Sifilisin düz diaqnostikası diaqnozun qoyulmasında vacib kriteriya hesab olunur və aşağıdakı üsullarla aparılır
qara sahəli mikroskopiya (QSM) – nativ preparatların qara görmə sahəsində mikroskopiyası . Müayinə Tindal effektinə əsaslanır , belə ki , müayinə obyektini yandan işıqlandırdıqda üzərinə düşən işıq hər tərəfə səpələnir və optik şüşəli qara sahəli mikroskopda aydın görünür . Solğun treponema hərəkətli spirallar və ya gümüşü rəngdə nazik xətlər şəklində görsənir .
düz immunoflüoressensiya (DİF) – Spesifik olaraq flüoresentlə nişanlanmış T . pallidum monoklonal antitelləri ilə hazırlanmış yaxmalara immunoflüoressent mikroskopda baxılır. Spesifik olaraq solğun treponemaların parlaq – yaşıl rəngdə işıqlanması müşahidə edilir .
zəncirvari polimeraza reaksiya (ZPR) – T. pallidum DNT –in identifikasiyası . Bu üsul T. pallidum DNT – in müəyyən olunmuş hissəsinin DNT- polimeraza fermentinin fəaliyyəti və təkrarlanan temperatur tsiklləri prosesində həqiqi replikasiyasına və amplifikasiyasına (çoxalma ) əsaslanır . Sintez olunmuş amplikonlar elektroforez üsulu ilə seçici olaraq törədicinin nuklein turşusu molekulu ilə əlaqəli olan flüoressent rəngləyicisinin iştirakı olan geldə aşkar olunur.
Sifilisin diaqnostikasının düz üsulları anadangəlmə və sonradan qazanılmışın manifest formalarının təsdiqi üçün istifadə olunur. Xəstəliyin kliniki əlamətlərinin iştirakı olmadan sifilisin düz diaqnostikasının istifadəsi praktiki olaraq mümkün deyil.
Sifilis müayinəsinin geniş tətbiq olunması nəticəsində prinsip etibari ilə xəstənin qanında və onurğa – beyni mayesində sifilis infeksiyası ilə assosiasiya olunmuş antitellərin aşkarlanmasına əsaslanan laborator müayinənin qeyri – düz /seroloji üsulunu əldə etdilər. Sifilisin seroloji diaqnostikası xəstəliyin törədicisi – T. Pallidumun immunoloji izinin müəyyən edilməsinə yönəlib. Müayinə materiallarına aşağıdakılar aiddir
qan
onurğa beyni mayesi – OBM (likvor)
amniotik maye
Sifilis diaqnozunun təsdiq olunmasında istifadə olunan seroloji üsul son dərəcə dəyərli üsul hesab olunur və öz tarixi vardır .
Sifilis diaqnostikası üçün ilk seroloji reaksiya 1906 – cı ildə A. Wasserman, A. Neusser, C. Bruck tərəfindən təklif edilmişdir . Həmin dövrdəki tədqiqatçılar sifilisin diaqnostikası üçün fransız alimləri I.Border, O.Gengon (1901-ci il.) tərəfindən işlənilmiş komplementlə əlaqəli reaksiya prinsipini istifadə etmişlər . I.Border, O.Gengon fenomeninin mahiyyəti xəstənin zərdabında orqanizmə düşən yad cismə - antigenə qarşı qəti spesifik antitel hazırlanmasına , antigen – antitel kompleksinin əmələ gəlməsinə və komplementin adsorbsiyasına əsaslanır . Göstərilən komplekslərin indikasiyası reaksiyaya əlavə olunan hemolitik sistem ilə (qoyun eritrositləri və dovşanın hemolitik zərdabı ) baş verir . Müsbət nəticə olduqda hemoliz baş vermir , sınaq şüşəsində çöküntü görülür, mənfi cavab olduğu hallarda-sınaq şüşəsində hemoliz qeyd eilir.Reaksiya A. Wasserman şərəfinə Vasserman reaksiyası (VR)adlandırılmışdır . 2006 – cı ildə həmin reaksiyanın qoyulmasından 100 il ötməsi münasibətilə VR ilə beynəlxalq vidalaşma keçirilmişdir .
Hal – hazırda dermatoveneroloq həkimlərin əmrində müxtəlif həssalıqda , spesifiklikdə və iqtisadi əlverişlilikdə olan bütöv bir seroloji test toplusu vardır . Sifilisin diaqnostikasında istifadə olunan seroloji reaksiyalar qTT və TT olmaqla iki yerə ayrılırlar .
Dostları ilə paylaş: |