Cyki (Cinsi yolla keçən infeksiyalar)


Sinir sisteminin zədələnməsi



Yüklə 132,8 Kb.
səhifə27/47
tarix10.05.2022
ölçüsü132,8 Kb.
#56971
1   ...   23   24   25   26   27   28   29   30   ...   47
1.Sifilis

Sinir sisteminin zədələnməsi – neyrosifilis (A52.1-A52.3) şərti olaraq erkən neyrosifilisə (yoluxma anından 5 ilə qədər) və gecikmiş neyrosifilisə (yoluxma anından 5 il sonra) ayrılır. Gecikmiş neyrosifilisin inkişafı sifilis əleyhinə müalicənin aparılmaması və ya əvvəlki keyfiyyətsiz müalicə , yanaşı gedən xroniki infeksiya , intoksikasiya , travma ilə əlaqəlidir.

Neyrosifilis zədələnmiş sinir toxumasının növündən asılı olaraq meningeal , meninqovaskulyar , parenximatoz , qummoz olaraq ayırd edilir .

Sifilisin erkən mərhələlərində əsasən sinir sisteminin (beyin qişası və damarları ) meningeal və meninqovaskulyar zədələnməsi meydana gəlir , bunlara uyğun olaraq isə aşağıda sadalananlar üzə çıxır



  • kəskin generalizə olunmuş sifilitik meningit

  • görmə və eşitmə sinirlərinin nevriti ilə ahəngləşən , bazal sifilitik meninqonevrit

  • latent sifilitik meningit

  • erkən meninqovaskulyar sifilis

  • meninqomielit

  • nevritlər

  • sifilitik hidrosefaliya

Sadalanan formaların içərisində ən çox sifilitik meninqonevrit - erkən sifilisli xəstələrin 1/4 – 1/3 də rast gəlinir . Nevroloji şəkil baş beyin qişasının qıcıqlanması -baş ağrı , baş dönməsi , ürəkbulanma , qulaqlarda küy , beyin daxili təzyiqin yüksəlməsi ilə meydana gəlir .


Gecikmiş neyrosifilisdə sinir parenximasının (sinir hüceyrələri, sinir lifləri, qliya) degenerativ zədələnməsi qeyd olunur ki , bunun nəticəsində də spesifik iltihablaşma prosesi - parenximatoz neyrosifilis , həmçinin spesifik qummanın sinir toxumasına təzyiqi nəticəsində - qummoz neyrosifilis.
Gecikmiş sifilisin aşağıda sadalanan formaları ayird edilir :


  • gecikmiş latent sifilitik meningit

  • gecikmiş diffuz meninqovaskulyar sifilis

  • beyin damarlarının sifilisi (damar sifilisi)

  • bel quruluğu

  • proqressiv iflic

  • beyin qumması

Gecikmiş neyrosifilisin formalarından asılı olaraq baş ağrısı, baş dönməsi, hemiparez, epileptik tutmalar, iflic, yaddaşın itməsi , şəxsiyyətin tamamilə itməsinə qədər nevroloji simptomlar meydana gəlir.



Yüklə 132,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin