kataral angina – ümumi vəziyyətin qabarıq şəkildə pozulması , temperaturun yüksəlməsi , ağrı , badamcıqların al – qırmızı rəngdə , ödemli olması , seroloji reaksiyaların mənfi olması
papulyoz sifilid
yastı leykoplagiya – lövhəciklər gümüşü – ağ rəngdə , kəskin sərhədli , nahamar səthli , dartdıqda qopmurlar . Seroloji reaksiyalar mənfidir
qırmızı yastı dəmrov – gümüşü – ağ rəngdə , şəbəkə , tor , üzük şəklində qruplaşmış papulalar , seroloji reaksiyalar mənfidir
ağzın selikli qişasının kandidozu – qırmızı məxməri səthli ağımtıl kəsmiyə bənzər ərplə xarakterizə olunur , mikroskopiyasında mitselilər aşkarlanır , seroloji reaksiyalar mənfidir
qırmızı yastı dəmrovda , qırmızı qurd eşənəyində , pemfiqusda , çoxformalı ekssudativ eritemada , leykoplagiyada , sadə herpesdə dodağın qırmızı haşiyəsində və ağız boşluğunun selikli qişasında olan eroziyaların əsasında bərkləşmə , ağrı yoxdur , seroloji reaksiyalar mənfidir