NAZLAMALAR
Cürü cürülər yarpağı,
Astanalar torpağı.
Balamı sevməyənin
Gözünə bibər yarpağı.
Balama qurban inəklər,
Balam haçan iməklər!
Balama qurban tülkülər,
Balam haçan mürgülər?
Balama qurban yaylaqlar,
Balam haçan oynaqlar?
Bir bölük atlar, çəməndə otlar,
Göyçək arvadlar, bu balama qurban.
Dağın maralı, çölün ceyranı,
Dünyanın malı, bu balama qurban.
Balama qurban sərçələr,
Balam haçan dirçələr?
Balama qurban ilanlar,
Balam haçan dil anlar?
Balama qurban dayçalar,
Balam haçan əl çalar?
Balama qurban ozanlar,
Balam haçan söz anlar?
250
Ağrıdı başım, yoxdi sirdaşım,
Qohum-qardaşım bu balama qurban.
Çaydakı qazlar tükün tarazlar,
Cehizsiz qızlar bu balama qurban.
Çöldə meşəlik, gül bənövşəlik,
Mən həmişəlik bu balama qurban.
Səndən aralı, rəngim saralı,
Dağlar maralı bu balama qurban.
Bazarda atlar, boynu xamutlar,
Noğul nabatlar, bu balama qurban.
İlxıda atlar, çöldə göy otlar,
Ərsiz arvadlar bu balama qurban.
Dağda darılar, sünbül sarılar,
Qoca qarılar bu balama qurban.
Yaşıl söyüdlər, yekəbaş itlər,
Dağdaki qurdlar bu balama qurban.
Göydə ulduzlar, şaxtalı buzlar,
Nişanlı qızlar bu balama qurban.
Tüstüsüz damlar, sarı badamlar,
Tənbəl adamlar bu balama qurban.
Bazarda qazlar, tükünü tozlar,
Balama qurban küsəyən qızlar.
Çeşmələr, çaylar bir-birin haylar,
Balama qurban ulduzlar, aylar.
251
Badam badami, alim qadanı,
Balama qurban kəndin adamı.
Bağda xəzəllər yerdə süzəllər,
Balama qurban hami gözəllər.
Ağ əllər, ağ biləklər,
Bağçada qar kürəklər.
Atası evə gələndə,
Gah yerir, gah iməklər.
Çoban-çoban əlləri,
Ağrimasin qollari.
Ağrısa da ağrısın,
Özgələrin qollari.
ARZULAMALAR
Belə balalardan, Allah,
Tök bacalardan, Allah.
Hər evə beş-beş versən,
Bizə ver on beş, Allah.
Allah bundan beş dana ver,
Göydə uçan quşlara ver.
Həsrətdə qalmışlara ver,
Evdə qarımışlara ver.
Atıb tutaram səni,
Şəkərə qataram səni.
Atan evə gələndə,
Qucuna ataram səni.
Dil aç, açsın sünbüllər,
Gülgilən, gülsün güllər.
Quşlar avaza gəlsin,
Durnalar yaza gəlsin.
O gün olsun, maralım,
Sənə gözəl yar alım.
Həna əlimə yaxım,
Qönçə telimə taxım.
Deyək, külək, gülüşək,
Yaradana şükr edək.
Gülüm nay, bülbülüm nay,
Qadani mən alim, nay.
Balam qönçə gülümdi,
Gülümdi, bülbülümdi.
Gülüm nay, bülbülüm nay,
Mənim şirindilim nay.
252
Qurban deyim, can deyim,
Canımı qurban deyim.
Gülüm nay, bülbülüm nay,
Başına mən dönüm, nay.
Gözəl, gözün qurbani,
Şirin sözün qurbani.
Nə şirin danışırsan?
Danış dilin qurbani.
Gülüm nay, bülbülüm nay,
Qurbanın mən olum nay.
DÜZGÜLƏR
HAVALAN, HA HAVALAN
Havalan, ha havalan,
Havalandıq uçmağa
Həqq qapısın açmağa.
Qanadımız üzüldi,
El yaylağa düzüldi.
El yaylaqdan gəlincə,
Buğdaları dərincə,
Qocabaşi kəsdilər.
Qıntırğadan qılınc yaği,
İçində qurd-quş yaği.
Qurd-quş yağı dərmandı,
Canım sənə qurbandı.
Yoldaşlar hami getdi,
Oyunlar burda bitdi.
YAĞIŞ YAĞAR
Yağış yağar yağa-yağa,
Guşad düşər bizim bağa.
Gəlin gedək oynamağa,
Oynamağın vəqti dəgil,
Qızılgülün təxti dəgil.
Qızılgülü əkərlər,
Misqalinan çəkərlər,
Gəlmə bizim Dərbəndə,
Mənlə səni görərlər.
TÜLKİ, TÜLKİ
Tülki, tülki, tünbəki,
Quyruq üstə lümbəki.
Ala aslan ağamız,
Qara qaplan qağamız.
Xoruz bizim mollamız,
Çaqqal bizim çavuşumuz,
Ala qarğa carçımız,
Sağsağan xəbərçimiz,
Toyuq bizim çərçimiz,
Durun gedax bazara,
Qorxan düşsün azara.
Tülki, tülki, tülki səni,
Öldürəllər bil ki məni.
253
USTU BUDİ
Ustu budi ha, ustubudi,
O kişi mənim dostum idi.
Getdi bazara (Gilana),
gəlmədi,
Yaylığım aldi, vermədi.
Yaylığımın ucu qərə,
Yollandım İmamyarə.
İmamyarı öldürdülər,
Ağ şala geydirdilər.
Ağ şalın saçaqları,
Düm qara bucaqları.
Vurdum, sandıq açıldı,
İnci, mərcan saçıldı.
İnci, mərcan fil-fili,
Gəl, oxi bizim dili.
Bizim dil Urmi dili,
Urmudan gələn atlar,
Ağzında yüyən çatlar.
Heyvanın ağacları,
Baş gətirməz başları.
Vurdum başı üzüldi,
El yaylağa düzüldi,
Yarın canı üzüldi.
ƏLİMİ BIÇAQ KƏSİBDİ
Əlimi bıçaq kəsibdi,
O yana qaçdım, tütün idi,
Bu yana qaçdım, tütün idi.
Sarı köynəyun bütün idi,
Sarı köynəyun saçağı,
Qırağında bıçağı,
Əlimi bıçaq kəsibdi,
Dəstə bıçaq kəsibdi.
Yağ gətirin yağlayaq,
Dəsmal gətirin bağlayaq.
Dəsmal dəvə boynunda,
Dəvə Şirvan yolunda,
Şirvan yolu sərbəsər,
İçində güllər əsər,
O güldən birin üzeydim,
Tellərimə düzeydim,
Qərdəşimin toyunda,
Oturub, durub süzeydim,
Şirvan yoli buz bağlar,
Dövrəsi yarpız bağlar.
Boyunbağı düzeydim,
Xan dayımın toyunda,
Dureydim, oyniyeydim.
254
ÜŞÜDÜM, HA ÜŞÜDÜM
Üşüdüm, ha üşüdüm,
Dağdan alma daşıdım,
Almacığım aldılar,
Mənə zülüm saldılar.
Mən zülmdən bezaram,
Dərin quyu beş keçi,
Hanı bunun ərkəci?
Ərkəc qazanda qaynar,
Qənbər yanımda oynar.
Qənbər getdi oduna,
Qarğı batdı buduna.
Qarğı dəgil, qəmişdi,
Beş barmağım gümüşdi.
Gümüşi verdim tata,
Tat mənə darı verdi.
Qanadlandım uçmağa,
Həqq qapısın açmağa.
Həqq qapısı kiliddi.
Kilid dəvə boynunda,
Dəvə Gilan yolunda.
Gilan yolu sərbəsər,
İçində meymun gəzər,
Məni gördi, ağladi,
Tumanına qığladı.
Tumani dəlik-dəlik,
Qurbağa bölük-bölük,
Balaları haxladım,
Həsənxana saxladım,
Həsənxanın nəyi var?
Çaqqır-çuqqur çayı var,
Evində bir lüti var.
Üşüdüm ha, üşüdüm,
Dağdan alma daşıdım,
İlxı çıxdı yoluma,
Bir baxdım sağ-soluma,
Atlar gələr sürü ilə,
Boğuşar bir-birilə.
Kəhər, Qəmər, boz atlar,
Otların başı otlar.
Mindim Bozun boynuna,
Sürdüm Xalxal yoluna.
Quş kimi qanad açdım,
Dağlar, kədiklər aşdım.
Xalxal yolu daşlıca,
Usta qələm qaşlıca.
Usta məni oxitdi.
Qara saçımı toxitdi.
Qara saçımın şəvəsi,
Qızıldandı düyməsi.
Düşündüm mən iş nədi,
Atım burda kişnədi,
Atım niyə kişnədi?
Arpa-saman istisən?
Arpanı kimdən alım?
Xan qızı, xandan alım,
Xan qızı xalı toxur,
İçində bülbül oxur.
Mamani ha, mamani,
Balam kimi gül hani?
Gül hani, bülbül hani?
Balam gül tək açacaq,
Yurda ətir saçacaq,
255
Oxuyacaq, yazacaq,
Obasında, elində,
Anasının dilində
Şirin sözlər yazacaq,
Adlım٭ şair olacaq.
Mamani ha, mamani,
Balamı yaxşı tani.
Balam gecələr yatar,
Səhər tezdən oyani.
O mənə yoldaş olar,
Göylümə sirdaş olar.
Balam mənim qucaqda,
İşim, gücüm bucaqda,
Qazan qaynar ocaqda,
Gözüm qalıb ocaqda.
Mamani ha, mamani,
Tanrı saxla balami.
Balam söyür anami,
Anani, həm atani.
Xırdaca körpə ağlayar,
Ürəgimi dağlayar.
Allah, buna ver yoldaş,
Bir qumral telli qardaş.
Qardaşilə oynasın,
Mən də baxım öyünüm,
Lap ürəkdən söyünüm.
Qavalı çala-çala getdim
bağa,
Bağdakı qızlariynan
oynamağa.
Əl atdım böyük qızın
məməsinə,
Kiçik qız harayladı
nənəsinə.
Nənəsi çıxdı dama,
Bir daş vurdu qabırğama.
Qabırğamı tuta-tuta,
Getdim xana.
Xan dedi:
– Qaşı qərə, gözi qərə,
Nə düşmüsən bu çöllərə?
Verrəm səni
İgidlərə.
Bağlatdırram söyütlərə.
Yügütdürrəm ağ itlərə.
Bilcək mənim dərdim,
odum,
Əmr elədi:
Uzun-uzun uzatdılar,
Qabırğamı sazatdılar.
Xan dedi:
“Altına həsir salın,
Şeh keşməsin.
Üstünə çadır çəkin,
Gün düşməsin.
Atına arpa verin
Kişnəməsin.
İtinə sümük tökün
Hürməsin”.
________________________
٭ adlım- məşhur
256
ACITMALAR
HƏSƏN AĞA
Həsən ağa,
Doldi yarağa,
Mindi ulağa,
Yollandı bağa,
Bir quş vurdi,
O da qurbağa.
Başını kəsdi,
Özi yemədi,
Verdi qonağa.
Qonaq yemədi,
Saldı yağa,
Özi təllədi*,
Düşdi yatağa.
NƏYİMƏ GƏRƏK?
Bizə üç ad bəllidi,
Şəkərlidi, ballıdı.
Fatmə, Tükəzban,
Zübeydə bir can.
Fatmə, Tükəzban,
Qarışdı hər yan.
Kişnədi göylər,
Dağıldı yerlər.
Fatmə, Zübeydə,
İkisi bir boyda.
Fatmə savaşdi,
Zübeydə qaşdi.
Divardan aşdi,
Başmağa düşdi,
Zığa bulaşdi,
Təndirə düşdi.
Fatmə təndirdə,
Ayağı kəndirdə
Fatmə biçində,
Qan-tər içində,
Cırığdı doni.
Neyniyir oni.
Tükəzban yatır,
Qız demə qatır,
Ayağı kəndirdə,
Nəfəsi kəndirdə.
Ömri axırdi,
Yeri naxırdi.
_____________________
təllədi- çox yedi
257
SINIQ QOL HA, SINIQ QOL
Sınıq qol ha, sınıq qol,
Suya gedər sınıq qol,
Sudan gələr sınıq qol.
Evdə çox iş olanda,
Sallanıb qalar sınıq qol.
İp atmağa gedəndə,
Su çəkmağa gedəndə,
Ot dərmağa gedəndə,
Sallanıb qalar sınıq qol.
Yağlı çörək görəndə,
Düm-düz durar sınıq qol.
MƏN DƏ SƏNLƏ
Gəl, gedax bağa
Mən də sənlə.
Çıxaq budağa
Mən də sənlə.
Şaftalı dərək
Mən də sənlə.
Cibi doldurax
Mən də sənlə.
Bağban gələndə
Mən də sənlə.
Qaçıb gizlənək
Mən də sənlə.
O bizi görsə
Mən də sənlə.
Tutmaq istəsə
Mən də sənlə.
İti küşgürtsə
Mən də sənlə.
Divardan aşaq
Mən də sənlə.
Qaçaq qurtulaq
Mən də sənlə.
KEÇƏL
Keçəl, keçəl, bamiyə,
Getdi həkimxaniyə.
Həkimxana bağlıdı,
Keçəlin başı yağlıdı.
Keçəl, keçəl, daz keçəl,
Tayı tapılmaz keçəl.
Qış çıxıb qurtarıbdı,
Budu gəlir yaz, keçəl.
Keçəl, aşın bişibdi,
Noxudları şişibdi.
On iki keçəl bir yerdə,
Xarta-xarta düşübdi.
Keçəl deyər: “Vay başım,
Qazanda qaynar aşım.
Aşımı içən öleydi,
Başıma siçan oleydi”.
258
Keçəl, keçəl, mərəndi,
Yaxası düymələndi.
Eşitdi saçlı gəlir,
Başına gül ələndi.
Keçəlin xundi başi,
Eşşəyə mindi başi.
O yanda dava düşdi,
Bu yanda sındı başi.
SANAMALAR
İynə, iynəcə,
Uci düyməcə,
Bal ballıca,
Ballı keçi,
Şam ağacı,
Şatır keçi.
Qoz ağacı,
Qotur keçi.
Happan, huppan,
Yarıl, yırtıl,
Su iç, qurtul.
BARMAQLAR
Bura bir xrmən idi,
İçi doli dərman idi.
Bura bircə quş qondi,
Bu vurdi, bu tutdi,
Bu bişirdi, bu düşdi.
Bu deyər: “Gəlin, gedək oğurluğa”,
Bu deyər: “Hani nərdivan?”
Bu deyər: “Məndən uca nərdivan?”
Bu deyər: “Axı Allah var, peyğəmbər var”.
Sən də ki kül qalasan, böyümiyəsən.
259
YANILTMACLAR (ÇAŞDIRMALAR)
Bizim küçənin döngəsi, qoşqa inəyin cöngəsi, quqqulu qu,
bir dana bisti* tapmışam.
Boz atın boz torbasın boş as başından, apar islat, gətir yaş
as başından.
Bu ev mənim babamın imiş.
Gəl gedək qonum-qonşuyla bayramlaşaq, qonum-qonşu
bayramlaşsa da bayramlaşaq, bayramlaşmasa da bayramlaşaq.
Girdim təndirə, sildim, süpürdüm, silkindim çıxdım.
Gəl gedək bu çəltiki tox.
bayram
260
QARAVƏLLİLƏR
XORUZLA PADŞAH
Günlərin bir günündə xoruz küllükdə eşinə-eşinə bir bisti
tapdı. O sevincək hər tərəfə səs saldı:
– Quqqulu qu, bir dana bisti tapmışam, quqqulu qu, bir
dana bisti tapmışam.
Xoruzun vəktsiz banlaması şahı acıqlandırdı. O, qulamla-
rına dedi:
– Gedin, o həramzadənin bistisini alın, səsini batırın.
Qulamlar gedib bistini aldılar, lakin xoruzun səsi nə ki
batmadı, bəlkə bir daha ucaldı:
– Quqqulu qu, padşah məndən yoxsul imiş.
Şah öz işindən peşman olub dedi:
– Aparın onun bistisini verin özünə, bəlkə səsin kəsə.
Lakin xoruzun səsi genə hər tərəfə yayıldı:
– Quqqulu qu, padşah məndən qorxarmış.
Bu söz şahı yerindən oynatdı. O dedi:
– Gedin o həramzadəni tutun gətirin, başını kəsin.
Xoruzu tutub gətirdilər, aşpaz piçağı onun boğazına qoyan-
da genə səsləndi:
– Quqqulu qu, nə iti piçaq imiş.
Şah dedi:
– Onu bu gün naharda dügü üstə qoyun, hüzura gətirin.
Xoruzun tüklərini ütüb basdılar qazana. Qaynar qazanın
içindən xoruzun genə səsi gəldi:
– Quqqulu qu, nə isti hamam imiş.
Nahar çağı onu pilov üstə qoyub gətirdilər. Xoruz genə
banladı:
– Quqqulu qu, nə ucaca dağ imiş, qar kimi ağappaq imiş.
Şah qolların çirmayıb xoruzu yeməgə başladı. Xoruz şahın
boğazından keçəndə genə səsləndi:
– Quqqulu qu, nə darca küçə imiş. (sonradan səs dərindən
eşidildi: “Nə poxlu pəyə imiş”).
261
O qədər çəkmədi şahın qarnı quruldamağa başladı. Şah
çəkildi xəlvətə, iş döndü qiyamətə.
QARI İLƏ BİZOVİ
Biri var imiş, biri yoxuymyş, günlərin bir günündə bir qarı
nənənin ceyran baxışlı, maral duruşli, quyruği saçaq, alnı qaşqa
bir bizovi var imiş. Amma heyif ki, pəyədə onun yeri darmış.
Qarı nənə genə günlərin bir günündə şaxtalı bir qış günündə
bizovini suvarmağa apardı. Bizov buzun üstün çıxar-çıxmaz
ayağı sürüşdi, yerə yıxıldı. Qarı nənə çox çalışdı, çox əlləşdi,
bizovi bir təhər yerdən qovzadı. Amma doğrusu yoruldi, hirsli-
hirsli üzün buza tutub dedi:
– Ay buz, sən nə yamansan!
Buz dedi: “Mən yaman olseydim, gün məni əritməzdi”.
Qarı nənə üzüni Günə tutub dedi:
– Ay Gün, sən nə yamansan!
Gün dedi: “Mən yaman olseydim, bulud qabağımı kəsməzdi”.
Qarı nənə üzüni buluda tutub dedi:
– Ay bulud, sən nə yamansan!
Bulud dedi: “Mən yaman olseydim, yel məni dağıtmazdı”.
Qarı nənə üzüni yelə tutub dedi:
– Yel sən nə yamansan!
Yel dedi: “Mən yaman olseydim, yağış məni yatırtmazdı”.
Qarı nənə üzüni yağışa tutub dedi:
– Ay yağış, sən nə yamansan!
Yağış dedi: “Yaman olseydim, göy məndən bitməzdi”.
Qarı nənə üzüni qoyuna tutub dedi:
– Ay qoyun, sən nə yamansan.
Qoyun dedi: “Yaman olseydim, qurd məni yeməzdi”.
Qarı nənə üzüni qurda tutub dedi:
– Ay qurd, sən nə yamansan.
Qurd dedi: “Mən yaman olseydim köpək məni boğmazdı”.
262
XI. XALQ MAHNILARI
APARDI SELLƏR SARANI!
Arpa çayı aşdı, daşdı
Sel Saranı aldı qaçdı.
Ala gözlü, qələm qaşdı
Apardı sellər Saranı!
Bir ala gözlü balanı!
Apardı sellər Saranı!
Bir şirin dilli balanı!
Arpa çayı dərin olmaz,
Axar sular sərin olmaz,
Sara kimi gəlin olmaz,
Apardı sellər Saranı!
Bir ala gözlü balanı!
Arpa çayı düşüb ada,
Yaradan yetişsin dada,
Sarı başmaq üzür suda,
Apardı sellər Saranı!
Bir şirin dilli balanı!
Sel Saraya oldu yağı,
Su bürüdü solu, sağı,
Yasa batdı toy otağı,
Apardı sellər Saranı!
Bir ala gözlü balanı!
Mən bu bağa girməmişəm,
Qonçə gülün dərməmişəm,
Mən Saranı görməmişəm,
Apardı sellər Saranı!
Bir şirin dilli balanı!
Olduq əcəb günü qara,
Dərdimizə yoxdu çara,
Sara həsrət qaldı yara,
Apardı sellər Saranı!
Bir ala gözlü balanı!
Gedin deyin Xançobana,
Gəlməsin bu il Muğana,
Muğan batıb nahaq qana,
Apardı sellər Saranı!
Bir şirin dilli balanı!
Arabalar qoşa-qoşa,
Qurban olum qələm-qaşa,
Oğlan, əlin çıxdı boşa,
Apardı sellər Saranı!
Bir ala gözlü balanı!
GEDİRƏM GÜLÜSTANA
Gedirəm gülüstana gül alam, atam,
Gül alam, atam!
Alagöz sevgilimi axtaram, tapam,
263
Axtaram, tapam!
Sevgilimi tapmışam, ürəkdən şadam,
Ürəkdən şadam!
Əksin məndədi, vermiyacağam,
Səndən xoşgilin neyliyacağam!
Dəsmalun doludu narın qənd ilən,
Narın qənd ilən!
Sən yeri naz ilən, mən Dərbənd ilən,
Mən Dərbənd ilən!
Məni çağıranda, çağır qənd ilən,
Çağır qənd ilən!
Sevgilim əlində qara çətiri,
Dara tellərivi, səpim ətiri,
Səpim ətiri!
Məhəbbət gözdə olar, çəkər gətiri,
Çəkər gətiri!
Əlində dəsmal, ucunda güli,
Sevgi bir olar, nə ki bir süri.
AHU KİMİ GÖZLƏRUN
Ahu kimi gözlərun,
Şirin-şirin sözlərun,
Sən mənimsən, mən sənun,
Qucaqlama dizlərun.
Canım, gözüm, hər sözüm,
Sənsiz mən necə dözüm.
Sənsən mənim öz gülüm,
Çəməndəki bülbülüm,
Mən səndən əl üzmərəm,
Sənsən mənim sevgilim.
Ay qız, dur gəl yanıma,
Qadan balan canıma,
Mən səndən əl üzmərəm,
And olsun imanıma.
264
PƏNCƏRƏDƏN DAŞ GƏLİR
Pəncərədən daş gəlir,
Xumar gözdən yaş gəlir.
Səni mənə versələr,
Allaha da xoş gəlir.
Evləri su başında,
Gözüm qaldı qaşında,
Sevdim bir yosma ceyran,
On dörd, on beş yaşında.
Evlərində süsəni,
Barışdırın küsəni,
Göz açdım səni gördüm,
İstəməm özgəsini.
Su saldım bağa neylim,
Dəgməz yar bağa neylim,
Yarım ceyran balası,
Gəlməz oylağa neylim.
KÜÇƏLƏRƏ SU SƏPMİŞƏM
Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın.
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın.
Samavara od salmışam,
İstəkana qənd salmışam,
Yarım gedib tək qalmışam,
Nə şirindir yarın canı.
Piyalələr irəfdədi,
Hər biri bir tərəfdədi,
Görməmişəm bir həftədi,
Nə əzizdir yarın canı.
Samavarı alışdırın,
Maşa salın qarışdırın,
Yarım məndən küsüb gedib,
Onu mənlə barışdırın.
GƏLMİŞƏM OTAĞUVA
Gəlmişəm otağuva oyadam səni, qaragilə, oyadam səni!
Nə gözəl xəlq eyləmiş yaradan səni, qaragilə, yaradan səni.
Götürərəm qaçaram, aradan səni, qaragilə, aradan səni.
Yaralıyam, dəgmə, dəgmə, dəgmə, dəgmə!
Gül budağın əgmə, əgmə, əgmə, əgmə!
Qapımızın qabağı su gələn arxdı, qaragilə, su gələn arxdı,
Durum çıxım qapıya, yar gələn vəxdi, qaragilə, yar gələn
vəxdi.
265
Yarımı görməmişəm ovqatım təlxdi, qaragilə, ovqatım təlxdi.
Dostları ilə paylaş: |