– Dolu bağlamaq – yağış azlığından əlavə dolu yağması da
bir böyük bəladır. Məhsulun yetişən çağı, bir də gördün ki, dolu
tökülüb ağacları, bitkiləri qırıb yerə tökür. Odu ki, dolunu
qabaqcadan bağlamaq lazım görülür. Dolunu bağlamaq üçün
“dua” yazılır. Duanı çölməklər içinə qoyub, kəndin ətrafında
yerə quyulayırlar. Bu işə məmur olanlar da işləri bitməyincə
kimsə ilə danışmamalıdır. Dolunu bağlayanda o qədər möhkəm
bağlayırlar ki, hətta bir damcı yağış da buludlardan aşağı
düşməyə imkan tapmır. Bu mərasimlərdə bəzən məzəli, şirin
hadisələr də baş verir ki, illərlə dillərdə nəql olunur. El ocağının
adətlərindən biri də budu ki, arvadlar səhəng və çaydan, ya ayrı
əllərinə keçən qabları su ilə doldurub bir seyidin başına tökürlər.
Yaxud onu tutub suya basırlar. Beləliklə, yağış yağmalı olur.
MƏZƏLİ SÖZLƏR
Bəzi sözlər zahirdə mənasız, namərbut nəzərə gəlir, lakin
məclisi şirinlətmək üçün ağıza gətirilir. Məsələn bir qonaqlıqda,
çaydan doymaq bilməyən bir kəs belə deyir:
– Çayın ikisi qaydadı, üçü cana faydadı, keçdi beşə, vur on
beşə. On beşi keçdi, say nədi? Bir başdan tök iç da....
Onun müqabilində çox çay içən barədə deyirlər: Nə
xəbərdi? Qarnınızda paltar yumursunuz ki...
Saqqalım çıxınca canım çıxaydı. Bəzi adamlar şuluqbaz
olurlar, hər sözün qabağında bir başı yuxarı cavab verirlər.
320
Məsələn, deyəndə ki, filan işin, ya sözün əsli var? Deyər: – Əsli
olmasaydı, Kərəm dağda-daşda nə qayırardı?!
Ya qapı döyüldükdə, biri soruşanda ki, nə barədə danışırsız,
deyər:
– Heç zad baba.. Kənddən gələn var idi. Qatığın arşınını
soruşurdu. Parçanın batmanını.
Biri sözü çətin başa düşəndə deyərlər: – Gəl, bu yol
yumurtanı düyünlə, buna söz başa sal.
Biri bir işdə şikəst tapanda, xüsusən uşaqlar bir işi görə
bilməyib bir yerləri inciyəndə lağ ilə deyərlər: – Sən ki üzmək
bacarmırsan, ağac başında nə qayırırsan.
Biri Tehrana gedib qayıtdıqda, dedilər farsca öyrənmisən?
Dedi:
– Hə.
Dedilər, qarışqaya farsca nə deyirlər?
Dedi:
– Çox kiçik şeyləri öyrənməmişəm.
Dedilər:
– Dəvəyə nə deyirlər?
Dedi:
– Çox yekə şeyləri də öyrənməmişəm.
Biri də Tehrana gedib qayıtdıqda, soruşdular ki: ─ Farsca
öküzə nə deyirlər?
Dedi: – Qav.
Dedilər, buzova nə deyirlər? Demə buzovun farscasını
bilmirmiş. Deyir ki, buzova heç zad deməzlər, səbr elərlər,
yekələndən sonra deyərlər “Qav”, yəni öküz.
Biri də Tehrana gedib qayıtdıqda, soruşmuşdular ki: ─
Tehranda nə öyrəndin?
Dedi: – Arpaya “cov” deyirlər, buğdaya “kəndom”, darıya
ad qoyanda, mən gəldim.
Biri çox ac olanda deyir: – Acımdan dişlərim sümüyə dönübdü.
Birinə yalandan can yandıranda deyərlər: – Öləndə canım
çıxaydı.
321
QARAVƏLLİLƏR VƏ LƏTİFƏLƏR
Hədi, Hüdü, bir də mən
Hədi idi, Hüdü idi, mən idim, getdik şikara gördük bir ov.
Dedim, Hədi, tüfəngin var?
– Yox.
– Hüdü tüfəngin var?
– Yox.
– Məndə də biri vardı, lüləsi yox.
– Hədi fişəngin var?
– Yox.
– Hüdü fişəngin var?
– Yox.
Məndə də biri var, barıtı yox.
Bu barıtsız fişəngi, lüləsiz tüfəngi qoyub nişana getdim.
Ovu lap alnının ortasından vurdum.
Hədi bıçağın var?
– Yox.
Hüdü bıçağın var?
– Yox.
Məndə də biri var, tiyəsi yox.
Bu tiyəsiz bıçaqla ovun başını kəsib, dərisini soydum.
Hədi, qazanın var?
– Yox.
– Məndə də biri var, dibi yox.
Gətirib bu dibi yox qazanı gövhan ilə dəlib, ocaq üstə
qoydum bişməyə, ətlər tökülüb suyu qaldı. Oturduq yeməyə.
Amma çox yağlı idi, mənim sağ əlim yağlı oldu, çəkdim sol
başmağımın üzünə, sağ başmağım acıq eləyib getdi. Dağa
çıxdım, görmədim, daşa çıxdım görmədim. Gedib düzdə iynə ilə
bir quyu qazdım. İynəni sancdım quyunun tərkinə, çıxdım iynə-
nin üstünə, gördüm odu ha başmaq tayım Muğanda çəltik əkir.
Getdim Muğana, dedilər səbr elə çəltik yetişsin, biçib,
döyüb, götürüb gedək.
322
Bir gün getdik biçməyə, gördük qabanlar düşüb çəltiyi
yeyirlər. Hirslənib orağı atdım qabana. Orax keçdi qabanın
quyruğunun altına. Qaban qaçdı, oraq biçdi, qaban qaçdı, oraq
biçdi, çəltiklər hamısı biçildi. Yığıb tayaya vurduq.
Bir gün getdik, gördüm ki, bir dəstə at düşüb tayaya
çəltikləri yeyirlər. Bir daş götürüb atdım, dəydi atın nalına.
Naldan bir od atılıb düşdü tayaya. Çəltikləri söküb qırağa
atdım, bir də gördüm çəltiyin içindən bir palan çıxdı. Palanı
sökdüm, gördüm içindən bir quvlan çıxdı. Quvlanı açıb oxudum,
gördüm mənim bu dediklərimin hamısı yalan imiş.
Xeyir söyləməz
Bəzi adamlar hər nə soruşsan, insana pis xəbər verərlər.
Xeyir söz ağızlarından çıxmaz. Bunlara “xeyir söyləməz” adam
deyirlər. Bir gün biri Məşhəddən qayıtmışdı, kənd əhli onun
pişvazına gəlmişdi. Hamı “xoş gəldin” deyir və “Ziyarət qəbul”
deyə, əlini sıxırdılar. Bir zaman gördü bir əhşur (“xeyir söylə-
məz”) şəxslərdən biri qabağa gəlir, əl verib öpüşəndən sonra
Məşhəddən gələn adam öz yanında dedi ki, mən bundan hər
kimi soruşsam deyəcək ki, ölübdü, yaxşısı budu ki, bir qara
itimiz var, onu soruşsam desə ölübdü, cəhənnəməcən, əhəmiy-
yəti yoxdur. Bu mənzur ilə dedi:
– Filankəs, bizim bir qara itimiz var idi, o, nə haldadır?
Xeyr söyləməz qəmgin qiyafə tutaraq cavab verdi: ─ Öldü,
da....
Məşədi kişi ürəyində gülümsünərək yenə soruşdu:
– Eh, nə cür oldu, öldü?
Xeyir söyləməz dedi:
– Vallah, o sarı inəyiniz mundar olandan sonra onun
ətindən yemişdi, odur ki, öldü.
Məşədini bir az nigaranlıq basdı, dubarə soruşdu:
– İnək niyə öldü bəs?
Xeyir söyləməz bir ah çəkib dedi:
323
– Eh, sahibsiz mal o cür olar da... Rəhmətlik anan mərhum
olandan sonra daha inəyə baxan olmadı öldü da.
Məşədinin bədəni silkələndi.
– Ey vah, - dedi, anam ölübdü. Onun ki, bir zadı yoxuydu.
Xeyir söyləməz kədərli halda:
– Vallah, nə deyim,... oğlanlarınızın quyuya düşüb ölməyini
eşidəndə birdən elə yazığın bağrı çatladı... biçarə...
Məşədi kişi ikiəlli başına vuraraq:
– Oğlanlar quyuya düşdülər?... Onlar quyu başında nə
qayırırdılar?
Xeyir söyləməz bir az duruqsunaraq:
– Eh baba.... Nə qədər ki, rəhmətlik anaları sağ idi, uşaqları
qoymazdı evdən eşiyə çıxsınlar. Amma....
Məşədi kişi başını yolub ağlayaraq soruşdu ki:
– Tifaqın dağılsın bu xəbərlərin ilə de görüm evdə sağ
qalan var, ya yox?
Xeyir söyləməz dedi:
– Vallah mən bundan artıq bir zad bimirəm. Ancaq indi
gələndə, gördüm ki, sizin küçə qapınızı palçıqlayıblar. İki nəfər
həyətinizə saman boşaldırlar.
Şəqq-ül-qəmər
Bir kişi evinə qayıdarkən, arvadının üzündə cırmaq yeri
gördükdə, təəccüblə soruşdu:
– Mah ruyində nədi əbru kimi ləkkə təri?
Arvad özü də şeir əhli imiş, cavabında deyir:
– Mustafa barmağdır şəqq eləyibdi qəməri.
Beləliklə, “şəqq-ül-qəmər” hədisindən istifadə edərək, oğlu
Mustafanın (Peyğəmbərin də bir adı Mustafa imiş) üzünü
cırdığını zərifliklə bəyan edir.
324
Ağıllı nökər
Bir xanın bir düşüncəli nökəri var imiş. Bir gün qonaqlıqda
üç düyü dənəsinin ağasının saqqalına düşdüyünü gördükdə, məc-
lis əhli bilməmiş o düyüləri götürsün deyə nökər bu şeiri oxuyur:
Ağalar ağası, bəylərin xası,
Bir söz ərz eyləyim, öldürmə məni.
Zərifşan dağında, üç ov görmüşəm.
Göndər beş qardaşı yendirsin onu.
Ağa nökərin işarəsini başa düşüb əlini saqqalına çəkib,
düyüləri yerə salır.
İki yalançı
Bir gün bir şəhərin məşhur yalançısı o biri şəhərdəki yalan-
çını görüb, onunla bağlaşmaq üçün o şəhərə gedir. Soruşub
yalançının evini tapır. Qapını döydükdə, beş- altı yaşlı kiçik bir
qız qapını açır.
Kişi uşaqdan soruşur ki:
– Qızım dədən haradadı?
Qız deyir:
– Göy yırtılıb, dədəm gedib onu yamamağa.
Kişi bunu eşitdikdə, elə ordan qayıdır. Öz-özünə deyir:
– Bir adamın ki, beş yaşında uşağı belə bir yalan deyə, o da
yer yalanı əvəzinə göy yalanı deyə, gör özü nəmənə ola bilər.
Əlif ilə Gilif
Bir gün bir uşağı məktəbə qoyurlar. Molla əvvəl günü
əlifbanın ilk hərfini öyrətmək üçün bir hərfi göstərib deyir:
– Denən Əlif
Uşaq deyir: – Gilif
Molla deyir: – Əlif
Uşaq yenə deyir: – Gilif
325
Molla hər nə qədər uşağı vurub deyir ki, desin Əlif, uşaq
deyir Gilif. Molla daha yorulur.
Bir nəfər deyir: – Ay uşaq, sənin beynin daşdı, dəmirdi,
nədi? Bir Əlifi öyrənmək ki, bir zad deyil, onun üstündə bir belə
kötək niyə yeyirsən?
Uşaq deyir: – Baba mən Əlifi elə əvvəl gündən öyrənmi-
şəm, amma qorxuram deyəm Əlif, dalısınca deyə ki, denən “be”.
Marağaya təşrif aparmısan?
Bir gün yenə iki nəfər oturmuşdular, bir söz tapa bimirdilər
danışsınlar. Handan-gecdən biri o birindən soruşdu:
– Marağaya təşrif aparmısız?
Dedi: –Yox.
O dedi: – Mən də yox.
Dedi: – Nə olsun ki?
Dedi: – Söhbətdi eləyirik da.
Üstəki yorğanı götü, tərlədim
Biri qızdırmışdı, evdə hər nə var idi üstünə saldılar, yenə də
deyirdi üşüyürəm. Bir su ilə dolu qazan qalmışdı, onu da o biri
şeylərin üstündən qoydular. Naxoş tərpəşdikdə, qazanın suyu
töküldü üstünə, çığıraraq dedi:
– Üstəki yorğanı götürün, deyəsən tərlədim.
Adını demə, bas belimə
Biri də yenə qızdırmışdı, evdə hər nə var idi saldılar üstünə,
yenə deyirdi ki, üşüyürəm. Biri dedi ki, daha bir zad qalmayıb,
təkcə bir palan qalıb. Naxoş dedi:
– Adını demə, qoy belimə.
326
İssi bir yannan, farsi bir yannan
Biri yay fəslində Tehrana gəlmişdi. Tehranın da yayı issi olur.
Qayıdandan sonra soruşdular ki: – Filankəs, səfərin necə keçdi?
Dedi: – Nə xoş keçəcək, issi bir yannan, farsi bir yannan,
dədəmi yandırdılar.
Şah nə yeyir?
Iki nəfər kəndli oturub danışırmışlar. Biri o birindən soruşur:
– Ədə, görəsən şah nə yeyir?
Yoldaşı cavab verir ki, nə yeyəcək, rəhmətliyin oğlu, şah
cılğa piy yeyər də.
O biri təəccüblə deyir:
– Pəh, atoynan, onda tikəsi bir tümənə başa gələr, ha...
Üzüm ağ oldu
Bir gün bir maldar adam səfərə getdikdə, yüz dənə qoyunu
bacısı oğluna tapşırıb gedir. Bacısı oğlu da qoyunların hamısını
satıb xərcləyir. Bir müddətdən sonra dayı gəlir bacısı oğlunun
yanına, deyir: – De görüm, qoyunlar nə haldadı, haradadılar?
Bacıoğlu deyir, dayı otur, hesab eylə də.
Sonra deyir:
– Dayı, doayıdan doydaq uşdu, qırx beşi daşdan düşdü,
iyirmisin verdim qəssaba, iyirmisin gətirmə hesaba. Bu oldu
səksən beş, qaldı on beşi, on dördünü də qurd yedi, qaldı birisi.
Bu zaman yanındakı dərini dayısının qabağına qoyaraq
deyir:
– Bu da o birisinin dərisi.
Bu zaman dayı əsəbiləşib oyan-buyana baxıb bir qatıq
kasasını yanında gördükdə götürüb bacıoğlunun başına çalır.
Bacıoğlu əli ilə qatığı üzündən silərək, başını göyə tutaraq deyir:
– Şükür olsun Allaha, dayımın yanında üzüm ağ oldu!
327
Farsi yaz, özü bilər
Ərdəbildə bir kişi oğlu Sahabı məktəbə qoymuşdu, amma
Sahab şuluqluq etdiyinə görə müdir onu mədrəsədən qovmuşdu.
Atası yalvarsa da, müdir sözündən dönməmişdi. Kişi bu işdən
çox narahat olub, əlacı onda görmüşdü ki, şahın özünə bir ərzi-
hal yazsın. O bir mirzəyə müraciət edir. Mirzə qələm-kağızı
hazırlayıb müntəzir olur. Kişi əsəbi halda boğazını şişirdib səsini
yoğunlaşdıraraq deyir:
– Götü bir kağız yaz Alahəzrətə (Əlahəzrətə)... sən elə Farsi
yaz, o, özü bilər. Yaz ki, Alahəzrət. Bu ağa müdir neçə gündür ki,
bizim Sahabı məktəbdən tızıxdırdı. Ordan buna bir hay-hüşt elə,
bəlkə ağa müdir Sahabı məktəbə qoysun ki, bir yasindən-zaddan
öyrənsin... axı ölülərimiz yasindən ötrü itin korluğun çəkirlər.
Karın köylündəki
Kar bir kişi zəmisində cüt sürürdü. Öküzlər yeri sökə-sökə
o baş-bu başa gedib qayıdırdılar. Kişi də cütün dalısınca hərdən
öküzlərə hey-hey deyərək dərin xəyala dalmışdı. Fikirləşirdi ki,
əgər bu yerə yaxşı müştəri düşsə, satsa onun pulu ilə nə işlər
görə bilər. Sonra deyirdi ki, yox mənim atamdan qalan elə bu
zəmidi, bizim elə bu yerdən güzəranımız çıxır. Bu zaman yoldan
keçən bir adam deyir ki: - A kişi, Allah qüvvət versin.
Kar cütçü səsi duyub cavab verir ki:
– Yox, qardaş, satmıram, dədəmdən qalan elə bu bir tikə
yerdi, onu da satsam qalaram ac.
Yolçu kişi təəccüblə baxıb dubarə harayladı ki:
– A kişi, deyirəm Allah qüvvət versin, yorulmayasan.
Kar kişi yenə deyir: – Yox, qardaş, çox üz vurma, dedim
satmaram, bu yer dədəmdən yadigardı.
Yolçu kişi dodaqlarını büzərək yolunu davam etdirdi.
Cütçü kişi gün bir az əyiləndən sonra öküzləri açıb evə
qayıdır. Öküzləri həyətə buraxıb, üzünü arvadına tutaraq deyir:
328
– Arvad, bu gün yerə bir yaxşı müştəri düşmüşdü, amma
hər nə üz vurdu, dedim satmaram, bu yer dədəmin yadigarıdı.
Sən demə, arvadın da qulaqları ağır eşidirmiş. Fikri-zikri
təzə tuman yanında imiş. Çünki tumanı çox köhnəlib, cırılmışdı.
Gülərək kişisinə cavab verir ki:
– Özün bilərsən kişi, hər nə alsan, geyərəm, bez də alsan,
şal da alsan geyərəm. Ancaq tuman olsun ki, bədənimi örtsün.
Sonra arvad sevincək evə qayıdıb gülə-gülə qızına deyir:
– Qızım atan gəlmişdi ki, istəyirəm sənə tuman alam.
Dedim ki, hər nə alırsan, al, özün bilərsən. Mənə fərqi yoxdu.
Demə qız da dədə-anası kimi kar imiş. Sevinc ilə yerindən
durub gülümsünərək deyir:
– Ana, siz böyüksüz, mənim ixtiyarım sizin əlinizdədi, hər
kimə versəz gedərəm, məndən niyə soruşursunuz?
Qız bunu deyib, həyətdə günün altında oturan böyük
nənəsinin yanına qaçaraq deyir:
– Nənə, ata-anam istəyirlər məni ərə versinlər. Dedim hər
kimi onlar məsləhət görsələr gedərəm.
Qoca qarı nənəsinin də qulağı tutulmuşdu, eşitmirdi. Dedi
bəlkə nahar barəsində onun fikrini soruşur, deyir:
– Bala hər nə bişirirsiz, bişirin, amma elə bir zad olsun ki,
mənim dişim yoxdu, yeyə bilim.
Heyvanlarla ilgili məsələlərdən
Dəvələri tuturdular.
Tülkü də qaçırdı, bir nəfər dedi:
– Nə olubdu, niyə qaçırsan?
Tülkü dedi: – Dəvələri tuturlar.
Dedi: – Sən ki dəvə deyilsən.
Dedi: – Mən sübut eləyincə ki, mən dəvə deyiləm, dərimi
boğazımdan fırığ çıxardarlar.
329
Ağılsız qurd
Biri vardı, biri yoxdu, bir qurd vardı. Bu qurd acmışdı. Çıxır
bir zad tapmağa bir qoyuna rast gəlir. Deyir acam, səni yeyəcəm.
Qoyun deyir: – Olsun da... amma mən yaxşı oynuyuram,
qabağca qoy bir az oynayım.
Qurd deyir: – Eybi yoxdu, oyna.
Qoyun başlar oynamağa, yavaş-yavaş uzaxlaşır, birdən qaçır.
Sonra bir qurd gəlib bir quzu görür. Deyir: – Səni yeyəcəm.
Quzu deyir ki, mən çox arığam ətimin dadı, duzu olmaz,
qoy gedim bir az otlayım, dad-duz tapım, gəlim, ye.
Qurd deyir: – Olsun.
Ordan gəlir bir keçiyə rast gəlir. Deyir: – Səni yeyəcəm.
Keçi deyir: – Mən arığam, bir dəri, bir sümüyəm. Səni doyur-
maram, qoy gedim iki-üç dənə də keçi gətirim, hamımızı birdən ye.
Qurd deyir: – Yaxşı get, amma tez gəl.
Ordan gəlir bir eşşəyə rast gəlir. Deyir: – Səni yeyəcəm.
Eşşək deyir: – Sənin rəhmətlik dədən mənim dədəmi
yeyəndə, yorğan-döşək üstündə yemişdi, qoy gedim yorğan-
döşək gətirim, yat üstündə rahatlıqla məni ye.
Qurd deyir: – Olsun, get, amma tez qayıt, gəl.
Sonra ata rast gəlir. Deyir: – Acam, səni yeyəcəm.
At deyir: – Olsun da, amma mənim nalımın altında bir bayatı
var, əvvəlcə onu oxu, sonra istəsən məni ye. Sonra at dal qıçını
qovzayır. Qurd atın dalısına keçib üzünü yaxınlaşdıranda, at bir
təpik vurur, qurdun dişləri sınır tökülür, özü də bir tərəfə tullanır.
At da qaçır. Qurd ac və yaralı halda ağlayaraq belə oxuyur:
Harda gördün qoyun, ye qalsın quru boyun, neynirsən
oyun-moyun?
Harda gördün quzu, ye qalsın quru dizi, neynirsən dadı-duzu?
Harda gördün keçi, ye qalsın quru qıçı, neynirsən iki-üçü?
Harda gördün eşşək, ye qalsın quru köşşək, neynirsən
döşək-möşək?
Harda gördün at, ye yanında yat, neynirsən barat-marat?
330
Molla Nəsrəddin barədə lətifələrdən
Bir gün Molla Nəsrəddinin evini oğru aparmışdı. Səhər
qonşuları yığılıb Mollanı danlamağa başladılar. Biri deyir:
– Molla, niyə qapını möhkəm bağlamamışdın ki, oğru aça
bilməyə.
Biri deyir: – Kişi, sən necə yatmısan ki, oğru gəlib bilmə-
misən?
O biri deyir: – Kişi, sən niyə qiymətli şeyləri bir yerdə
gizlətməmişdin?
Hərə bir söz dedikdə, Molla deyir:
– Bəs məlum ola ki, oğrunun heç günahı yoxmuş, hamı
təqsirlər məndə imiş.
* * *
Bir gün Mollanın bir cüt çuvalını oğurlamışdılar. Molla car
çəkib dedi:
– Oğrular dedilər, bu Molladan hər nə desən çıxar, yaxşısı
budu çuvallarını verək. Gətirib çuvalları qaytarır, sonra deyirlər:
– Molla sən ki, belə təhdid edirdin, de görək, çuvalların
tapılmasaydı, nə iş görəcək idin?
Molla deyir: – Heç... Evdə böyük xurcunumuz var idi, onu
aradan kəsib, iki çuval edəcəkdim.
Bəhlul Danəndə barədə lətifələr
Dalı yana bir zad qoy
Bir gün məclisdə ağsaqqallar Bəhlul Danəndəni danlayıb
nəsihət edirlər ki, pullarını korlamayıb, dalı yana bir zad qoysun.
Bəhlul üzdən gülüb deyir: – Yaxşı bundan sonra edərəm.
Bir azdan sonra şam araya gələndə, Bəhlul bir kasa xörək
götürüb, dalında gizlədir. Şamın arasında bir də görürlər ki,
Bəhlulun dalında pişiklər boğuşur. Deyirlər:
– Bəhlul, genə nə iş çıxardıbsan orda?
331
Bəhlul deyir: – Bir iş görməmişəm, bir zad dalı tərəfə
qoymuşdum, indi pişiklər vərəsəlik üstündə savaşırlar.
Əcaib səslər
Bir gün Bəhlulu nəsihət edib evləndirdilər. Bəhlul ilə gəlini
bir otağa salırlar. Bəhlul gəlini uzadıb qarnını açıb, qulağını
gəlinin qarnına qoyub, bir az qulaq asdıqdan sonra birdən
qışqıraraq otaqdan çıxır, başına vura-vura qaçmağa başlayır.
Tökülüb Bəhlulu tutub deyirlər:
– Bəhlul sən ki, ağıllı olmuşdun, bu nə işdi görürsən?
Bəhlul deyir: – Axı, siz bilmirsiz, mən qulağımı gəlinin
qarnına dayadıqda, gördüm elə bir əcaib səslər gəlir ki, vəhşət
elədim. Biri deyirdi: – Dədə, mən acam, çörək ver, biri deyirdi:
– Dədə, başmağım yoxdu, başmaq al, biri deyirdi: – Dədə
naxoşam, biri deyirdi... Xülasə, o qədər qəribə səslər eşitdim ki,
qorxumdan qoydum qaçdım.
Adamcıl qurd barəsində söyləmələr
Bu söyləmələrdə türklərin ən qədim inamlarının nişanəsi və
izlərini görmək olar. Deyilənə görə gecə yarıları eşiyə başı açıq
çıxan arvadın başına “don” – qurd cildi atılır. Beləliklə, o arvad
gecələr qurd donuna girib, adam yeyər, gündüz olduqda hava
işıqlanmamış gəlib donunu çıxardıb gizlədər və evdar arvad
kimi evin işlərinə baxar. Odu ki, arvadlara gecə başı açıq eşiyə
çıxmaq çox sifariş olunar.
İndi isə Yekanatda şayiə olan bu söyləmələrdən ikisini təq-
dim edirik.
Birinci söyləmə
Deyirlər bir igid kişinin oğlu varmış. Bir gün qış fəsli bu
oğlan ayrı bir kənddən qayıdarkən, bir dəstə qurda rast gəlir.
Qurd qışda çox xətərli olur. Yayda qarınları tox olduğuna görə
adam ilə işləri olmaz. Amma qışda aclıqdan hücum edirlər. On-
lar əvvəlcə dal ayaqları ilə qarı adamın baş-gözünə sovurub ka-
332
rıxdırar və bir ləhzə qəflətdən istifadə edərək adamı parçalarlar.
Qurd tək olsa, onun öhtəsindən gəlmək çətin olmaz. Bu zaman
çuxanı çıxarıb qollarına dolayıb qurdun ağzına verərək, həmişə
səfərdə götürülən ağacla onun başına tapdayaraq öldürərlər.
Əlqərəz, igid və qorxmaz cavan qurdlardan beşini öldürər,
özü də yaralanar.
Bu xəbər ataya çatanda o deyir ki:
– Yox, mənim oğlum yaralanmaz, yaralansa o mənim oğ-
lum deyil.
Kəndlilər təəccüblə soruşurlar:
– Sənin oğlun beş qurdu öldürüb, nə üçün sən onun
yaralandığını qəbul edə bilmirsən?
Atası deyir: – Qulaq verin mən onun dastanını deyim,
görün ki, mən haqlıyam, ya yox?
Ata söhbətə başlayır:
– Cavan çağlarımda bizim yerdə əcaib bir hadisə üz verdi.
O da bu idi ki, ölü quylanan gecəsi bir heyvan gəlib, qəbri qazıb
onu çıxardıb yeyirdi.
Günlərin bir günü mənim igidlikdə çox məşhur dayım öldü.
Dayımın cənazəsi çıxardılıb yeyilsə idi, mənim üçün çox baş
alçaqlığı ola bilərdi. Odur ki, dedim dayımın qəbrinin yanında
mənim üçün də bir çuxur qazdılar. Gecə sıyırma qılınc əldə çuxura
girib gizləndim. Gecə yarısı bir qurda bənzər heyvanın qəbrə
yaxınlaşıb, ayaq tərəfdən qəbri sökməyə başladığını görüb qılınc
əldə onun üstünə yumuldum. O heyvan da mənim üstümə atıldı.
Saatlarla bir-birimiz ilə qucaqlaşıb sürüşdük, gah o məni, gah da
mən onu alta basırdıq. Bədənim neçə yerdən yaralanmışdı.
Bu çəkişib-sürüşmə hava işıqlanacan davam etdi. Az qalırdı
ki, mən ona zor gəlib başını yerə çırpıb dağıdım, birdən qışqırdı ki:
– Evin yıxılsın, məni öldürmə, mən bir qızam, gecələr qurd
donuna girirəm.
Beləliklə, mən ondan əl çəkib, qurd donunu çıxardıb yandır-
dıqdan sonra onunla evləndim. Bu oğlan o evləndiyim arvadın
balasıdır. Odur ki, deyirəm qurddan olana qurd neyləyə bilər?
|