Dilin diffuz infiltrasiyası–dilin selikaltı və əzələ qatının tutulması ilə olan patoloji prosesin daha ağır forması . İlk əvvəllərdə dil böyükdür , bərkdir , az hərəkətlidir , dilin səthi nahamardır (saya hissələr köndələninə və uzununa çatlarla ahəngləşirlər). Dilin diffuz infiltrasiyasının evolusiyası sklerozlaşma, yaprıxma və həcmin kiçilməsidir.
Qabarcıqlı sifilid qummoza nisbətdə ağzın selikli qişasında nadir rast gəlinir . Daha çox dodağın selikli qişasında , alveolyar çıxıntıda , yumşaq və sərt damaqda yerləşir . Qabarcıqlı sifilid selikli qişalarda xora və fokus şəkilli çapıqların əmələ gəlməsilə sonlanan izolə olunmuş qabarcıqlarşəklində , həmçinin tez xoralaşan və xarakterik naxışlı şəkildə çapıqlaşan yayılmış qabarcıqlı infiltrat şəklində də meydana gələ bilər .