Anadangəlmə sifilis
XBT-10: А50 Anadangəlmə sifilis ( syphilis congenita) – Sifilisli xəstə anadan plasenta vasitəsilə dölə keçən, bətndaxili yoluxma nəticəsində inkişaf edən bakterial infeksiyadır.
Törədici - Treponema pallidum.
İnfeksiya mənbəyi – sifilis xəstəsi olan ana.
İnfeksiyanın xəstə anadan dölə transplasentar ötürülməsi yolları:
- göbək venası vasitəsilə
- göbək damarlarının limfatik yarığı vasitəsilə
- treponema toksinləri ilə zədələnmiş plasentadan ananın qan axını vasitəsilə (sağlam plasenta Т.pallidum üçün keçilməzdir)
Т. Pallidum plasentaya keçməklə onun ödeminə və hiperplaziyasına səbəb olur. Plasentanın çəkisi 2 dəfə artır və dölün çəkisi ilə müqayisədə 1:3 ( normada 1:6) təşkil edir.
Xəstəlik həyatın müxtəlif dövrlərində meydana gələ bilər : bətndaxili, doğuşdan dərhal sonra, doğuşdan müəyyən müddət sonra .
Bundan asılı olaraq ayırd edilir :
- döl sifilisi .
- erkən anadangəlmə sifilis (syphilis congenita praecox) XBT-10: А50.0-А50.2 2 yaşına qədər olan uşaqlarda meydana gəlir.
- gecikmiş anadangəlmə sifilis (syphilis congenita tarda) XBT-10: А50.3-А50.7 2 yaşdan yuxarı olan uşaqlarda meydana gəlir.
Erkən və gecikmiş anadangəlmə sifilis klinik əlamətlərlə ( manifest-А.50.0; А50.3-А50.5) və ya klinik əlamətlər olmadan ( latent - А50.1, A50.2, А50.6, A50.7) inkişaf edə bilər.
Dölün sifilisi. Hamiləliyin ilk aylarında döl zədələnmir , belə ki , Т.pallidum dölə yalnız plasentar qan dövranı əmələ gəldikdən sonra , yəni hamiləliyin 5 ayından tez olmamaqla keçir.
Döl sifilisinin xarakterik kliniki əlamətlər :
- kaxeksiya əlamətləri ilə kiçik çəkili və ölçülü döl (şəkil 72)
- lay-lay soyulan , masserasiya olunmuş dəri , dərialtı piy toxumasının hipotrofiyası səbəbindən xüsusilə üzdə «qocalıq qırışları» şəklində büküşlər əmələ gəlir .
- soyuq , sianozlu ətraflar
- zəif ,incə səs ; yenidoğulmuş əmə və qışqıra bilmir.
- diffuz iltihabi infiltrasiyanın inkişafı və nəticədə birləşdirici toxumanın artması səbəbindən daxili orqanlar ( qaraciyər, dalaq, ağciyər) böyüyür və qalınlaşır (şəkil 72).
- sümük toxumasının zədələnmələri – osteoxondritlər və osteoperiostitlər , hansı ki , rentgenoloji olaraq bətndaxili inkişafın 5-6 cı aylarında aşkar olunan və döl sifilisinin daha çox rast gəlinən və etibarlı əlaməti hesab olunur (şəkil 73) .
Dostları ilə paylaş: |