OLAR AŞIM SUYU, OLMAZ BAŞIM SUYU
Arvad yuyunmaq istəyirdi. Qazanı su ilə doldurub ocaq üstə
qoydu. Ərinə tapşırdı bazardan aş göyü alıb gətirsin. Kişi evdən
çıxandan sonra qonşunun qızı gəldi, söz-söhbət arasında
soruşdu:
– Qazanda nə bişirirsən?
Arvad dedi:
– Kişi aş göyü gətirsə aş bişiracağam.
Qız dedi:
– Bəlkə kişin gec gəldi? Onda nə olar?
Arvad dedi:
– Olar başım suyu, olmaz aşım suyu!
189
TEHRANA GEDİB “ARİ” GƏTİRİB
Birisi vilayətdən Tehrana gedir. Bir müddət orada qalandan
sonra vilayətə qayıdır. Görüşə gedənlər ondan hər nə soruşurlar,
o, cavabında “ari” deyir. Bu söz görüşə gedənlərin ağzına düşür.
Görüşə getməyənlər soruşurlar:
– Ay canım, bu sözü siz haradan öyrənmisiz?
Onlar deyirlər:
– Haradan öyrənacağıq, filani Tehrana gedib oradan sovqat
gətirib.
DİLƏNÇİLİK ÇÖRƏYİ YEYƏN ÖKÜZ CÜTƏ GETMƏZ
Əkinçi şum qurtarandan sonra öküzü özbaşına buraxıb, bir
tərəfdə dincəlməyə başladı. Öküz otlaya-otlaya kölgəliyə gəlib
çıxdı. Kölgəlikdə bir nəfər dilənçi torbası yanında yatmış idi.
Öküz yaxınlaşıb torbada hər nə ki var idi yedi. Çox keçmədən
dilənçi ayıldı, gördü öküz torbasında olanları yeyib. O, öküzün
yiyəsinin yanına gəlib dedi:
– Sənin öküzün mənim torbamda hər nə var idi yeyib, sən
görək onun ya özünü, ya pulunu mənə verəsən. Öküz yiyəsi dedi:
– Bu arada əgər bir nəfər verəcaqlı olsa, o da sənsən.
Dilənçi dedi:
– Hələ mən niyə?
– Çünki sən mənim öküzümə dilənçilik çörəyi yedirtmisən,
dilənçilik çörəyi yeyən öküz də cütə getməz!
BİZ İNƏKDƏN VAZ KEÇDİK,
SƏN DƏ YAZIQ İTİ AZ DANLA
İki oğru bir gecə birinin inəyini aparmağa gəlirlər. Evin iti
bunu duyub başlır hürməyə. Kişi başa düşür ki, evdə oğru var.
Durub çıxır qapıya ki, bəlkə oğrular onu görüb, inəyi aparmaq-
dan əl götürsünlər. Amma pəyənin bacasından baxanda görür
190
oğrulardan biri öküzün boyunduruğun açır, o birisi də şana
götürüb əlinə gələni sinəsinə yığır. İşi belə görəndə o başlayır iti
danlamağa: Olmaya mənlə şəriklisən, aparır mənim malımı
aparır, sən niyə özüvi yırtırsan?
– Qardaş, aparırsız, aparın şana da üstələmə, halal xoşuz
olsun!
Oğrular bu sözləri eşidib səslənirlər:ə
t
191
çağırır, ondan atın suya batan olmasını haradan bildiyini soru-
şur. Ağsaqqal deyir:
– Bu atın anası tez ölüb, onu gamış südü ilə bəsləyiblər,
buna görə də, o, su görcək gamış kimi suya yatır.
ZƏHMƏT OLMASA, APAR DƏVƏNİ
ÖZ QAPINDA XIXLA
Şahın xəzinəsini daşıyan dəvələrdən biri itir. Şəhərin qul-
durlarından biri onu tapıb evinə aparır. Yükünü yendirib, əmin
yerdə gizlədəndən sonra iz itirmək üçün dəvəni evdən çıxarıb,
şəhərin uzaq məhəllələrinin birində yazıq bir adamın qapısında
xıxlamaq istəyir. Ev yiyəsi dəvənin böyürtsünə qapıya çıxıb
soruşur:
– Sən nə iş görürsən?
O cavab verir:
– İstirəm bu yolunu azmış dəvəni burda xıxlayam, bəlkə
yiyəsi onu görüb aparsın.
Onun kələyini duyan ev yiyəsi deyir:
– Zəhmət olmasa, apar dəvəni öz qapında xıxla!
ÜÇ AY MƏN SƏNƏ GƏLƏLİ, ÜÇ AY SƏN MƏNİ ALALI,
RƏCƏB, ŞƏBAN, RƏMƏZAN – BU OLAR DOQQUZ AY
Avam bir kişinin arvadı evləndiklərindən üç ay sonra bir
uşaq doğur. Kişi arvaddan soruşur:
– Uşağın anadan olması 9 ay çəkir. Bu necə işdi ki, sən üç
ayda doğdun?
Arvad deyir:
– Bizim uşaq da doqquz ayında doğulub. Üç ay mən sənə
gələli, üç ay sən məni alalı, rəcəb, şəban, rəməzan – bu elər 9 ay.
192
BUNDAN SONRA NAHARI BURDA YE,
ŞƏTƏL ATMAĞI SAXLA ÖZ EVİZƏ
Bir evdə nahar yeyirdilər. Birisi də içəri girib bir tərəfdə
oturdu. Nahar yeməkdə olanlar ona süfrəyə yaxınlaşmağı təklif
etdilər. Adam dedi:
– Mən evdə nahar yemişəm, indi ki, israr edirsiz, bir balaca
şətəl ataram (əl dolaşdıraram).
O, bunu deməklə süfrəyə çəkildi, o birilərə macal vermədən
yeməyə başladı.
Süfrə başındakılardan biri dedi:
– Xahiş edirik bundan sonra naharı burda ye, şətəl atmağı
(əl dolandırmağı) saxla öz evizə.
AÇIQ AĞIZ AC QALMAZ
Vaiz minbərdə qiyamət günündə mömünlərə veriləcək
böyük-böyük əcrlərdən danışırdı. Vaiz qurtarandan sonra
oradakı arvadlardan biri ona deyir:
Həzrəti-ağa, Siz tamam yaxşı əcrləri mömünlərə (kişilərə)
bağışladız, buyurun görək axirətdə arvadlara nə çatacaq?
Vaiz deyir:
– Həmşirə, nigəran olma, açıq ağız ac qalmaz.
AL BU QƏDƏYİ, GEDİM KƏLLƏ QƏNDİNİ DƏ
GÖNDƏRİM GƏLSİN
Birisi dərziyə iki arşın yarım qədək gətirdi ki, bir don tik-
sin. Dərzi qədəyi ölçüb bir tərəfə qoydu. Adam işin əl muzdusun
soruşdu. Dərzi bir para təvrüfdən sonra dedi:
– Sizin rəhmətlik abu bu cürə işlərə həmişə iki arşın yarım
qədək, bir kəllə qənd verərdi. Siz də hər nə versəz, öz başızın
ucalığıdı.
Cavan adam dedi:
193
– Mən ki rəhmətlik abudan qabağa keçənmərəm, al bu
qədəyi, gedim kəllə qəndini də göndərim gəlsin.
HAKİMİN ADAMI HƏR NƏ İSTƏSƏ ELƏR
Birisi hökumət adamlarının biri ilə əlbəyaxa oldu, çəkiş-
bərkişdən onun qulağını dişi ilə qopardı. Hakim adamı gətirdi. Bu
işin günahını boynuna almağı ondan tələb etdi. Adam dedi:
– Mən bu işi görməmişəm. O, qulağını özü qoparıb.
Hakim dedi:
– Məyər adam öz qulağını da dişi ilə qopara bilər?
Adam cavab verir:
– Yox, bu işi edə bilməz amma o, hökumət adamıdı,
hökumət isə hər nə istəsə edər.
DÖVLƏT ADAMIDI, ÖZ HAQQIN İSTİR
Soyuq, boranlı qış gecələrinin birində həkimi yuxudan
ayıldıb, gözlənilmədən naxoşlamış hakimi görməyə apardılar.
Amma həkim naxoşa baxandan sonra onu icrət verməmiş yola
saldılar. Buna baxmayaraq, həkimi çağırmağa gedən fərraş
hakimin yaxasından yapışıb haqq-hesab istədi. Hakim özünü
onun əlindən qurtarmaq üçün həkimin yanına qayıtdı, ona
şikayətləndi. Amma həkimin cavabı ona bu oldu:
– Demək olar, dövlət adamıdı, öz haqqını istəyir.
ALMANI AT GÖYƏ, YERƏ DÜŞÜNCƏ YA NƏSİB,
YA QİSMƏT
Şahzadələrdən birisi axşam şikardan qayıdanda şəhərə
yaxın görkəmi yorğun bir qocaya rast gəlir. O, bunu uğursuzluq
sayıb, yazıq qocanı öldürtməyi əmr edir. Ölümü göz önündə
görən qoca qurtulacaq yolu olmadığından, şahzadəyə çevrilib
deyir:
194
– İndi ki məni öldürməyə əmr etmisən, mənə heç qurtula-
caq yolu qalmayıb, əlindəki almanı at göyə, yalnız yerə qayı-
dınca, mənə aman ver.
Şahzadə deyir:
– Sən yaşamağı o qədər sevirsən ki, almanın göydən yerə
düşməsini də qənimət bilirsən?
Qoca deyir:
– Yox, mən ömrümü eləmişəm, amma kim bilir, alma yerə
düşüncə, kim ölə, kim qala.
Şahzadə gülümsəyib, almanı göyə atır. Alma gedib, fırlana-
fırlana qayıdır. Almanın fırlanmasından şahzadənin atı hürküb,
şahzadəni elə yerə çırpır ki, bir də yerdən qalxanmır. Şahzadənin
adamları qocanı övliya sayıb öz halına buraxırlar. Qoca yoluna
davam edir, dililə dodağı arasında deyir:
Almanı at göyə, yerə düşüncə ya nəsib, ya qismət.
HESAB BİLMİRSƏN, YA QAZIQ YEMƏMİSƏN?
Hakimlərdən birisi bir günahkarı cəzalandırmaq üçün əmr
elədi ona yüz yol qazıq (ağac mıx) işlətsinlər.
Qaravullar yazığın yaxasından tutub, hökmü yerinə yetir-
mək üçün aparanda, o, ucadan bağırır ki, hakimə ərzim var. Ha-
kim deyir:
– Qoyun sözün desin.
Məhkum deyir:
– Qurban, sən ya hesab bilmirsən, ya qazıq yeməmisən!
HƏZRƏTİ-XIZIRI GÖRDÜK, İKİ QRAN DA
CƏRİMƏSİN ÇƏKDİK
Əkinçi eşitmişdi hər kim Xızır peyğəmbəri görsə, ondan hər
nə istərsə yerinə düşər. Bir gün bel əlində su suvardığı yerdə
birisi onunla üzbəüz gəlib dedi:
– Ay kişi, mən Xızıram, hər nə istəyin var, məndən istə.
Əkinçi deyir:
195
– Ay canım, mənlə boş-boşuna baş qoşma, sən haradan Xızır
ola bilərsən. Məndə o bəxt harda var ki, Xızır mənə rast gələ.
Xızır nə qədər israr edir, kişi inanmır ki, inanmır. Xızır onun
inanmadığını görüncə üz qoyur getməyə, kişi daldan çağırır:
– Əgər Xızırsan, bu beli kürək elə.
Dərhal bel kürək olur. Əkinçi bunu görüncə deyir:
– Həzrəti-Xızırı gördük, iki qran da cəriməsin çəkdik.
BELƏ BÖRKÜN VAR,
APAR QOY CƏBRAYILIN BAŞINA
Uzun müddət başıaçıq gəzən bir adam küçə-bağdan keçə-
keçə birdən köylündən bir börk keçir, öz-özünə deyir:
– Allah, nə olardı, mənə də bir börk verəydin.
Bu ara divarın dalında su arxını arıdan bir kimsə palçığın
içindən cırıq, bulaşıq bir börk tapır. O, börkü belin ucunda var
qüvvəsilə divarın o biri tərəfinə tullayır. Qəzadan börk də rast
gəlir, düşür börk arzusu köylündən keçən yazığın başına. Kişi
əvvəl çox sevinir, amma onu əlinə alıb görəndə bərk darılır,
qeyz ilə börkü tazadan divarın o biri tərəfinə tullayıb, deyir:
– Belə börkün var, apar qoy Cəbrayılın başına!
DƏDƏSİNƏ KƏFƏN ALMAĞA GEDİB
Qaradağın kəndlərindən birində birisi Allahın rəhmətinə
gedir. Qonum-qonşu onu yerdən götürmək üçün hər biri bir iş
dalınca gedir. Ölənin oğlunu da kəfən almağa göndərib deyirlər:
– Çaparaq get!
Oğlan bazara çatar-çatmaz görür bir neçə adam işləməyə
Mazandarana gedir. O da atasına kəfən almağı unudub, bu
adamlara qoşulub gedir…
Ay keçir, il dolanır, oğlan evlərinə qayıdır. Görüşünə gələn
qonum-qonşular ondan soruşurlar:
– Ay balam, sən bizləri gözü yolda qoyub hara çıxıb getdin?
196
Oğlanın duruxub cavab verə bilmədiyini görən ağsaqqalar-
dan birisi deyir:
– Babam, onu çox danlamayın, dədəsinə kəfən almağa
getmişdi.
BUNU PULUŞU İLƏ YEYİRƏM, O BİRİSİNİ
DANALAYIB YEYƏCAĞAM!
Ucuzluq illərində yeyimcilin biri üzüm satana yanaşıb deyir:
– Neçə verim, məni üzümdən doyurasan?
Üzümçü adamı başdan ayağa süzüb öz-özünə deyir:
– “Nə qədər qarınqulu olsa da, bir sələdən çox üzüm yeyə
bilməz ki…” Bu hesabla deyir:
– İki qran ver.
Kişi iki qranı verir, üzümçü də bir dolu sələ üzümü onun
qabağına qoyur. Adam başlır üzümdən yeməyə, amma üzümçü
baxır ki, o, üzümü puluşdan ayırıb, yemək əvəzinə puluşu ilə
birlikdə yeyir. O deyir:
– Üzümü elə yeməzlər, onu puluşdan ayırıb yeyərlər.
Adam deyər:
– Bunu puluşu ilə yeyirəm, o birisin puluşdan ayırıb
yeyəcağam.
YA MUSA, KÖTƏYİ DƏ YEDİN, SÜDDÜ AŞI DA
Deyirlər bir gün Musa peyğəmbər münacatda Allahdan
soruşur:
– İlahi, mən bu gün nə yeyəcağam?
Nida gəlir:
– Sən bu gün nahara süddü aş yeyəcaqsan.
Musa peyğəmbər Allahın hökmündən özünü qurtarmaq
üçün üz qoyur dağa-daşa sarı getmağa. Çox yol gedəndən sonra
acımış halda bir çobana rast gəlir, ondan yeməğa bir şey istəyir.
Çoban da əl üstü süd sağıb, dağırcıqdakı dügüdən töküb, tələsik
süddü aş düzəldir, qonağın qabağına qoyur. Musa süddü aşı
197
yeməkdən çəkinir. Çoban Musanın süddu aşı yemək istəməmə-
sindən acığı tutub əl eliyir ağaca, bir-ikisini Musaya yedizdirir.
Həzrəti-Musa canının qorxusundan süddü aşı dibinəcan
yeyir. Göydən nida gəlir:
– Ya Musa, kötəyi də yedin, süddü aşı da!
HƏR KƏS ÖZ İTİRDİYİNDƏN DANIŞIR
Birisinin dəvəsi itmişdi. Axtara-axtara gəlib bir bulaq başı-
na çatdı. Gördü bir qız bulaqdan su doldurur. Soruşdu:
– Ay qız, sən buralarda bir dəvə görmədin?
Qız dedi:
– Sən nə danışırsan, məni kəndxudanın oğlu istədi getmədim.
Dəvəsi itən dedi:
– Mən soruşuram, dəvəmi itirmişəm. Sən onu görməmi- sən?
Qız dedi:
– Məni əmim oğluna verdilər, getmədim.
Dəvəçi nə qədər itmiş dəvəsindən soruşdu, qız özünə gələn
elçilərdən danışdı.
Axırda dəvəçi hirslənib dedi:
– Ay canım, mən itirdiyim dəvədən soruşuram. Sən evinizə
gələn elçilərdən danışırsan.
Qız dedi:
– Hər kəs öz itirdiyindən danışır.
BU İL İKİMİZDƏN BİRİNİ EVLƏNDİR,
GƏLƏN İL DƏ DADAŞIMI
Kişinin iki oğlu var idi. Oğlanların hər ikisi evlənmək ya-
şına çatmışdılar. Hər vaxt arvad kişi ilə uşaqları evləndirməgin
danışanda, kişi əlinin boş olduğundan, iki toyun birdən xərcini
ödəyə bilmədigindən şikayətlənirdi. Bir gün genə arvadla kişi
oğlanların evləndirilməsi barədə deyişəndə kiçik oğlan bir
tərəfdə oturub qulaq asırdı. Oğlan ananın israrın, atanın inkarın
görəndə birdən dilə gəlib deyir:
198
– Ay canım, siz nə üçün işi belə çətinləşdirirsiz? Bu il
ikimizdən birini evləndirin, gələn il də dadaşımı.
HALAL XOŞUN OLSUN!
Bir yol kəsənin nənəsi oğlundan istədi halal qazancından
ona bir kəfən alsın. Oğlan yolda
199
AYINI DEMƏ, AYI PİS CANAVARDI
Birisi meşədə ayıya tuş gəlir. Ayı adamı qarmalayıb yer-
dən-yerə vurur. Adam zərbələrin ağırlığından huşdan gedir. Ayı
onu ölmüş sanıb başına buraxır ki, sorası gün gəlib, onun qox-
muş ətindən yesin. Huşdan getmiş adam neçə saat sonra ayılıb,
işinin dalınca gedir. Amma onun yedigi zərbələrdən hər iki
qulağı kar olur.
Bu hadisədən sonra o, ayıdan bərk qorxduğu üçün iki nəfəri
bir-birilə danışan görəndə elə bilir ayıdan danışırlar. Buna görə
də deyir, ayını demə, ayı pis canavardı.
ACIN İMANI OLMAZ
Birisi acından bıxmışdı. Şeytan ona öz əlilə yemək gətirib
dedi:
– Mən sənə yemək verirəm, bu şərt ilə ki, yeyib doyandan
sonra imanuvi mənə verəsən.
Adam qəbul edir, yeməkdən doyunca yeyir. Yeməkdən
çəkiləndən sonra şeytan deyir:
– Yaxşı, indi sən imanuvi ver mənə.
Adam deyir:
– Mən yox şeyi sənə haradan verim.
Şeytan soruşur:
– Məyə demədin imanın mənim olacaq.
Adam deyir:
– Mən bu sözü ac ikən dedim, acın ki imanı olmaz!
QATIR ALAN SOVUŞDU
Bir gün həkim bəzəkli-düzəkli qatıra minib, şəhərə dolan-
mağa getmişdi. Yol üstə tazaca həşiş çəkmiş bəngilərdən biri
nəşəli olduğundan soruşur:
– Qatır satdıqdı?
200
Hakimin yasavulları onu tənbeh etmək istədikdə hakim
qoymur. Axşamüstü hakim haman yoldan qayıdanda genə gözü
haman adama sataşır, ona deyir:
– Qatırı neçəyə alırsan?
Adamın halı özünə qayıtdığı üçün deyir:
– Qatır alan sovuşdu.
BURA GƏLƏNLƏR HAMISI ƏVVƏL GƏLƏNDƏ
DEYİR MƏN ŞAHAM
Deyirlər Rza şah bir gün Tehranda dəlixanaya baş çəkməyə
gedir. Dəlixananın məsulları xəbərnak dəliləri daldada gizlədib
bir neçə xətərsiz dəlini azad buraxırlar. Rza şah oyan-buyanında
gəzənlərlə görüşəndə dəlilərdən biri onun qabağını kəsib deyir:
– Səni bura taza gətiriblər?
Rza şah deyir:
– Yox, məni gətirməyiblər, mən özüm gəlmişəm. Məyə sən
məni tanımırsan, mən Rza şaham.
Dəli gülə-gülə baş barmağını üzü yuxarı tutub deyir:
– Bura gələnlər hamısı əvvəl gələndə deyir:
– Mən Rza şaham.
XAN SƏN DEMƏSƏYDİN, BİZ TÜKLÜ-TÜKLÜ
YEYƏCƏKDİK
Bir yoxsul şikarçının əlinə bir şey toxtamırdı. Bir gün bir
bala ördək vurur, onu evinə aparmaq əvəzinə xana hədiyyə
aparır ki, bəlkə ondan bir ənam ala. Xan cılız adam olduğundan
hədiyyəni onun özünə qaytarıb deyir:
– Mən onu sənin özünə bağışlayıram. Onu apararsan evə
tüklərini yolarsan, qızardıb uşaqlarla yeyərsən.
Şikarçı onun cavabında deyir:
– Xan, sən buyurmasaydın, biz tüklü-tüklü yeyəcəkdik.
201
HAMAMDA DƏLİ VAR
Hamamda yuyunmağa gələn dəlinin birisi hamamı başına
götürmüşdü. O, birini döyür, birini söyür, var gücü ilə çığır-
bağır salırdı. Bu ara hamamda soyunmaq istəyən bir müştəri
soruşur:
– İçəridə nə hay-küydü?
Dedilər:
– Nə olacaq, hamamda dəli var.
Adam öz-özünə deyir:
– İndi ona dəlinin necə olduğunu göstərərəm.
O içəri girər-girməz dəlini altdan-üstdən dolaşdırır, elə ba-
ğırır ki, hamam cingildəyir. Əvvəlki dəli bunu görcək əl-ayağın
yığışdırıb yuyunmamış, qaça-qaça gəlib paltarlarını götürüb
küçəyə çıxır.
Onu bu halda görənlər soruşurlar: “Bəs niyə belə?”
O deyir:
– Deməyin, hamamda dəli var…
KİŞİ QIZIL KİMİ SÖZ DEYİR
İki adamın davası qaziyə yetişir. Onlardan biri tez gəlib,
özü ilə bir qaz gətirib qazinin həyətinə buraxdı. O biri tərəf gəlib
çatandan sonra qazi sual-cavabda qaz gətirənin tərəfini saxla-
mağa başladı. Sonda gələn bunu duyunca neçə dana qızıl sikkə
çıxartdı, onları astaca qazinin oturduğu döşəyin altına buraxdı.
Qazi bunu duyunca sözü dəyişdi, sonra gələnə haqq verməyə
başladı. Qaz gətirən adam bunu duyunca boynunu uzadıb həyətə
baxdı, qazı qazinın yadına salmaq istədi. Qazi onun bu işini
görüb dedi:
– Sən nə qaz kimi boynunu uzadırsan, kişi qızıl kimi söz
danışır.
202
KEÇİNİ ÖZ AYAĞINDAN, QOYUNU DA
ÖZ AYAĞINDAN ASARLAR
Harun ər-Rəşid çox zalim xəlifə imiş, xalqa cövrü-cəfa
edərmiş. Bəhlul onun işlərindən narazı olduğu üçün heç vaxt
gülməzmiş. Bir gün Harun onun nə üçün həmişə dalğın oldu-
ğunu soruşur, amma Bəhluldan cavab eşitmir.
Belə olanda Harun bir nəfər çağırıb ona tapşırıq verir ki,
sən Bəhlula bildirmədən hər yerdə onun dalınca gedəcəksən.
Harda onun gülməyini görsən, gəlib mənə xəbər verəcəksən.
Adam günlərlə Bəhlulun dalınca gəzir.
Bir gün Bəhlul qəssab dükanının qabağından keçəndə orada
dayanır, qənarələrdən asılmış ət şaqqalarına baxıb gülür. Adam
gəlib bunu Haruna xəbər verir. Harun Bəhlulu çağırıb soruşur:
– Sən qəssab dükanında nə üçün güldün?
Bəhlul deyir:
– Mən çox nigəran idim ki, sənin xalqa etdiyin bu azar-əzab
bir gün mənim də ayağımı tutar. Amma qəssab dükanına
baxanda bildim ki, keçini öz ayağından, qoyunu da öz ayağından
asarlar.
QILINC HAMAN QILINCDI, QOL HAMAN QOL DEGİL!
Belə nağıl edirlər ki, Çaldıran vuruşundan sonra Osmanlı
xəlifəsi məktub yazıb Şah İsmayıldan xahiş edir bu vuruşda top
lüləsini iki bölən qılıncı ona göndərsin.
Şah İsmayıl Xəlifənin istəyini yerinə yetirib, haman qılıncı
ona göndərir. Xəlifə adamlarının hüzurunda qılıncı top lüləsinə
yendirir, amma qılınc dəmirə işləmir. İş belə olanda Xəlifə
ikinci məktubu qızılbaş şahına göndərir, gileylənir ki, qardaşı bir
qılıncı ondan əsirgəmiş, onun yerinə bir Təbriz gurdası
göndəribdir. Şah İsmayıl məktubun cavabında yazır:
– Qardaşım, qılınc haman qılıncdı, qol haman qol degil!
203
SƏNDƏN ADAM ÇIXMAZ!
Günlərin birində dədənin oğlu ilə sözü çıxdı. Dədə acıq-
lanıb dedi:
– Səndən adam çıxmaz.
Oğlan bu sözdən inciyib baş alıb özgə diyara getdi. Orda
çox eniş-yoxuşdan sonra dədəsi yaşayan şəhərin hökumət
fərmanını aldı. O, şəhərə gəlincə hər şeydən əvvəl hökm elədi
dədəsini əlibağlı yanına gətirsinlər. Onun gözü dədəsinə sataş-
caq dedi:
– Ay kişi, sən deyirdin məndən adam çıxmaz. Bax, indi öz
şəhərimə hakim olmuşam.
Dədə gülümsəyib dedi:
– Mən demişdim səndən adam çıxmaz, deməmişdim səndən
hakim çıxmaz. İndi genə sözümün üstündəyəm. Sən adam ol-
saydın, dəduvi qolubağlı gətirməzdin.
DAYIN GƏLİB DƏDƏ MALIZI BÖLUŞMƏYƏ
Oğru gecə evin divarından düşdü. Evin gəlini südəmər
uşaqla dəhlizdə yatmışdı. Oğru əl qoydu evi yığışdırmağa. Bu
ara uşaq vəngildədi, gəlin uşağın səsinə ayıldı, gördü oğru
yığışdırır. Dedi:
– Quzum, ağlama, dayın gəlib dədə malımızı bölüş- dür-
məyə, qoy görək özü nə götürür, bizə nə qoyur.
Oğru bu sözləri eşitcək, qolları susaldı. Oğurladığlarını
bağlamaq üçün gətirdiyi məndəni yerə sərili qoyub getdi.
|