Etiologiya
Sifilisin törədicisi – 8 -12 ədəd qıvrımları , 0,12 – 0,35 mkm qalınlığı , 4 – 14 mkm uzunluğu olan , spiral formalı , Spirochaetaeceae ailəsinə aid edilən solğun treponema ( Treponema pallidum ) adlı qramm (-) anaerob bakteriyadır . Qıvrımlar bərabər ölçülü , dairəvi , sona yaxın hündürlüyün bir az azalsa da bir – birindən eyni uzunluqda yerləşir . Solğun treponema sərbəst , çoxsaylı hərəkətlər edir : öz oxu ətrafında fırlanma , irəliləmə , rəqqas şəkilli , kontraktil (yığıla bilən / dalğaşəkilli). T. Pallidumun qalınlığı , bərabər ölçülü olması , sərbəstliyi differensial diaqnostikada vacib əlamət sayılır . Treponema pallidum spiral şəkilli olmasına baxmayaraq , qeyri əlverişli şəraitdə - sulfanilamid preparatlarının və antibiotiklərin ( əsasən terapevtik dozadan az ) qəbulu zamanı , yüksək temperaturda , işıqda , sifilisin latent və gecikmiş formalarında , orqanizmin reaktivliyinin azalması zamanı və başqa hallarda sağ qalmaq və çoxalmaq üçün sist və L – formasında da mövcud ola bilər . Sistlər və L- formalar «yumaq» və ya «ard-arda birləşən dairələr» şəklinə uyğun olaraq sarma yolu ilə spiral şəkilli treponemadan əmələ gəlirlər ( sxem 1).
Sxem 1
Elektron mikroskopla baxıldıqda T.pallidumun 3 qat membrandan , hüceyrə divarından və mukopolisaxaridli kapsula kimi maddədən ibarət xarici örtüyü görülür. Sitoplazmatik membrandan aşağıda T. pallidumun çoxşəkilli hərəkətinə səbəb olan fibrillər – nazik saplar yerləşir . Sitoplazma dənəvərdir , nüvəli vakuola , nüvəciyə və mezasoma sahibdir . T.pallidum çox vaxt hüceyrə xarici yerləşir . Az hallarda törədicilər kapilyarların endotelial divarına , plazmatik hüceyrələrin , makrofaqın , neytrofillərin bəzən isə - fibroblastların və sinir liflərinin daxilində aşkar olunurlar ( sxem 2).
Sxem 2
T.pallidumun mürəkkəb morfoloji strukturu antigenin müxtəlifliyinə səbəb olur ki , bunu da sifilisli xəstənin qan zərdabında çoxlu miqdarda antitellərin- zülal , lipid , polisaxarid tərkibli mövcudluğu təsdiq edir .
Dostları ilə paylaş: |