Poliadenit (polyadenitis syphilitica) 80-90% hallarda ikincili təzə sifilisli xəstələrdə , olduqca nadir hallarda – ikincili residivli sifilisli xəstələrdə rast gəlinir . Poliadenit limfa düyünlərinin böyüməsi ilə meydana gəlir : çənəaltı , boyun , qoltuqaltı , qasıq –bud , kubital və .s . Böyümüş limfa düyünləri hərəkətli , ağrısız , bərk – elastik konsistensiyalı , meşə qozu böyüklüyündə və böyük , öz aralarında və altdakı toxuma ilə birləşməyəndirlər .
Daxili orqanların , sinir sisteminin , dayaq – hərəkət aparatının zədələnməsi.
Sifilis artıq erkən mərhələlərdə bir çox daxili orqanları və sistemləri zədələyir . İkincili sifilisli xəstələrdə daxili orqanların və sistemlərin zədələnməsi sifilisin digər erkən formalarında olduğu kimi üzvi yox , funksionaldır , tez keçən xarakterdədir. Daha çox qaraciyər (hepatit), dalaq (splenit), böyrək (nefrit,nefroz), mədə (qastrit, mədə0bağırsaq diskineziyası), ürək (miokardit), sinir sistemi (nevroz,meningit), dayaq-hərəkət sistemi(poliartrit, osteoperiostit, periostit). Bunlardan əlavə,nadir hallarda quru plevrit,otit,retinit qeyd edilir (şəkil 64).
Dostları ilə paylaş: |