Birincili sifilis – T. pallidumun daxil olduğu yerdə birincili manifest sifilitik infeksiyanın əlamətinin əmələ gəlməsi anından başlayır . Birincili dövrün orta davam etmə müddəti 6-8 həftədir . Sifilisin diaqnostikasının yalnız Vasserman reaksiyasının olduğu zamanlarda birincili sifilisi, şərti olaraq , birincili seroneqativ (syphilis prtimaria seronegativa )- birincili sifilisin ilk 3-4 həftəsi və birincili seropozitiv (syphilis primaria seropositiva )- birincili sifilisin sonuncu 3-4 həftəsi olmaqla bölürdülər . Lakin sifilisin seroloji diaqnostikasının alqoritminə treponemalı testlər daxil olduğu zamandan etibarən bu bölünmə öz zəruriliyini itirdi .