ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

Püfləmək  –  ocağı  alışdırmaq  üçün  püfləmək-  gizlin  işin 

aşkara çıxacağına işarədi.  


 

232 


Saat  –  yuxuda  saat  görmək  –  təzə  bir  xəbər  almaq,  saat 

zəngi eşitmək –  bir çağırış almaqdır.  İşlək saat çalışqanlıq,  yat-

mış saat durğunluq nişanəsidi. 

 

Saç  –  yuxuda  saç  var-dövlət  və  uzun  ömrə  yozulur.  Ar-

vadın  yuxuda  saç  hörməyi  xeyrə  yozulur.  Kişi  yuxuda  saçın 

uzanmasını görsə – boylu arvadı oğlan doğacaq.  Yuxuda  saçını 

kəsmək,  ya  saç  kəsdirmək  yaxın  günlərdə  görüləcək  işin  təh-

lükəli  olmasını  bildirir.  Saçın  tez  ağardığı  –  çalışqanlığa,  saq-

qalın bir başa ağardığı – yoxsulluğa yozulur. 

 

Saqqa  (su  paylayan)  –  yuxuda  saqqa  olub,  xalqa  su  pay-

lamaq  xeyirxahlıq  deməkdir.  Saqqa  kimi  öz  evinə  su  daşımaq 

pul  birikdirmək,  suyu  başqa  evlərə  daşımaq  –  əlində  olan  pulu 

özgələrə bağışlamaq, camaatdan su istədiyini soruşduğunu görən 

– xalqı doğruluğa yönəltmək kimi yozulur. 

 

Saman  –  yuxuda  saman,  ya  samanlıq  görmək  –  asan  qa-

zanca  çatmaqla  yozulur.  Samanlıqda  ot,  ya  saman  yığmaq  – 

varlanmaq deməkdi. 

 

Saqqız  –  yuxuda  saqqız  –  zəhmətlə  ələ  gələn  mal  hök-

mündədir.  Saqqız  çeynəmək  –  dedi-qoduya  işarədir.  Saqqız  al-

maq  zəhmətlə  qazanc,  saqqız  oda  atmaq  –  dünya  malından  sarı 

başını qovğaya salmaq anlamındadır. 

 

Sel – şiddətli yağışdan yaranan sel – ağır xəstəlik, ya üzün-

tüyə bir səfər deməkdir. Selin dərələri, düzləri, kənd və şəhərləri 

basması  insanlar  haqqında  işlədilən  haqsızlıq  və  zülm  kimi 

yozulur. 

 

Səccadə  –  namaz  səccadəsi  yuxuda  əsləhə  kimidi:  satmağı 

uğursuz,  almağı uğurlu olur.  Özünü səccadədə oturmuş görən – 

özgələrə  yaxşılıq  edər.  Yun,  ya  pambıq  səccadə  riyakarlıq  və 

camaatı aldatmaq nişanəsidi. 



 

233 


Salam  vermək  –  yuxuda  özündən  kiçik  adama  salam 

vermək,  axirətdə  savab  qazanmaq,  camaat  arasında  hörmət 

tapmaq  kimi  yozulur.  Küsülü  adama  salam  vermək  o  adamın 

üstün  gələcəyinə  nişanədi.  Bir  düşmənlə  salamlaşıb  qucaqlaş-

maq – barışıq, kin və küdurətin ortadan qalxması kimi yozulur. 

 

Səs – yuxuda gözlənilməz səs eşitmək, lakin onun nədən və 

haradan  gəldiyini  başa  düşməmək  –  ayıqlıqda  bir  para  şayiələr 

eşidəcağıza işarədi. 

 

Soğan – yuxuda soğan görmək,



 

234 


Süd  –  yuxuda  sud  almaq,  sud  içmək  –  xoş  yaşamaq,  qa-

zanc,  sağlamlıq  nişanəsidir.  Süd  bişirdiyini  görən  –  xeyirli  bir 

işə  əl  qoyacaq.  Südün  bişirilərkən  çürüyüb,  ya  calanması  – 

başlanılan işin boş olacağına yozulur. 

 

Süfrə  salmaq  –  yuxuda  süfrə  ömrün  uzunluğuna  işarədi. 

Yeməklərlə  dolu  süfrə  görmək  nemət  bolluğuna,  boş  süfrə  ka-

sıblığa yozulur. Ağ və geniş süfrə – yaxınlarda bir süfrədə otur-

mağa işarədi. 

 

Sünbül  –  yuxuda  sünbül  tarlası  görmək  –  şad  xəbər  eşit-

mək,  dərilmiş  sünbül  qəm  və  kədər,  yaxınlardan  birinə  sünbül 

qoparıb vermək, ondan ayrı düşmək, fəslindən qıraq sünbül gör-

mək vəsvəsə nişanəsidir. 

 

Sürgün  –  yuxuda  sürgün  edilmək,  ya  yurd-yuvasından  zo-

rakı qürbətçiliyə düşmək – çıxılmazlığa uğramaq və həbsə alın-

mağa işarədi. 

 

Sürmə  –  yuxuda  sürmə  satmaq,  almaq,  yaxmaq  –  həmişə 

xeyrə  yozulur.  Gözü  ağrıyan  adamın  yuxuda  sürmə  çəkməsi  – 

gözlərinin  sağalmasına,  bir  qızın,  ya  bir  dul  arvadın  gözünə 

sürmə çəkməsi onun yaxında evlənməsinə işarədir. 

 

Sürü  –  yuxuda  dördayaqlı  sürünü  görmək  –  qabaqda 

sevincli günlərin olacağına işarədi. 

 

Sütun  –  sütun  yuxuda,  hər  sütun  olur-olsun,  bir  ev  və 

avadanlıq sahibi olmağa işarədi. 

 

Tabut – yuxuda tabut görmək – dövlət, qazanc, şərəf və etibar 

sayılır.  Bir  tanış  adamı  tabut  içində  görmək  yaxın  günlərdə  onun 

sağ-salamat  xəbərini  almaqdır.  Tabutda  yad  adam  görmək  irəli 

günlərdə yaxın dostluq və tanışlıq sahibi olmağa yozulur. 


 

235 


Tacir  –  yuxuda  tacir  görmək  –  xalq  arasında  hörmətli 

sayılan  bir  adamla  tanışmaq  deməkdi.  Özünün  tacir  olduğunu 

görən – böyük hörmət və etibar qazanacaqdı. 

 

Tava  –  tavada  yemək  bişirdiyini  görən  –  rahat  yaşar.  Ba-

zardan tava aldığını görənin ürək yandıran arvadı, ya xidmətçisi 

olur. 


 

Taxt – yuxuda özünü taxt üstə oturmuş görən əgər bacarıqlı 

və əhli-adamsa  yüksək  məqam tapır,  əgər bacarıqsız və  naəhlsə 

müsibətə uğrar. 

 

Tər, tərləmək – yuxuda tər içində olduğunu görənin hacəti 

rəva olur. Alnından tər axdığını görən çalışmaqla məqsədə çatar. 

Adi  halda  tərləmək  varlı  üçün  varın  artması,  yoxsul  üçün 

varlanmaq, xəstə üçün sağalmaq, kasıb üçün qazanc nişanəsidi. 

 

Təndir – evində təndir düzəltdiyini görən, hər sinifdən olursa-

olsun, yaşayışda istədiyinə çatar. Qışda təndirdə qızışdığını görən – 

rahatlıq  tapar,  yayda  təndirdə  qızışan  naxoş  olar.  İçində  kül,  ya 

yanacaq olmayan təndir görmək xeyrə yozulmaz. 

 

Təvaf – yuxuda Kəbəni təvaf elədiyini görən əsir olsa azad 

olar, fasiq olsa tövbə edər, subay olsa evlənər, tacir olsa qazancı 

artar, fəqir olsa dolanışığı düzələr. 

 

Tısbağa  –  bir  yerdə,  bir  yol  üstə  tısbağa  görmək  –  oraya 

yaxın  bir  yerdə  bir  qədri-qiyməti  bilinməyən  Allah  adamı 

yaşadığına işarədir. 

 

Tif  –  yuxuda  tif  kimi  yoluxucu  naxoşluqlardan  birinə 

bulandığını görmək qəm, kədər və sıxıntı kimi yozulur. Bu kimi 

naxoşluq tutana yardım etmək – bir çətinlikdə çırpınana yardım 



 

236 


deməkdi. Özünün tif tutub kimsənin ona əlac etdiyini görən hər 

yandan yardım görəcək. 

 

Toxum – yuxuda toxum səpmək bol ruzu nişanəsidi. 

 

Torba – yuxuda torba görmək, torba tikmək, torba almaq – 

subay adam üçün evlənmək,  evli  adam üçün  xeyir-bərəkət kimi 

yozulur. 

 

Torpaq  –  yuxuda  torpaq  qazmaq  –  varlanmaq  kimi  yozu-

lur.  Sarı torpaq, qızıl,  ağ torpaq – gümüş,  qırmızı torpaq – mis, 

boz  və  qara  torpaq  –  pul  deməkdi.  Üst-başını  torpaqlı  görənin 

əlinə pul gələr. Yelin toz-torpağı bir yerdən başqa yerə sovurma-

sı bu yerdə yaşayan xalqın ədalətsizliyə uğrayacağına yozulur. 

 

Toyuq  –  yuxuda  çoxlu  toyuğu  olduğunu  görən  –  camaata 

başçı olur. Toyuq başı kəsmək əyaldan ayrılmaq kimi yozulur. 

 

Toz – yuxuda üstünə, başına, üzünə-gözünə toz qonduğunu 

görənin əlinə haradansa pul keçəcək. Tozun yel ilə havalandığını 

görmək – nə isə baş verəcəyi ilə yozulur. 

 

Tövbə  –  yuxuda  tövbə  və  istiğfar  etdiyini  görənin  ruzi  və 

gəliri çoxalır. 



 

Tülkü  –  yuxuda  tülkü  görən  hiyləgər,  kələkbaz  (düzənçi), 

yalançı bir kişi,  ya bir arvadla üz-üzə gələcək. Tülkü ilə dostluq 

edən yalançıya aldanır. Bir tülkü tutduğunu görən bir düzənçi ilə 

münasibətdə  olacaq.  Tülkü  dərisi  əldə  etmək  hiylə  ilə  qazanca 

çatmaq deməkdi. 

 

Tüfəng  –  dostlar  və  qohumlar  arasında  ziddiyyət  və  çəkiş-

mə  baş  verəcək  kimi  yozulur.  Yuxuda  tüfəng  səsi  gözlənilməz 

xəbərdir. 



 

237 


Ürpənmək  (tükləri  biz-biz  durmaq)  –  yuxuda  vücudunun 

ürpəndiyini  görmək  –  Allahdan  qorxmaq  və  ürəyi  yumşaqlıq 

nişanəsidi.  Qorxulu  bir  şeydən  tükləri  ürpənən  adam  sıxıntı  və 

darlıqdan qurtarar. 

 

Ürkmək  -  yuxuda  ürkmək  və  çəkinmək  xeyrə  yozulur. 

Düşmənindən  ürkən  ona  basılır,  şeytandan  ürkən  ona  aldanır, 

gördüyü işin cəzasından ürkən cəzalandırılır. 

 

Üşütmə  -  yuxuda  üşüdüyünü  görən  adam  əlindən  çıxan 

xətanı özgədən yox, özündən görməlidir. Başqa bir anlama görə, 

yuxuda üşüdüyünü görən qabağa çıxan xətanı sovacaqdır. 

 

Ülgüc  –  yuxuda  ədavət,  yaman  söz  və  acı  dil  anlamındadı. 

Ülgüclə  bir  şeyi  kəsmək  başlanılmış  işin  yarımçıq  qalacağını 

bildirir.  Ülgüclə  ət  doğramaq  camaatı  özündən  incik  salmaq 

deməkdi. 

 

Ütmək  (tüklərini  odda  yandırmaq,  qursalamaq):  yuxuda 

tülkü  dərisini,  ya  bir  heyvanın  kəlləpaçasının  tüklərini  ütən  bir 

adam borc, çətinlik, töhmət və qəmdən qurtulur. 

 

Ütüləmək  –  yuxuda  qırışıq  bir  parça,  ya  paltarı  ütülədiyini 

görən adam qatma- qarışıq işlərini ağıl və tədbir ilə avanda salır. 

Yuxuda dağ ütü zəkavətə, soyuq ütü tədbirə dəlalət edir. 

 

Yaba (şana): yuxuda yaba görmək düzəlməz sıxıntıya uğra-

maq kimi yozulur. 

 

Yatmaq  –  yuxuda  xoşbəxt  ailə  qurmaq  və  şən  yaşamaq 

anlamında olur. Yataqları yanbayan salmaq evə qonaq gələcəyi-

nə nişanədi. Yataqda rahatca yatıb yuxulamaq sıxıntıdan qurtul-

maq deməkdi. 

 


 

238 


Yarış  (müsabiqə)  –  yuxuda  bir  yarışa (müsabiqəyə)  qoşul-

maq və o yarışı udmaq – yaşayışda uğur qazanmaq, yarışı uduz-

maq – peşmançılıq kimi yozulur. 

 

Yaralanmaq  –  yuxuda  yaralanmaq,  ya  birini  yaralamaq, 

vuranın vurulana yaxşılıq edəcəyi kimi yozulur. 

 

Yastıq  –  yuxuda  ümumiyyətlə,  yastıq  xeyrə  yozulur  və  bir 

çox  hallarda  xeyirxah  xidmətçi  anlamında  olur.  Cavan  adamın 

yumşaq  yastığa  söykənməsi  onun  bolluğa  çatacağına,  yaşlı 

adamların  isə  xoş  rahatlığa  çatacağına  işarədir.  Divar  yastığı 

yuxuda zənginlik, şərəf və etibar sayılır. 

 

Yasəmən  –  yuxuda  yasəmən  ağacını  çiçəkləyəndə  görmək 

– şadlıq və fərəh doğurur. Birinin sənə, ya sənin birinə yasəmən 

gülü  verməsi  –  onunla  tez,  ya  gec  dalaşacağından  xəbər  verər. 

Yasəmən vaxtında gül açanda – bərəkət, vaxtından qıraq açanda 

– fənadır. 

 

Yabancı  (yad  kimsə)  –  yuxuda  bir  yad  (yabancı  )  adamla 

görüşmək yəni bir iş görmək, ya imkana çatmaq kimi yozulur. 

 

Yaxa  –  paltarın  yaxasının  təmiz  olması  qazanc,  çirkli 

olması ziyana işarədi. 

 

Yaxşılıq  –  yuxuda  birinin  haqqında  yaxşılıq  etmək,  ya 

möhtac bir adamın əlindən tutmaq – şad  xəbər eşitmək,  şadlığa 

uğramaq kimi yozulur. 

 

Yazı  yazmaq  –  yuxuda  savadsız  bir  adamın  özünü  yaz-

maqda  görməsi,  onun  camaat  işlərində  bacarığına  işarədi.  Sa-

vadlı adamın yazı yazması vəfaya, bolluğa çatmaq kimi yozulur. 

Öz yazdığını oxuya bilmədiyini görən günahlarından tövbə edir. 



 

239 


Kitab  yazdığını  görən,  lakin  onu  tamamlaya  bilməyənin  işləri 

yarımçıq qalar. 

 

Yaşmaq – yuxuda yaşmaq görmək xoş xəbər eşitməyi ifadə 

edir.  Yuxuda  yaşmaqlı  qadın  görən  oğlan,  ya  qız  xoşbəxt  ailə 

quracaq. 

 

Yaşıllıq  –  yuxuda  göz  işləyən  yaşıllıq  görmək  uzun  ömür 

və böyüklük  nişanəsidi.  Yuxusunda  yaşıllıq görən, ya  yaşıl pal-

tar  geyən  qız  tanıdığı  və  sevdiyi  oğlanla  evlənib  bəxtiyar  yaşa-

yacaq. 

 

Yağ  –  yuxuda  hər cür  yağ, can  yağı,  quyruq  yağı, kərə  yağı 



görmək səadət, xoş günə doğru addımlamaq kimi yozulur. 

 

Yağma,  yağmalamaq  –  yuxuda  hər  hansı  bir  şeyin  yağ-

malandığını  görmək,  o  şeyin  çox  bol  olmasına  dəlalət  edir.  Bir 

dükanın yağmalanması o dükan sahibinin yaxşı bazarlıq etməsi, 

bir evin  yağmalanması o evin  varlanması  və  bir şəhər,  ya ölkə-

nin  yağmalanması  o  şəhər,  ya  ölkənin  rifahlanması  kimi  yo-

zulur. 

 

Yağış  -  yağmur  –  yuxuda  vaxtlı-vaxtında  yağan  yağış  bə-



rəkət və rəhm, vaxtsız yağış ziyan və fəlakət deməkdi. Bir bölgə, 

ya bir ölkəyə asta yağan yağış – bolluq və rifah, şiddətli yağış – 

gözlənilmz bəla və naxoşluq əlamətidi. 

 

Yaqut – yuxuda yaqut bolluq və yaşayış deməkdi. 

 

Yaltaq  –  yuxuda  yaltaq  adamla  üzbəüz  gəlmək,  ya  onun 

yaltaqlığından  xoşlanmaq  yaramaz  adamlardan  çəkinmək  kimi 

yozulur. 

Yanaq  –  yanaq  yuxuda  açıq,  tutqun  olduğuna  görə  fərqli 

halda yozulur. Qırmızı və şad yanaq çətinliklərdən qurtulub, se-



 

240 


vincə  çatmaq;  solmuş

v -


/



 

241 


Yumurta –  yuxuda toyuğun  yumurtasını görən adamın  uşağı 

olacaq.  Yuxuda  çiy  yumurta  yemək  sıxıntı  və  riyakarlığa  işarədi. 

Pişmiş  yumurta  yemək  rahat  qazanca  çatmaq  deməkdi.  Yuxuda 

yumurtanı qabıqlı yeyən adam örtülü məsələnin üstünü açar. 

 

Yun  (pəşm)  –  yun  yuxuda  xeyrə  yozulur.  Əyrilmiş  yun 

dövlətdi. Bir yastığa, yatağa yun doldurmaq evlənməyə işarədi. 

 

Yuxu  yozan  –  röyada  yuxu  yozan  görmək-  qəmli  olsa, 

sevinir,  şad  olsa-  qəmli  olur.  Dilək  və  istəkləri  olanlar  murada 

çatar, itkin gedənlərdən xəbər çıxar. 

 

Yuva – yuxuda quş  yuvası görmək ailənin səadət və rifaha 

çatması ilə yozulur. 

 

Yuyunmaq  –  yuxuda  saf  və  təmiz  su  ilə  yuyunduğunu 

görən  sıxıntı  və  qəm-  qüssədən  qurtarar.  Naxoş  olsa  sağalar. 

Bulaşıq su ilə yuyunan sıxıntı çəkər, borclu düşər və xəstələnər. 



 

Yük  –  yuxuda  dalında  şələ,  yük  götürdüyünü  görən  böyük 

rütbəyə  çatacaq,  yuxuda  səfər  əsbabı  yığılmış  heybə,  xurcun, 

məfrəş kimi şeylər təmiz və təzə olursa xoş və xeyirli, köhnə və 

çirkli olursa səfər sıxıntılı keçəcəkdi.  

 

Zahı (ikicanlı arvad) – yuxuda zahı görən kişi uğurlu işlərə 

çatır.  Yuxuda  arvadın  özünü  doğum  yatağında  görməsi  yüngül 

naxoşluq, yatağından qalxmış görməsi sağlamlıq nişanəsidi. 

 

Zanbaq – yuxuda xoş arzular kimi yozulur. 

 

Zeytun  –  yuxuda  zeytun  ağacı  əkmək  xeyirli  bir  işə  əl 

qoymaq,  zeytun  ağacına  çıxmaq,  ya  ağacdan  zeytun  dərmək, 

bol-  bol  qazanca  çatmaq,  zeytun  dənəsi,  ya  zeytun  yağı  yemək 

sağlamlıq və sevinc ilə yozulur. 



 

242 


Zəhər (səm)  –  yuxuda  özünü  zəhərlənmiş  görən  adam  çox 

yaşar. Zəhər düzəltmək,  ya zəhər satmaq- haramdan mal qazan-

maq,  birinin  əlindən  zəhər  içmək,  ya  birinə  zəhər  içirtmək  ona 

xeyir-bərəkət yetirmək kimi yozulur. 

 

Zəlzələ  –  yuxuda  görülən  zəlzələ  yüngül  (asta)  olursa 

fəlakət,  ağır  (viranedici)  olursa  yoluxucu  xəstəlik,  ümumi  bəla 

nişanəsidi. 

 

Zənbil – yuxuda bolluq və xoş yaşayış nişanəsidi. 

 

Zəncir  –  yuxuda  əlini,  ayağını,  özünü  zəncirlə  bağlı  gör-

mək zərər, sıxıntı, naxoşluq, kədər, bağlandığı zəncirin qırıldığı-

nı  görmək  darlıqdan,  sıxıntıdan,  kədərdən  qurtarmaq  kimi  yo-

zulur. 


 

Zindan – yuxuda dəmirçi,  ya başmaqçı zindanı görmək bir 

rəvayətə görə – qüdrət və bir rəvayətə görə dövlətlə yozulur. Bir 

zindana  yiyələnən  qüdrətli  və  zəngin  olur.  Zindan  itirənin  gücü 

və dövləti azalar. 

 

Zindan (məhbəs)  –  yuxuda  zindana  düşdüyünü  görən  qəm 

və  kədərə  uğrar,  zindandan  buraxıldığını  görən  sevinc  və 

sağlamlığa uğrayacaq. 

 

Zınqırov (zəng) – yuxuda zınqırov səsi, ümumiyyətlə, xey-

rə yozulur. Cavan oğlan,  ya qız üçün xoşbəxt ailə qurmaq, yaşlı 

kişilər  və  arvadlar  üçün  yaşayışlarında  xoş  dəyişikliklər  olaca-

ğına işarədi. 

 

Zibil,  zibillik  –  yuxuda  zibil  və  zibillik  görmək  çoxlu  mal-

dövlətə çatmaq və yoxsulluqdan qurtarmaq kimi yozulur. 

 

Zirə  –  yuxuda  zirə  görmək  xeyrə  yozulur.  Zirə həm də  sa-

ğalmaz xəstəliyə işarədi. 


 

 


 

244 


X. UŞAQ FOLKLORU

 

 



LAYLALAR 

 

Bir gül əkdim boyunca, 

Əyilmədim doyunca. 

Ömrüm, günüm uzansın, 

Öz balamın toyunca. 

 

Balam laylay, a laylay, 



Quzum laylay, a laylay. 

 

Laylay dedim yatınca, 



Gözlərəm ay batınca. 

Zara-zinhara gəldim, 

Sən hasilə çatınca. 

 

Balam laylay, a laylay, 



Nazım laylay, a laylay. 

 

Quşlar uçur havada, 



Balası var yuvada. 

Gözüm boy atmağında. 

Dilim sənə duada. 

 

Balam laylay, a laylay, 



Gözüm laylay, a laylay. 

 

Balam gəlir yatmağa, 



Böyüyüb boy atmağa. 

Səhər yuxusu şirin, 

Qıymıram oyatmağa. 

 

Balam laylay, a laylay, 



Gözüm laylay, a laylay. 

Laylay, əməyim bala, 

Duzum, çörəyim bala. 

Tanrıdan əhdim budu, 

Görüm köməyin, bala. 

 

Laylası dərin bala, 



Yuxusu şirin bala. 

Tanrıdan əhdim budu, 

Toyunu görüm, bala. 

 

Laylay quzum ağlama, 



Ürəyimi dağlama. 

Böyü bir qoç igid ol, 

Mənə ümid bağlama. 

 

Laylay dedim adına, 



Həqq yetişsin dadına. 

Boya-başa çatanda, 

Məni də sal yadına. 

 

Dağların laylasına, 



Gözlərin qarasına. 

Atalar qurban olsun, 

Öz körpə balasına. 

 

Qalalar, ay qalalar, 



Laçın orda balalar. 

Ana balasın verməz, 

Məgər zorla alalar. 

 


 

245 


Şan bağlayan arılar, 

Qonar gülə sarılar. 

Balama qurban olsun, 

Yaşı ötmüş qarılar. 

 

Qapımızda var çinar, 



Yarpağı dinar-dinar. 

Mənim bir tək balamı, 

Saxlasın pərvərdigar. 

 

Dağ başında qalam var, 



Ürəyimdə nalam var. 

Xəlqin dövləti, malı, 

Mənim də bir balam var. 

 

İgid qalasın istər, 



Dağın lalasın istər. 

Mən balamı istərəm, 

Balam balasın istər. 

 

Bağda bülbül oxuyur, 



Saça sünbül toxuyur. 

Balamı iyləyirəm, 

Elə bil gül qoxuyur. 

 

Ətiri güldən gəlir, 



Güldən, sünbüldən gəlir. 

Balamın gül beşikdə, 

Yuxusu birdən gəlir. 

 

Boya, buxuna dol, gəz, 



Boynuma dola qol, gəz. 

Cavanlar sırasında, 

Sən də bir igid ol, gəz. 

Mənim gül-butam, oğlum, 

Ətrinə batam, oğlum. 

Bir arzum var ürəkdə, 

Toyunu tutam, oğlum. 

 

Laylay balam, can balam, 



Mən sənə qurban balam. 

Ağlayıban göylümi, 

Gəl, eləmə qan, balam. 

 

Uyu balam, yat balam, 



Qızılgülə bat, balam. 

Qundağını bağlayım, 

Şirin-şirin yat, balam. 

 

Laylay balam, gül balam, 



Gül balam, sünbül balam. 

Laylayımla yatgilən, 

Oyatsın bülbül balam. 

 

Yaylığı kirli balam, 



Qəlbi fikirli balam. 

Tay-tuşların içində, 

Mənim şəkilli balam. 

 

Yol üstə bulaq ollam, 



Yatmaram oyaq ollam. 

Sən mənim öz balamsan, 

Özüm göz-qullaq ollam. 

 

Balam, bir söyün, görüm, 



Sərv təki boyun görüm. 

Tanrıdan arzum budu, 

Balamın toyun görum. 


 

246 


Balama can demişəm, 

Ağlasa can demişəm. 

Balam dil açan gündə, 

Quzu qurban demişəm. 

 

Laylay dedim, yat dedim, 



Yastığa baş at dedim. 

Bala nazın mən çəkim, 

Boya-başa çat dedim. 

 

Laylay mənim bəbəyim, 



Həm arzum, həm diləyim. 

Dar gündə, dar ayaqda, 

Sənsən mənim köməyim. 

 

Mən aşiq quzu qurban, 



Qoç qurban, quzu qurban. 

Hər səhər boyun görsəm, 

Kəsərəm quzu qurban. 

 

Laylayım, sözüm qurban, 



Ağlasın gözüm qurban. 

Böyü, boya-başa çat, 

Boyuna özüm qurban. 

 

Laylay dedim ucadan, 



Səsim çıxmır bacadan. 

Allah səni saxlasın, 

Çiçəkdən, qızılcadan. 

 

Laylay dedim yatasan, 



Qızılgülə batasan. 

Qızılgülün içində, 

Şirin yuxu tapasan. 

Laylay dedim yatasan, 

Dərdi, qəmi atasan. 

Qzılgül bağın olsun, 

Gül-çiçəyə batasan. 

 

Oğul sən yarağımsan, 



Güzgüsən, darağımsan. 

Hər gün lazım olmasan, 

Dar gündə dayağımsan. 

 

Bir səs gəlir ellərdən, 



Şirin-şirin dillərdən. 

Tanrı, balamı saxla, 

Ağır aylar, illərdən. 

 

Dağlarda lalam sənsən, 



Alınmaz qalam sənsən. 

Kimim, kimsənəm yox, 

Bir şirin balam sənsən. 

 

Məni oyaq qoyan sən, 



Qızılgülə boyan sən. 

Öpüm şəhla gözündən, 

Yatdın bəsdir, oyan sən. 

 

Balamsan sən, nəyim sən, 



Arxamsan, köməyimsən. 

Mən sənin əziz anan, 

Sən mənim diləyimsən. 

 

Xırdacasan, məzəsən, 



Sən hər güldən təzəsən. 

Qurban olum o günə, 

Ayaq tutub gəzəsən. 


 

247 


Laylay dedim biləsən, 

Düşməyəsən dilə sən. 

Boya-buxuna çatıb, 

Oynayasan, güləsən. 

 

Balamı tanıram mən, 



Hər sözün qanıram mən. 

Yuxuda ah çəkəndə, 

Od tutub yanıram mən. 

 

Laylay dedim gündə mən, 



Kölgədə sən, gündə mən. 

İldə qurban bir olsa, 

Sənə qurban gündə mən. 

 

Bala, ömrün çox olsun, 



Göylün gözün tox olsun. 

Sənə laylay çağırım, 

Düşmanların yox olsun. 

 

Bağçamızda bar olsun, 



Heyva olsun, nar olsun. 

Sən ayaq aç, gəz dolan, 

Düşmanların xar olsun. 

 

Dağlar gül-çiçək olsun, 



Yarpağı ləçək olsun. 

Bir bala görsədin ki,  

Balamdan göyçək olsun. 

 

Qızılgül bağın olsun, 



Bağlar oylağın olsun. 

Tanrıdan arzum budu, 

Sevimli çağın olsun. 

Qurbanın quzi olsun, 

Quzunun yuzi olsun. 

Quzudan qurban olmaz, 

Qoy anan özi olsun. 

 

Bağçalar bağa dönsün, 



Bağım yaylağa dönsün. 

Bircə kəlmə din, danış, 

Ürəyim dağa dönsün. 

 

Balam oynur, yatmayın, 



Sözünə söz qatmayın. 

Laylay çalın balama, 

Yatanı oyatmayın. 

 

Balam yatır beşikdə, 



Bülbül oxur eşikdə. 

Sən yat, yuxun alginən, 

Mən durmuşam keşikdə. 

 

Evində, eşigində, 



Yat, quzum, beşigində. 

Bir mən, bir dan ulduzu, 

Durmuşuq beşigində. 

 

Anan tel düzər sənə, 



Bacın gül düzər sənə. 

Tanrıdan əhdim budu, 

Dəgməsin nəzər sənə. 

 

Laylay, a balam laylay, 



Alınmaz qalam laylay. 

Sənə kəc baxanları, 

Yandırsın nalam, laylay. 


 

248 


Laylay, bülbülüm, laylay, 

Sarı sünbülüm, laylay. 

Bağçalarda gül çoxdu, 

Bir qızılgülüm laylay. 

 

A, laylay, quzum laylay, 



Ayım, ulduzum laylay. 

Sən hasilə çatınca, 

Hər dərdə dözüm laylay. 

 

A laylay, gülüm laylay, 



Gülüm, bülbülüm laylay. 

Böyü, sənin sayəndə, 

Mən də bir gülüm, laylay. 

 

Laylay, maralım laylay, 



Gəlmir qaralım laylay. 

Böyü, bir qoç igid ol, 

Sənə yar alım laylay. 

 

Nərgizi üzüm, laylay, 



Yaxana düzüm laylay. 

Səni övləndirəndə, 

Toyunda süzüm, laylay. 

 

A laylay, butam laylay, 



Qardaşım, atam laylay. 

Gözləyirəm yatasan, 

Mən də bir yatam, laylay. 

 

A laylay, nənə laylay, 



Can deyim sənə laylay. 

Sənə gələn dərd-bəla, 

Qoy gəlsin mənə, laylay. 

 

Bala dadi, bal dadi, 



Bala adam aldadi. 

Yaxşısına can qurban, 

Pisi verər bal dadi. 

 

Ay doğdi, yana döndü, 



Ulduzlar sana döndü. 

Bala dərdi çəkməkdən, 

Ürəyim qana döndü. 

 

Laylayın bir quş idi, 



Hasara qonmuş idi. 

Əl uzatdım tutmağa, 

Mələklər tutmuş idi. 

 

Oxşasın dilim səni, 



Böyütsün elim səni. 

Meydanda at oynadan, 

Bir igid bilim səni. 

 

Atıban tutdum səni, 



Əcəb ovutdum səni. 

Can qoydum, cəfa çəkdim, 

Şükür, böyütdüm səni. 

 

Atım, tutum balamı, 



Şəkərə qatım balamı. 

Atası evə gələndə, 

Qabağa tutum balamı. 

 

 



 

249 


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin