İkincili sifilis (syphilis secundaria).
İkincili sifilis (A51.3- A51.4 ) birincili sifilislə yanaşı olaraq XBT – 10 təsnifatına əsasən erkən sifilisin (A51) nozoloji formalarıdır . İkincili sifilis adətən yoluxmadan 9-12 həftə sonra və ya bərk şankrın əmələ gəlməsindən 6-8 həftə keçdikdən sonra inkişaf edir . Buna görə də 25 % hallarda bərk şankr ikincili sifilisin əlamətləri ilə birgə mövcud olur . İkincili sifilisin davam etmə müddəti 2 -4 ilə qədərdir – bu , erkən sifilisin “yoluxucu” formasının son mərhələsidir.
İkincili sifilisin gedişində ayırd edilir
ikincili təzə sifilis (syphilis secundaria recens), diaqnozu «ikincili sifilidlər» (davam etmə müddəti 2-3 aydır) əlamətləri əmələ gəldiyi andan etibarən qoyulur
ikincili residiv sifilis(syphilis secundaria recidiva), ikincili sifilis müddətində müalicə olunmadıqda bir neçə dəfə təkrarlana bilər .
ikincili gizli sifilis (syphilis secundaria latens), diaqnozu ikincili sifilidlər arası aralıqlarda qoyulur .
İkincili sifilis adətən ikincili sifilidlərin əmələ gəlməsinə 7 – 10 gün qalmış prodromal əlamətlərlə başlayır və zamanla solğun treponemanın xəstə orqanizmində hematogen yayılması ilə üst – üstə düşür . Zəiflik , baş ağrısı , əzələlərdə , sümüklərdə , oynaqlarda gecələr artan ağrılar , temperaturun yüksəlməsi qeyd edilir . Bir qayda olaraq , ikincili sifilisin əlamətləri əmələ gəldiyi andan etibarən prodromal əlamətlər yox olur .
İkincili sifilisin kliniki əlamətləri
İkincili sifilis çox şəkilli simptomlarla , dəridə və selikli qişalarda yerləşən morfoloji elementlərlə (sifilidlərlə) , dayaq – hərəkət aparatında , sinir sistemində , daxili orqanlarda gedən dəyişikliklərlə ( aşağı dərəcədə ) xarakterizə olunur .
İkincili təzə sifilis və ikincili residiv sifilis də sifilidlər eyni zamanda müxtəlif kliniki əlamətlərə malik olurlar .
Təzə sifilidlər – kiçik , parlaq , çoxsaylı , simmetrik , birləşməyə və fiqur əmələ gətirməyə meylli olan . Adətən gövdənin və ətrafların dərisində lokalizasiya edir . Tez – tez qabarıq regionar limfadenitdə və bərk şankrın qalığının əvvəlində təzə sifilidlər əmələ gəlir . Residiv sifilidlər – böyük , solğun , azsaylı , asimmetrik , birləşməyə və fiqur əmələ gətirməyə meylli olan.Adətən sürtünən və qıcıqlanan nahiyələrdə ( qoltuq altı , qasıq nahiyəsi , ağız boşluğunun və cinsiyyət orqanının selikli qişası ) lokalizasiya edir .
İkincili sifilidlər dəri və selikli qişalarda bu şəkildə təzahür edirlər .
ləkə – ləkəli sifilid (syphilidum maculatum)
damar mənşəli ləkə - rozeolyoz sifilid (syphilidum roseolosum)
piqment ləkəsi – piqment sifilid sin. leykoderma (syphilidum pigmentosum, syn. leucoderma syphiliticum)
düyünlər – papulyoz sifilid (syphilidum papulosum)(şəkil 51)
irinciklər – pustulyoz sifilid (syphilidum pustulosum)
qovuqcuqlar (nadir) – vezikulyoz sifilid(syphilidum vesiculosum)
Dostları ilə paylaş: |