Sifilitik alopesiya (alopecia syphilitica) ikincili residiv sifilisə xasdır və adətən yoluxmadan 6-8 ay sonra əmələ gəlir. Sifilitik saç tökülmə qabıqlanma və subyektiv hissiyyatla müşaiət olunmur .
Sifilitik alopesiyanın növləri :
kiçik ocaqlı (alopecia syphilitica areolaris)
diffuz (alopecia syphilitica diffusa)
qarışıq (alopecia syphilitica mixta).
Kiçik ocaqlı alopesiyada adətən başın tüklü hissəsi , onun ənsə və gicgah nahiyələri , nadir hallarda – qaşlar , kirpiklər , saqqal zədələnir . Çoxlu kiçik ocaqlı , diametri 1-2 sm və daha böyük , dairəvi formalı , adətən öz aralarında birləşməyən dazlaşma ocaqları qeyd edilir . Patoqnomonik olaraq , ocaqlardakı saçların tam şəkildə deyil , hissə - hissə tökülməsi , ocaqlara güvə dəymiş xəz görüntüsü verir (şəkil 58).
Qaşlar nahiyəsində tüklərin kiçik ocaqlar şəklində tökülməsi «omnibus» (Fournier) və ya «tramvay» (P.S. Qriqoryev) sifilidləri adlandırılır . Kirpiklərin zədələnməsi zamanı onların hissəvi tökülməsi və ardıcıl olaraq uzanması nəticəsində kirpiklər müxtəlif uzunluğa sahib olurlar – pillə şəkilli kirpiklər ( Pinkus simptomu ) (şəkil 59,60,61,62,63)
Diffuz alopesiya dəri zədələnməsi olmadan saçların tamamilə tökülməsidir .
Qarışıq alopesiya – kiçik ocaqlı və diffuz alopesiyanın birləşməsi