Sümük və oynaqların zədələnməsi sifilitik infeksiyanın nadir olmayan təzahürləridir . Gecikmiş sifilisdə periostit , ostit , osteomielit , nadirən artrit ola bilər. Gecikmiş sifilisdə oynaqların zədələnməsi nadir müşahidə olunur , kəskin poliartrit sinovit tipində gedir və artralgiya , hipertermiya və ümumi intoksikasiya ilə müşaiət olunur . Daha çox diz , dirsək , çiyin və aşıq – daban oynağı zədələnir - Klatton oynaqları tez-tez müşahidə olunur . Klinik olaraq Klatton oynaqlarında ağrı , oynaqların şarşəkilli kiçik şişkinliyi , oynaqdaxili ekssudatla oynağın funksiyasının cüzi zədələnməsi əmələ gəlir . İki tərəfli zədələnmə ilə fərqlənir . Oynaqda rentgenoloji dəyişiklik aşkarlanmır.