Cyki (Cinsi yolla keçən infeksiyalar)


Üçüncülü sifilisin kliniki



Yüklə 132,8 Kb.
səhifə21/47
tarix10.05.2022
ölçüsü132,8 Kb.
#56971
1   ...   17   18   19   20   21   22   23   24   ...   47
1.Sifilis

Üçüncülü sifilisin kliniki əlamətləri

Üçüncülü sifilis aktiv (syphilis tertiaria activa )gizli (syphilis tertiaria latens ) olaraq ayırd edilir. Üçüncülü sifilisdə - üçüncülü sifiliddə dəri və selikli qişalarda az miqdarda zədələnmələr meydana gəlir və aşağıda sadalananlar şəklində təzahür edir :




  • qabarcıqlı sifilid (syphilidum tuberculosum)

  • qummoz sifilid (syphilidum gummosum)

  • üçüncülü rozeola (roseola syphilitica tertiaria)


Qabarcıqlı sifilid – adətən , bir qayda olaraq , asimmetrik olmaqla , dərinin məhdud bir hissəsində yerləşirlər . Qabarcıqlar yarımkürəvi və ya yastı formaya , mavi çalarlı tünd-qırmızı rəngə , 0,4-0,6 sm diametrə , bərk konsistensiyaya , kəskin sərhədlərə , hamar səthə malikdir (şəkil 65). Qabarcıqlar adətən eyni zamanda deyil , bir qədər intervalla (təkanvari) əmələ gəlir , miqdarı ondan yüzə qədər və daha artıq dəyişir . Qabarcıqlar bir neçə ay mövcud olur , tədricən çəkilir (“quru yol”) və ya xoralaşır . Qabarcıqların quru dağılması zamanı çapıq atrofiyası əmələ gəlir . Qabarcıqların xoralaşması zamanı düz , dairəvi , dik , bərabər (hamar) kənarlı , dibi seroz-irinli-hemorragik kütləli , kənarları və əsası bərk-elastik infiltratlı xoralar əmələ gəlir . Xoralar sağaldıqdan sonra yerlərində mərkəzi depiqmentasiyalı və kənarı piqmentasiyalı dəriyə batmış çapıqlar qalır. Sifilitik çapıqlarda heç vaxt yenidən qabarcıqlar əmələ gəlmir. Qabarcıqlı sifilid subyektiv hissiyyatlara səbəb olmur.
Qabarcıqlı sifilidin növləri :


  • qruplaşmış qabarcıqlı sifilid – qabarcıqlar sağlam dəri qatı arasında qruplarla yerləşir, qabarcıqlar evolusiyanın müxtəlif mərhələlərində aşkarlanmasından asılı olaraq zaman aralıqları ilə əmələ gəlir və nəticədə mozaik çapıqlar formalaşır.

  • serpingoz (sürünən) qabarcıqlı sifilid – qabarcıqlı sifilidin böyük sahəni əhatə etməklə bir tərəfə ekssentrik yayılaraq 3 sahəyə ayrılması ilə xarakterizə olunur :

mərkəziçapıq/çapıq atrofiyası , ortaxoralı qabarcıq , periferiyalıtəzə qabarcıqlar.

  • meydançalı qabarcıqlı sifilid – ayrıca qabarcıq görülmür , bərk konsistensiyalı , tünd-qırmızı rəngli, dəri səviyyəsində üzə çıxan , 5-10sm və daha artıq diametrli lövhəcik formalaşır (şəkil 66).

  • karlik qabarcıqlı sifilid–qabarcıqların böyük olmayan hissələrində qruplaşmış, 0,1-0,2 sm ölçüdə, tünd-qırmızı rəngli,bərk.


Qummoz sifilid daha çox alın , bazunun və dizin açıcı səthlərində yerləşir . Qummaların miqdarı tək – tək hesablanır (adətən bir , nadir hallarda bir neçə ) . Qumma – düyün , dərialtı piy hüceyrələrində formalaşmış , 1 sm-ə qədər böyüklükdə , qırmızımtıl rəngli , bərk , ağrısız , hərəkətli , dəri və aid olduğu toxumalarla birləşməmiş düyündür . Düyün tədricən 2-3 sm və artıq böyüdükcə , dəri və aid olduğu toxumalarla birləşir , hərəkətliliyini itirir , qonur-mavi rəngə çevrilir. Düyünün mərkəzi yumşalır, açılır , ərəb qummasını («qumma» adı bununla bağlıdır) xatırladan dartılan yapışqan maye ifraz edir və bərk , düz kənarlı xora əmələ gəlir . Xoranın dibində – ölmüş infiltratdan qummoz yataq, hansı ki , qopduqdan sonra yara qranulyasiyalarla dolur və dartılmış ulduzabənzər çapıq formalaşır (şəkil 68,69). Nadir hallarda qumma xoralaşmadan atrofik çapığın formalaşması ilə nəticələnir . Mövcud olan proses 3-4 aya qədər davam edir , cüzi subyektiv hissiyyat müşaiət edir .
Qummoz sifilidin növləri:


  • solitar qumma – adətən baldırın ön səthində lokalizasiya edən tək düyün şəklində görülür.

  • fibroz qumma – oynaq ətrafı düyünlər , tez-tez diz və ya dirsək ətrafı oynaqlar. Ağac kimi bərk düyünlə şərtlənməkdənsə , oynaq ətrafı qummaların balacalaşması ilə , yaprıxır , infiltrat fibroz toxumaya çevrilir.

  • qummoz sifilid meydançası.

Üçüncülü rozeola / Furnye eriteması üçüncülü sifilisdə nadir hallarda qeyd edilir.


Xarakter əlamətlər sayılır:

  • məhdudlanmış / azsaylı səpgilər – ləkə

  • böyük ölçü

  • 5-15 sm diametrli, qövs, üzük, zəncir görünüşlü konfiqurasiya

  • solğun–çəhrayı rəng

  • sevdiyi lokalizasiyagövdə, bel, sağrı,bud

  • simmetriklik

  • xroniki gediş



Yüklə 132,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin