Treponemasız seroloji testlər (qTT)treponemasız mənşəli antigenlərlə – kardiolipin – xolesterol – lesitin kompleksi ilə aparılır. Sifilisin diaqnostikasında aşağıdakı qTT testlər istifadə edilir :
MPR/RMP – mikropresipitasiya reaksiyası
SPR/RPR – sürətli plazma reaginləri reaksiyası / Rapid Plasma Reagins
VDRL - Venereal disease research laboratory test / veneroloji xəstəliklərin tədqiqat laboratoriyası testi
Treponemasız testin seroloji prinsipi tərkibində spesifik antitellər olan xəstənin qan zərdabının / plazmasının , treponemasız antigenlərlə birləşməsindən əmələ gələn antigen – antitel kompleksinə , aqqlütünasiya , presipitasiya , flokulyasiya şəklində olan aqreqasiyaların meydana gəlməsinə əsaslanır . Nəticə makroskopik / görünüş ( MPR/RPR ) və mikroskopik (VDRL) 4+, 3+,2+ proporsional ölçdə formalaşmış aqreqatlarla qiymətləndirilir . Treponemasız testi keyfiyyət və kəmiyyət variantlarında (antitellərin titri müəyyən edilir ) aparırlar .
Seroloji qTT tətbiq edilir :
əhalinin sifilisə skrininqinin aparılması
sifilis infeksiyasının aktivliyinin təyin edilməsi (antitel titrinin yüksəlməsinə )
sifilis əleyhinə aparılan müalicənin effektivliyinin yoxlanılması (antitel titirinə).
Qeyd:
qTT seroloji reaksiya xəstəliyin 6-7 həftəsinə və bərk şankrın əmələ gəlməsindən 2-3 həftə sonraya qədər müsbət olur
qTT seroloji reaksiya sifilisin gecikmiş formalarında bir qayda olaraq mənfidir , belə ki , sifilis infeksiyası uzun müddət davam etdikdə orqanizmdən ilk olaraq presipitatlar eleminasiya olunur .