Cyki (Cinsi yolla keçən infeksiyalar)



Yüklə 132,8 Kb.
səhifə4/47
tarix10.05.2022
ölçüsü132,8 Kb.
#56971
1   2   3   4   5   6   7   8   9   ...   47
1.Sifilis

Patogenez

İnfeksiyanın mənbəyi – xəstə insan .

Sifilisin / infeksiyanın ötürülmə yolları :


  • cinsi

  • transplasentar (anadan dölə cift vasitəsilə ötürülmə – anadangəlmə sifilis )

  • hemotransfuzion (sifilisin istənilən mərhələsində olan xəstədən donor olaraq qan köçürmədə)

  • məişət (nadir hallarda )

  • peşə ilə bağlı (akuşer – genekoloq , cərrahlar , stomatologiya , patoloji anatomiya , laborantlar və başqaları ).

T. pallidum orqanizmə dəri və selikli qişalardakı bir o qədər hiss edilməyən , nəzərə çarpmayan zədələnmələrdən ( giriş qapısı ) daxil olur . Dəri – selikli qişa baryerini aşan T. Рallidumun orqanizmdə əsas yayılma yolları perinevral (epi -, peri- və endonevral bura daxildir) , limfatik və qan –damar sistemidir .

Sifilisdə infeksiyanın davam etdiyi müddət ərzində immunitet , qeyri – steril (infeksion) immunitet əmələ gəlir və solğun treponemaların orqanizmdən çıxması anına qədər mövcud olur .Sifilisdə anadangəlmə immunitet iştirak etmir , qazanılmış immunitet inkişaf etmir .

Sifilisdəki immunitetin xüsusiyyətləri bu anlayışlarla əlaqəlidir , beləki


  • reinfeksiya –keçmişdə xəstələnmiş və sağalmış şəxslərin yenidən sifilisə yoluxması

  • superinfeksiya – sağalmamış xəstənin yenidən sifilisə yoluxması , bu zaman solğun treponemalardan azad olmamış orqanizmə yeni “hissəsi “ daxil olur , olan sifilisə yeni sifilis infeksiyası qatı yığılır və orqanizm yeni yoluxmaya hal – hazırda olan mərhələyə uyğun səpgilərlə cavab verir .


Yüklə 132,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin