Rozeolyoz sifilid simmetrik olaraq yumşaq damaq qövsündə , dildə və badamcıqlarda rozeolaların birləşərək kəskin sərhədli , hamar səthli , durğun – qırmızı rəngdə geniş ocaqlar şəklində meydana gəlir , qırtlaqda xoşagəlməz hissiyyata və hətta hissiyyatın itməsinə ( sifilitik eritematoz angina ) səbəb ola bilir. Qırtlağın selikli qişasının zədələnməsində hiperemiya və uzun müddətli ,afoniyaya ilə nəticələnən-rausedo (sifilitik kataral laringit) ,ağrısız ,xırıltılı səs meydana gəlir.
Papulyoz sifilid ağız boşluğunun selikli qişasının istənilən hissəsində meydana gələ bilər : dil , yanağın selikli qişası , yumşaq damaq , badamcıq , diş əti . Papulyoz sifilid diametri 1 sm - ə qədər olan , bərk –elastik konsistensiyalı , tünd – qırmızı rəngdə , dairəvi formalı tək – tək papulalar şəklində və ya badamcıqlar , qövs və yumşaq damaq sahəsində yerləşən , əsası bərk infiltratlı , birləşmiş papulalardan ibarət qalxan lövhəciklər şəklində (sifilitik papulyoz angina ) təzahür edir (şəkil 36,43,44,45).
2 – 3 gün keçdikdən sonra papula / lövhəciklər ekssudatın daxilə hopması nəticəsində gümüşü – ağ rəngə boyanır («donuq yaşıl papulalar / lövhəciklər») , 1 – 3 həftədən sonra isə papula / lövhəciklərin səthi eroziyaya uğrayır ( eroziv papula / lövhəciklər ) və ifrazatında asanlıqla T . pallidum tapılır . Eroziv papula / lövhəciklər olduqca yoluxucudur . Ağız boşluğundakı papulalar ağrı ilə maşaiət oluna bilər ( sifilitik angulus ) .
Dil büküşlərində , dil şırımlarında yerləşən papulalar nəzərə çarpacaq dərəcədə dərinləşir və dərin çatlar kimi görülür . Belə ki , daha çox dildə yerləşən , düzgün olmayan və ya dairəvi formada , göyümtül – çəhrayı rəngdə , səthi hamar , cilalanmış , dilin selikli qişasından asanlıqla qopan ərp şəklində görülən papulyoz sifilid , elə bir təəssürat yaradır ki , zədələnmiş hissə ətraf selikli qişadan aşağıda yerləşir – «parlaq papula /lövhəciklər» və ya «biçilmiş çəmən» simptomu.
Qırtağın selikli qişasının zədələnməsi nəticəsində sifilitik papuloz laringit,təksaylı gümüşü-ağ rəngdə papulalar ,eroziyaya/xoralaşmaya meyilli olmayan,xırıltılı səs ilə müşaiyət olunan sifilitik papuloz laringit əmələ gəlir.İkinci sifilis zamanı sifilitik laringit(kataral və papulyoz),tez –tez ikincili residiv sifilis də rast gəlinir,lakin sifilitik angina(eritematoz v papulyoz) ikincili təzə sifilisdə olduğu kimi residiv sifilisdə də müşahidə olunur.
İkincili sifilisdə dəridə və selikli qişalardakı səpgilərlə yanaşı , sifilitik alopesiya və poliadenit də meydana gələ bilər .
Dostları ilə paylaş: |