Pustulyoz sifilid – ikincili sifilisin nadir təzahürlərindəndir , papula , papula – pustulalı səpgilərlə xarakterizə olunur və adətən zəif şəxslərdə üzə çıxır və xəstəyin ağır gedişinə şərait yaradır (şəkil 49). Lokalizasiya – bütün bədən səthi
Pustulyoz sifilidin növləri :
sızanaqşəkilli (acneforme) – 0,2-0,3 sm diametr ölçüsündə , konusşəkilli formada follikulyar papula – pustulalar əmələ gəlir , təzyiqlə qopardıldığı halda ancaq dartılmış piqmentli çapıqlar qala bilər
çopurşəkilli (varioliforme) – çeçelə barmaq və ya noxud böyüklüyündə , mərkəzində göbəkşəkilli basıqlığı olan yarımkürəşəkilli pustulalar meydana gəlir , dağılma prosesində qartmaq əmələ gəlir , dartıb qopartdıqda adətən çapıq qoyur (şəkil 52)
impetiginoz (pustulosum) – səthi , səpələnmiş papula – pustulalar əmələ gəlir , qartmağı dartıb qopartdıqda proses izsiz nəticələnir
ektimatoz (ectimatosum) – dağılma prosesində geniş sahəli qartmaqlar , bəzən lay –lay – rupioid, dərin xoralar, piqmentli çapıqlar əmələ gətirən dərin pustulalarla meydana gəlir (şəkil 27,50)
Sızanaqşəkilli, çopurşəkilli və impetiginoz pustulyoz sifilidlər daha çox ikincili təzə sifilisli xəstələrdə , ektimatoz /rupiodli pustulyoz sifilidlər ikincili residivli sifilisli xəstələrdə meydana gəlir .
İkincili sifilisdə daha çox ağız boşluğunun və qırtlağın selikli qişasının zədələnməsi qeyd edilir, çünki ikincili sifilisdə selikli qişalardakı səpgilər xəstəliyin yeganə kliniki təzahürü ola bilər. Ağız boşluğunun selikli qişasındakı sifilidlər yüksək miqdarda solğun treponemalara malik olması səbəsilə yüksək kontogiozluğu ilə fərqlənirlər və ləkə (rozeolyoz ) və papulyoz sifilidlər şəklində rast gəlinir . Pustulyoz sifilid çox nadir hallarda ağız boşluğunun selikli qişasında meydana gəlir.