcək. 

Bacı-qardaş  qol-boyun  olub,  səhərə  kimi  ağlayırlar.  Bacı 

qardaşına deyir: 

– Divlər gəlməmiş, başımı yuyum. 

Başını yuyanda divlərin nəriltisini eşidirlər. Bacı deyir: 

– Qardaş, darağı, gili, suyu götür, qaçaq. 

Onlar qaçırlar. Qardaşı deyir: 

– Bacı, divlər yetişir. 

Bacı deyir: 



 

65 


– Suyu at. 

Su  bir  dəniz  olur.  Div  dənizi  keçənə  kimi  bunlar  bir  az 

aralanırlar. Bir az getdikdən sonra qardaş deyir: 

– Bacı, divlər yetişir. 

Bacı deyir: 

– Gili at. 

Gil  bir  dağ  olur.  Divlər  dağı  aşana  kimi  bunlar  bir  az 

aralanırlar. Bir az getdikdən sonra yenə qardaşı deyir: 

– Bacı, divlər yetişir. 

Bacı deyir: 

– Darağı at. 

Daraq bir qamışlıq olur. Divlər qamışlara sancılıb qalırlar. 

 Onlar  gedib  bir  bulaq  başına  yetişirlər.  Bir  az  su  içirlər. 

Oğlan bir ov vurur yeyirlər. 

Qardaş  hər  gün  ov  vurmağa  gedir,  bacı  isə  bulağın  başında 

otururdu. Bulağın yanında bir çinar ağacı var idi. Qız bir gün dedi: 

–  İlahi,  nə  olaydı  bu  çinar  ağacı  başını  yerə  qoyaydı,  mən 

çıxaydım, onun başına. 

Çinar  ağacı  başını  yerə  qoydu,  qız  ağaca  çıxdı.  Beləliklə, 

qardaş ova gedəndə qız ağaca çıxır, qardaş ovdan gələndə isə qız 

ağacdan düşürdü, yeyib içirdilər. 

Bir gün şahın kənizi bulaqdan su aparmağa gəlmişdi. Bula-

ğın  suyuna  düşmüş  bir  gözəlin  əksini  gördü.  Elə  bildi  özüdür. 

“Kül  mənim  başıma”–  dedi:–  bu  qədər  gözəl  ola-ola  niyə  şaha 

kənizlik  edim?  Vurdu  küzəsini  sındırdı.  Sabah  bir  ayrı  küzə 

verdilər, onu da sındırdı. Nəhayət, ona dəmir küzə verdilər. Onu 

da  vurub  dəlmək  istəyirdi.  Qız  çinarın  başından:  “Ay  yazıq,  o, 

sənin  əksin  deyildir,  özünü  üzmə,  mənim  əksimdir”.  Kəniz 

başını  qaldırdı  çinarın  başında  bir  qız  gördü,  nə  qız,  aya  deyir, 

sən  çıxma,  mən  çıxım,  günə  deyir,  sən  çıxma,  mən  çıxım,  həb 

yerinə atsan,  noğul yerinə atsan,  yeddi ildən sonra nəşəsi atanın 

evini  yıxar.  Qayıdıb  macəranı  şaha  dedi.  Şah  əmr  etdi  ki,  onu 

gətirsinlər.  Gəldilər  qıza  dedilər.  Qız  çinardan  enmədi.  Şahın 

əmri  ilə  əli  baltalı,  əli  mişarlı  getdilər  ki,  ağacı  kəsib,  qızı 



 

66 


gətirsinlər.  Səhərdən  axşama  kimi  əlləşdilər,  ağacı  yarıya  qədər 

kəsib  qayıtdılar.  Ertəsi  gün  qalanını  kəsməyə  gəldilər.  Ağac 

bitişmişdi.  Qayıdıb  bu  işin  qeyri-mümkün  olduğunu  şaha 

yetirdilər. Şah çıxış yolu axtarırdı.  

Bir qarı dedi: 

– Mən gətirərəm. 

Şah dedi:  

– Onu gətirsən, nə istəsən verərəm. 

Qarı  bir  xonçaya  daşlı,  torpaqlı  düyü  qoyub,  gəldi  bulaq 

başına, başladı arıtmağa. Düyünü arıta- arıta gözünün yaşını min 

yerdən tökdü. Çinarın başında qızın ürəyi od tutub yandı. Ordan 

dedi: 


– Ay, qarı nənə, niyə ağlayırsan? 

 Qarı dedi: 

– Aman-gümanda bircə oğlum var idi, o da öldü. Ona ehsan 

vermək  istəyirəm,  gözüm  yaxşı  seçmir,  düyünü arıdım. Ürəgim 

yanır, ağlayıram. 

Qız öz-özünə dedi: – “İlahi, nə olaydı, bu çinar ağacı başını 

yerə qoyaydı, mən qarıya kömək edəydim”.  

Allahın  əmri  ilə  çinar  başını  yerə  qoydu.  Qız  düşüb  gəldi 

qarıya  kömək  eləsin.  Qarı  qızı  küpəyə  salıb  apardı.  Şah  qızla 

evləndi. Amma qız həmişə kədərli idi. Şah bunun səbəbini soruşdu.  

Qız, dedi: 

–  Niyə  olmayım,  mən  burada,  sarayda  kef  çəkirə

! kef


 

67 


–  Burda  heç  kim  yoxdu,  paltarını  ver  mən  geyim,  görüm 

yaraşırmı? 

Şahın arvadı sadə idi. Qəbul etdi, öz paltarını kənizin qızına 

geydirdi.  Kənizin  qızı  onu  itələyib  saldı  dənizə.  Naqqa  balığı 

onu uddu. Kənizin qızı o paltarla qayıtdı. Bu işi  heç kim bilmə-

di.  Bir-  iki  gün  keçdi,  oğlan  gördü  qabaqca  xörəyin  başı  ona 

gəlirdi,  indi  isə  əl-artığı  gəlir.  Öz-  özünə  düşündü  ki,  bacımın 

başına  nə  gəlibsə,  dəniz  qırağına  gedib.  Getdi  dəniz  qırağına. 

Ağlayıb sıtqadı: 

–  “İlahi,  bu  sirri  mənə  aç  ”  –  deyə  Allaha  yalvardı.  Naqqa 

balığı başını sudan çıxartdı. Balığın qarnından bir səs eşidildi: 

– Məni dəryaya atıblar, 

Naqqa balıq udubdur, 

Şah oğlu Şah İsmayıl qucağımda yatıbdır, 

Bir birçəyi qızıl, bir birçəyi gümüş. 

Beləliklə, qardaş hər gün dəniz qırağına gəlir, bacısı ilə da-

nışırdı. Digər tərəfdən şah gördü bunun arvadının əxlaqı dəyişib, 

qabaqkı  gözəl,  ədəb-ərkanlı  arvad  deyil.  Bu  arvad  elə  bil  heç 

adam  görməyib?  Qaynını  çağırtdırıb,  əhvalatı  ona  danışdı.  O, 

macəranın  üstünü  açdı.  Şah  dalğıc  göndərdi.  Onlar  naqqanın 

qarnından şahın arvadını çıxartdılar. Bir oğlu da olmuşdu. Şahın 

əmri  ilə kənizin qızını atın quyruğuna  bağladılar,  itləri küşkürt-

dülər.  At  götürüldü.  Qızı  o  daşa,  bu  daşa  çırpıb  öldürdü.  Onlar 

isə illər boyu xoş günlərlə yaşadılar, mən də sizə xəbər gətirdim. 

 

 

QARA ÇUXA 

 

Günlərin  bir  günündə  yoxsulluqdan,  qara  gündən  cana 



gəlmiş bir kişi qərara gəldi ki, gedib qara çuxasını tapsın. Bir az 

sudan, çörəkdən götürüb yola düşdü. Getdi, getdi yolun üstündə 

bir qurda rast gəldi. Qorxdu, dolanıb ayrı tərəfdən getmək istədi. 

Lakin  qurd  gücü-billah  ilə  başını  qaldırıb  “qorxma”–  dedi,  – 

səninlə işim yoxdu. 

Kişi qurdun yanına getdi. Qurd dedi:  



 

68 


– Hara gedirsən? 

– Qara çuxamın dalınca. 

– Onu  tapsan,  mənim  də  müşkülümü  ona  yetir,  başım  çox 

ağrıyır. Soruş, gör, bunun dərmanı nədi? 

Kişi  qəbul  edib,  ondan  ayrıldı.  Getdi,  getdi  bir  əkinçiyə 

yetişdi. Əkinçi yer şumlayırdı. Ona salam verib “Yorulmayasan” 

– dedi. Əkinçi onun hara getdiyini soruşdu. O dedi: 

– Qara çuxamı tapmağa. 

– Onu  tapsan,  mənim  də  müşkülümü  de,  bu  yerə  nə  qədər 

qulluq edirəm, heç nə yetirmir. Gör, bunun səbəbi nədi? 

Kişi  qəbul  edib  ondan  ayrıldı.  Getdi,  getdi,  gördü  bir  şah 

harasa  ordu  çəkir.  Şaha  salam  verdi.  Şah  ondan  hara  getdiyini 

soruşdu. 

Kişi dedi: 

– Qara çuxamı tapmağa. 

– Onu tapsan,  mənim də müşkülümü yetir. Mən hansı pad-

şahla  döyüşürəm,  axırda  məğlub  oluram.  Soruş,  gör,  bunun 

səbəbi nədir? 

Kişi  qəbul  edib  ayrıldı.  Getdi,  nəhayət  qara  çuxasını  tapdı, 

öz  vəziyyətini,  yolda  başına  gələn  macəranı  ona  danışdı.  Qara 

çuxa dedi: 

–  Şaha  deyərsən  “Sənin  döyüşlərdə  məğlub  olmağın  ona 

görədir ki, qadınsan!”. Əkinçiyə gəldikdə isə ona deyərsən ki, o 

yerin altında qızıl var, onu çıxarsa əkini yetirər. Qurda deyərsən 

ki,  onun  baş  ağrısının  dərmanı  bir  axmağın  beynidi,  onu  yesə 

başının ağrısı keçər. 

Kişi dedi: 

– Bəs mən nə etməliyəm? 

– Sənin baxtını açmışam, get, işin düzələr. 

Kişi  qara  çuxadan  ayrılıb  qayıtdı.  Gəlib  şaha  yetişdi. 

Döyüşlərdə məğlub olmasının səbəbini söylədi. Şah dedi: 

– Düzdür, mən qadınam, gəl məni al, sən şah ol, mən sənin 

arvadın olum.  

Kişi: 


 

69 


–  Yox,  mənim  şah  olmağa  ehtiyacım  yoxdu,  artıq  qara 

çuxamı tapmışam- deyib, ayrıldı. 

Gəlib  əkinçiyə  yerin  altındakı  xəzinədən  xəbər  verdi.  İkisi 

köməkləşib  yeri qazdılar,  qızılı çıxartdılar.  Əkinçi təklif etdi ki, 

“Gəl, bu qızılı bölək. Sən nə qədər istəyirsən götür”. Kişi “Yox, 

mənim  qızıla  ehtiyacım  yoxdur,  artıq  qara  çuxamı  tapmışam”  - 

deyib, ondan ayrıldı. Gəlib qurda çatdı. Qurd dedi: 

– Hə. Nə oldu, baş ağrımın dərmanını öyrənə bildinmi? 

– Öyrəndim, onun dərmanı bir axmaq adamın beynidi. 

Qurd  onun  başına  gələn  macəranı  soruşdu.  Kişi  bütün 

əhvalatı danışdı. Qurd bir az fikirləşdikdən sonra dedi: 

–  Mən  baxıram,  dünyada  səndən  axmağı  yoxdu.  Baxtına 

çıxan  nə  şahlığı  qəbul  etmisən,  nə  də  qızılı  bölmüsən.  Səndən 

axmağını tapmaq olmaz. 

Qurd bu sözü deyib, cumub kişinin beynini yedi. 

 

 



MƏLİK CƏMİLİN NAĞILI 

 

Biri var idi, biri yox idi, bir padşahın üç oğlu var idi. Böyük 



oğlunun adı Məlik Məmməd, ortancılın adı Məlik Cəmşid, kiçik 

oğlunun  adı  isə  Məlik  Cəmil  idi.  Bir  gün  padşah  xəstələndi. 

Öləcəyi  ayan  oldu,  oğlanlarını  cəm  elətdirib  onlara  vəsiyyət 

elədi, dedi: 

–  Mən  öləndən  sonra  üç  gecə  mənim  qəbrimin  üstündə 

keşik çəkərsiniz. 

Padşah vəsiyyət eləyib canını oğlanlarına bağışladı. Oğlan-

ları  onu  kəfən-dəfn  elədilər,  matəm  saxladılar.  Bəli,  gecə  araya 

gələndə, Məlik Cəmil atalarının vəsiyyətini qardaşlarının yadına 

saldı.  Heç  biri  qarovul  çəkmək  istəmədi.  Məlik  Cəmil  özü 

oxunu,  yayını,  qılıncını  götürüb  gəldi  atasının  qəbrinin  üstünə. 

Başladı  qarovul  çəkməyə.  Gecənin  bir  vaxtında  gördü  ki,  bir 

qaraltı, qaradonlu budu nərə çəkə- çəkə gəlib dedi: 

– Ey padşah, taxtın tarac olsun, yəhərin qanlı olsun, bu saat 

gəlib, qəbrində sənə cəza verəcəyəm. 


 

70 


Məlik  Cəmil  bu  sözü  eşitcək,  bir  ox  kamana  qoyub  bunu 

nişan  aldı.  Ox  kamandan  çıxanda  atlının  sinəsindən  dəydi,  onu 

atdan  yerə  saldı.  Məlik  Cəmil  yüyürüb  onun  başını  kəsdi, 

paltarlarını  soyundurdu,  paltarları  götürdü.  Atını  minib  evinə 

qayıtdı. Atı mehtərə tapşırıb dedi:  

– Bunu elə bir yerdə saxla ki, qardaşlarımın bu atdan xəbəri 

olmasın. 

Mehtər  atı  aparıb,  xəlvət  yerdə  saxlamaqda  olsun,  ikinci 

gün  oğlan  yenə  atasının  qəbri  üstündə  qarovul  çəkməyə  getdi. 

Yenə  həmin  sözləri  deyə-deyə  ağ  geyinmiş  ağ  atlı  bir  adam 

gəldi.  Məlik  Cəmil  onu  da  öldürdü.  Paltarlarını,  atını  götürdü. 

Atı gətirib mehtərə tapşırdı, dedi: 

– Bunu da o atın yanında saxlarsan. 

Məlik Cəmil üçüncü gecə qarovul çəkməyə gedəndə gördü 

bir  qırmızı  geyinmiş,  qırmızı  ata  minmiş  bir  atlı  gəldi.  Məlik 

Cəmil  bunu  da  öldürdü.  Paltarını  soyundurub  götürdü,  atını  da 

aparıb mehtərə verdi ki, saxlasın. 

Ataları öləndə bir vəsiyyət də eləmişdi: 

–  Mən  öləndən  qırx  gün  sonra  üç  dərviş  gələcək.  Qızla- 

rımın hər birini dərvişlərin birinə verərsiniz. 

Qırx  gün  tamam  olanda  atalarının  söylədiyi  dərvişlər 

gəldilər. Böyük qardaşla ortancıl qardaş heç dərvişlərin üzünə də 

baxmadılar.  Məlik  Cəmil  atalarının  vəsiyyətlərinə  əməl  eləyib 

bacılarını  dərvişlərə  verdi.  Dərvişlər  qızları  götürüb  öz  vilayət-

lərinə qayıtmaqda olsunlar, sizə kimdən xəbər verim? 

Qonşu  padşahın  üç  gözəl  qızı  var  idi.  Padşah  qırx  arşın 

enində, beş arşın dərinliyində bir xəndək qazdırıb hər yerə xəbər 

göndərmişdi  ki,  hər  kəsin  atı  bu  xəndəkdən  tullansa,  qızlarımın 

birini ona verəcəyəm.  

Vədə  günündə  padşah  xəndəyin  yanında  taxtını  qurdurdu, 

vəzir, vəkil, qızları da  yanında əyləşdilər. Hər şəhərdən cavan oğ-

lanlar,  şahzadələr  atlarını  buraya  topladılar.  Məlik  Məmməd  ilə 

Məlik Cəmşid də atlarına minib burada hazır dayanmışdılar. Məlik 

Cəmil  isə qardaşlarından  xahiş  eləmişdi onu da aparsınlar. Amma 



 

71 


qardaşları  onu  aparmadılar.  Qardaşları  gedəndən  sonra  Məlik 

Cəmil  paltarını  dəyişib,  atasının  birinci  düşmənindən  soyun-

durduğu qara libası geyib, qara ata minib həmin mərəkəyə gəldi. 

Toplaşanlar atlarını nə qədər çapırdılarsa, biri də xəndəkdən 

sıçraya bilmirdi. Hamısı xəndəyin ortasına düşürdü. Bir də baxıb 

gördülər ki, qara libas geymiş, qara ata minmiş bir oğlan, budur, 

yel kimi gəlir.  Qara  libas geyinmiş oğlan ata bir mahmız  vurub 

xəndəyi  quş  kimi  sıçradı.  Xəndəyin  o  tayında  atını  padşahın 

qızlarının  yanına  sürdü.  Qızların  birini  tərkinə  çəkdi,  atı  qovub 

gözdən itdi. Bunun kim olduğunu heç kim bilmədi. 

Ertəsi  gün  yenə  padşah  əyan,  əşrəfi  topladı,  qızları  da  ya-

nında. Şahzadələr ha atlarını çapdılar, heç birinin atı xəndəkdən 

sıçraya  bilmədi.  Məlik  Cəmil  atasının  qəbri  üstündə  qarovul 

çəkəndə  ələ  keçirdiyi  ağ  libası  geyindi,  ağ  ata  minib  meydana 

gəldi.  Atı  covlana  gətirib,  quş  kimi  xəndəkdən  sıçratdı,  qızın 

birini də götürüb getdi. 

Üçüncü  gün  yenə  padşah  dəstəsilə  xəndəyin  ətrafına  gəldi. 

O istəyirdi ki, qızlarını aparanları bilsin. Yenə də şahzadələrdən 

heç  biri  atını  xəndəkdən  tullada  bilmədi.  Məlik  Cəmil  qırmızı 

paltarı  geyindi,  qırmızı  ata  minib  gəldi,  atı  xəndəkdən  yel  kimi 

tullatdı,  padşahın  üçüncü  qızını  götürüb  getdi.  Bunun  kim  ol-

duğunu  heç  kəs  bilmədi.  O  biri  qardaşları  isə  əliboş,  kor-pe-

şiman evlərinə qayıtdılar. 

Gecə araya gələndə Məlik Cəmil qardaşlarına dedi: 

–  Siz  atamızın  vəsiyyətinə  əməl  etmədiniz,  mən  əməl  elə-

dim, getdim üç gecə keşik çəkdim, atamın düşmənlərini öldürüb 

libasını,  atlarını  gətirdim,  bacılarımı  dərvişlərə  verdim.  Mənə 

uşaq  deyib  xəndəkdən  sıçratmağa  özünüzlə  aparmadınız.  Mən 

də atamın qəbri üstündə qarovul çəkəndə ələ keçirtdiyim atların 

hər  gün  birini  mindim,  gedib  xəndəkdən  sıçratdım,  şahın  qızla-

rını gətirdim. 

Məlik  Cəmil  böyük  qızı  böyük  qardaşına,  ortancıl  qızı  or-

tancıl  qardaşına  verdi,  kiçik  qızı  da  özü  aldı.  Yeddi  gün,  yeddi 

gecə toy elədi. 



 

72 


Hər qardaş qızların birini aldığını padşaha xəbər verdi, pad-

şah  narazı  olmadı.  Bir  gün  padşah  qızlarını,  damadlarını  bağa 

qonaq  çağırdı.  Bunlar  yığışıf  bağa  qonağlığa  getdilər.  Bunlar 

bağda  eyş-işrətdə  ikən  bir  də  gördülər  göydən  bir  əl  uzandı, 

Məlik Cəmilin sevgilisini havaya çəkib yox oldu.  

Məlik Cəmilin arvadını üç tüklü kosa aparandan sonra hamı 

məyus  oldu.  Adamlar  dağılıb  getdilər.  Arvadlar  da  evlərinə  qa-

yıtdılar.  Məlik Cəmil  mehtərin  yanına gəldi.  Atlardan birini  yə-

hərlədi, yarığını götürdü, pəhlivan paltarlarını geyindi, ata suvar 

olub,  yola  düşdü.  Böyük  səhra  ilə  bir  müddət  yol  gedəndən 

sonra bir bağa çıxdı. Bağa girəndə gördü ki, üç tüklü kosa başını 

onun  arvadının  dizi  üstə  qoyub,  yeddi  günlük  yuxuya  getmiş-

dilər. Qızdan xəbər aldı: 

– Onun canı hardadır? 

Qız cavab verdi: 

– O şüşənin içindədir. 

Məlik  Cəmil  cəld  şüşəni  aldı,  yerə  çırpdı.  Şüşənin  içindən 

göy  göyərçin  çıxıb  qaçmaq  istəyəndə,  Məlik  Cəmil  sıçrayıb 

göyərçini  tutub  öldürdü.  Üç  tüklü  kosa  nərə  çəkib  cəhənnəmə 

vasil  oldu.  Məlik  Cəmil  qızı  götürüb  evlərinə  gəldi.  Qardaşları 

ilə yeyib-içib dövran keçirdilər. 

 

 



PADŞAHLA OĞLU 

 

Qədim  zamanlarda  acgöz,  zalım  bir  padşah  var  idi,  onun 



oğlundan-qızından  heç  nəyi  yox  idi.  Bir  gecə  padşah  yuxuda 

gördü ki, bir dərviş ona deyir: 

– Ey padşah, görürəm,  yaman övlad dərdi çəkirsən, onu bil 

ki, övladın olsa, peşiman olacaqsan. 

Padşah dedi: 

– Nəyə peşiman olacağam? 

Dərviş dedi: 

–  Nə  əksən,  onu  biçəcəksən,  sən  rəiyyətinə  zülm  eyləyib- 

sən, oğlun da sənə zülm eyləyəcək. 


 

73 


Bəli,  padşahın  yuxusundan  doqquz  ay,  doqquz  gün  keçdi, 

arvadının bir oğlu oldu. Uşaq qurşağacan ilan, qurşaqdan yuxarı 

adam şəklində doğuldu, padşah bunu eşidib halı pisləşdi. 

Görmüşük ki, adam aybaay, ilbəil böyüyüb boy atar, amma 

bu uşaq saatbasaat yekəlirdi,  bir-iki ilin içində 18 yaşında oğlan 

boyda olmuşdu. Bir gün ilan atasının qabağını kəsib dedi: 

– Ata, Rum padşahının qızını mənə al, evlənmək istəyirəm. 

Atası dedi: 

– Ay bədbəxt oğlu, sənə kim qız verər? 

Oğlan dedi: 

–  Onu  özüm  bilərəm,  üç  günə  kimi,  Rum  padşahının  qızını 

mənə almasan, səni elə vuracağam ki, bir də özünə gəlməyəcəksən. 

Padşahın  canına  üşütmə  düşdü.  Vəzir-vəkili  çağırıb  tədbir 

istədi. Belə bir qərara gəlirlər ki, ayrı bir qız tapıb aldatsınlar ki, 

Rum padşahının qızıdı. Padşah həmin gün oğlunu çağırıb dedi: 

– Sabah toyundu. 

Oğlu dedi: 

– Mənə elə bir toy eləməlisən ki, sənin torpağında olan bü-

tün  kasıbların,  əlsiz-ayaqsızların  hamısı  orada  yeyib-içsinlər. 

Durub gedəndə də  hər adama  bir  xələt verməlisən.  Əgər dedik-

lərimi eləməsən, özünü ölmüş bil. 

Bəli, padşah canının qorxusundan xəzinəsinin yarısını xərc-

ləyib, oğlunun toyunu elədi. Özü də bir dələduz qızı tapıb öyrət-

dilər ki, deyərsən Rum padşahının qızıyam, gecə durub ilan oğ-

lanın başını üzərsən. Qız razılıq verəndən sonra toyu başladı. Üç 

gün, üç gecə elə toy oldu ki, bütün camaat hamısı xələt alıb get-

di.  Yatmaq  vaxtı  gələndə  ilan  başa  düşdü  ki,  qız  onu öldürmək 

fikrindədi. 

Qızı  elə  vurdu  ki,  o  saat  öldü.  Səhər  padşah  əhvalatdan 

xəbər tutanda canına üşütmə düşdü, ilan padşahı tutub dedi: 

–  İndi  də  mənə  Çin  padşahının  qızını  almalısan,  əgər  al- 

masan, səni elə vuracam ki, qaralıb kömürə dönəcəksən.  

Padşah  nə  qədər  yalvar-yaxış  elədi  ki,  ay  oğlum,  gəl,  bu 

sevdadan əl çək, məni xətaya salma. 



 

74 


 İlan  razı  olmadı.  Padşah  bu  dəfə  başqa  bir  qız  tapıb, 

əvvəlki kimi öyrətdi. Oğlunu çağırıb dedi: 

– Sabah toyundu. 

Oğlan dedi: 

–  Bu  dəfə  bütün  yoxsulları  çağırıb,  yeddi  gün,  yeddi  gecə 

toy eləməlisən, gedəndə hamısına xələt verməlisən. 

Padşah  qorxusundan  xəzinəsinin  yarısını  da  toya  xərclədi. 

Toy  gecəsi  gəlin  evə  gələndən  sonra  oğlan  bu  qızı  da  çalıb 

öldürdü. Aradan neçə gün keçəndən sonra ilan atasının qabağını 

kəsib dedi: 

–  Sənin  bütün  kələklərini  bilirəm,  mənə  aldığın  qızlar  nə 

Rum,  nə  də  Çin  padşahının  qızları  idi.  Ona  görə  də  onları 

öldürdüm. Bu dəfə mənə Hind padşahının qızını almalısan. Özü 

də  qırx  gün,  qırx  gecə  elə  toy  eləməlisən  ki,  dünyada  heç  kim 

belə toy görməmiş olsun. 

Padşah gördü ki, bu dəfə oğlunun dediyini yerinə yetirməsə 

canını qurtara bilməyəcək. Odur ki, bütün var-yoxunun hamısını 

töküb  Hind  padşahının  qızını  aldı.  Xəzinəsində  nə  qədər  qızıl-

gümüş vardısa, hamısını kasıblara payladı,  xəzinə tamam boşal-

dı. Toy gecəsi padşahın əli ürəyinin başında qaldı ki,  yəqin ilan 

bu qızı da vurub öldürəcək. Onda Hind padşahına nə cavab verə-

cəgəm? Hər tərəfdən  ilanla qıza güddükçü qoydu.  Güddükçülər 

gördülər  gecənin  bir  vaxtı  ilan  dönüb  bir  gözəl  oğlan  oldu,  elə 

bil  beş  gecəlik  aydı.  Adamlar  tez  gedib  gördüklərini  padşaha 

söylədilər.  Padşah  sevindiyindən  bilmədi  nə  eləsin.  Səhər oğlu-

nu yanına çağırıb dedi: 

– Oğul, bu nə əhvalat idi, bir məni başa sal görüm, sən niyə 

mənə zülm elədin, xəzinəmi boşaltdın? 

Oğlan dedi: 

–  Bütün  bunlar  sənin  elədiyin  əməllərin  bəhrəsidi,  nə 

əkmişdin,  onu  da  biçdin,  zülmlə  yığdığın  var-dövləti  kasıblara 

qaytardın.  Mən  də  camaatın  alqış-duasından  qəşəng  bir  oğlana 

döndüm. 

 


 

75 


BİBİLİCAN, HA BİBİLİCAN! 

 

Bir  gün  var  idi,  bir  gün  yox  idi.  Allahdan  savayı  heç  kim 



yox  idi.  Bir  dənə  bacı  var  idi,  bir  qardaş.  Bir  gün  dedilər  ki, 

duraq gedək ayrı şəhərə, görək nə eləyirik. Burada bir iş yoxdu. 

Gedərlər, gedərlər yolda qardaş suzdayıb, deyər:  

– Bacı, mən suzmuşam.  

Oğlanın  mindiyi  atın ayağının  yerindən su çıxmışdı. Oğlan 

içmək istəyəndə bacısı dedi:  

–  Başına dolanım, içmə, içsən at olarsan! 

Qardaş  sudan  içər.  Gedərlər,  it  ayağının  yerində  su 

durmuşdu, deyər: 

– Bacı, mən susuzam, içəcəm. 

Bacı deyər:  

– Qardaş başına dolanım, içmə, it olarsan. 

Qardaş içər. Yola düşərlər. 

 İndi də Ahu ayağının yerindən çıxan su görürlər. 

Qardaş deyər: 

–  Bacı, mən susuzam, içəcəm. 

Bacı deyər: 

– Qardaş, amandı, içmə! Ahu olarsan. 

Qardaş deyər: 

– Ölsəm də, qalsam da gərək bundan içəm.  

Başlayar  sudan  içməyə.  Oğlan  bir  ahu  olur.  Yazıq  bacı 

götürər ahunu da salar yanına, oturar bir dağın başında. 

Padşah şikara çıxmışdı. Gələr görər bir gözəl qız oturub dağ 

başında, bir dənə ahu otarır. 

Padşah deyir: 

– Bəh, bəh, burada niyə? Bə bu cür niyə? 

Qız  açar  başına  gələni,  buna  deyər.  Padşah  bir  könüldən 

min  könülə  qıza  vurular.  Qoşuna  xəbər  verər  ki,  mən  şikarımı 

elədim.  Götürər  qızı  da,  ahunu  da  gətirər  saraya,  verər,  toy 

tutarlar. Qızı alar. 

Qızın  bir  qara  qaravaşı  var  idi.  Bir  gün  bunlar  gedərlər 

hamama.  Soyunarlar.  Qaravaş  itələyib  qızı  salar  çar  hovuza. 



 

76 


Naqqa  balıq  qızı  udar.  Qaravaş  xanımın  par-paltarın  geyər-

keçinər, gələr evə. 

Padşah deyər: 

– Qız, bə niyə bu cür qap-qara qaralıb yanmısan? 

Qaravaş deyər: 

– Hamamın suyu belimə düşmədi. 

Padşahın arvadı  boylu  imiş. Naqqa balığın qarnında doğur. 

Bir oğlu olar, adın qoyar İsmayıl. 

Bir gün qara qaravaş yeriklər, padşaha deyər: 

– Ahunu kəsin, mən yeyim. 

Padşah deyər: 

– Qız, bu nə sözdü, o, sənin qardaşındı. 

Deyər: 

– Olmaz. Ahu ətinə yerikləmişəm, gərək kəsəsiz, yeyəm. 



Padşah görər olan iş deyil, deyər: 

– Ahunu gətirin kəsin. 

Ahunu  gətirərlər  kəsməyə.  Ahu  üzün  dolandırar  padşaha. 

Öz dilicə deyər: 

– Qoyun, gedim, bir dolanım, gəlim, kəsin. 

Padşah deyər: 

– Qoyun getsin dolansın, gəlsin. 

Ahu baş alıb gedər çar hovuza. Deyər: 

– Bibilican, ha bibilican! 

   Bibilican, qurbanın olsun! 

   Asılı qazanlar asılıb, 

   İtili pıçaqlar itilib, 

   Qara qaravaş ətimə yerikləyib. 

 Çar hovuzdan səs gələr: 

– Bibilican, ha bibilican! 

   Bibilican qurbanın olsun!  

   Qara qaravaş atıbdı, 

   Naqqa balıq udubdu, 

   Şah oğlu şah İsmayıl! 

   Qucağımda yatıbdı. 



 

77 


   Saçı da gərdənimi tutubdu. 

Ahu  qayıdar  gələr.  İstərlər  başını  kəssinlər,  yenə  ahu  öz 

dilicə deyər: 

– Qoyun bir gedim, dolanım, gəlim, kəsin. 

Padşah deyər: 

 – Qoyun getsin, dolansın gəlsin.  

Ahu baş alıb gedər çar hovuza, deyər: 

– Bibilican, ha bibilican! 

   Bibilican qurbanın olsun! 

   Asılı qazanlar asılıb, 

   İtili pıçaqlar itilib, 

Padşah deyər qoyun getsin. 

Ahu  baş  alar  gedər  çar  hovuza.  Padşah  düşər  heyvanın 

dalınca  ki,  görüm  bu  heyvan  hara  gedir  qayıdır.  Gedər,  görər 

ahu durub çar hovuzun başında deyir: 

– Bibilican, ha bibilican! 

Asılı qazanlar asılıb, 

İtili pıçaqlar itilib, 

Qaravaş ətimə yerikləyib. 

Çar hovuzdan səs gələr: 

– Bibilican, ha bibilican! 

Bibilican qurbanın olsun! 

Qara qaravaş atıbdı, 

Naqqa balıq udubdu, 

Şah oğlu Şah İsmayıl, 

Qucağımda yatıbdı, 

Saçı gərdənimi tutubdu. 

Padşah  eşitməlisini  eşidər,  bilməlisini  bilər.  Əmr  elər  çar 

hovuzun  suyunu  çəkərlər,  naqqa  balığı  çıxardarlar,  qarnını 

sökərlər,  qızı,  uşağı  çıxardarlar.  Padşah  görər  saç  dolanıb  qızın 

boynuna. Padşah deyər: 

– Burada neynirsən? 

Qız  deyər  ki,  qara  qaravaş  itələdi  düşdüm  hovuza,  balıq 

məni uddu. 



 

78 


Qara  qaravaş  evdə  oturmuşdu.  Görür  hay-hayla  qızı  gə-

tirirlər.  Padşah  əmr  verib  qara  qaravaşı  bağlatdırar  qatırların 

quyruğuna,  dağı-daşı  o  qədər  dolandırar  ki,  tükləri  qalar  qatır-

ların quyruğunda. 

 

 


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin