Əlcək – təzə əlcək sevinc və şadlığa, yırtıq əlcək üzüntüyə,
əlcək almaq – bir dost tərəfindən qonaqlığa çağrılmaq, bir yerdə
çoxlu əlcəkli adam görmək – bir yaramaz işin cəzasını çəkmək
deməkdir.
Əncir – yuxuda təzə ənciri fəslində yemək – evlənmək,
şadlıq, var-dövlətə, fəslindən qıraq yaş əncir yemək – qəm və
yoxsulluğa işarədir. Quru əncir – var-dövlətin üstələnməsi
deməkdir.
Ərzaq – yuxuda çoxlu ərzaq aldığını və topladığını görənin
qarınqululuqdan və boğaz otarmaqdan çəkinməsi gərəkdir.
Ətir – yuxuda ətir görmək evlilər üçün uğur və xoşbəxtlik,
subaylar üçün evlənmək kimi yozulur. Özünə ətir səpmək
(vurmaq) yaxında bir aydınlığa çatmaq deməkdir.
Ərə – yuxuda əlində ərə olduğunu, ya birindən ərə aldığını
görmək – varın və övladın artması deməkdir. Ərə ilə bir şeyi kəsən
– muradına çatır. Ərə ilə odun kəsən düşməninə üstün gəlir.
Əriştə – yuxuda əriştə kəsmək acgözlülük və qarınqululuğa
işarədir. Əriştə şorbası, ya əriştə aşı içmək – mədənin sağlam-
lığına dəlalət edir.
Ət – yuxuda ət bişirdiyini görən – məqsədə çatmaqda çox
çalışmalıdır, ət satdığını görən – çalışmayınca qazana bilmə-
yəcək. Ət kəsdiyini və doğradığını görən – ağır və kədərli işlərə
uğrar. Quzu əti görən – fikirlərini dəyişdirməli, keçi əti görən –
düşməndən çəkinməməli, quş əti – uzun ömür, donuz əti – gizli
bir işin üzə çıxması, balıq əti – şadlıq və səadətdir.
Falçı – yuxuda falçı – yalançı, hiyləgər bir adamla yozulur.
Falçıya getmək, kitaba baxdırmaq, dua yazdırmaq bir kələkbazın
yalanlarına aldanmaq, fal açdırmaq, fala baxmaq – xəyal və
uydurmaya qatılmaq deməkdi.
220
Fanus (fanar) – yuxuda gündüz və aydınlıqda fanus gör-
mək – puç və faydasız işlərlə uğraşmağa işarədir. Gecə qaran-
lıqda görülən fanus – qazanc və fayda deməkdi. Fanus yandır-
maq – xeyirli bir işə başlamaq, fanusu söndürmək – yaxşı bir işi
öz əlilə dağıtmaqdır. Gecə zamanı çoxlu fanusların küçə-bazarda
yandığını, hər tərəfi işıqlandırdığını görmək ölkənin abadlaşma
və rifaha çatmasına işarədi. Yanan fanusların birdən-birə sönmə-
si – o ölkənin səfalətinə, orada böyük bir adamın aradan getmə-
sinə işarədir.
Fəqir – yuxuda özünü fəqir (yoxsul) görmək – varlanmaq
nişanəsidi. Fəqirə yardım etmək – bir fəlakətdən qurtarmaq, fə-
qirdən bir şeyi almaq – varlı bir adamdan xeyir görmək, fəqirin
səndən bir zad dilədiyini görmək – şad bir xəbər almaq deməkdi.
Fəvvarə – yuxuda fəvvarə – yaşayışda bolluq və rifaha
yozulur. Evində fəvvarə saldırdığını görən – evli olsa varlanır,
subay olsa evlənir.
Firuzə – adaxlılar üçün bu bahalı daşı yuxuda görmək
gələcək xoşbəxt həyatdan xəbər verir. Cavan qızın yuxuda firuzə
görməsi – ərinin onu çox istədiyinə yozulur.
Fışqırıq – fışqırıq (fit) səsi yuxuda cürbəcür yozulur.
Ucadan verilən fışqırıq pul itkisinə, alçaqdan verilən fışqırıq
yaxınları ilə daha nəzakətli olmağa yozulur.
Fırtına (tufan) – yuxuda fırtına görən yaxın günlərdə bir
şaşdırıcı xəbər, ya gözlənilməz bir hadisə ilə qarşılaşacaq. Fırtı-
na yağış, göy gurultusu, şimşək çaxma ilə görünərsə, o yerdə
istər quruda, ya dəryada olsun fəsad və pozğunluq üz verəcəkdir.
Fil – yuxuda fil görmək – əyri gövdəli və heybətli bir
adamla üzbəüz gəlmək deməkdir. Filə mindiyini görmək – yük-
sək məqama çatır, fildən düşdüyünü görənin işi kasada uğrar.
221
Gecə – yuxuda qaranlıq gecə görmək – qəm və kədər, aylı-
ulduzlu, aydınlı gecə-sevinc, evini qaranlıqda görmək uzun və
zəhmətli səfər, tutqun gecənin birindən aydınlığını görmək –
sıxıntıdan qurtarmaq, aydınlığın birdən-birə qaranlığa çevrilməsi
işlərin gözlənilmədən pozulması və sıxıntı çox düşməsi
deməkdir.
Gəli
k
222
Göy qurşağı – yuxuda göy qurşağı görən adam, görəcəyi
işlərdə müvəffəqiyyət qazanır, bütün istəkləri yerinə yetirilir.
Gül – yuxuda adamın sevdiyi və xoşladığı gülü görməsi –
xoş günlərə çatmasına, gül toplaması – xoş xəbərlər eşidəcəyinə
və arzularına çatmasına, topladığı gülün rəngi qırmızı olursa
sevinc və sözünün ötgünlüyünə, ağ olursa-dövlət və iqbala, sarı
olursa – xəstəliyə yozulur.
Halva – yuxuda halva dadlı söz və qiymətli öyüd kimi
yozulur. Halvaçı kəramətli bir kimsə anlamındadır. Yuxuda
birinin sənə halva verməsi ondan maddi və mənəvi faydalan-
dığına, sənin birinə halva verdiyin onun haqqında yaxşılıq
edəcəyinə işarədir.
Hamam – yuxuda hamama girmək – sıxıntı və kədər, ha-
mamdan çıxmaq şadlıqdı. Hamamda yuyunub arınmaq – borcdan
qurtarmaq, suyun dağ olduğu – həyatda xəstəlik və taqətsizlik, ilıq
olduğu sağlamlıq və işlərin qərarında olduğunu göstərir.
Haca getmək – yuxuda Məkkəyə getmək, ya özünü Mək-
kədə ziyarətdə görmək, istək və arzuların yerinə yetirilməsinə
işarədir. Yuxuda Məkkəyə getmək istədiyi halda gedə bilməzsə
– muradına çatmayacaq.
Həb – yuxuda həb görmək – hər şəkildə olursa-olsun,
yalan, fırıldaq, aldanmaq, aldatmaq kimi yozulur.
Həcamət (Qanalma) – yuxuda həcamət etdiyini görən
naxoş olsa toxtar, sıxıntıda olsa – rahatlığa çıxar, həbsdə olsa –
qurtulur, işdən çıxarılıbsa – işə çağırılar.
Həsir – yuxuda həsir üstə oturduğunu görən peşimanlıq
doğuran bir işə əl atar, həsirə büründüyünü görən – təkcə özünü
223
düşünər. Təzə həsir aldığını görən evlənir, həsirin oğurlandığını
görən işini əldən verir.
Həvəngdəstə – yuxuda biri-birindən ayrılmaz iki şərik de-
məkdir. Həvəngdəstəni birlikdə görən – qazanca çatacaq, onları
tək-tək görən – gözlənilən qazancın ələ gəlmiyacağına işarədir.
Hörümçək (toratan) – yuxuda hörümçək (toratan) bir dəcəl
və azar verən adama tuş gəlmək deməkdi. Hörümçəyi öldürən
hiyləgər bir düşməndən qurtarır. Hörümçək toru evdə yoxsulluq
nişanəsidi. Onu evdən süpürüb atan yoxsulluqdan qurtarır.
Xərmən – yuxuda xərmən görmək – zəhmətlə mal artırmaq
deməkdi. Xərmənin yandığını, sel apardığını, ya hər surətdə
olur-olsun aradan getdiyini görənin varı əlindən çıxar və fəlakətə
uğrar.
Xəmir – yuxuda xəmir yoğurmaq xeyirdi. Mayalı xəmir
işlərin uğurlu olduğuna və qazanclı peşəyə işarədir.
Xəncər – yuxuda xəncər kin və düşmənçilik nişanəsidir.
Bir xəncər tapdığını, aldığını, belinə bağladığını görən düşmənə
qələbə çalar. Xəncərin itməsi, ya sınması düşmənə basıldığına
işarədi.
Xəstəlik (naxoşluq) – yuxuda xəstəlik xeyrə yozulur. Ta-
nınmış bir adamın xəstəliyini görən – düşmənə basılır, vuruşda
yaralanır. Yuxuda baş ağrısı günah işlər, qulaq ağrısı zərər-
ziyan, göz ağrısı – qəm və kədər, ürək ağrısı – harama yetmək,
bel ağrısı – fəqirlik və iftira kimi yozulur.
Xurma – yuxuda xurma almaq, xurma dərmək, xurma ye-
mək – qazanc və sevinc, xurma ağacı əkmək – şərəf və şöhrət,
xurma ağacını kəsmək, ya onun üstündən düşmək xeyrə yo-
zulmur.
224
İcrət – yuxuda birindən icrət almaq, ya birinə icrət vermək
– xeyir-bərəkətə yozulur. Bu icrət verənin icrət alana xeyirxahlıq
nişanəsidi.
Kabab – yuxuda kabab çəkmək üçün ət hazırlayan qazanclı
və rahat bir iş arar. Erkək qoyun ətindən kabab yemək xəstə-
lənməyə, dişi qoyun ətindən kabab yemək – arvadının xəstə-
ləndiyinə, quzu ətindən kabab yemək uşaqlarının xəstələnməsinə
işarədi. Kabab hər ətdən olur-olsun xeyrə yozulmur.
Kağız – yuxuda öz əlində kağız görmək – ehtiyacın ödən-
məsi, işin görüləcəyi kimi yozulur. Kağız yazmaq – bir məsələni
aşkara çıxarmaq, kağızlarla uğraşan birisini görmək – insanlara
yol qoyan, vəhiylə öyrədən bir adamla üzbəüz olmağa, kağız
almaq – xoş xəbər almaq və murada çatmağa işarədir.
Karxana – yuxuda karxana görən – dünya işləri ilə uğ-
ramaq deməkdi. Karxanada işlər görmək – işlərin yaxşılığına,
karxanada yatmış görmək – işlərin pozulmasına işarədi. Karxa-
nada işdə olmaq bir iş başına keçmək, karxanadan çıxmaq –
işindən çıxarılmaq deməkdi.
Kasa – yuxuda dolu kasa qismət, boş kasa üzüntü, qızıl və
gümüş kasa bol qazanc və işdə uğur, kasada su içmək – bir sevgi
xəbəri, kasadan su yerə tökmək – bir itkidir.
Keçə – yuxuda keçəyə bürünmək – get-gedə yoxsulluq,
kədərli günlərə uğramağı, güllü keçə xoş xəbər eşitməyi, yırtıq
keçə gələcəkdə var-dövlətə çatmağı bildirir.
Kəhrəba – yuxuda xırda kəhrəba görmək – çətinliklə ələ
gələn qazanc, iri kəhrəba – uzun sürən xəstəlik deməkdi. Yuxu-
da kəhrəbadan boyunbağı taxan qadın – varlı, lakin əxlaqsız bir
kişi ilə evlənər, əlində olan kəhrəbanı itirmək və ya birinə
vermək yaxşı yozulur.
225
Kəklik – yuxuda kişi üçün gözəl bir arvad və qadın üçün
yaraşıqlı bir ər deməkdir. Bir kəklik gördüyünü, tutduğunu, ya
aldığını görən evlənir. Kəklik satmaq arvadından ayrılmaq de-
məkdir. Kəklik əti yemək təzə paltar geyəcəyə işarədir.
Kənd və kəndli – yuxuda abad kənd görmək – rifah və
bərəkət, xarab kənd görmək – fəqr və fəlakət deməkdir. Özünün
kənd əhlindən olduğunu görən – xalqa xeyirli işlər görür, bir
kəndli ilə münasibətdə olan xeyirli bir adamla dost olur.
Kürk – yuxuda qışda kürk geymək – xoş günlər və şadlığa,
yayda kürk geymək – sıxıntı və kədərə yozulur.
Külə – yuxuda külə adam görən – düşmənə qələbə çalar.
Bir külə ilə qonuşan – yalançı və kələkbaz bir adama uğrayar,
lakin ondan zərər görməz. Külə bir qadınla görüşən – işində
ziyan görər.
Kül – kül yuxuda faydasız bilik və mal kimi yozulur.
Yuxuda kül yığdığını, aldığını, daşıdığını görən – bilik və ma-
lından nə özü faydalanır, nə də özgəsinə bəhrə verir. Kül ye-
diyini görən haram yeyər. Öz başına kül səpdiyini görən –
gördüyü yaramaz işdən peşmanlıq çəkər. Kül üstündə oturmaq –
fisqifəsadla uğraşmaqdır.
Küncüt – yuxuda küncüt – get-gedə artan var ilə yozulur.
Küncüt almaq xeyirli, satmaq fənadır. Küncüt əkmək bəhrəli işə
əl atmaq, əzib yağını çıxarmaq – varından yaxşı faydalanmaqdır.
Maşın – yuxuda maşın görmək, hər cür maşın olursa-olsun,
işlərin və yaşayışın asanlaşmasından xəbər verir
Mağara – yuxuda qaranlıq, darısqal və nəmli mağara –
sıxıntı, ölüm, qəbir, işıqlı və geniş mağara – çətinlikdən qur-
226
tarma, mağaraya girib oradan salim çıxmaq isə əmin-amanlığa
çatmaq kimi yozulur.
Mal-davar – yuxuda gomuş, inək, qoyun kimi sağmal hey-
vanları görmək – uğur və yemək anlamında yozulur.
Matəm – yuxuda hər cür matəm və əza mərasimi görmək,
ya onda iştirak etmək, gələcəkdə xoş və aydın günlərdən xəbər
verir.
Maya (acıtma) – yuxuda maya ruh düşgünlüyünə işarədi.
Mayanın daşıb-qabarması – ruh düşgünlüyündən qurtarıb könül
xoşluğuna çatmaqdı.
Mayallaq vurmaq – yuxuda başı üstə mayallaq vurmaq
gündəlik davranışlarında ciddi olmağa və lovğalıqdan çəkin-
məyə işarədi.
Meşə – yuxuda meşə görmək böyük, alicənab bir adamla
görüşdür. Meşədə gəzinmək, ya orada dincəlmək, o adamın hi-
mayəsində olmaq, meşədə qurumuş ağacları yığmaq – xeyir və
mənfəətə, yaş ağacı kəsmək – yaxşılıq qarşısında yamanlıq kimi
yozulur.
Meyvə – yuxuda ağacdan meyvə dərmək yaxşı işlərə əl
atmaq, həm də etibarın çoxalması kimi yozulur. Yuxuda meyvə
yemək, meyvədən özgəsinə pay ayırmaq ruzunun bolluğu de-
məkdir. Yetişməmiş kal meyvə dərmək – tələsik, düşüncəsiz iş
görməyə yozulur.
Məhkəmə – yuxuda haqq-hüquq işləri ilə məşğul olan
xeyir-bərəkətə, qazanc və rifaha, lakin cəza məhkəməsi görmək
– sıxıntı və zərər-ziyana yozulur.
227
Məlaikə – yuxuda məlaikə görmək – tam xeyrə yozulur.
Məlaikənin bir yurda endiyini görmək o yurdda yaşayanların
nemətə çatmasına, qəm və kədərdən qurtulmasına işarədi. Bu
məlaikə ilə uçmaqda olduğunu görən – dünya və axirətdə rastgar
olur. Bir məlaikə ilə qonuşduğunu görən – böyük qazanca çatar.
Özünü məlaikə surətində görən – izzət və hörmət qazanır.
Məmə (əmcək) – məmə yuxuda qız uşağı ilə yozulur. Mə-
mələrin baş verməsi, ya məmənin yanında ayrı məmələr çıxdı-
ğını görən – qız uşağının çoxluğuna, məmələrin xırda, ya görün-
məz olması – qız uşağının olmayacağına yozulur. Məmədən süd
axdığını görmək – imanın kamilliyinə nişanədir. İki məmədən
süd axdığını görən – subay olsa evlənir, evli olsa varlanır.
Məmə – bir boylu qadın, ya onun ailə adamlarından biri
yuxuda məmə görərsə o qadının çox sağlam bir uşaq dünyaya
gətirməsinə işarədir.
Mərcan – yuxuda mərcan – əyal və övlad ilə yozulur. Mər-
can almaq, ya mərcan tapmaq – subay üçün evlənmək, evli üçün
övladdır. Birindən mərcan alan – onun varından faydalanır.
Mərmər – mərmər yuxuda var və sevinc ilə yozulur. Ağ və
parlaq mərmər – halal mal, qırmızı mərmər mirasdan qalma mal,
qara (şəvə) mərmər – oğurluq və əyrilikdən ələ gələn mal
deməkdi.
Mürəbbə – yuxuda mürəbbə – bol gəlir və varlanmaq nişa-
nəsidir. Evdə mürəbbə bişirmək rahatlığa çıxmaq deməkdi.
Mürəkkəb – yuxuda mürəkkəb görmək – yaşayışda çalış-
qanlığa və murada çatmaq nişanəsidi. Mürəkkəbin calandığını
görmək zərərə işarədi. Davatın mürəkkəblə dolu olduğunu
görmək ailə həyatında salihə və savadlı bir əyal deməkdi.
228
Müştəri – yuxuda müştəri görmək bir darda qalmış, çarəsiz
adamla rastlaşmaq nişanəsidir.
Nal – yuxuda hər nə şəkildə olur-olsun, nar görmək qazanc
və şad xəbər kimi yozulur. Minik heyvanlarının nallandığını, ya
özü nalladığını görən işlərində göstərdiyi bacarıq və ardıcıl-
lıqdan dövlətlənər. Nal düzəltdiyini, ya tapdığını görən – faydalı
bir işə əl qoyar. Nalı itirmək, nalı birinə vermək xeyrə yozulmur.
Namaz – hər niyyətə olur-olsun üzü qibləyə namaz qılmaq
– dünya və axirətə uğramaq, murada çatmağa yozulur.
Nanə (nəna) – yuxuda nanə görmək xeyrə yozulmur. Nanə
satın almaq, nanə dərmək, nanə yemək – qəm, qüssə və ağır
yaşamağa işarədi.
Naz-qəmzə – yuxuda naz-qəmzə satan adam istər qız, ya
oğlan olsun – sevgidə uğursuzluğa uğrayacaqdır.
Nərdivan – yuxuda nərdivana qalxmaq – böyük bir işi başa
çatdırmaq sayəsində şan-şöhrətə çatmaq, nərdivandan enmək –
ələ düşmək, böyük bir fürsəti əldən vermək, nərdivandan yıxıl-
maq düşmənə basılmağa işarədi.
Novdan – yuxuda novdan görmək – tanınmış və xoşniyyət
bir adamla tanış olmaq, yağış yağmadan novdandan su axdığını
görmək – fitnə və fəsada, yağış yağarkən novdandan saf və
dumduru suyun axdığını görmək – bolluq və ucuzluq, suyun bu-
lanıq gəldiyini görmək – qıtlıq nişanəsidi.
Novruz bayramı – yuxuda Novruz bayramını görmək –
böyük şadlıq və aydınlıq kimi yozulur, hər cür darlıqdan,
üzüntüdən qurtarmaq, arzu-istəyə çatmağı göstərir.
229
Nuh – yuxuda Nuh peyğəmbəri görmək – səadətə yozulur.
Yuxu görən olduqca uzun yaşayır, hər cür gözlənilməz hadi-
sələrdən qurtarır, çətinliklərə üstün gəlir.
Ocaq – yuxuda ocaq qurmaq, ya ocaq alışdırmaq – evlən-
mək və ailə qurmağa yozulur. Ocağı yanıq halda görən – ailəsi
ilə şən və məsrur yaşar, ocağın sönməsini, ya yıxılmasını gör-
mək – ailədən nemətin azalması və rifahın zəvalı ilə yozulur.
Od – yuxuda od görənin uzaqdakı qohumundan xəbər gələr.
Od yandıran kədərli xəbər eşidər. Odu söndürmək – səfalətdən
qurtarmaqdır. Qaranlıqda xalqa yol göstərmək üçün yandırılan od –
təcrübə və bilgiyə yiyələnmək, gündüz yel üstə yandırılan od – boş
işlərlə məşğul olmaq deməkdir. Oda ibadət etmək – şeytanın qul-
luğunda olmağı, od yediyini görən – yetim malı və ya beyt-lümala
əl dolaşdırmağı göstərir. Göydən od yağmaq – o yerdə yaşayan-
ların ağır sıxıntıya məruz qalacaqları ilə yozulur.
Odun – yuxuda odun (istər yaş, istər quru) görmək düşmən-
lik, münaqişə, həsadət və dedi-qodu ilə yozulur. Dağdan, ya me-
şədən odun qırıb gətirmək, ya odun alıb satmaq – camaatla söz
güləşdirməkdə, ya çəkiş-bərkişdə olmaq deməkdi.
Ox – yuxuda ox atmaq – elçi göndərmək kimi yozulur. Ox
nişana tuş olursa, göndərilən elçi işi bitirir, dəymirsə iş korlanır.
Atılan oxun süzub getdiyini görənin şöhrəti çoxalır. Onun
camaat arasına düşdüyünü görənin sözü ötgün olur.
Omba – yuxuda omba (bud) görmək – yuxu görənin öz
ailəsinə-obasına bağlı olduğunu bildirir. Ombasında ağrı duyan
adam qəribliyə düşər.
Ordu – yuxuda ordu görmək, ya orduda olmaq – arada bir
pozğunluğun və münazeənin baş verəcağına işarədir.
230
Oruc tutmaq – yuxuda ramazan orucunu tutduğunu görən
– o ili naxoş olmaz, yaşayışda korluq çəkməz. Nafilə oruc
tutmaq – bəşarətə, qazanc, darlıqdan qurtarmaq ilə yozulur. Bil-
mədən orucunu yeyənin ruzusu bol olur. Bilə-bilə oruc yeyənin
əlindən xəta çıxar.
Öpüş – yuxuda boyun öpmək – ehtiyacdan qurtarmaq və
düşmənə qalib gəlmək deməkdir. Bir adamla öpüşmək, ya qu-
caqlamaq məqsəd və istəyə çatmaq nişanəsidir.
Ördək – yuxuda bir tək ördək görmək – xoşbəxt ailə qur-
maq, bir sürü ördək görmək – ucuzluq, bolluq və bərəkətə yo-
zulur. Üzməkdə olan bir dəstə ördəyi görmək – yaşayışdan razı
qalmaq deməkdir.
Ögey – yuxuda ögey ata, ana, qardaş görmək – ürək sıxan
bir xəbər eşitməyə yozulur.
Öküz – yuxuda öküz görmək – şadlıq, var-dövlətə işarədi.
Öküzü oxşamaq xeyirli bir işə əl qatmaq, öküzə dəym
231
Paça – yuxuda qoyun, ya inək kimi əti yeyilən heyvan
paçası almaq, ya yemək, qüvvət və qazanca yozulur. Paçanı
satmaq, özgəsinə bağışlamaq, ya atmaq – qüvvətdən düşmək və
qazancın azalması deməkdi.
Pambıq – yuxuda pambıq yığdığını görənin əlinə halal mal
toxtar, yatağa – yasdığa pambıq döşədiyini görən evlənir,
pambıq atdığını, ya satdığını görən biri ilə dalaşır.
Pərdə – yuxuda pərdə – qəm-qüssə deməkdi. Pərdə köhnə
və yırtıq olursa – qəm-qüssə tez ötüşür, təzə olursa uzun sürər.
Pəncərə pərdəsi sirr anlamındadı, onu açmaq sirrin üstünü
açmaq, onu çəkmək (örtmək) sirri gizli saxlamaq nişanəsidi.
Pəri – yuxuda pəri görmək – pəri gülərüzlü və gözəl olursa
– bəşarət, qızğın və çirkin olursa – fəlakətdi.
Pəncərə – yuxuda pəncərə görmək – mala-mülkə və xoş-
bəxtliyə çatmaqdı. Yuxu görən – sıxıntı içində olursa, ondan
qurtulur, xəstə isə sağalır, subay isə evlənir və xoşbəxt həyat
sürür, evli isə rifaha çatır.
Pənir –yuxuda pənir görmək, ya pənir yemək qazanc və
varlanmaqdır. Pənir quru (köhnə) olursa – zəhmət ilə ələ gələn
qazanc, təzə isə rahatlıq ilə gələn qazanc sayılır.
Portağal – yuxuda portağal görmək, almaq və yemək –
portağal şirin olursa – var-dövlət, turş olursa – sıxıntı və nasazlıqdı.
Posgül (məngülə) – yuxuda posgül – istər ipək və istərsə də
iplikdən olur-olsun – izzət, ehtiram, murada çatmaq, evli üçün
övlad və səfər, subay üçün evlənmək deməkdi.
Dostları ilə paylaş: |