Birincili sifilisin kliniki əlamətləri
bərk şankr, sin. birincili sifiloma (ulcus durum, syn. syphiloma primarium) (şəkil 2)
sifilitik regionar limfadenit sin. skleradenit, yanaşı gedən bubon (lymphadenitis syphilitica, syn. scleradenitis syphilitica, bubo-syphiliticus) (şəkil 17)
sifilitik limfangit (lymphangitis syphilitica) (şəkil 18)
Bərk şankr (ulcus durum ) – periferiyasında kəskin iltihabi əlamətlərin olmayan , əsasının ağrısız sərt infiltratlı , zəif seroz ifrazatlı , «laklanmış», hamar , çeçelə barmağın dırnağının (1 ,0 sm) ölçüsündə , nəlbəkiyəbənzər formalı xora və ya dairəvi formalı əksər hallarda tək-tək olan eroziyadır . Eroziv bərk şankrın sağalması izsiz nəticələnir , lakin xoralı forma – çapıq qoyur . Bərk şankr adətən cinsiyyət orqanın dərisində və selikli qişasında , nadir hallarda cinsiyyət orqanından kənarda – sağrı ,bud ,qasıq , qarnın dərisində lokalizasiya edir
(şəkil 1-12).
Bərk şankrın gizli lokalizasiyaları da ola bilər : endouretral şankr , uşaqlıq boynu şankrı , düz bağırsaq şankrı , fimoza bənzər
Bərk şankrın növləri :
eroziv , xora (şəkil 1,2,3)
təksaylı (şəkil 2), çoxsaylı (şəkil 6,7,8,9)
cırtdan (1-3 mm )( şəkil 3), nəhəng (1,5-2 sm və daha çox ) (şəkil 6)
genital (şəkil 1-9), ekstragenital(şəkil 10,11,12)
çatlar (dildə , ağız bucağında , anal büküşlərdə )(şəkil 10,11)
bipolyar – şankrların eyni zamanda bir birlərindən uzaq olan müdafiə səthlərində meydana gəlməsi , məsələn , cinsiyyət orqanının dərisində və selikli qişasında ( genital şankr ) və dodağın qırmızı kənarında ( ekstragenital şankr )
möhür – şankrlar («öpüşən şankrlar») – toxunan səthlərdə şankrların lokalizasiyası , məsələn , budun iç səthi (şəkil 9)
Müqayisədə çox nadir rast gəlinən bərk şankrın atipik formaları :
şankr - amiqdalit (chancre-amygdalite) – eyni zamanda badamcıqların birtərəfli böyüməsi və hiperemiyalaşması , sərtləşməsi , səthinin zədəsiz olması (eroziyanın /xoranın iştirak etməməsi ) (şəkil 15 ,16)
şankr – panarisium (chancre-digiti) – adətən sağ əlin birinci üç barmağında lokalizasiya edir və tez- tez ağrı və çoxlu irinli ifrazat ilə müşaiət olunan panarisiumun çürük formasına keçir .( şəkil 13 )
indurativ ödem (oedema indurativum) – böyük cinsiyyət dodaqlarında , xayalarda və ya pülük kisəsində yerləşir. Həmin hissələrdə ağrısız sərt ödemin olması , kəskin iltihabi əlamətlərin olmaması və səthinin zədəsiz olması (eroziyanın /xoranın iştirak etməməsi ) , təzyiq etdikdə çuxur əmələ gəlməməsi qeyd edilir ; al – qırmızı rəngdə olan zədələnmiş dəri , yavaş-yavaş periferiyaya doğru solğunlaşır .( şəkil 14)
İkincili infeksiyanın (bakterial , trixomonad ) qoşulması nəticəsində bərk şankrın kəskinləşməsi inkişaf edir : balanit , balanopostit , fimoz , parafimoz , qanqrenozlaşma , fagedenizm . Şankr ətrafında daha çox kəskinləşmə balanit (balanitis) və balanopostit баланопостит (balanoposthitis) – cinsiyyət üzvünün başcığının dərisi və pülük kisəsinin daxili səfhəsi hesab olunur . Belə hallarda şankr ətrafında ödemlilik , parlaq eritema , epitelin masserasiyası , seroz –irinli ifrazatın artması baş verir .( şəkil 19,20)
Balanopostit pülük sisəsi səfhəsinin daralmasına səbəb olur ki , bu da cinsiyyət üzvünün başcığının açılmasına imkan vermir . Belə vəziyyət fimoz (phimosis) adlanır , bu zaman cinsiyyət üzvü ödemli , eritematoz , ağrılı olur . Fimoz zamanı cinsiyyət üzvünün başcığının müqavimət göstərərək ayrılmasına cəhd etmək parafimoza (paraphimosis) gətirib çıxara bilər ki , bu zaman da ödemli və infiltrasiyalı pülük halqası başcığı sıxır .
Bərk şankrın daha ağır kəskinləşməsi zəif şəxslərdə, alkoqoliklərdə müşahidə olunan qanqrenizasiya və fagedenizmdir . Şankrın səthində qara qartmaq – qanqrenizasiya (gangraenisatio)( şəkil 20), birincili sifilomanın hüdudundan kənara yayıldıqda – fagedenizm(phagedaenismus) formalaşır. Qartmağın altında geniş xora formalaşır ki , bu da sağalmadan sonra çapıq qoyur . Proses titrətmə , temperaturun yüksəlməsi və başqa ümumi əlamətlərlə müşaiət olunur .
Birincili sifilisin digər əlamətləri - regionar limfadenit və limfangit .
Dostları ilə paylaş: |