А50.0 Simptomlarla müşayiət olunan erkən anadangəlmə sifilis (manifest), şərti olaraq , südəmər dövr sifilisi(0-1yaş) və erkən uşaqlıq dövrü sifilisinə(1-2 yaş) bölünür .
Manifest erkən anadangəlmə sifilisin patoqnomik simptomları aşağıdakılar hesab olunur
- yenidoğulmuşun sifilitik pemfiqusu (pemphigus neonatorum syphiliticus), sin. sifilitik pemfiqoid
- Qoxzingerin diffuz infiltrasiyalı dərisi (infiltration diffuses Hochsinger)
- sifilitik rinit (rhinitis syphilitica)
- Vegnerin uzunborulu sümüklərinin osteoxondriti (osteochondritis syphilitica).
Şəkil (şəkil 74,76)
- doğulmamışdan əvvəl də mövcud ola bilər və ya həyatın ilk günlərində meydana gələ bilər .
- ovucun , ayaqaltının dərisində , bükücü ətraflarda , nadir hallarda digər hissələrdə lokalizasiya edə bilər .
- bənövşəyi rəngdə tacla əhatə olunmuş, noxud böyüklüyündə və ondan böyük , seroz , seroz – hemorragik , seroz – irinli kütlədən ibarət gərgin qovuqlar xarakterdir; qovuqların açılması zamanı yara və qartmaq əmələ gəlir ; qovuqdakı kütlədən T.pallidum tapılır.
Dostları ilə paylaş: |