ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   2   3   4   5   6   7   8   9   ...   27

NARXATIN 

 

Bir nənə ilə bir qızı var idi. Qızın adı Narxatın idi. Nənə bir 

divə  aşiq  olub  gətirib  salmışdı  otağa.  Bir  gün  açar  qalmışdı 

evdə.  Qız  gedib  otağı  açar,  görsün  nəmənə  var.  Açar  görər  bir 

dana  divdi.  Açarları  gətirər  qoyar  yerinə.  Axşam  nənəsi  gələr 

gedər divi görsün. Divə deyər: 

– Nə sən gözəl, nə mən gözəl, illah ki, ağa div gözəl! 

Div deyər: 

– Nə sən gözəl, nə mən gözəl, illah ki, Narxatın gözəl! 

Deyər: 


– Sən Narxatını harada gördün? 

Deyər: 


– Gəlmişdi buraya. 

Arvad  qızını  çıxardıb  ötürər  eşiyə.  Qız  da  gedər,  gedər 

görər  axşam  oldu.  Bir  qapı  açıqdı,  gedər  ora.  Gedər  dolanar, 

görər heç kəs yoxdu. Adam-zad yoxdu. Oturmuşdu, gördü yeddi 

dana oğlan gəldi. Demə, yeddi qardaş imişlər. 

Deyərlər: 

– Qız, sən burada neyləyirsən, haradan gəlmisən? 

Deyər: 


– Nənəm divə aşiq olmuşdu. Div  məni görüb,  nənəm  məni 

ötürüb eşigə. Da, getməyə bir yerim yoxdu. Gəlmişəm buraya. 

Qardaşlar deyirlər: 

– Lap yaxşı, sən də bizim bacımız! 

Hər  gün  oğlanlar  gündüz  gedirlər  işə,  axşam  bacılarıynan 

yeyib, içirlər. Bir gün arvad divin yanına gəlib deyir: 

– Nə sən gözəl, nə mən gözəl, illah ki, ağa div gözəl! 

Div deyər: 



 

79 


– Nə sən gözəl, nə mən gözəl, illah ki, Narxatın gözəl! 

Deyər: 


– Vay küçük oğlu, Narxatını eşigə ötürdüm, əl çəkmədin? 

Div deyər: 

– İndi gedib yeddi qardaşlara bacı olub. 

Arvad  bu  yol  divin  yanından  çıxar  gələr.  Narxatın  da 

saqqızı çox sevirmiş. Bir az saqqız alar gətirər, buna zəhər vurar, 

gələr,  bu  yol  Narxatın  olan  yeri  tapar,  qapını  döyər,  qız  gedər 

qapıya  görər  nənəsidi.  Nənəsi  hər  nə  eylər  ki,  aç  qarını,  qız 

açmaz. Bu yol nənəsi saqqızı qapının altından ona uzadıb deyər: 

– Saqqız almışdım sənə, götür apar çeynə!  

Qız  saqqızı  götürüb  gəlir  hovuzun  başına.  Saqqızı  çeynər, 

amma saqqız zəhərli idi. O yıxılıb orada, hovuzun başında qalır. 

Axşam  qardaşlar  gəlib  qapını  döyür,  görürlər  ki,  açan  olmadı. 

Fikirləşirlər ki, bu da bizə bacı olmadı. Ev-eşigimizi də götürdü 

apardı. 


Duvardan  aşıb  gəlib  görürlər  bacıları  hovuzun  başında 

yatıb.  Görürlər  ki,  bu ölüb,  zəhər  veriblər.  Həkimə-zada  aparır-

lar. Həkim deyir: 

– Da əlac olmaz, zəhər veriblər. 

Bu  yol  bunlar  gəlib  fikirləşərlər  ki,  bacımızı  necə  quylu-

yaq? Bir xurcun götürərlər, bir tayına qızıl doldurarlar, bir tayına 

da  bu  qızı  qoyarlar.  Salarlar  atın  üstünə,  ötürərlər  çölə,  bu  qız, 

bu da pul! 

Padşah  çıxmışdı  şikara,  görər  bir  atın  üstündə  bir  xurcun 

qızıl,  bir də qız var. Götürər padşah bunu aparar. Min könüldən 

ölüyə vurular. Həkimlər deyər: 

–  Yeddi  hovuz  süd  ver  doldursunlar.  Bunu,  bu  yol  basarlar 

bir  hovuza,  bir  az  qalar,  ordan  o  biri  hovuza.  Axırda  yeddinci 

hovuza salıb götürərlər. Qız bir az ayılır, düzəlir. Narxatın dirilir. 

Padşah bunu alır. Bir ildən sonra Narxatının bir cüt oğlu olur. 

Uşaqlar bir az böyümüşdü, gündə gedərdilər padşaha salama. 

Yenə bir gün Narxatının nənəsi gedir divin yanına. Deyir: 

– Nə sən gözəl, nə mən gözəl, illah ki, ağa div gözəl!  



 

80 


Div deyər: 

– Nə sən gözəl, nə mən gözəl, illah ki, Narxatın gözəl! 

Deyər: 

– Vay, mən Narxatını öldürdüm də, əl çəkmədin. 



Deyər: 

– Ölməyib, indi padşahın arvadıdı, bir cüt də oğlu var. 

Bu  nənə,  bu  yol  durar  gələr,  az  gələr,  çox  gedər,  gələr  bu 

padşahın evini tapar. Deyər ki, mən Narxatının nənəsiyəm. 

Bir gün qalar, qız deyər padşaha: 

– Mən nənəmdən qorxuram, saxlamayın burada! 

Padşah deyər: 

– Qız, nənəndi da! Nəyindən qorxursan? 

Gecə  bu  yol  yatmışdılar.  Qızın  nənəsi  durar  uşaqların  iki-

sinin də  başını kəsər.  Pıçağı da gətirər qoyar Narxatının cibinə. 

Səhər  olar  görərlər  ki,  bu  uşaqlar  padşaha  salama  gəlməyib. 

Padşah  adam  göndərər  ki,  uşaqlar  gəlməyib.  Gələrlər,  görərlər 

uşaqların  başın  kəsiblər.  Da,  Narxatın  da  bilməz  ki,  pıçağı  da 

qoyublar  cibinə.  Bu  yol  Narxatının  nənəsi  deyər  ki,  hamının 

cibini  axtarın,  hər  kimin  cibindən  qanlı  pıçaq  çıxsa  bilin  o 

kəsibdi.  Hamının  cibini  axtararlar.  Heç  kimdən  pıçağ  çıxmaz. 

Bu yol deyərlər ki, axı Narxatının da cibini axtarın. 

Deyərlər niyə? Ana da balasının başını kəsər? 

Padşah deyər: 

– Axtarın! 

Axtararlar.  Bunun  cibindən  qanlı  pıçaq  çıxar.  Padşah  qızın 

gözlərini çıxartdırar, uşaqların da ölüsünü verər bunun qucağına, 

onu şəhərindən xaric elər. 

Bu  gedər  pirə,  yer  tapar,  gedər  pirdə  ağlar,  ürəyi  pis  olar. 

Yuxuda görər ki, bir nəfər gəlir. Buna deyir:  

– Yenə ağlayırsan?  

Deyər:  

–  Da  niyə  ağlamayım?  Bir  cüt  uşağımın  başını  kəsiblər, 

padşah özümün gözlərini çıxartıb, gəlib qalmışam burada. 


 

81 


Yuxuda  görən  adam  əlini  çəkər  bunun  gözlərinə,  uşaqları-

nın da başına, bir ovuc torpaq tökər, deyər: 

– Dur ayağa, sənə heç nə olmayıb! 

Bu,  bu  yol  yuxudan  ayılar,  görər  uşaqları  pirin  eyvanında 

oyan-buyana  qaçırlar,  özünün  də  gözləri  düzəlib.  Baxıb  görər 

ətəyindəki  torpaq  da  olub  cəvahirat,  qızıl.  Durar  bu  yol  uşaq-

larını  da  götürər  gedər  çöldə  bir  dam  düzəldər.  Cəvahiratı  da 

xərclədikcə azalmırdı. Nə qədər idi, elə o qədər də qalırdı. 

Narxatın  uşaqlarını  qoyar  məktəbə.  Uşaqlar  bir  az  böyü-

müşdü,  dərs  oxuyurdular.  Götürər  çöldə  bir  imarət  saldırar  nə 

gözəllikdə,  yüz  dəfə  padşahınkından  artıq.  Bir  kərpici  qızıldan, 

bir kərpici gümüşdən. 

Uşaqlar çıxarmışlar çöldə-zadda oynarmışlar. Padşah oraya 

şikara-zada  gedəndə  uşaqları,  imarəti  görərmiş.  Gündə  buradan 

keçəndə deyərmiş: 

– Vəzir, bu imarət görəsən kimindi, bu cür düzəldiblər? 

Padşah  uşaqları  çox  sevirmiş.  Gəlib  keçəndə  dindirərmiş 

ikisini  də.  Narxatın  uşaqlara  tapşırmışdı  ki,  padşah  sizi  dindi-

rəndə, sarmaşın ona ki, gəl, gedək bizə.  

Bir


 

82 


Uşaqların  anası  öyrətmişdi:  “Qızıl  çay  qaşığını  aparın  salın 

padşahın başmağının içinə”. 

Bunlar durarlar getməyə, uşaqlar deyir: 

– Axtaracayıq!.. 

Hamını  axtararlar.  Padşahın  başmağının  içindən  qaşıq 

çıxar. Narxatın da durmuşdu pərdə dalından qulaq asırdı. 

Vəzir deyər:  

– Oğlan, padşah da oğurluq elər? 

Narxatın deyər? 

– Bəs ana da balasının başını kəsər? 

Vəzir deyər: 

– Bu nə sözdü? 

Bu vaxt Narxatın pərdə dalından eşiyə çıxıb deyər: 

–  Bəs  bunlar  sənin  oğlanlarındı,  mən  də  sənin  arvadın 

Narxatınam. 

Açar  başının  qəziyyəsini  nağıl  elər  padşaha.  Padşah  onun 

nənəsini tapıb öldürər, o divi də. Yeyər, içər, mətləbinə yetişər. 

 

   



KÜP QARISI 

 

Bir  padşah  vardı,  bunun  bir  oğlu  vardı.  Padşahın  arvadı 



vurular öz oğluna. Oğlu deyər ki, sən mənim anamsan. Bu arvad 

qəbul eləməz.  

Oğlan deyər: 

– Gedərəm padşaha deyərəm. 

Bu arvad görər bu cürdü, tez gedər padşaha deyər. 

– Oğlun mənə əl atır. 

Padşah da deyər: 

– Cəllad gəlsin, bu oğlanın boynun vursun. 

Vəzir-vəkil deyər ki, qibleyi-aləm sağ olsun, öldürmə, şəhə-

rindən xaric elə. 

Bu,  oğlana  bir  at  verər,  şəhərindən  xaric  elər.  Oğlan  gedər 

çöldə bir köhül var idi, orada qalar. Gedərdi gündüz şikar elərdi, 



 

83 


gətirərdi,  orada  yatardı.  Bir  gün  bir  dana  tülkü  keçirdi.  Görər 

burada leş- zad vardı. Oturar, bunları yeyər, deyər: 

– Hətmən, burada adam- madam vardı.  

Getməz qalar orada. Axşam olar, oğlan gələr, görər bir dana 

tülkü var, bir az özü yeyər, bir azın da verər bu tülküyə. Bir gün 

də bir qurd keçirdi, görər tülkü oturub, deyər: 

– Tülkü qardaş, nə oturmusan? 

Deyər: 


– Neyləyim, ağam var mənim, gətirər verər, mən də yeyərəm. 

Deyər: 


– Tülkü qardaş, mən də qalım? 

Deyər: 


– Qal da! 

Axşam oğlan gələr, görər bir dana qurd var. Öz-özünə deyər: 

Bu canavar hardan yığışar? 

Yenə  vurduğu  ovdan  bir  az  özü  yeyər,  bir  az  verər onlara. 

Bir  gün  də  bir  dana  it  keçirdi.  Görər  tülküynən  qurd  oturublar. 

Deyər: 


– Tülkü qardaş, qurd qardaş, nə oturmusuz? 

Deyərlər: 

– Neyliyək? Bizim ağzımız var. Gətirər, verər, biz də yeyərik. 

Deyər: 


– Mən də qalım? 

Deyərlər:  

– Qal da! 

Axşam oğlan gələr görər bir dana it var. Sabah çox şikar elər, 

gətirər ki, bu heyvanlar məni dağıdar, qoy qarınların doyurum. 

Bir  gün  yenə  bir  dana  qaraquş  keçirdi  göydən.  Görər 

tülküynən qurd, bir də it oturublar. Deyər: 

– Tülkü qardaş, qurd qardaş, it qardaş, nə oturmusuz? 

Deyərlər: 

– Neyliyək, bizim ağzımız var, o gətirər, biz də yeyərik. 

Deyər: 

– Mən də qalım? 



 

84 


Deyərlər: 

– Qal da! 

Axşam yenə oğlan gələr, görər bir dənə qaraquş var. 

Bir gün tülkü durar gedər,  bir daşı dığırlada-dığırlada gəti-

rər qoyar altına, deyər: 

– Qurd qardaş, it qardaş, qaraquş qardaş, insafdı ki, elə ağa 

gətirsin, versin, biz yeyək oturaq? 

Deyərlər: 

– Neyliyək? 

Deyər: 


– Neyliyəcəyik, durun gedək padşahın qızını gətirək ağaya. 

Deyərlər: 

Axı olmaz, biz necə gətirə bilərik? 

Tülkü deyər: 

–  Bir  az  mıncıqdan,  zınqırovdan-zaddan  tapın,  gətirin, 

bağlayın mənim quyruğuma, deyim sizə. 

Taparlar,  gətirərlər,  bağlarlar  quyruğuna,  bəzərlər,  De-  yər 

mən su gilifindən girərəm, keçərəm içəriyə, it ilə qurd da dursun 

qapıda,  qaraquş  göydə  dolansın.  Qız  çıxanda  eşiyə  onu  götürər 

qaçar. 


Durarlar, gedərlər padşahın qızının həyətinə. İtlə qurd durar 

qapıda,  qaraquş  göydə.  Tülkü  gilifdən  girib  başlar  həyətdə 

oynamağa. Kəniz bunu görər, gedər xanıma deyər: 

– Xanım, bir dana şey gəlmiş, elə oynur ki... 

Xanım çıxar həyətə, ona baxanda qaraquş qızı götürüb uçar. 

İtlə tülkü qaçarlar. Gətirərlər qızı qoyarlar köhülə. Qız görər bir 

dana  köhüldə  canavar,  bikef-  məyus  oturubdu.  Axşam  olar, 

görər tülkü-zad hamısı getdilər. 

Ağa  görər  bu  gün  tülkü,  it  pişvaza  gəliblər.  Tülkü  düşər 

qabağa  oynaya-oynaya  gələr.  Oğlan  gələr  görər  ki,  köhüldə  bir 

qız. Deyər: 

– Qız, sən hara, bura hara? 

Deyər: 

– Bunlar gətiriblər, qoyublar bura. 



 

85 


Padşaha  xəbər  gedər  ki,  qızını  quş  götürdü  apardı.  Padşah 

bir qarı tapar. Bir gün qarıya pul verər ki, gedib qızı tapıb gətirə. 

Qarı  gətirər  küpü  quylar  çölün  bir  tərəfində,  gələr  oturar 

oğlanın yolu üstə. Oğlan gələndə deyər: 

– Oğul, karvanla keçirdim, düşüb qalmışam yolun üstün- də. 

Oğlan deyər: 

–  Olsun  qarı  nənə,  mənim  bir  xanımım  var,  aparram,  sən 

onunla həmsöhbət olarsan. 

Səhər olar, bu oğlan yenə durar gedər. Qarı deyər: 

– Qızım, bu çölü heç gəzmisən? 

Qız deyər: 

– Yox, qarı nənə! 

Qarı deyər: 

– Dur qızım, bu çölü bir dolanaq. 

Çıxarlar  bu  çölü  dolanmağa.  Yetişərlər  qarının  basdırdığı 

küpün yanına. Qız deyər: 

– Qarı nənə, bu nəmənədi? 

Qarı deyər: 

– Nə bilim, qızım əyil, bir bax gör! 

Qız əyilib baxanda qarı itələr bu qızı basar küpün içinə, ağ-

zını bağlar, özü də oturar üstündə. Qalxar göyə, aparar padşaha.  

Axşam oğlan gələr,  yetişər,  görər bu gün tülkü  başın tutub 

yatıbdı. Girər görər ki, nə qarı var, nə qız. Öz-özünə deyər: 

Ona görə bu tülkü mənə əgri-əgri baxırdı, ha! Köpəgin qızı, 

qarı!... 

Yenə bir-iki gün keçər. Tülkü görər ki, ağaları çox bikefdi. 

Yenə gedər daşı dığırlada-dığırlada gətirər, qoyar altına, deyər: 

– Qurd qardaş, it qardaş, qaraquş qardaş, bilirsiz, nə var? 

Deyərlər: 

– Yox! 


Deyər: 

– Allaha xoş getməz ki, ağa gəlib bu cür bikef otursun. 

Deyərlər: 

– Nə eliyək? 



 

86 


Deyər: 

– Gedək qızı gətirək. 

Yenə gedər. Tülkünün quyruğuna  bir zınqrovdan-mınqrov-

dan  bağlarlar,  durarlar,  gedərlər.  Yenə  itlə  qurd  kəsər  qapını, 

qaraquş göydə dolanar.  Tülkü keçər,  gedər içəri.  Bu qızın kəni-

zini dəgişmişdilər.  Ayrı kəniz qoymuşdular  yanına.  Kəniz çıxar 

həyətə, görər tülkü həyətdə oynayır. Deyər: 

– Xanım, bir dana əntiqə şey gəlib, elə qəşəng oynur ki!... 

Qız baxar,  görər ki,  tülküdür.  Gedər qiymətdə ağır, vəzndə 

yüngül bir şey- mey götürər, çıxar həyətə. Çıxcaq qaraquş bunu 

qamarlayıb  götürər,  gedər.  Tülkü  tez  su  gilifindən  çıxar  qaçar. 

Gətirərlər qızı, qoyarlar köhülə. 

Axşam olar, ağanın gəlmək vaxtı çatar. Tülkü deyər: 

– Qurd qardaş, it qardaş, qaraquş, gedək ağanı gətirək! 

Ağa  görər  ki,  bəli,  bu  gün  yenə  tülkünün  kefi  sazdı,  hamı 

gəlib pişvaza. Gələr görər ki, qız köhüldədi, qızdan soruşar. Qız 

deyər: 

– Bu küpəgirən qarı məni apardı. 



Beş-on  gün  keçər.  Padşah  qoşun  çəkər  bu  oğlanın  üstünə. 

Qız çıxar köhülün üstündən baxar görər ki, qoşun düşüb oğlanın 

yolu  üstə.  Tülkü  görər  ki,  bu  qız  bikef  oldu.  Durar  baxar  görər 

ki,  bəli,  qoşun  düşübdü  ağanın  yolu  üstə.  Daşı  dığırlada-

dığırlada gətirər qoyar altına, deyər: 

– Qurd qardaş, it qardaş, qaraquş qardaş, durun gedək ağanı 

gətirək!  

Bunlar durarlar gedərlər. O qədər gedərlər ki, oğlanı görər-

lər. Oğlan görər ki, onlar bugün çox uzaqdan gəliblər. Deyər:  

– Görərsən, bu gün nə var ki, bunlar buracan gəliblər? 

Tülkü düşər qabağa, ayrı yoldan gətirər oğlanı. Oğlan gələr 

görər ki, qız bikefdi. Soruşar: 

– Nə olub? 

Qız deyər: 

– Bə, dədəm qoşun çəkib, bə sən necə gəldin? 

Oğlan deyər: 



 

87 


– Məni tülkü ayrı yoldan gətirib.  

Deyər:  


–  Da,  bizimki  buracandı,  gecəni

a

 



 

88 


saz  çalır,  bir  tərəfindən  işıq  gəlir.  Qaravəl  Qara  Məmməd  əl 

elədi tüfəngə, düzəltdi, şaqqıldadıb,  bir güllə canavara vurdu. O 

dəqiqə  canavar  düşdü  Qaravəl  Qara  Məmmədin  qabağına. 

Qaravəl Məmməd öz-özünə dedi: 

–  Hələlik  bu  da  bəsdi.  Aparaq  qoyaq  evimizə,  işığında 

oturaq, sazı əlindən alaq. 

Qapıya yetişib döydü. Qarı səsləndi: 

– Adam, nə adamsan? 

Dedi: 

– Mənəm, aç, nənə. 



Qarı acıqlanıb dedi: 

–  Get,  köpək  oğlu!...  Nə  tez  qayıtdın?  Get,  özünə  güzəran 

qazan. Qapını açmaram. 

Qaravəl Qara Məmməd dedi: 

– Aç, nənə,  bir şikar eləmişəm ki,  bir yanında saz çalır,  bir 

yanından işıq gəlir. Daha çıraq yandırmayacaqsan. 

Qarı  qapını  açdı.  Qaravəl  Qara  Məmməd  canavarı  sürüdü 

içəri.  Otağın  bir  guşəsində  yer  elədilər.  Qaravəl  Qara  Məmməd 

dizin dizinin üstünə aşırıb istədi dincini alsın. O saat gördü qapı 

döyüldü. Demə, bəs bir qarı Qaravəl Qara Məmmədi görüb pad-

şaha xəbər aparıb ki, ey padşah, taxtın tabut olsun, ürəyin qanla 

dolsun,  nə  oturmusan.  Qaravəl  Qara  Məmməd  elə  bir  canavar 

şikar  edib  ki,  bir  yanında  saz  çalır,  bir  yanından  işıq  gəlir.  Elə 

bir canavardı ki, sən kimi şaha layiqdi, nəinki o cür hisli dama. 

Şah  da  adam  göndərdi  ki,  Qaravəl  Qara  Məmmədi  gətir-

sinlər.  Qaravəl  Qara  Məmməd  yola  düşdü,  gedib  şahın  evinə 

çatdı. Şah dedi: 

 – Şikarında gətirdiyin  canavar  bizim kimi  şaha  layiqdi,  nə 

ki qoyula o cür hisli dama. Get, onu gətir mənə! 

Qaravəl Qara Məmməd əlini gözü üstə qoyub dedi: 

– Həlbət ki, Sizə layiqdi, indicə gedib gətirrəm. 

Qaravəl  Qara  Məmməd  o  saat  gedib  canavarı  gətirdi.  Şah 

fikirləşdi  ona  layiq  ənam  nə  ola  bilər.  Heç  zad  tapa  bilməyib 

vəzirə dedi: 



 

89 


– Vəzir, ona layiq bir ənam hazırla. 

Vəzir dedi: 

–  Qibleyi-aləm  sağ  olsun,  bu  gün  heç,  sabah  gəlsin  ona 

ənam verim. 

Vəzir  getdi  evə.  Başında  bir  baba  taskülahi  var  idi.  Qoydu 

qabağına, dedi: 

–  Ey  baba  taskülah,  başına  dolanım,  bu  nə  iş  idi  mən 

düşdüm?  Bu  küçük  oğlu  keçəl  hardan  tapıldı?  Axı,  mən  necə 

vəzirlikdən  əl  çəkim.  Verim  bir  adama  oxşamaz  keçələ?  Mənə 

bir tədbir tök işim düzəlsin. 

Onda gördü baba taskülahdan bir səs gəldi: 

–  Ey  vəziri-külli-əzəm,  heç  özünə  toz  qondurma.  Bu  iş  su 

içimdi.  Sabah keçələ deyərsən,  gedər qırx  madyan südü gətirər. 

Daha onunki ona dəyər. 

Vəzir  baba  taskülahı  götürüb  iki  əlli  qoydu  iki  qaşının 

üstünə.  Səhər  tezdən  gün  çıxar-çıxmaz,  şah  geyinməmiş  qondu 

onun qapısına. Padşah dedi: 

– Nə var? 

– Şaha, bu gecə bir yuxu görmüşəm, gəldim onu deyim. 

– Nə yuxu?  

– Bəs eşit ki, gecə yuxuda gördüm Qaravəl Qara Məmməd 

gedib, qırx madyan südü gətirib. Şah, onu göndər getsin gətirsin. 

Padşah gülüb dedi: 

– Vəzir, bu nə sözdü? Mənim qoşunum qırılıb, qırx madyan 

südü gətirə bilməmişəm, o, necə gətirəcək. 

Vəzir dedi: 

–  O,  əvvəl  şikarında  bir  elə  heyvan  şikar  elədi  ki,  bir 

yanında saz çalar, bir yanından işıq gələr, elə onu da gətirər. 

Padşah dedi: 

– Vəzir, mən ölüm? 

Dedi: 

– Sən öləsən! 



Əmr oldu, Qaravəl Qara Məmməd hazır oldu. 

Şah dedi: 



 

90 


–  Gedərsən,  qırx  madyan  südü  gətirərsən,  onda  ənam 

verəcəm. 

Qaravəl Qara Məmməd öz qəlbində dedi: 

–  Qadam  sənə  də,  vəzirliyinə  də!  Evin  xarab  olsun,  məni 

hara göndərirsən?  

Amma üzə salmayıb dedi: 

– Gətirərəm. 

Keçəl Qaravəl Qara Məmməd gəldi evə, dedi: 

– Nənə, dur, çörək bağla görək. 

Dedi: 


– Hara? 

Dedi: 


– Şah göndərir gedim qırx madyan südü gətirim. 

Qarı dedi: 

– Oğul getmə. Vəzir istəyir səni ölümə verə. Onu helə- helə 

adamlar gətirə bilməyib, sən necə gətirəcəksən? 

Keçəl dedi: 

– Ölsəm də, qalsam da, gərək gedəm gətirəm. 

Qarı dedi: 

–  İndi  ki,  elə  oldu,  get  padşaha  deginən  qırx  tuluq  şərab, 

qırx yük pambıq versin, gəl, mən deyim necə get. 

Qaravəl  Qara  Məmməd  üz  qoydu  padşahın  evinə  tərəf. 

Şeyləri alıb qayıtdı. 

Qarı dedi: 

– Oğul, bunları götürüb gedərsən. Çox gedəndən sonra yeti-

şərsən bir dəryanın qırağına,  orada pambıqdan  bir hovuz düzəl-

dərsən. Şərabı tökərsən onun içinə. Özün də yüz qədəmlikdə bir 

çuxur qazıb gizlənərsən.  Az keçər,  çox keçər, onda görərsən ki, 

hava  qaranlıqlaşdı,  göy  şaqqıldadı,  dərya  təlatümə  gəldi,  su 

aralandı,  dəryadan  hezar  bir  bala  dağ  təkin  heyvan  çıxdı. 

Dalında  otuz  doqquz  balası.  Onlar  üz  qoydular  çimənə  sarı. 

Orada çox otlayıb qayıdarlar dərya qırağına, su içməyə. Amandı, 

oğul, onda özünü görsətmə. Qırx madyan hovuza yetişər. Şərabı 

iyləyib  gedər.  Yenə  də  az-çox  otlayıb,  gələrlər  su  içməyə.  Bu 



 

91 


dəfə  də  içməzlər.  Üçüncü  dəfə  də.  Day  susuzluqdan  amanları 

kəsilmiş,  başların  soxarlar  şərabın  içinə  doyunca  içərlər.  Onda 

sən  quş  kimi  qalxıb  minərsən  qabaqdakı  madyanın  üstünə.  Bir 

yumruq qaşqasından  vurarsan,  özü üz qoyar bu  yana sarı. Daha 

balalarıynan işin olmaz. Onlar özləri dalınca gələcəklər.  

Keçəl  Qaravəl  Qara  Məmməd  belinə  çörək  bağlayıb  çəkdi 

çustun  dabanın,  qırdı  yerin  damarın,  dərələrdən  yel  kimi, 

təpələrdən  sel  kimi,  badi-  sərsər  kimi,  baş  yastığa,  göz  yuxuya 

verməyib,  gəldi  çatdı  dərya  qırağına.  Bir  yekə  hovuz  tikdi,  özü 

də  bir  kənar  guşədə  gizləndi.  Az  keçdi,  çox  keçdi,  onda  gördü 

hava  qaranlıqlaşdı,  göy  şaqqıldadı,  dərya  təlatümə  gəldi,  su 

aralandı, dəryadan bir bala dağ təkin heyvan çıxdı. Dalında otuz 

doqquz  balası  üz  qoydular  çimənə  sarı.  Otladılar,  susuzdadılar, 

gəldilər  su  içməyə.  Hovuzu  iylədilər,  içməyib  tazadan  üz 

qoydular  çəmənə.  Üçüncü  dəfə  daha  amanları  kəsildi  başların 

soxdular  hovuza.  İçdilər,  içdilər,  kefləndilər.  Qaravəl  Qara 

Məmməd aman verməyib quş kimi daşlandı, oturdu qabağındakı 

madyanın  belində,  bir  yumruq  qaşqasından  yendirib,  budu  ha 

qoyma,  otuz doqquz madyan da dalısınca üz qoydu şəhərə sarı. 

Qırx madyanı evinə yetirib südündən sağdı, padşaha göndərdi. 

Bu tərəfdən eşit ki, bir qarı var idi, padşaha xəbər apardı ki, 

taxtın tabut olsun,  ürəyin qanla dolsun! Nə oturmusan ki,  keçəl 

qırx madyanın özün gətirib, ötürüb evinə. 

Şah  adam  göndərdi  Qaravəl  Qara  Məmmədi  hazır  elədilər. 

Əmr etdi ki, qırx madyanı gətirib ötürsün padşahın tövləsinə. Elə 

ki,  keçəl də qırx madyanı gətirib ötürdü padşahın tövləsinə,  pad-

şah vəzirə bildirdi ki, vəzirliyi versin Qaravəl Qara Məmmədə. 

Vəzir dedi: 

–  Şah,  mənim  sözüm  yoxdu,  getsin  sabah  gəlsin  vəzirliyi 

ona verim. 

Vəzir yenə də baba taskülahı qoydu qabağına, dedi: 

 – Bu küçük oğlu keçəl Qaravəl Qara Məmməd istəyir mə-

nim vəzirliyimi əlimdən alsın. Dünən bir, bu gün iki, o keçəlliyi-

nən istəyir



 

92 


Onda gördü taskülahdan bir səs gəldi ki,  qorxma,  ey vəzir. 

Bu  iş  su  içimdi.  Sabah  şaha  deyərsən  Qaravəl  Qara  Məmmədi 

göndərsin, getsin o əjdahanı ki, çoxdandı şaha qənim olub, çoxlu 

qoşunun öldürüb onu gətirsin. 

Vəzir  taskülahı  öpüb  qoydu  iki  qaşının  arasına.  Sabah  gün 

çıxar- çıxmaz, şah tumanın geyməmiş aldı qapısını. 

Padşah dedi: 

– Vəzir, xeyir ola, nə xəbər var? 

Dedi: 

– Şah, yuxu görmüşəm. 



Nə yuxu? 

– Dünən yuxuda gördüm ki, keçəl Məmməd gedib əjdahanı 

gətirib. Çağır getsin gətirsin. 

Padşah dedi: 

–  Vəzir,  bu  nə  sözdü?  Mənim  qoşunum  qırılıb,  əjdahanı 

gətirə bilməyib, indi o, necə gətirəcək? 

Vəzir dedi: 

–  Şah,  sən  bilmirsən,  bir  adam  ki,  əvvəl  şikarında  elə  bir 

heyvan  şikar  elədi  ki,  bir  yanında  saz  çalındı,  bir  yanından  işıq 

gəldi,  qırx  madyanı  otuz  doqquz  balasınan  tutub  gətirdi,  elə 

əjdahanı da gətirə bilər. 

Padşah dedi: 

– Mən ölüm? 

Vəzir dedi: 

– Sən öləsən! 

Qaravəl Qara Məmmədi çağırdılar. Padşah dedi: 

–  Qaravəl  Qara  Məmməd,  bir  sözüm  var.  Onu  da  yerinə 

yetirsən, daha vəzirlik səninkidi. Gedirsən filan yerdəki əjdahanı 

öldürürsən öldür, öldürmürsən, diri tut gətir mənim yanıma. 

Qaravəl Qara Məmməd öz- özünə dedi: 

Qadam olsun sənə də, vəzirliyinə də. Evin xərab olsun, və-

zir. Daha iş qaldı mənim başıma gətirməyəsən? 

Gəldi evə, nənəsinə dedi: 

– Çörək bağla görək, yenə iş çıxdı. 



 

93 


Qarı dedi: 

– Oğul, bu yol hara gedirsən? 

Dedi: 

– Şah göndərir ki, gedim əjdahanı gətirim. 



Qarı dedi: 

–  Oğul,  gəl  bu  daşı  ətəyindən  tök?  Onu  gətirmək  hər 

adamın işi deyil. Vəzir istəyir səni ölümə göndərə. 

Qara Məmməd dedi: 

–  Ölsəm  də  gedəcəyəm,  qalsam  da!  Nənə,  bir  yol  bilirsən 

öyrət. 


Qarı dedi: 

– İndi ki  belə oldu,  bil ki,  əjdaha dərin  bir dərənin təkində 

yatıb. Altmış arşın uzunluğudu. Sən çox gedəndən sonra bir uca 

dağa  yetişəcəksən.  Qalxarsan  dağa,  görərsən.  Hər  nə  quş  gəlir, 

heyvan gəlir, daş gəlir, çör-çöp gəlir, hamısı dolur dərənin təki-

nə.  Amandı,  oğul,  onda  dərəyə  düşməzsən.  Gözləyərsən  ki,  hər 

zad öz yerində qala. Onda ki, gördün quş göydən uça-uça gedir, 

daşlar daha dərəyə tökülmür, demək, əjdaha yuxulayıb. Tez yü-

yürərsən dərəyə, əjdahanı görərsən ki,  yatıb qaşqasından vurub, 

əjdahanı  öldürüb,  götürüb  gələrsən.  Amandı,  oğul,  qabaqca 

dərəyə  girmə  ki,  sən  də  quşlar,  daşlar  kimi  gurup-guruppaz  ge-

dərsən əjdahanın kamına. 

Qaravəl Qara Məmməd əlin qoydu gözünün üstünə.  Belinə 

çörək  bağladı,  çəkdi  çüstün  dabanın,  qırdı  yerin  amanın,  dərə-

lərdən yel kimi, təpələrdən sel kimi, badeyi-sərsər kimi, baş yas-

tığa,  göz yuxuya verməyib,  gəldi çatdı bir uca dağ ətəyinə.  Da-

yanmayıb,  dırmaşdı  dağın  kəlləsinə.  Nə  gördü?  Gördü...  Paho! 

Qəribə aləmdi: hər nə göydən keçər, hər nə daş var, çör- çöp var, 

hamısı ayaq tutub, baş tutub tökülür dərənin təkinə. Bildi əjdaha 

oyaqdı.  Vaxt  o  vaxt  oldu  ki,  hər  zad  öz  yerin  tutdu.  Bu  yol  üz 

tutdu  dərəyə,  yetişdi  əjdahanın  bərabərinə.  Gördü  əjdaha  nə 

əjdaha,  elə  bil  dağ  idi,  böyrü  üstə  durub.  Qaşqasın  nişanə  alıb 

vurdu.  Birin də,  ikisin də.  Əjdaha  nərə çəkdi,  buradan ora kimi 

süründü,  düşdü  qaldı.  Keçəl  yeridi  qabağa.  İndi  də  bilmirəm, 



 

94 


onu nə cür şaha gətirdi, özü bilər. Ancaq gətirdi,  saldı padşahın 

qapısına, dedi: 

– Götür, düşmənin belə olsun. 

Vəzirin əli girdi ürəyinə. 

 Padşah dedi: 

–  Vəzir,  da  bu  dəfə  bunu  əliboş  göndərmək  olmaz.  Gərək 

vəzirliyini ona verəsən. 

Vəzir dedi: 

–  Qibleyi-aləm  sağ  olsun,  mənim  sözüm  yoxdu.  Getsin 

sabah gəlsin verim. 

Yenə gecə vəzir taskülahı qoydu qabağına, dedi: 

–  Ey  mənim  taskülahım,  küçük  oğlu  keçəlin  gözü  mənim 

vəzirliyimdədi.  Dünən  bir,  bu  gün  iki,  istəyir  vəzir  ola.  Heç 

demir  ki,  mən  keçəl  babaya  vəzirlik  nə  yaraşar?  Ey  mənim 

taskülahım, tədbir tök, məni qurtar. 

Onda gördü taskülahdan bir səs gəldi: 

– Ey  vəziri- gülli- əzəm,  heç qorxma.  Bu  iş  mənim əlimdə 

su  içimdi.  Sabah  şaha  deyərsən  ki,  keçəli  göndərsin  Firəng 

şahının qızını gətirməyə. 

Vəzir  sevindi.  Taskülahı  öpüb  qoydu  iki  qaşının  arasına. 

Sabah səhərçağı xoruz banından ulduzlar gedəndən sonra qondu 

padşahın qapısına: 

– Şah, yuxu görmüşəm. 

– Nə yuxu? 

–  Şah,  gecə  yuxuda  gördüm  ki,  keçəl  gedib,  Firəng  padşa-

hının qızını gətirib. Göndər gedib gətirsin. Bu fürsət ələ düşməz. 

Padşah güldü, dedi: 

– Vəzir, nə deyirsən? Mənim qoşunum onu gətirə bilməyib, 

Qaravəl  Qara  Məmməd,  bir  keçəlin  birisi  necə  getsin  gətirsin? 

İnsaf da yaxşı şeydi! 

Vəzir dedi: 

–  Şah,  elə  xəyal  eləmə.  Bir  adam  ki,  əvvəl  şikarında  elə  bir 

heyvan  şikar  elədi  ki,  bir  yanında  saz  çalındı,  bir  yanından  işıq 

gəldi, qırx madyanı, əjdahanı gətirə bildi, elə bunu da eyləyə bilər. 



 

95 


Padşah dedi: 

– Vəzir, mən ölüm? 

Dedi: 

– Sən öləsən! 



Qaravəl  Qara  Məmməd  təzəcə  yuxudan  ayılmışdı  ki,  qapı 

döyüldü.  

Qarı dedi: 

– Oğul, dur, gör bu yol nə aş bişiriblər? 

Uzun  sözün  qısası  keçəl  gedib,  qapıdan  vəziyyəti  öyrənib 

dedi: 


– Nənə dur çörək bağla,  yenə gedər oldum. Şah əmr eləyib 

gedəm Firəng padşahının qızın gətirəm. 

Qarı dedi: 

–  Oğul,  getmə,  vəzir  səni  ölümə  göndərir,  o  qızı  hələm- 

hələm igidlər gətirə bilməyib. 

Qaravəl Qara Məmməd dedi: 

– Ölsəm də gedəcəyəm, qalsam da. Yol bilirsən öyrət. 

Qarı dedi: 

–  Bala  mən  bir  yol  bilmirəm,  özün  get,  səni  Allaha 

tapşırdım. 

Qaravəl  Qara Məmməd  belinə çörək bağlayıb çəkdi çustun 

dabanın, qırdı yerin damarın, dərələrdən yel kimi, təpələrdən sel 

kimi,  badeyi-sərsər  kimi  baş  yastığa,  göz  yuxuya  verməyib,  az 

getdi,  çox  getdi,  iynə  yarım  yol  getdi,  yetişdi  dərya  qırağına, 

gördü  bir  adama  oxşamaz,  adam  kimi  başın  salıb  dəryaya 

qurtum-qurtum  su  içir,  hər  qurtumunda  dəryanın  suyu  qarış 

yarım aşağı düşür. Qaravəl Qara Məmməd mat qaldı. Dedi: 

– Küçük oğlu, bu haranın su içməgidi? 

Div başını qavzadı, dedi: 

–  Küçük  də  oğlu,  it  də  oğlu,  bunu  mənə  çox  görmə.  Onu 

ona  çox  gör  ki,  Qaravəl  Qara  Məmməd  əvvəl  şikarında  bir 

heyvan  şikar eyləyib ki,  bir  yanında saz çalır,  bir  yanından  işıq 

gəlir. Mən onu görsəm, beləsinə qul olaram. 

Keçəl Qaravəl Qara Məmməd sevincək gülüb, dedi: 



 

96 


– Gədə, elə mənəm da! 

Dedi: 


– Sən Allah?! 

Dedi: 


– Vallah! 

Qaravəl Qara Məmməd dəryanın suyun qurudanı özünə qul 

etdi,  yola  düşdülər.  Az  getdilər,  çox  getdilər,  iynə  yarım  yol 

getdilər.  Bir  adama  oxşamazın  birinə  yetişdilər,  gördülər  neçə 

dəyirman daşı hər biri bir dağ kimi boynunda dolandırır,  hər nə 

qabağına gəldi vurur, dağıdır. Keçəl dedi: 

– Küçük oğluna bax, dəli olub. 

Dəyirman daşını fırlandıran durub dedi: 

–  Küçük  də  oğlu,  it  də  oğlu,  bunu  mənə  çox  görmə.  Onu 

ona  çox  gör  ki,  Qaravəl  Qara  Məmməd  əvvəl  şikarında  elə  bir 

heyvan  şikar  eləyib  ki,  bir  yanında  saz  çalır,  bir  yanından  işıq 

gəlir. Mən onu görsəm, beləsinə qul olaram. 

Dəryanın suyun qurudan dedi: 

– Gedə, elə bu özüdü da! 

Dedi: 

– Sən Allah?! 



Dedi: 

– Vallah! 

Qaravəl  Qara  Məmməd  onu  da  özünə  qul  eləyib  yola 

düşdülər.  Az  getdilər,  çox  getdilər,  iynə  yarım  yol  getdilər,  bir 

sapand  atana  yetişdilər.  Yekə-  yekə  daşları  qoyurdu  sapandla 

tulazlayırdı oyan- buyana. 

Qaravəl Qara Məmməd dedi:  

– Küçük oğlu, bir sapandını saxla görüm, nəçisən! O nə cür 

sapand atmaqdı? 

Sapand atan dayandı, dedi: 

– Küçük də oğlu, it də oğlu, bunu da mənə çox görmə. Onu 

ona  çox  gör  ki,  Qaravəl  Qara  Məmməd  əvvəl  şikarında  elə  bir 

heyvan  şikar  eləyib  ki,  bir  yanında  saz  çalar,  bir  yanından  işıq 

gələr. Mən onu görsəm, beləsinə qul olacağam. 



 

97 


Dedi: 

– Gədə, elə bu özüməm də! 

Dedi: 

– Sən Allah?! 



Dedi: 

– Vallah! 

Keçəl  Qaravəl  Qara  Məmməd  onu  da  özünə  qul  edib,  baş 

aldılar  getməyə.  Neçə  mənzil  gedəndən  sonra  yetişdilər  bir 

adama oxşamazın birinə. Gördülər bir qulağın altına, bir qulağın 

üstünə salıb yatıb. 

Keçəl dedi: 

– Küçük oğlu, bu haranın qulağıdı, salmısan alt- üstünə? 

Qulağı uzun ayılıb dedi: 

–  Küçük  də oğlu,  it  də oğlu,  bunu  mənə  çox  görmə  ki,  bir 

qulağım altımdadı, bir qulağım üstümdə. Özüm də ağacdan dörd 

ağaca  hər  nə  danışsalar,  eşidirəm.  Onu  ona  çox  gör  ki,  Qaravəl 

Qara Məmməd əvvəl şikarında elə bir heyvan şikar eləyib ki, bir 

yanında  saz  çalır,  bir  yanından  işıq  gəlir.  Mən  onu  görsəm, 

beləsinə qul olacağam. 

Dedi: 


– Gədə, elə bu mənəm də! 

Dedi: 


– Sən Allah?! 

Dedi: 


– Vallah!  

Qaravəl Qara Məmməd onu da özünə qul eləyib üz qoydu-

lar  getməyə.  Az-çox  gedəndən  sonra  yetişdilər  Firəng  padşahı-

nın  məmləkətinə.  Darvazalar  bağlanmışdı,  neçə  qarovul  oyan-

buyanda  durmuşdular.  Firəng  şahı  oturmuşdu  qəsrdə,  bir  anda 

gördü,  oho,  qoşunları  gəlir.  O  dəqiqə  xəbər  yetişdi  ki,  taxtın 

çevrilsin,  ürəyin  qanla  dolsun,  nə  oturmusan.  Dörd  adama  bən-

zəməz, dilbilməz kəsib darvazanın qabağını deyir: 

– Şahın qızını aparacağıq. 

Şah dedi: 



 

98 


– Gedin gətirin. 

Dəyirman  daşını  dığırladan  düşdü  qabağa,  üz  qoydular 

şahın qəsrinə. Şah dedi: 

– Gedin sabah gəlin, danışaq. 

Bu tərəfdən də vəziri çağırıb dedi: 

– Bunlarla başarmaq olmaz. Ver car çəksinlər ki, məmə ye-

yəndən  pəpə  yeyənəcən  mənə  qonaqdılar.  Özün  də  aşpazbaşıya 

de  ki,  qırx  qazan  plov  bişirsin,  qırxıncısına  zəhər  qatsın,  verək 

bunlara, yesinlər, ölsünlər. 

Bu tərəfdən Qaravəl Qara Məmmədgil oturmuşdular, birdən 

qulağı uzun qəhqəhə çəkib güldü. Dedilər: 

– Gədə, nə var? Dəli oldun? 

Dedi: 

– Yox, şahla vəzir bizə aş bişirirlər. 



Dedilər: 

– Nə aşı? 

Dedi: 

– İstəyirlər bizə zəhər verib öldürsünlər. 



Dəryanın suyun qurudan dedi: 

– Görərik. 

Sabah  oldu.  Məmə  yeyəndən  pəpə  yeyənəcən  doldular  şa-

hın  qəsrinə.  Qaravəl  Qara  Məmməd  qullarınan  gəldi  əyləşdi. 

Qaravəl Qara Məmməd dedi: 

– Padşah,  icazə  ver,  mənim aşpazbaşım  da  getsin  aşpazxa-

naya baş çəksin. 

Padşah dedi: 

– Eybi yoxdu, getsin. 

Keçəl  dəryanın  suyun  qurudanı  göndərdi.  Aşpazbaşı  qırx 

qazan  düyünü  dəmləyib,  qırxıncısını  zəhərləyib,  əl  beldə,  dəs-

mal çiyində dayanmışdı. Dəryanın suyun qurudan dedi: 

–  Aşpazbaşı,  mən  də  Qaravəl  Qara  Məmmədin  aşpazbaşı-

yam, icazə versən qazanlara baş çəkərəm. 



 

99 


Sonra  keçdi  əvvəlinci  qazanın  başına.  Ağzını  açıb  aşpaz-

başıya əl elədi, qazanı siyirib qoydu ağzına, uddu. Di, o birisi, di 

bu birisi, qırx qazanın düyüsünü yedi. Aşpazbaşı dedi: 

– Düyülər necə bişib? 

Dəryanın suyunu qurudan dedi: 

– Çox gözəl! 

Sonra  keçdi  oturdu  yerində.  Padşah  dedi  plovu  gətirsinlər. 

Aşpazbaşı yeridi qabağa. Qazanın ağzını götürdü. Gördü dərman 

üçün bir dənə düyü qalmayıb. O qazan, bu qazan, qırx qazandan 

heç  nə  tapa  bilmədi.  Əli  girdi  ürəyinə  .  Padşah  xəbər  göndərdi. 

Bildi  ki,  bu  iş  keçəlgilin  işidir.  Hirsindən  dil-  dodağın  gəmirdi. 

Hərəni  bir  dillə  yola  saldılar  ki,  bu  günkü  qonaqlıq  qaldı 

sonraya. Qaravəl Qara Məmməd də qullarını götürüb getdi. 

Padşah dedi: 

– Vəzir, qaldıq bu dələduzların əlində. Tədbir tök. 

Vəzir dedi: 

–  Şah,  de  polad  hamamı  qızdırsınlar.  Onları  dolduraq  ora, 

qapıları bağlayıb, bacadan o qədər su tökək ki, boğulsunlar. 

Padşah dedi: 

– Vəzir, yaxşı fikir eləmisən. 

Keçəl  qullarla  əyləşmişdi.  Birdən  qulağı  uzun  qəhqəhə 

çəkib güldü. Dedilər: 

– Gədə, nə var? Dəli olmusan? 

Dedi: 


– Yox dəli olmamışam, vəzir bizə aş bişirir. 

– Nə aşı? 

–  Bizi  salacaqlar  polad  hamama,  su  töksünlər  boğulaq. 

Dəyirman daşı dığırladanla dəyirman suyu qurudan dedi: 

– Görərik! 

Sonra dəyirman daşı dığırladan dedi: 

– Mən daşlarımı da aparacağam! 

Sabah padşah adam göndərdi, beşini də dəvət elədilər polad 

hamama. Qapıları bağladılar. Hamamın üst bacasını açdılar. Şar-

şor su tökdülər. Dəyirmanın suyunu qurudan necə ki, ağzın açdı 



 

100 


bacanın  altına  qoymadı  bir  damcı  su  dama.  Çox  vaxtdan  sonra 

üzün tutdu dəyirman daşı dığırladana, dedi: 

– Çatdadım axı! O daşları hansı günə saxlamısan? 

Bu  söz  ağzından  çıxan  kimi  başladı  dəyirman  daşı 

oynatmağa.  Hamamın  polad  daşları  çat  bağladı,  baca  açıldı. 

Dəyirmanın  suyunu  qurudan  necə  ki,  ağzını  dayadı  puf  elədi, 

Firəng  padşahının  məmləkətinin  yarısını  sel  götürdü.  Xəbər 

getdi  Firəng  padşahına  ki,  taxtın  tabut  olsun,  ürəyin  qanla 

dolsun,  nə  oturmusan  ki,  məmləkətinin  yarısını  sel  götürübdü. 

Bir  dənə  qızından  ötrü  niyə  öz  xalqını  ölümə  verirsən  ?  Qızını 

ver, götürsünlər getsinlər, yaxamız qurtarsın.  

Firəng padşahı axırda çarəsiz qalıb Qaravəl Qara Məmmədi 

çağırıb dedi: 

– Bu qız, bu da siz, götürün gedin. 

Qaravəl  Qara  Məmməd  qızı  kəcavəyə  mindirib,  dörd  qul 

yanında  yola  düşdü.  Mənzil  teyyi-mənazil  gəldilər  öz  şəhərlə-

rinə.  Adam  göndərib  şaha  xəbər  verdi  ki,  Firəng  padşahının 

qızını gətirdim, qabağa çıx. 

Padşah əmr elədi, qoşun atlandı, çalhalnan qabağa çıxdılar. 

Qaravəl Qara Məmməd şəhərə varid oldu. Qızı bir baş apardı öz 

evinə,  padşahı  saymadı.  Xəbər  çatdı  padşaha  ki,  evin  yıxılsın, 

anan  mələr  qalsın  nə  oturmusan  ki,  keçəl  Firəng  qızını  özünə 

çıxdı. Padşah adam göndərdi ki, Qaravəl Qara Məmməd tez qızı 

gətir  mənə.  Elə  bir  qız  mənim  kimi  şahlar

z


 

101 


Vəzir dedi: 

–  Tədbir  yoxdu.  O  küçük  oğlu  keçəl  hər  nə  istəsə  elər, 

yaxşısı budu başımızı götürüb, qaçaq gedək bir ayrı yerə. 

Durdular  təl-tələsik  yır-yığış  eləyib  şəhərdən  çıxdılar.  Keçəl 

də  taxta  əyləşib,  nənəsini  də  özünə  vəzir  elədi.  Sonra  yeddi  gün, 

yeddi gecə toy tutub şadmanlıq elədi. Firəng padşahının qızını aldı. 

 

 


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin