toksidermiya – kəskin başlanması və gedişi . Ləkələr parlaq qırmızı , periferik böyüməyə və birləşməyə meylli , səthi hamardır , nadir hallarda qabıqlanır . Subyektiv olaraq – qaşınma və qıcıqlanma . Seroloji reaksiyalar mənfidir .
Jiberin çəhrayı dəmrovu – xəstəlik yeganə çəhrayı rəngli , dairəvi formalı , periferik böyümə hesabına diametri 2 sm - ə çatır və daha çox mərkəzi ilə büzüşmüş papiroz kağızını və «medalyon» - ana lövhəcik tipli periferiya boyunca qabıqlanan tacı xatırladan ləkənin əmələ gəlməsilə başlayır . 7 – 10 gündən sonra daha kiçik ölçüdə olan , bir xətt boyunca yerləşən analoji elementlər əmələ gəlir . Subyektiv olaraq – yüngül qaşınma . Seroloji reaksiyalar mənfidir .
kəpəklənən (rəngbərəng) dəmrov – iltihabi əlamətləri olmayan , çəhrayı rəngdə , asanlıqla qabıqlanan , periferik böyüməyə və birləşib böyük ocaqlar əmələ gətirməyə meylli ləkə , daha çox gövdənin yuxarı yarısında . Subyektiv olaraq – yüngül qaşınma . Benye ( gizli qabıqlanma ) , Balzer (5% - li yod tinkturası) simptomlarının müsbət olması , Vud lampası altında sarı – yaşıl işıqlanma xarakterikdir . Seroloji reaksiyaların mənfi olması
papulyoz sifilid
qırmızı yastı dəmrov – yastı , hamar , parlaq , poliqonal , göyümtül bənövşəyi rəngdə , mərkəzində göbəkşəkilli basıqlığı olan , səthində açıq boz rəngdə xətlərdən ibarət Uikxem toru olan papulalar qeyd edilir . Subyektiv olaraq güclü qaşınma . Seroloji reaksiyalar mənfidir
psoriaz – qırmızı çəhrayımtıl rəngdə , dairəvi formalı , səthində asanlıqla qabıqlanan ağ – gümüşü rəngdə kəpəklənmə , birləşərək aydın şəkildə görünən lövhəciklər əmələ gətirməyə meylli papulalar . Xarakterik psoriarik triada : stearin ləkəsi , psoriaz pərdəsi , nöqtəvari qansızma/qan damcısı . Subyektiv olaraq – yüngül qaşınma . Seroloji reaksiya mənfidir
itiuclu kondiloma – normal dəri rəngində və ya çəhrayı – qırmızı rəngdə , nazik ayaqcıqlı , rəngli kələmi xatırladan dilimli səthə malik papulalar , seroloji reaksiyalar mənfidir
lixenoid dəri vərəmi – yumşaq konsistensiyalı , sarı – qırmızı rəngli , qruplaşmağa meylli , papulalar , tuberkulin sınağı müsbətdir , seroloji reaksiya mənfidir
papulonekrotik vərəm – uzunmüddətli gedişi , ətrafların açıcı səthlərində yerləşməsi , düyünlü səpgidən sonra yerində qalan «möhürşəkilli» çapıqlar, tuberkulin sınağı müsbətdir , seroloji reaksiyalar mənfidir
pustulyoz sifilid
suçiçəyi – yüksək temperaturla kəskin başlanması , xəstənin ümumi ağır vəziyyəti , əsasında bərk - elastik infiltratlı pustulun olmaması, seroloji reaksiyalar mənfidir
vulqar sızanaqlar – kəskin iltihabi xarakterli , ağrılı , qabarıq seboreya və komedonların mövcudluğu , pasientin yaşı , tez – tez baş verən residivli xroniki gediş, seroloji reaksiyalar mənfidir
yodlu və bromlu səpgilər – yod və ya brom qəbulunu kəsdikdə itəniri pustulalar , elementlərin periferiyasında kəskin iltihabi tac, seroloji reaksiyalar mənfidir
impetiqo – kəskin başlanması , tezliklə yayılması , səpgilərin böyük ocaqlar əmələ gətirməyə meylliyi, seroloji reaksiyalar mənfidir
vulqar ektima – dərinin kəskin iltihabi reaksiyalı pustulalarının olması , pustulanın əsasında və onun ətrafında infiltrasiyanın iştirak etməməsi, seroloji reaksiyalar mənfidir
infiltrativ – irinli trixofitiya – xəstəyin kəskin xarakteri , ağrılığı , səpgilərin böyük ocaqlara meylliyi , zədələnmiş ocaqlarda mitselilərin aşkar olunması, seroloji reaksiyalar mənfidir.
piqmentli sifilid
vitiliqo – zədələnmiş ocaqlarda piqmentin tamamilə olmaması , periferik böyüməyə və birləşməyə meylli olması , depiqmentasiyalı böyük ocaqlar , mənfi seroloji reaksiyalar
kəpəklənən (rəngbərəng) dəmrov – iltihabi əlamətləri olmayan ləkə , çəhrayı rəngdə , asanlıqla qabıqlana n , periferik böyüməyə və birləşib böyük ocaqlar əmələ gətirməyə meylli , daha çox gövdənin yuxarı yarısında . Subyektiv olaraq – yüngül qaşınma . Benye ( gizli qabıqlanma ) , Balzer (5% - li yod tinkturası) simptomlarının müsbət olması , Vud lampası altında sarı – yaşıl işıqlanma xarakterikdir . Seroloji reaksiyaların mənfi olması
sifilitik alopesiya
ocaqlı alopesiya – seyrəkləşmə ocaqları adətən təksaylıdır , olduqca böyük , kəskin sərhədli , parlaq hamar səthli və saçların tamamilə olmaması , periferiya boyunca zəifləmiş saçlar sahəsi qeyd olunur .
səthi trixomikoz – zədələnmiş ocaqlarda qabıqlanmanın , saçların tökülməməsi , lakin qırılması qeyd olunur , mikroskopiyada mitselilər aşkar olunur , seroloji reaksiyalar mənfidir