Cyki (Cinsi yolla keçən infeksiyalar)


Üçüncülü sifilisin sifilidlərinin differensial diaqnostikası



Yüklə 132,8 Kb.
səhifə28/47
tarix10.05.2022
ölçüsü132,8 Kb.
#56971
1   ...   24   25   26   27   28   29   30   31   ...   47
1.Sifilis

Üçüncülü sifilisin sifilidlərinin differensial diaqnostikası :

Dəridə əlamətlər



  • qabarcıqlı sifilid

  • vərəm qurdeşənəyi – qabarcıqlar (lipomalar ) yastı , sağlam dəri səviyyəsindən nəzərə çarpacaq qədər yüksəlməyən , yumşaq konsistensiyalı , kəpici qırmızı rəngdədirlər , çapıq əmələ gəlməsilə sonlanırlar . Zond və alma jelesi sınaqları müsbətdir , tuberkulin sınağı müsbətdir, seroloji reaksiyalar mənfidir

  • dəri leyşmaniozu – qabarcıqlar sarımtıl – çəhrayı rəngdə , xəmirvari və ya bərk konsistensiyalı , ocaqların periferiyasında qayış şəkilli limfangit olması , mikroskopiyada Barovski hüceyrələrinin tapılması ,seroloji reaksiyalar mənfidir

  • qummoz sifilid

  • skrofuloderma – düyünlər yumşaq konsistensiyalı , tamamilə yumşaldıqda qeyri – bərabər , girintili – çıxıntılı kənarlı , ifrazatı duru , irinli qırmızımtıl sarı – sarı rəngdə olan xora əmələ gəlir . Əmələ gələn çapıqlar periferiya boyunca - dəri məməcikləri , körpücükşəkilli dəri bağları əmələ gətirirlər .Tuberkulin sınaqları müsbətdir , seroloji reaksiyalar mənfidir

  • indurativ eritema – düyünlər ağrılı , çoxsaylı , baldırın açıcı səthlərində simmetrik olaraq yerləşirlər, tuberkulin sınağı müsbətdir , seroloji reaksiyalar mənfidir

  • dəri xərçəngi – xoralar qeyri – düzgün formalı , asanlıqla qanayan dibi olan , bərk qıvrılmış kənarlı , nahamar , mənfi seroloji reaksiyalı

Selikli qişalarda əlamətlər

  • miliar xoralı vərəm – yumşaq , ovulmuş , nahamar kənarlı , asan qanayan , dibi məməcikli böyümə ilə örtülü , ağrılı xoralar , tuberkulin sınaqları müsbətdir , seroloji reaksiyalar mənfidir.



Yüklə 132,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin