Cyki (Cinsi yolla keçən infeksiyalar)



Yüklə 132,8 Kb.
səhifə32/47
tarix10.05.2022
ölçüsü132,8 Kb.
#56971
1   ...   28   29   30   31   32   33   34   35   ...   47
1.Sifilis

Sifilitik rinit

- adətən bətndaxili inkişaf edir və həyatın ilk günlərində özünü büruzə verir .

- sifilitik rinit 3 mərhələ ilə xarakterizə edilir:

- quru – burnun selikli qişasının ödemi və tənəffüsün çətinləşməsi ilə əmələ gəlir .

- kataralburundan selikli , daha sonralar isə qanlı –irinli ifrazatın axması ilə xarakterizə olunur .

- yaralı – çox miqdarda üfunətli ifrazatı olan burnun selikli qişasının xorası əmələ gəlir , qartmağın əmələ gəlməsi burun yollarından ifrazatın axmasının qarşını alır və fışıldayan fısıltıya səbəb olur . Uşaq burunla nəfəs ala bilmədiyindən başlayır ağzı ilə nəfəs almağa və əmizdirmə zamanı tez- tez döşdən aralamaq məcburiyyətində qalınır (şəkil 70, 75F).

- burundan gələn ifrazatda T.pallidum tapılır

- vaxtında başlanılmamış spesifik terapiya burun çəpərinin sümük – qığırdaq hissəsində patoloji dəyişikliyə ,onun dağılmasına və burnun deformasiyasına («yəhərşəkilli», «keçişəkilli», «lornetşəkilli») gətirib çıxardır (şəkil 71, 75D) .



Uzunborulu sümüklərin osteoxondriti – erkən anadangəlmə sifilisin yeganə nadir olmayan , əsas göstəricilərindən biridir (şəkil 73) .

- bətndaxili dövrün 5 ayında formalaşır və doğulduqdan sonra 1 il müddətində qalır

- daha çox yuxarı ətrafların uzun borulu sümükləri zədələnir ; patoloji proses uzun borulu sümüklərdə qığırdağın proliferasiya olunduğu sahədə , epifiz ilə diafiz arasında lokalizasiya edir

- rentgenoloji olaraq osteoxondrit 3 mərhələyə ayrlır :

I – epifizlə diafiz arasında 2 mm enində aydın , asanlıqla aşınlanan zolağın mövcudluğu sağlam uşaqlarda raxit zamanı

II – epifiz istiqamətinə doğru aşınlanan , aydın , genişlənmiş əhəngləşmə sahəsinin mövcudluğu

III – qığırdaq qatının altında qranulyasion toxumanın mövcudluğu , epifizlə diafiz arasında tünd , 2 -4 mm enində seyrəkləşmə zolaqları .

III mərhələdə sümük toxumasının əhəmiyyətli seyrəkləşməsi , hətta , əhəmiyyətsiz travmalarda belə epifizin diafizdən ayrılmasına gətirib çıxara bilər ki , bunun nəticəsində epizar daxili sınıq – yalançı iflicəbənzər vəziyyət, Parro psevdoparalici baş verir . Ətraflarda hərəki aktivlik pozulur , lakin sinir keçiriciliyi saxlanılır , bunun səbəbindən zədələnmiş ətraf tam hərəkətsiz olmur , lakin hissiyyat saxlanıldığından passiv hərəkətlərə cəhd ağrı səbəbindən uşağın qışqırığı ilə müşaiət olunur . Uşaqda ətrafların məcburi vəziyyəti : aşağı ətraf bud- çanaq və diz oynaqlarında əyilmiş , yuxarı ətraf qamçı formasında asılmış , bazu oynaqlarının zədələnməsi zamanı sümüklər «suiti pəncəsi » şəklində əyilmiş olur .

Osteoxondritlər uzun borulu sümüklərin , bəzən kəllə sümüklərinin periostitləri və osteoperiostitləri ilə yanaşı müşaiət olunur . Südəmər uşaqlarda spesifik sümük dəyişikliyi formalarından biri daktilit hesab olunur -proksimal , nadir hallarda əl barmaqlarının orta falanqası zədələnir , sümüklərin silindrik və iyşəkilli qalınlaşması meydana gəlir .

Erkən anadangəlmə sifilis zamanı patoqnomonik əlamətlərlə yanaşı , tipik əlamətlər də ayırd edilir , hansı ki , təkcə anadangəlmə sifilisdə deyil , həmçinin erkən qazanılmış sifilisdə də rast gəlinir .

- dəridə və selikli qişalarda papulyoz sifilid

- rozeolyoz sifilid ( nadir rast gəlinir)

- sifilitik alopesiya

- sifilitik xırıltı ( rausedo)

- daxili orqanların zədələnməsi ( spesifik hepatit, qlomerulonefrit , pnevmoniya , miokardit , endo- və perikardit, оrxit və.s )

- sinir sisteminin zədələnməsi ( meningit, meninqoensefalit, hidrosefaliya). Hidrosefaliyanın erkən simptomu Sisto simptomu – uşağın səbəbsiz qışqırığı hesab olunur .

- gözlərin zədələnməsi (xorioretinit , görmə sinirinin atrofiyası ) . Xorioretinit bəzən anadangəlmə sifilisin yeganə əlaməti olur . Xorioretinitin 4 tipi ayırd edilir . Birinci tipdə göz dibində ekvator nahiyəsində piqment ocaqları qeyd edilir, görmə az zədələnir . İkinci tip göz dibinin periferiyası boyunca sarı – qırmızı və depiqmentasiya sahələrinin birləşməsilə xarakterizə olunur - «duz və istiot» simptomu. Üçüncü tipdə damarlı qişanın dəyişiklikləri və torlu qişa damarlarının zədələnməsi qeyd olunur , görməyə təsir edir . Dördüncü tip torlu qişanın ikincili piqment degenerasiyası ilə özünü göstərir.


Yüklə 132,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin