İkinci söyləmə
Deyirlər bir zaman bir kənddə gecələr qurd gəlib uşaqları
apararmış. Kənd əhalisi kəndin ətrafında gecələr səhərə təkin
keşik çəkərmiş. Amma genə də bu iş davam tapar, gecədə bir
uşaq yox olarmış.
Kəndlilərin biri bu barədə öz arvadından şübhələnir. Gecə
oyaq qalaraq, güdüb arvadın yerindən durub eşiyə çıxmasını görür.
Kişi də onun dalısınca durub, onu pusur. Görür ki, arvad qalağın
içinə girdi. Amma bir az sonra qalağın içindən bir qurd çıxıb
duvardan atılıb getdi. Səhər işıqlananda isə gördü ki, qurd qayıdıb
gəlib, qalağa daxil oldu, az müddətdən sonra isə arvad qalaqdan
çıxıb gəlib yerinə girdi. Səhər arvad kəhrizə su gətirməyə gedəndə
kişi qalağa girib, onun qurd donunu yandırır. Donun yanmaq iyisi
kəhrizdə arvadın burnuna dəydikdə, səyənki yerə çırpıb evə qaçır.
Amma don yanıb qurtarmış, arvad isə rahatlığa çıxmışdı.
Cinlər ilə bağlı söhbətlər
Keçmiş evlərdə hamam yox idi. Ümumi hamamlar kişilər
üçün olub. Arvadların ayrıca hamam günü olardı. Kişilər, xüsu-
sən namaz qılanlar qüsul etmək üçün səhər tezdən durub ha-
mama gedərdilər.
Bir nəfər səhər tezdən durub hamama gedir. Gedir görür
hamam açıqdı, gəl-get var, bu da gedir bir tərəfdə soyunub içəri
girir. Əvvəl xəzinəyə girir, sonra çıxıb bir guşədə kisə çəkmək
istəyir. Birdən gözləri çimənlərdən birinin ayağına sataşır. Görür
ki, bunların ayaxları keçi ayağı kimidi. O birilərə baxır görür
bəli... hamısının keçi kimi dırnaqları var. İşi anlayıb tələsik
durub eşiyə qaçıb paltarlarını geyir. Üzünü hamamçıya tutaraq
deyir: – Usta içəridəki adamların hamısının dırnaqları var.
Camadar qıçını altından çıxardaraq deyir: – Yəni bu
cürdürlər?
Kişi görür ki, onun dırnağı var, qorxudan yıxılıb huşunu itirir.
334
Hacı ilə şeytan
Bir gün bir lotu adamın işi çox dala düşmüşdü. Günü çox
pis keçirdi. Şeytanın ürəyi lotuya yandı. Yanına gəlib dedi:
– Lotubaşı niyə belə qəmginsən?
Lotu dedi: – Vallah, bir yandan gəlirim gəlmir, xərcliyim
yoxdu, bir yandan borclu düşmüşəm, güzaranım çox pis keçir.
Şeytan dedi: ─ Qüssə eləmə, mən bir yaxşı ərəbi at olaram,
apar məni sat, xərclə. Şeytan bunu deyib, vird oxuyub bir ərəbi
at oldu. Lotu sevincək atın cilovundan yapışıb, şəhərə çıxartdı.
Bir dövlətli Hacının qapısının qabağına gətirdi. Hacı eşiyə
çıxanda gözü bir gözəl ata sataşdı.
Hacı dedi: – Lotubaşı, bu atı haradan almısan? Nə yaxşı atdı.
Lotu dedi: – Hacı ağa, bu atı əmirlərdən biri mənə bağış-
layıb, satıram.
Hacı dedi: – Neçəyə deyirsən?
Dedi: – On min tümənə.
Hacı dedi: – Yaxşı atdı, amma bu qiymətə dəyməz.
Lotu dedi: – Hacı ağa, bundan artığa dəyər, pula ehtiyacım
var ona görə satıram.
Oyan- buyan Hacı atı lotudan 8 min tümənə alıb evə apardı.
Hacı atın şövqündən yerdə-göydə durmurdu. Bir təmiz
otağı boşaldıb, atı oraya bağladı. Pərvanə kimi onun başına
dolanırdı, sığallayıb tumarlayırdı.
Axşamçağı özü atın cilovundan yapışıb, onu suvarmağa
gətirir. At ağızını su axan lüləyə dayayıb içməyə başlayır. Hacı
da ləzzət ilə ona baxaraq, ağzı ilə fışqırıq çalırdı. Bir də gördü
atın ağzı, burnu su lüləsinin içinə girib. Hacı gördüyünə inana
bilmirdi. O yekəlikdə atın başı bu darlıqda su lüləsinə necə
girirdi. Dili tutulub mat qalmışdı ki, bir də gördü atın başı
tamamilə su lüləsinin içindədi. Hələ atın boynu da yarıya kimi
lüləyə girmişdi. Hacı hər nə gücü var idi cilovu çəkdi. Atın
qabaq ayaqları da lüləyə girdi. Hacı çığırıb haray çəkdi. Uşaqlar
Hacının dövrəsini alıb, işin nə yerdə olduğunu soruşdular.
335
Hacı dedi: – Nə olacaq, evim yıxılıb, səkkiz min tümənlik
atım su içərkən girdi su lüləsinə.
Uşaqlar qah-qah çəkib güldülər, Hacını huya basaraq dedilər:
– Hacı, dəli olmusan, ya nədi? O yekəlikdə at nə cür bu
darlıqda lülənin içinə girə bilər?
Hacı hirslənib uşaqları qovaladı ki:
– Dəli özünüzsüz, cədd-əbadızdı, hələ mənim öz dərdim
özümə bəs deyil, mənə dəli adı da qoyursuz...
Bu zaman böyüklər yığılıb Hacını danlayıb dedilər:
– Hacı, sənin saqqalın ağarıb, nə üçün uşaqlara baş qoşursan?
Hacı dedi: – Axı bilmirsiz, mənim atım su içəndə, su lülə-
sinin içinə giribdi. İndi bular da mənimlə baş-başa qovuşurlar ki,
Hacı dəli olubdu.
Dedilər: – Axı, Hacı, sən özün bir fikirləş, gör o yekəliklə
at nə cür bu darlıqda lülənin içinə girə bilər. Bu lüləyə barmaq
da girə bilməz.
Hacı dedi: – Vallah, mən də bilirəm ki, ağıla sığışan iş de-
yil, amma nə eləyim. Mən öz gözüm ilə gördüm ki, at bu su
lüləsinə girdi.
Camaat dedilər: – Biçarə Hacı dəli olubdu.
Hacı bu sözü eşitdikdə, genə də hirslənib xalqa hücum gəti-
rərək yamanlanmağa başladı. Xalq da onu huya basıb, oynat-
mağa başladı. Bu zaman məmurlar gəlib, Hacını tutub idarəyə
apardılar. Orda davanın səbəbini soruşduqda, Hacı qəziyyəni
onlara da nəql elədi. Qazi başını tovlayıb dedi:
– Hacını dəlixanaya aparın, qalar evdə arvad-uşağa sədəmə
vurar. Yaxşı olandan sonra evinə qaytarın.
Hacı dəlixanada özünü dəlilər arasında gördükdə, vəhşətə
düşüb çığırıb səs salmağa başladı ki: – Axı, mənim haram dəlidi,
məni niyə buraya salmısız?
Məmurlar dedilər: – Hacı, eyb eləməz, inşallah tezliklə
toxtarsan.
Sabah doktor gəlib Hacı ilə keyf-əhval etdikdən sonra biri
ı d Hacı,
d
kd
336
Doktor dedi: – Hacı, məncə səndə heç nə yoxdu, mən
təəccüb edirəm ki, səni buraya salıblar.
Hacı dedi:
– Doktor, vallah, mənim heç nəyim yoxdur, fəqət bir haqq
söz danışdığım üçün məni gətirib buraya salıblar.
Doktor dedi:
– O haqq söz nədi?
Hacı dedi:
– Sözün düzü bir gözəl at almışdım. Apardım suvaram,
əvvəlcə başı, sonra da tamam bədəni su lüləsinin içinə girərək
qeyb oldu.
Doktor gördü ki, ağlı çox da salim deyil. Gətirib bir neçə iynə
vurdu. Sonra da neçə nəfər Hacının dostlarından onun dəli ol-
duğunu soruşmaq üçün gəldilər. Çoxlu söhbət etdikdə, hamısı
təəccüb etdilər ki, Hacı bu ağıl-huşu ilə nə üçün dəlixanaya salınıb.
Ancaq fəqət at barəsində dediyi sözlər onun dəliliyini göstərirdi.
Onlardan bir neçəsi doktorun yanına gəlib, ona dedilər ki,
Hacının hər zadı düzgün və öz yerindədi, fəqət bu at barəsində
danışanda çaşır. İndi bir cürlük ilə, o kəlməni başından çıxardın
getsin işinin dalınca.
Sabah doktor gəlib Hacıdan soruşdu:
– Hacı, at necə oldu?
Hacı dedi: – At girdi su lüləsinə.
Doktor göstəriş verdi, iki nəfər Hacını yerə uzadıb yoğun
ağacla döyməyə başladılar. Hacının bağırtısı göyə çıxdı. Sabah
doktor genə gəlib, Hacıdan soruşdu ki: – Hacı, at hara girdi?
Hacı dedi: – Su lüləsinə.
Doktor genə əmr elədi, Hacını saldılar kötək altına.
Bir aya qədər hər gün doktor Hacıdan bu sözü soruşdu.
Hacı da bu cavabı verirdi və doktor da onu ağac altına saldırırdı
ki, bəlkə bu sözü başından çıxarda. Bir gün dostlardan biri
Hacının yanına gəldi, gördü Hacı bir dəri, bir sümük olubdu.
Soruşdu ki: – Hacı niyə belə olubsan?
Hacı dedi: – Bəs ki, məni döyüb incidirlər.
337
Dostu dedi: – Nə üçün səni vururlar?
Hacı dedi: – Mən bir at almışdım. At su içəndə girdi su
lüləsinə. Odu ki, gündə məni vururlar ki, niyə deyirsən at girib
su lüləsinə.
Dostu dedi: – Hacı elə şey olmaz ki...
Hacı dedi – Axı mən öz gözümlə gördüm ki, at girdi su lü-
ləsinə.
Dostu dedi: – Tutax ki, düz deyirsən. Amma sən görürsən
ki, bu söz üstə gündə səni döyürlər, demə, yoxsa, bu kötəklərin
altında ölərsən.
Hacı bir az düşünüb, dedi: – Sən düz deyirsən, bunlar məni
öldürərlər. Sabahdan daha demərəm. Sabah doktor gəlib
soruşduqda Hacı dedi:
– At əlimdən qurtarıb qaçıb.
Doktor dedi: – At su lüləsinə girməyibdi?
Hacı dedi: – Əlbəttə ki, yox. O yekəlikdə at necə su lüləsinə
girə bilər?
Doktor sevinib dedi: – Hacı yaxşı olubdu, daha boşlayın
getsin. Hacı evinə qayıtdıqda, su lüləsinin qabağından keçəndə
bir də gördü ki, atın qulaqları və burnu su lüləsindən eşiyə
çıxıbdı. Dedi:
– Mən bilirəm ki, sən oradasan, amma o kötəklərin qor-
xusundan daha deyə bilmərəm.
338
NAĞILLAR
AĞ AT, QARA AT
Biri var idi, biri yox idi. Allahdan qeyri heç kəs yox idi. Bir
padşah var idi. Bu padşahın bircə qızı var idi ki, çoxları elçi
gəlmişdilər. Amma şahın qızı bir şərt qoymuşdu. O da ibarət idi
bir neçə tapmacadan, demişdi hər kim bu tapmacaların cavabını
verə bilsə, ona gedəcəm. Padşah da hər yerindən duran qızına
elçi gəlməsin deyə tapmacanı tapa bilməyənlər üçün ölüm cəzası
nəzərdə tutmuşdu. Bir neçə nəfər gəlib tapmacanı tapa bilmə-
dikləri üçün həbsə alınmışdılar. Müntəzir idilər ki, onların sayı
qırxa yetişəndə hamısının bir yerdə boyunlarını vursunlar.
Bu zaman bir div tanınmamaqdan ötrü özünü adam şəklinə
salıb şəhərə gəlmişdi. Amma ölüm cəzasından qorxurdu, çalışır-
dı ki, bir təhər o tapmacaların cavabını ələ gətirsin, sonra elçiliyə
getsin, o gözəl qızı ələ gətirib yesin.
Hər gün gedib qızın bağının ətrafında gəzərək qızı görürdü.
Bir gün qız bağa gəlib bir duvarın ayağında köşkdə oturub öz-
özü ilə danışırdı. Div də duvarın o biri tərəfində gizlənib qulaq
asırdı ki, bəlkə onun sözlərindən bir şey ələ gətirə bilə. Qəzadan
qız ki öz-özünə danışırdı, birdən öz elçiləri yadına düşdü ki, heç
birisi dediyi tapmacaları aça bilməmişdilər. Qız ki özünü bağda
tək gördü, uca səslə gülərək, dedi, axı bu tapmacaları açmaq
çətin deyil, qara toyuq qarnı, qarnı yarıq, haman buxarıdır da.
Bunu bilməyə nə var? Bizim evdən sizin evə yol salmış da
siçandır da, bunun da bir çətinliyi yoxdur ki.
Bunu da deyək ki, qədimdə kəndlərdə damın duvarında bir
ocaq qayırıb divarın içindən də tüstü çıxmaq üçün bir lülə yol
dama düzəldərdilər. Buna buxarı deyilərdi. Onun içi qaralardı.
Bu tapmaca o buxarıya aid idi.
Hər halda div duvarın dalısından bu sözləri eşitcək, haman
xoşhal olub, sabah şahın sarayına gedib qızına elçi olduğunu bil-
dirdi. Padşah əvvəlcə ona nəsihət verdi. Dedi cavansan özünə rəhm
339
elə. Çoxları gəlib, bu müəmmanı aça bilməyərək, həbsə düşüb
ölümlərinin intizarındadılar. Div israr elədi ki, yox mənim qanım o
birilərindən qırmızı deyil. Nəhayət, padşahın qızı gəlib arada çəki-
lən bir pərdənin dalında oturub, müəmmalarını şərh elədi:
– Qara toyuq, qarnı yarıq?
Div cavab verdi ki, bu duvar buxarısıdı.
Qız təəccüb etdi, amma bir söz deyə bilməzdi, çünki bu şər-
ti o özü qoymuşdu. Çarəsiz qalaraq ikinci tapmacanı belə şərh
elədi:
– Bizim evdən sizin evə yol salmış?
Div dedi: – O da siçandı.
Hamı heyrətdə qaldı, qız təəccübdə qaldı, atasına dedi: - Mən
bu adama getmək istəmirəm. Atası dedi bu qeyri-mümkündü,
mən neçə nəfəri bu məsələ üstündə zindana salıb məhbus et-
mişəm. İndi ki bu cavan o tapmacaları açıbdı, sən ona getməlisən.
Beləliklə, div gedib iki at, biri ağ, biri qara gətirdi. Əvvəlcə
ağ atı qabağa gətirdi. Qız minmək istədikdə, qara at səsləndi ki,
ona minmə, yoxsa dərdi-sərə, bədbəxtliyə düşərsən, mənə min.
Qız qara ata sarı gəlib ona mindi. Div ağ ata minib padşahla
görüşüb yola düşdü. Yolda div qıza dedi sən get, mən atdan
yenirəm ki, patavalarımın bağını bağlayım. Qız qara atın
üstündə getməkdə oldu. Qara at qıza dedi: – Dön bir dalıya bax,
gör nə görürsən? Qız baxıb gördü ki, bir div gəlir, alt dodağı yer
süpürür, üst dodağı göy süpürür. Qara at dedi ki, o, haman sənin
ərindi ki, öz həqiqi qiyafəsini tapıbdı. İndicə gəlib, səni bir tikə
eləyib, yeyəcək.
Qız dedi: – Bəs nə etməliyik?
Yol üstə bir ağac var idi. Qara at onun yanında durub qıza
dedi: – Sən çıx ağacın başına, mən burada olsam, qoymaram
sənə bir ziyan yetişsin. O, səni öz qəsrinə aparıb axırıncı otaqda
zəncirə çəkəcək, sonra rahatlıqla gəlib səni yeyəcək. Amma mən
hər nə cür olsa, sənə nicat verməyə gələrəm. Nə vaxt mənim
səsimi eşitdin, bil ki, qapıları sındırıb eşiyə çıxmışam. Üçüncü
səsdən sonra sənin yanındayam.
340
Qız atın üstündən əlini uzadıb, bir budaqdan yapışıb ağacın
başına çıxdı. Div gəlib gördü ki, əli qıza çatmayacaq, bir yandan
da qara atdan qorxurdu. Qara atın noxtasından yapışıb, öz
imarətinə aparıb, altı otağın içindən keçirib, yeddinci otaqda onu
zəncirlədi, qızın yanına qayıtdı, dişlərini qayçı kimi ağaca çək-
məyə başladı. Bu zaman qara atın səsi eşidildi. Qız bildi ki, qara
at zəncirləri qırıb. İkinci səsi eşidəndə bildi ki, qara at qapıları
sındırıb, imarətdən eşiyə çıxıbdı. Div dişlərini hələ ağaca çək-
məkdə idi. Ağac yerə yıxılan zaman qara at üçüncü dəfə səslə-
nərək özünü yetirib, iki ayaqları ilə divin kəlləsinə elə çaldı ki,
div yerə düşüb huşdan getdi. Qız tez atılıb qara atı minərək,
oradan uzaqlaşdı. Onlar yolda bir çobana rast gəldilər. Qız hər
nə qızıl bəzəyi var idi, çobana verib, onun paltarını alıb əyninə
geydi, öz paltarlarını isə çobana bağışladı. Gəlib-gəlib bir şəhərə
çatdı. Hər kəs adını soruşdu dedi: “Alı”. Gedib o şəhərin padşa-
hının sarayında, şahzadəyə nökər oldu. Şahzadə onun gözəlliyin-
dən heyrət qalmışdı. Onun barmağında üzük yeri və biləklərində
bilərzik yerini gördükdə, şəkkə düşdü. Anasına dedi: – Ana
bunun barmağında üzük yeri, qollarında bilərzik yeri var.
Anası dedi: – Bir zad dəyil, onu imtahan edərik. Ona güldən
yataq düzəlt, qız olsa, güllər ölüşgüyər, amma oğlan olsa, yox.
Şahzadə onun yanına gəlib dedi: – Alı, bu gecə yataq-
larımızı güldən düzəldib, gül üstə yatacağıq.
Qız gəlib bu sözü qara ata dedi. Qara at dedi: – Sən
səhərədək yerdə yat, səhərə yaxın durub güllərin üstündə yat,
beləliklə, güllər ölüşgəməz.
Qız elə o cür elədi.
Şahzadə səhər gəlib, baxdı gördü güllər təzə qalıbdı.
Anasına dedi ki: – Ana, güllər əsla ölüşgəməmişdir. Amma onun
əllərində bilərzik yeri, barmağında üzük yeri var, mən yəqin
bilirəm ki, Alı qızdı.
Anası dedi: – Sabah onunla güləş, o zaman bilərsən ki, o
qızdı, ya oğlan.
Şahzadə Alıya dedi ki, sabah mənimlə güləşəcəksən.
341
Qız genə gəlib macəranı qara ata danışdı. Qara at dedi: – İki
cəviz ilə bir yerkökü şalvarında gizlət, o, sənə əl atacaq, onda
sənin oğlan olduğunu yəqin edəcək. Bu hadisə də o cür oldu.
Şahzadə gəlib macəranı anasına söylədi, lakin dedi ki, mən hələ
də inanmıram. Çünki onun qolunda bilərzik yeri, barmağında
üzük yeri var. Ana, vallah, Alı qızdı.
Anası dedi: – Belə olsa, sabah onu göl başına apar, ikiniz
də soyunub göldə çimin. Onda daha səndə şübhə yeri qalmaz.
Qız genə qara atın yanına gəldi. Qara at dedi: – Daha çarə
yolu qalmayıb, sözün düzünü ona de. Sabah qız şahzadəyə dedi
ki, o qızdı. Lakin divin macərasını ona demədi. Şahzadə bu
xəbəri eşitdikdə sevindi. Ona arvad paltarı geyindirib onu aldı.
Yeddi gün, yeddi gecə toy tutdurdu. Bir müddət keçdikdən
sonra şahzadə padşahlığa çatdı. Məmləkətə baş çəkmək məqsə-
dilə bir uzun səfərə getməli oldu. Qız boylu idi. Doqquz ay, doq-
quz gün, doqquz saat, doqquz dəqiqə keçdikdən sonra gözəl bir
oğlan dünyaya gətirdi. Şahzadənin anası bir kağız yazıb, bir
nökərin vasitəsi ilə oğluna göndərdi. Yazdı ki, oğlun olmuşdur,
tezliklə evə qayıt. O tərəfdən div qızdan bir xəbər bilmək üçün
yeddi yolun üstündə bir ev salıb gəlib-gedənlərdən qızı sorağla-
şardı. Haman nökər oradan keçəndə, div onun hara getdiyini
soruşdu. Əhvalatdan xəbər tutdu. Ona gecə orada qalmağı dəvət
etdi. Gecə durub onun ciblərindən kağızı tapıb oxudu. Sonra o
kağızı cırıb, bir ayrı kağız anasının dilindən yazdı ki: – Oğul,
aralıq qızı elə bundan artıq olmaz. Sən gedən gündən hər gün
biri ilə oyan-buyandadır. Daha bizdə abır-həya qoymayıbdır.
Kağızı qoydu nökərin cibinə. Səhər nökər gedəndə sifariş elədi
ki, qayıdan baş da gəlib ona qonaq olsun. Nökər getdi kağızı
şahzadənin əlinə yetirdi. Şahzadə kağızı oxuduqda çox narahat
oldu. Həm də çox təəccüb elədi. Cavabında yazdı ki, mən tezlik-
lə qayıdacağam, mən gəlincə bir təhər keçinin, ta gəlim, görüm
qəziyyə nədi? Nökər kağızın cavabın alıb yola düşdü. Gecə genə
gəlib divə qonaq oldu. Div oyanandan sonra kağızı onun
cibindən çıxardıb bir ayrı kağız onun yerinə qoydu ki: “Mən
342
gəlincə, onun uşağını da ətəyinə qoyub, evdən eşiyə qovun. Mən
gəlib onu orada görsəm, hamınızın boynunu vurdutduracağam”.
Kağızı anaya verdilər, ana da gəlinə verdi ki, oxusun. Gəlin
kağızı oxuyub ağladı. Kağızın məzmununu anaya dedi. Ana bil-
mirəm nə üçün belə yazıbdı. Amma ki, o şahdı, gəlsə məni də,
səni də, oğlunu da öldürər. Sən başın sağ qalmaq üçün uşağını
götürüb bu diyardan çıx get.
Qız ağlar gözləri ilə qara atı minib, uşağını qucağına alaraq,
baş alıb getdi. Bir biyabandan keçərkən qara at dedi: – Mənin
ömrüm başa çatmışdır. Sən daha tək qalacaqsan, ölümə dünyada
çarə yoxdur. Lakin mən öləndən sonra mənim qarnımı yırt və
bağırsaqlarımı dövr-ha-dövr hasar kimi ətrafına çək, özün də
uşağın ilə mənim qabırğalarımın arasına gir. Beləliklə, hər xətər-
dən, amandan qalarsan.
Qara at öldü. Qız o dediyi kimi onun qarnını söküb bağır-
saqlarını dövriyə çəkdi. Özü də uşağı ilə onun qabırğalarının
arasına sıxıldılar. Səhər göz açıb gördü atın qabırğaları böyük
bir imarət olub, bağırsaqlar da uca bir hasar divarına çevrilib.
Arada bir bağ gülşən olub, hər cür meyvə ağacı desən onda
tapılar. Beləliklə, qız orada yaşamağa başladı.
O tərəfdən şahzadə səfərdən gəlib arvad-uşağını görmədik-
də macəranı soruşdu. Anası kağızı göstərib dedi ki, özün yaz-
mışdın....
Şahzadə dedi bu mənim yazdığım kağız deyil. Nökərdən
təhqiqat etdikdə məlum oldu ki, o gedib-gələndə gecələri bir
yerdə qonaq qalmışdı. Adam yollayıb divi tutdurub öldürtdü.
Amma daha qızdan, oğlundan bir xəbər almadı.
Bir gün şah şikara çıxmışdı. Bir şikar vurdular, amma od-
ocaq olmadığı üçün yaxında bir imarət gördükdə oraya sarı yol-
landılar. Lakin imarətin əzəmətindən heyrətə gəldilər. Fikirləşdi-
lər kimdir ki, biyabanda belə bir imarət saldırıb, şəhərdən, kənd-
dən uzaq yaşayır? İmarətdən tüstü çıxdığını gördükdə nökər-
lərinə dedi ki, o şikarı aparıb, o evdə kabab edib gətirsinlər. Nö-
kər gəlib qapını döydü. Qız qapını açdı. Nökər ağasının xahişini
343
dedi. Qız dedi gəl bişir. Nökər tərif etdikdə, o şəxsin onun əri
olduğunu başa düşdü. Nökər imarəti görüb ağzı açıla qalmışdı.
Bir də gördülər ki, kabablar yandı. Qız dedi: – Ey ağasından
ağıllı, kabablar yandı.
Qız dedi ki, yoldaşlarına de ki, bu gecə mənə qonaq olsunlar.
Nökər yanıq kabablarla ağasının yanına qayıtdı, xanımın dediklərini
ona dedi. Şah başının adamları ilə imarətə getdi. Qız üzünə niqab
salıb onları qəbul etdi. Onlar yatandan sonra meyvələrdən dərib,
şahzadənin xurcununa doldurdu. Qonaqlar getmək istədikdə qız
bildirdi ki, xurcunlarınızı axtaracağam, görüm buradan bir şey
götürüb aparmırsınız ki. Yoxlayanda şahın xurcunundan meyvələr
çıxdı. Qız şaha dedi ki, sən burda oğurluq eləmisən. Bunlar
getsinlər, amma sən burada qalmalısan. Şahın yoldaşları eşiyə
çıxandan sonra qız üzünü açdı. Şah gördü ki, bu, onun öz arvadıdı.
Şah çox üzrxahlıq elədi. Məktubun dəyişilməsini də nağıl elədi.
Dedi bəs bu oğlan da mənim oğlumdu? Arvadı dedi, bəli.
Onlar oradan çıxıb şəhərə gəldilər, şadlıq elədilər. Onlar
yedilər, içdilər, qara yerə keçdilər. Siz də yeyin-için. Mətləbi-
muradınıza yetişin.
YEDDİ QARDAŞ BİR BACI
Biri vardı, biri yoxdu, bir arvadın yeddi oğlu vardı. Bu
arvad genə də boylu olur, oğlanlar şikara gedirlər, deyirlər ana
bu dəfə də oğlan doğsan bir daha bu evə ayax qoymayacayıq.
Ana deyir: – Əgər qız doğsam qapıdan bir ələk asaram. Yox,
əgər oğlan doğmuş olsam, qapıya bir tüfəng asaram ki, biləsiz.
Arvad bir qız doğdu, qonşunun arvadına dedi ki, qapıdan
bir ələk as, çünki oğlanlarıma demişəm qız doğsam qapıya ələk
asacam, oğlan doğsam tüfəng. Əgər tüfəng assam, oğlanlarım
qoyub gedərlər, bir daha bu evə qədəm qoymazlar.
Qonşu arvad çox paxıl idi, ələk əvəzinə qapıdan bir tüfəng
asdı. Oğlanlar şikardan qayıdanda uzaxdan tüfəngi görüb qa-
yıtdılar. Gedib uzaxlarda dam-daş tikib orada qaldılar. Günüzlər
şikara gedir, ovladıqlarını gətirib yeyirdilər.
344
Bu qız böyüdü. Bir gün bir qoyun qarnı almışdılar, apardı
su başında yusun. Birdən bir qarğa gəlib qarını götürüb apardı.
Qız quşun dalısınca qaçdı. Qarğa gəlib qardaşların duvarına
qondu. Qız hər tərəfə baxdı, gördü duvarlar ucadır. Darvaza da
bağlı idi. Su gilifi vardı, ordan həyətə girdi, qarnı qarğanın
ağzından aldı, amma qayıdanda axtardı, su yolunu tapa bilmədi.
Otaqların qapısı açıq idi. İçəri girib evi tör-töküntü, toz-torpaq
basmış gördükdə ev-eşiyi silib-süpürüb, təmizlədi. Evdə ət
vardı, qazana töküb bişirdi, qardaşlar gələnə yaxın gedib döndər-
mənin altında gizləndi. Oğlanlar evə gəldikdə xörəklərini hazır
görüb təəccüb qaldılar. Bunun kimin işi olduğunu bilmədilər.
Qərara gəldilər ki, sabah qardaşlardan biri damda gizlənsin, ba-
cadan evi güdsün, görsün xörəyi bişirən kimdi?
Böyük qardaş dedi: – Mən qalaram, siz gedin şikara.
Böyük qardaş damda oturub, gözlərini bacadan içəriyə zil-
lədi. Bir müddətdən sonra yuxusu tutdu. Qız döndərmənin al-
tından onun yatdığını gördükdə eşiyə çıxıb, evi təmizləyib, xörəyi
bişirib, genə də döndərmənin altında gizləndi. Qardaşlar gəlib evi
genə təmiz görüb, xörəyi hazır gördükdə böyük qardaşlarından
bunun səbəbini soruşdular. Amma o dedi ki, heç kimi görməyib.
Bir zaman gördüm ki, ev süpürülüb, xörək isə bişibdir.
Sabah ikinci qardaş dedi mən qalacağam, görüm bu işləri
görən kimdi, haradan gəlir? Sabah o da bir müddət bacadan
gözlərini evin içinə zillədi, sonra onu da yuxu apardı. Qız çıxıb
evi-eşiyi süpürüb-təmizləyib, xörəyi bişirib, genə də gedib
döndərmənin altında gizləndi. Altı qardaş bu cür oldular. Kiçik
qardaşa növbə yetişəndə, dedi mən bu gün bu işin üstünü
açaram. O da bir müddət bacadan içəri baxdı, bir zaman gördü
gözlərini zilləməkdən yuxusu tutur. Barmağını kəsib, üstünə az
duz tökdü, onun acışmasından daha yuxusu qaçdı. Amma
yalandan özünü yuxuya vurdu. Bir zaman gördü ki, bir qız
döndərmənin altından çıxıb, evi süpürməyə başladı. Tez damdan
aşağıya yenib, qızdan soruşdu ki: – “Sən kimsən?”
345
Qız başına gələnləri, oraya girməsini nağılladı. Axşam
qardaşlar qızı evdə görəndə, dedilər elə biz yeddi qardaşa bir
bacı lazımdır. Belə yaşamağa başladılar.
Bir gün bacı naxoşlayıb ölüm ayağına düşdü. Qardaşların
əllərindən bir iş gəlmirdi. Bir dəvə gətirib üstünə xurcun qoyub
qızı bir taya, o biri taya da qızıl-gümüş doldurdular. Bir kağız
yazıb içinə qoydular ki, hər kim bu dəvəni tapsa, bu pulları qızın
sağalmasına, ya əgər ölsə, onu “kəfən və dəfn” etməyə xərcləsin.
Dəvəni gətirib, bir yola ötürdülər. Dəvə baş alıb getdi, bir
şəhərdə bir şahzadə dəvəni görüb ovsarından yapışıb öz sarayına
apardı. Orda yükü açdıqda, bir qızın cənazəsini və bir tay dolu
qızıl-gümüş gördülər. Kağızı oxudular. Bir ayna gətirib qızın
burnunun qabağına tutdular. Gördülər ki, qızın hələ nəfəsi var,
ölməyibdir. Həkim gətirib dava-dərman etdikdə qız sağaldı.
Şahzadə qızı aldı. Bir ildən sonra bir oğlan sahibi oldular. Oğlan
böyüyüb yeddi yaşına çatdı. O tərəfdən də qardaşlar bir
müddətdən sonra bacılarından bir xəbər tutmaq fikrinə düşdülər.
Hər biri bir libas ilə hərəsi bir tərəfə düşüb bacılarını ölmüş bilib
onun qəbrini axtarmağa başladılar. Kiçik qardaş çoban paltarı
geymişdi, gəlib həmən bacısı olan şəhərə çatdı. Orada bir neçə
uşaq oynayırdı. Uşaqların biri udmuşdu, lakin o biri uşaqlar
bunu qəbul etmirdilər. Biri dedi: – “Get, ey anası nə bəlli,
naməlum udmamısan”...
Oğlan anasının yanına qayıdıb vəziyyəti ona danışdı. Kiçik
qardaş bunu eşidib maraqlanır, işin nəticəsini bilmək üçün orada
oturur.
Oğlanın anası ona deyir: – Get, uşaqlara de ki... yeddi
dayımın canı, udmuşam, ey udmuşam.
Uşaq qayıdıb, bu sözü dedikdə, dayısı bilir ki, bu elə bacısının
oğlu olmalıdı. O, saraya gedir, bacısını görüb tanıyır. Sonra düşüb
qaradaşlarını axtarıb tapır, bacılarının yanına gətirir. Deyirlər ki,
bizim atamız-anamız indi qocalıb, biz onların yanlarına getmək
istəyirik. Qız deyir mən də gedirəm. Gəlib görürlər ata-ana qocalıb
yerə yapışıblar. Ana qızını gördükdə, tanıyır, deyir ki, bu sizin
346
doğma bacınızdı. Beləliklə, hamı xoşhal olub, şadlıqla yaşayırlar.
Siz də sağ-salamat olun, arzularınıza yetişin.
Dostları ilə paylaş: |