175
VIII. LƏTİFƏLƏR
MOLLA NƏSRƏDDİN LƏTİFƏLƏRİ
ÇER BİRİ İKİ GÖRƏR
Gecənin birində Mollanın arvadı sözarası ondan soruşur:
– Ay kişi, deyirlər, çerlər biri iki görur, sən buna nə
deyirsən?
Molla deyir:
– Vallah, mən də belə bir söz eşitmişəm, amma doğrusu
sınamamışam. İndi ki, bunu yadıma saldın, bizdən bir az
yuxarıda bir çer adam olur, dur, gedək, bunu ondan soruşaq.
Molla ilə arvadı durub özlərilə də bir fanus٭ götürüb o
adamın qapısına gəlirlər. Qapını döyürlər. Adam qapıya gəlib
soruşur: – “Nə işiz var?”
Molla ilə arvadı bir-birinə baxıb mətləbi deməgə utanırlar.
Axırda Molla üzünə üz bağlayıb deyir: “Doğrusu, biz eşitmişik
çerlər biri iki görür, gəldik soruşaq ki, bu söz düzdi, ya yox?”
O adam deyir: “Əqlizə dua yazım, gecənin bu vəqti dörd-dörd
adam, iki-iki fanus gəliblər görsünlər çer biri iki görər, ya yox?”
SƏNDƏN DƏ BEŞ KƏLMƏ SÖZ SORUŞMAQ OLMUR
Molla bir gün arvadından soruşur:
– Arvad, bizim bu qonşumuz dəmirçi Əhmədin adi nədi?
Arvad deyir:
– Ay kişi, məyə özün demirsən Əhməd?
Molla deyir:
– Bura bax, yahaldım٭* ha, deyirəm, onun işi nədi?
Arvad yenə deyir:
– Ay balam, məyə, özün demədun dəmirçi?
٭fanus-fənər
٭٭ йащалдым-йанылдым
176
Molla deyir:
– Əcəb, genə də yahaldım ha, istirdim diyəm harda oturar?
Arvad deyir:
– Ay əqlsiz kişi, məyə özün demədün bizim qonşumuz?
Molla başını bulaya-bulaya deyir:
– Ay canım, səndən də beş kəlmə söz soruşmaq olmur.
DƏLİ-DİVANƏLİGİN ÇARƏSİ
Bir gün qonşulardan biri Mollanın yanına gəlib qızının
əlindən şikayət edib deyir: Ay Molla, əlim ətəguvə, bu qız lap
dəli-divanə olub, səhər-axşam damda-divarda gəzir, heç cürə
dəlil-nəsihət də götürmür. Sən buna bir dua yaz, ya bir dərman
ver, bəlkə bir az sayxışa.
Molla deyir: “O qız ki, sən deyirsən, onu nə dua ilə, nə də
dərmanla sayxışdırmaq olmaz. Məndən soruşsan, sən ona bir ər
tap, onda görəcaqsan ki, bütün dəliligi toxtayacaq”.
SƏN Kİ GÜNDƏ BURDASAN
Molla bir gün birisi ilə sözləşir, sonra da əlbəyaxa olurlar.
Onları tutub aparırlar darğanın yanına. Sən demə, bir neçə gün
ondan qabaq da Mollanı ayrı bir məsələ üçün həmin darğanın
yanına aparmışdılar.
Darğa Mollanı görcək deyir: “Molla, səndən heç gözlənil-
məzdi, bu neçə gündə bu ikinci dəfədi ki, sən buraya gəlirsən”.
Molla soruşur: “Bura gələndə məyə nə olar?”
Darğa deyir: “Necə ki nə olar? Məyə sən bilmirsən ki, düz
adamın yolu bura düşməz?”
Molla deyir: “Mənim ömrümdə cəmi iki dəfə yolum bura
düşüb, amma sən hər gün burdasan”.
177
ŞİKAR İTİ
Mollanın yaşadığı şəhərin bir cilis٭ hakimi var idi. Hakim
bir gün Mollanı görüb dedi: “Eşitmişəm sən şikarı çox sevirsən.
Səndən xahişim budu ki, mənə yaxşi bir tazı tapasan”.
Molla söz verir ki, onun xahişin yerinə yetirsin.
Bir neçə gün sonra o bir yekə çoban iti tapıb boynuna ip
salıb hakimin yanına aparır. Hakim köpəgi görən kimi təəccüblə
Molladan soruşur:
– Sən bu köpəgi nəyə bura gətirmisən?
Mölla deyir: – Məgər siz özüz deməmişdiniz?
Hakim deyir: – Mən səndən bir beli incə tazı istəmişdim,
amma sən mənə bir sürü iti gətirmisən.
Molla deyir: – Xatiriz cəm olsun, bu it bir həftə sizin evizdə
qalsa, beli tazı belindən çox incələcək.
ÖZ KÖLGƏNDƏN QORXMUSAN
Birisi Mollanın yanına gəlib deyir: – Dünən gecə bir dev
yuxuma gəlib, çox qorxmuşam.
Molla soruşur: – O nə cür idi?
Adam cavab verir: – Yekə başı var idi, bir xalvar ləşi, kürək
kimi dişi, dəvə kimi ayaqları, yelpik kimi qulaqları…
Molla onun sözünü qurtarmağa möhlət verməyib deyir:
– Bildim, bildim, dalisini demə. Sən yuxu görməmisən,
ayıqlıqda öz kölgəni divarda görüb ondan qorxmusan.
ƏMMAMƏNİN İŞİ
Savadsızın biri əlində bir cızmaqara kağaz gətirib Molladan
istəyir ki, onu oxusun. Molla nə qədr kağazı o yan-bu yan eləyir,
bir şey başa düşə bilmir, çarəsiz kağazı gətirənə qaytarıb deyir:
_____________________
٭cilis- xəsis
178
– Mən bu kağazdan heç nə başa düşmədim.
Adam Mollanın başına-ayağına baxıb deyir:
– Sən ki bir dana kağazı oxuyanmırsan, bəs nəyə bu
böyüklükdə əmmaməni başuva qoymusan?
Molla fövrən əmmaməni öz başından götürüb adamın
başına qoyub deyir:
– Əgər əmmamə ilə kağaz oxumaq olar, buyur, oxu.
SƏBR EDƏNLƏRƏ BEHİŞT VƏDƏSİ VERİLMİŞDİ
Molla bir gün söhbət arasında arvadına deyir: – Arvad,
bilirsən, biz bu dünyada bir ağ gün görmədik, amma bilirəm ki,
o dünyada kef çəkəcəyik. Çünki ikimiz də dinməz-söyləməz
behiştə gedəcəyik.
Arvad soruşur: – A kişi, de görüm, bunu kim sənə deyib?
Molla deyir: – Heç kəs mənə deməyib. Bunu özüm başa
düşmüşəm. Biz ikimiz də ömür boyu biri-birimizin kifir sir-
sifətinə baxıb səbir eləmişik. Odur ki, yerimiz behiştdü.
EŞŞƏK İLƏ İNƏGİN FƏRQİ
Mollanın bir eşşəgi, bir inəgi, bir də xırdaca töyləsi var idi.
Töylə elə balaca idi ki, eşşək orda yatanda inək ayaq üstə
qalardı. İnək yatanda eşşək yatmağa yer tapmazdı.
Molla eşşəgini çox istədigi üçün bir gün Allaha yalvarar ki,
“Allah, bu inəgi öldür, bəlkə eşşək rahatlığa çıxa”.
İki gün sonra səhər töyləyə gələndə görür ki, eşşək ayaq-
larını dirəyib ölüb.
Molla bu hadisədən çox mütəəssir olub üzünü göyə tutub
deyər: “Ağzıma daş-torpaq, min ildi Allahlıq edirsən, hələ inək
ilə eşşəgi bir-birindən ayırd edə bilmirsən?”.
179
İKİ XƏRCİ BİR ELƏMƏK
Molla evini təmir edirmiş. O dülgərə deyir ki, döşəmənin
təxtələrini tavana, tavanın təxtələrini döşəməyə salsın. Dülgər bu
işin səbəbini soruşur.
Molla deyir: – Mən yaxınlarda evlənəcəyəm. Deyirlər,
adam evlənəndə altı üstünə, üstü altına gəlir. İstirəm bu təmirdə
iki xərci bir eləyim.
DADI BİR OLUR
Molla bir gün eşşəginə iki səbət üzüm çatıb evinə
gətirirmiş. Şəhərə gircək uşaqlar başina yığılıb deyirlər: “Molla,
biz sənun üzümündən heç dadmamışıq”.
Molla uşaqları çox görüb hər birinə neçə gilə üzüm verir.
Uşaqlar deyirlər:
– Molla, iki-üç gilədən bir şey olmaz.
Molla deyir: – Uşaqlar, siz üzümi dadmaq istirdiz, onun bir
giləsi ilə bir salxımının dadi bir olur.
ƏLƏ SALMAĞIN QAŞİ OLUR, YA GÖZİ?
Mollanın aşnalarından biri hər yerdə özünü tərifləyib deyər-
miş ki, heç kəs məni ələ sala bilməz. Bir gün Molla özündən razi
adami ələ salmaq üçün ona deyir:
– Sən burda otur, mən gedim evə baş vurum gəlim, onda
gör səni necə ələ salacam.
Molla bu sözdən sonra gedir. Adam ha gözləyir ki, Molla
indi gəlir, bir saata gəlir, amma Molladan xəbər olmur.
Axırda, o üzünü orada oturanlara tutub deyir:
– Gördüz? Molla gördü ki, məni ələ sala bilmiyəcək
naçarlıqdan əkildi.
Oradakilərdan biri gülə-gülə deyir:
– Kişi, ələ salmağın qaşi olur, ya gözi? O, indi iki saatdi
səni gözi yolda qoyub, özi gedib kefinin dalinca.
180
İSTİRAHƏT SAATI
Birisi Molladan soruşur ki, sən igirmi dörd saatda neçə saat
dincəlirsən?
Molla deyir:
– Gecələr beş-alti saat özüm yatanda, gündüzlər də
nahardan sonra bir-iki saat “o” yatanda.
Adam soruşur:
– O, kim olmuş ola?
Molla cavab verir:
– Bizim əyal.
Adam deyir:
– Qanmaz kişi, mən soruşdum sən özün neçə saat
dincəlirsən? Mənim sənin əyalın ilə nə işim var?.
Molla cavab verir:
– Qanmaz özünsən, məyər sən bilmirsən ki, onun yuxuda
olduğu iki saat da mənim dincəlmək saatım sayılır.
HƏQQ SÖZ YAMAN-YOVUZ İSTƏMƏZ
Mollanın bir qarı nənəsi var idi. O, bir gün dost-aşnalara
nənəsini tərifləyir ki, Allah nənəmin ömrünü uzun eləsin, o,
həmişə mənim başımın ucalığı, evimin xeyir-bərəkətidi.
Adamlardan birisi deyir: – İndi ki, sən nənəndən bu qədər
razısan bəs nəyə ona bir əl-ayaq eləmirsən?
Molla bu sözdən narahat olub yaman-yovuz deməyə
başlayır. Mollanın nənəsi oğlunu bu halda görəndə deyir: –
Oğlum, həqq söz yaman-yovuz istəməz.
SƏXAVƏTLİ KİŞİ
Molla naxoş olmuşdu. Bir gün məhəllə mollasını çağırıb dedi:
– Bir vəsiyyətnamə yazsın ki, o evlənəndən sonra ərindən min
dinar xüms və zəkat babətindən müstəhəqlərə, beş yüz dinar oruc-
181
namaz olmağa, üç yüz dinar qapi qonşuya ehsan verməgə
ayırsınlar. Yerdə qalanını da arvadı ilə uşaqları arasında bölsünlər.
Vəsiyyətnaməni yazan Mollanın bu qədər pulu olduğundan
heyrətdə qalıb dedi:
– İndi ki pulların veriləcək yerini məlum elədin, yaxşi olar
onları gizlətdigin yeri də diyəsən.
Molla dedi:
– Mömin, öz aramızda qalsın, pul-mul arada yoxdu. İstədim
vəsiyyətnaməni oxuyanda desinlər, “rəhmətlik nə səxavətli kişi
imiş”.
AXMAQ
Bir gecə Mollanın arvadı yuxuda qışqırmağa başlayır.
Molla səsə oyanır. O, arvadını oyadıb soruşur:
– Nə xəbərdi? Niyə qışqırırsan?
Arvad deyir: – Yuxuda gördüm, bir uca yerdən düşdüm,
bədənim bumbuz oldu. Qapı qonşu yığışıb cənazəmi qəbiristana
apardılar. Görkan məni qəbrə qoyanda qorxudan qışqırmağa
başladım. Elə onda sən məni oyatdın.
Molla bu sözləri eşidəndə iki əlli başına vurub deyir:
– Mən çox axmaq iş görmüşəm, düz yaxam əlindən
qurtaran ləhzədə səni oyatmışam.
SƏN GETMƏSƏN, MƏN GEDƏCAĞAM
Molla bir gün şəhərin hakimindən bezikir. O, hakimin
yanına gəlib ondan soruşur:
– Cənab hakim, sən bu, vilayətdən çıxıb gedəcağsan, ya
yox?
Hakim bu sözdən çox təəccüblənib deyir:
– Molla bu nə sözdü? Sənə nə dəxli var ki, mən bu
vilayətdən çıxıb gedəcağam, ya getməyəcağam?
Molla hakimin cavabında deyir:
182
– Çox mənə dəxli var, istirəm bilim gedəcaqsan, ya
getməyəcaqsan?
Hakim əsəbani boğub deyir:
– Yox, getməyəcağam, hər nə əlindən gəlir elə.
Molla cavab verir:
– Əlimdən nə gələcək, sən bu vilayətdən getməsən, çarəsiz
mən başımı alıb gedəcağam.
SƏN DƏ DÜZ DEYİRSƏN
Molla şəhərdə qazi olduğu zaman birisi onun yanına gəlib
bir özgəsindən şikayət edir. O sözlərində özünü həqqli, qarşı
tərəfi günahkar qələmə verir, sonra da Molladan nəzir istəyir:
Molla deyir:
– Sən düz deyirsən, haqq səninlədi.
Sabahisi gün o biri tərəf Mollanın yanına gəlir, o da özünü
həqqli bilib günahi o biri tərəfin boynuna atır. Molla onun da
sözlərin eşidəndən sonra deyir:
– Sən düz deyirsən, həqq səninlədi.
Mollanın arvadı pərdənin dalından onun hər iki tərəfə həqq
verməsini eşidib soruşur:
– Kişi, bu nə cür qəzavətdi? Sən dünən həqqi o tərəfə
verdin, bu gün də bu biri tərəfə verirsən.
Molla bu sözü arvadından eşitcək deyir:
– Arvad, sən də düz deyirsən.
ELAT LƏTİFƏLƏRİ
BURDAN HÜSEYN KÜRD GİLİFDƏN KEÇİB
Dərviş qəhvəxanada Hüseyni-Kürdün nağılını deyirdi. O,
qalalar alan Hüseyni-Kürdün çıxılmaz, bağlı bir qalaya necə, nə
yoldan girə bilməsini, qalanın içini qədəmbəqədəm gəzməsin-
183
dən, hər tərəfinə baş çəkməsindən söz açdı. Nağıla qulaq
asanlardan biri çox təəccüblə soruşdu:
– Baba dərviş, sən heç buyurmadın pəhləvan bu qalanın
içinə necə girdi?
Dərviş bir an düşünüb, sonra özünü sındırmadan “Hüseyni-
Kürd burada gilifdən keçib” – deməklə, sözünə idamə verdi.
BU HƏR GÜNKÜ ŞİLƏDİ, BU GÜN
ÇARŞAB-CORAB ELƏYİB GƏLİB
Arvad yoxsulluqdan neçə gün dalbadal ərinin naharına şilə
bişirir. Axır gün kişi bezikib deyir:
– Sabahdan ya mən bu evdə, ya sənin pişirdiyin şilə…
Sabahısı gün kişi nahara gələndə arvad bir boşqab yarpaq
dolması onun qabağına qoyur. Kişi dolmanı bir az oyan-buyan
edəndən sonra deyir:
– Elə hər günkü şilədi, bu gün də çarşab-corab geyinib gəlib.
BU DİL Kİ, SƏNDƏ VAR, YÜZ İL BU BAŞI SAXLAR
Bir gün Kürdoğlu küçələri gəzirdi. Bir qapının qabağından
keçəndə eşitdi ki, kişi arvadına deyir:
– Arvad, sən mənim bu başımı görürsən, indiyədək onu heç
kəs sındırmayıb, bundan belə də sındıra bilməz.
Arvad dedi:
– Ay kişi, bu camaatı ki, mən tanıyıram, qorxuram bir gün
sənin sınmaz başını da sındırsınlar.
Kürdoğlu bu sözləri eşidəndə, öz qəlbində dedi:
– Ay köpək oğlu, köpək, mən sabah sənin başıvi sındırım,
özün tamaşa elə.
Sabahısı gün Kürdoğlu oralardan keçəndə gördü həmin kişi
bostan suvarır. Qabağa gəlib dedi:
– A kişi, məyə korsan, görmürsən mənim tikanlarım
susuzluqdan yanır, sən suyu bağlamısan öz bostanuva?
184
O, bunu deyə-deyə yüyürüb beli kişinin əlindən aldı, suyu
çevirdi tikanlığa. Kişi işi belə görəndə, savaşıb-dalaşmaq əvə-
zinə başladı dil-ağız eləməyə:
– Ay başına döndüyüm, nə olar ki, əvvəl sən tikanlığuvi suvar,
əgər vaxt olsa, sudan artıq gəlsə, mən də bostanımı suvararam.
Kürdoğlu altdan yuxarı kişiyə baxdı dedi:
– A kişi, doğru deyirdin, bu dil ki səndə var, yüz il o başı
saxlar.
EŞŞƏYİM, ÖKÜZÜM, QOYUNUM SƏNSƏN!
İsfahanın zalım hökmdarı Zilli-Sultan Bəxtiyar xanlarından
Hüseynqulu xanı İsfahana çağırır, çoxlu izzət-ehtiramla orada
saxlayır. Bir gün hökmdar Hüseynqulu xan, şəhərin ayrıbaş
bəyləri hökümət talarında oturmuşdular. Heç gözlənilmədən başı
açıq, ayağı yalın, bir lur məclisə soxulub salam edir. Xan başını
qovzuyub deyir:
– Sənə kim deyib şəhərə gələsən, sənin burda nə işin var?
Lur deyir:
– Xan gəldim səni ziyarət edəm.
Xan əsəbiləşib deyir:
– Axmaq, arvaduvi, uşağuvi, eşşəyuvi, öküzuvi, qoyunivi
başına buraxıb, necə ağac piyada, başaçıq, ayaqlayın gəlmisən
məni görməyə?
Lur deyir:
– Xan başuva dönüm, arvadım da sənsən, uşağım da sənsən,
eşşəyim də sənsən, öküzüm də sənsən, qoyunum da sənsən.
İNDİ BİR AZ DA SƏN YE, MƏN MOVULDAYIM!
Birisi şorbaya çörək doğrayıb, əvvəl tikəni ağzına aparanda
üzbəüzdə oturub gözünü onun əlinə tikən pişik movuldadı.
Adam çarəsiz əlindəki tikəni pişiyin qabağına qoydu. O, ikinci
tikəni götürüb, hələ ağzına aparmamışdı ki, genə pişik movul-
dadı. O, ikinci tikəni də pişiyin qabağına qoydu. Üçüncü, dör-
185
düncü tikələr də qabaqkı tikələrin tayı oldu. Adam bunu görəndə
kasanı pişiyin qabağına qoyub dedi:
– İndi bir az da sən ye, mən movuldayım!
MƏN NADİR QULUYAM, PUL İSTƏYİRƏM!
Nəql edirlər Nadirşah Hindistanı tutandan sonra Dehli əhalisini
yaman bezikdirir. Cana gəlmiş dehlililər bir gün çox oxunaqlı yazı
ilə bu sözləri yazıb Nadirin gəlib keçdiyi yol üstə asırlar: “Sən əgər
Allahsan, sənə biz də gərəkdir. Əgər şahsan, sənə rəiyyət gərəkdir.
Bu qədər zülm, talan hindi xaraba qoyacaq”.
Nadirin gözü yazıya sataşcaq Mirzə Mehdi xandan soruşur:
– Oxu görüm, orada nə yazıblar?
Mirzə Mehdi xan yazılan sözləri oxuyur. Nadir bir az fikrə
gedib sonra deyir:
– Bu sözlər mənim qulağıma girməz, nə bilim, mən Alla-
ham, ya şaham, mən Nadirquluyam, pul istəyirəm.
BUNDAN SONRA ƏLUVİ ÖZ CİBİNDƏ QIZDIR!
Cibkəsən əlini saymazyana birinin cibinə uzadır. Adam
duyuq düşüb, onun əlini öz cibində yaxalayıb deyir:
– Mənə bax görüm, sənin əlin mənim cibimdə neyniyir?
Cibkəsən deyir:
– Məni bağışla, əlim üşüdü, istədim onu qızışdıram.
Adam ona möhkəm bir sıxaki yendirib deyir:
– Bundan sonra əluvi öz cibində qızdır!
BUNUN TOXUMUN YER ÜZÜNDƏN KƏSSƏNƏ
Günlərin bir günü bir qoca dərviş kənd evlərinin birində
qonaq qalır. Ev yiyəsi şama təndirdə balqabaq bişirmişdi.
Balqabaq qocafəndi olduğundan dərviş ondan doyunca yeyir,
yeyə-yeyə də ev yiyəsindən soruşur:
– Ay qardaş bişirdigin bu yeməyin adı nədi?
186
Ev yiyəsi deyir:
– Baba dərviş, bunun adı məhsənə!
Dərviş deyir:
– Bunun toxumundan dağı, daşı əksənə.
Dərvişə yer salırlar, yatır. Amma balqabaq başlır azar
verməgə. Dərviş səhərəcən qıvrılır-açılır. Səhər olcaq o, ev
yiyəsini səsləyib genə soruşur:
– Ay Hamaş, dedin gecə bişirdiyin yeməgin adı nədi?
Ev yiyəsi deyir:
– Məhsənə.
Dərviş qarın ağrısından ikiqat qaldığı halda deyir:
– Ay Hamaş, bunun toxumunu yer üzündən kəssənə!
AY DƏDƏ, BUĞ YAĞUVİ PİŞİK APARDI
Özünü olduğundan varlı-karlı göstərmək istəyən tək ağalar-
dan biri hər gün məhəllə çayxanasına gedəndən qabaq Şah
Abbasın bığlarını eşib, kağız arasında saxladığı quyruq dərisi ilə
yağlayıb işıldadardı. Bir gün genə o, çayxanada qəlyan dama-
ğında o yandan-bu yandan söhbət açandan sonra sözü yağ-
dügünə gətirib çıxardır və deyir:
– İki gün qabaq Sərabdan bizə kərə yağı göndəriblər, sizi
inandırıram mən indiyə qədər belə yağ görməmişəm. Dügünün
üstünə ki qoyursan, adam əl vurmamış ətrindən məst olur. O,
bunu deyə-deyə əlini bığlarına çəkib deyir:
– Mən deyirəm siz eşidəsiniz. Gərək bir gün gəlib yeyə-
siniz, görəsiz!..
Onun sözü qurtarmamışdı ki, balaca qızı qaça-qaça çay-
xanaya girib dedi:
– Ay dədə, buğ yağuvi pişik apardı…
VER SUYA İÇ, VER SUDAN KEÇ!
Yayda Kərbala ziyarətinə gedən bir şahsevən, hava isti
olduğundan hər dəfə su içəndə, İraqda olan ziyarətgahları ziyarət
187
etmək üçün sudan keçəndə pul verirdi. O, ziyarəti qurtarıb
qayıdandan sonra görüşünə gələnlər ondan bu səfərdə nələr
gördüyünü soruşanda o deyir:
– Nə görəcağam, ver suya iç, ver sudan keç!
SƏN KÜRƏKƏNSƏN, YA NƏKİRÜ-MÜNKÜR?
Utancağın biri toy gecəsi təzə gəlinə yanaşmaq üçün çox
götür-qoydan sonra özünü əli qılıncına vurub soruşur:
– Sən bilirsən üsuli-din neçə danadı?
Tələ çırtmış qızlardan olan təzə gəlin onun cavabında
atmaca ilə deyir:
– Denən görüm, sən kürəkənsən, ya Nəkirü-Münkür?
GƏLƏNDƏ BİR ŞEYİ GƏTİRMƏYƏN,
GEDƏNDƏ DƏ BİR ŞEYİ APARMAZ
Bir qıtmır, üzlü kəndli var idi. O, hər vaxt şəhərə gələndə
əli-qolundan uzun şəhərdəki qohumunun evinə gələr, günlərlə
sallanıb qalardı. Bir dəfə o genə neçə gün qonaq qalandan sonra
kəndə qayıtmaq istəyəndə ev yiyəsi arvadına deyir:
– Sən onun sovqatını verib yola salanda ona denən ki,
kənddən bizə bəzi şeylər gətirsin, bəlkə bu yolnan onun şərini
başımızdan sovaq.
Arvad selə-sovqatı verəndə ona deyir:
– Şəhərdə süpürgə, əriştə, bir də qurut tapılmır, zəhmət
olmasa, bu dəfə şəhərə gələndə bir neçə dana süpürgə, bir az da
əriştə ilə qurut gətir.
Kəndli deyir:
– Ay mənim başım üstə. O yollanıb gedir. Bir müddət sonra
o genə bir gün boş eşşək ilə tapılır. Küçə qapısına çatanda,
başlayır heyvan eşşəyi bərk döyəcləməyə. Sonra ucadan deyir:
– Süpürgə çatdım, gətirmədin, əriştə çatdım, gətirmədin,
qurut çatdım, gətirmədin, indi nə üzünən istərsən evə girəsən?
188
Ev yiyəsi onun hay-küyünə qapıya çıxıb deyir:
– O heyvanı döyəcləmə, gələndə bir şey gətirməyən
gedəndə də bir şey aparmaz.
BU AYAQDAN TÜLKÜNÜNKÜ QALIB ALLAHA
Birisini gördülər bir qat kəmənd, bir qəbzə tüfəng, bir dana
it, bir dana nizə, bir çuval saman ilə gedir. Biri soruşdu:
– Bu şeyləri özünlə hara aparırsan?
O dedi:
– Tülkü şikarına gedirəm. Əvvəl çalışacağam onu kəmənd
ilə tutam, kəməndlə tutammasam, çalışacağam tüfəng ilə vuram.
Tüfəng ilə vurammasam, iti dalınca salacağam. İt ilə də tutam-
masam, tülkü qurtulub qaçıb yuvasına girsə, nizə ilə onu bezik-
dirəcağam, yuvası çox dərin olsa, nizə bir iş görənməsə, yuva-
sının ağzında saman yandıracağam!...
Soruşan adam onu sözünü bitirməyə qoymayıb dedi:
– Bu ayaqdan tülkününkü qalıb Allaha!
Dostları ilə paylaş: |