D-cab r əHMƏdov



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə2/14
tarix05.03.2017
ölçüsü1,44 Mb.
#10316
1   2   3   4   5   6   7   8   9   ...   14

Zeytun yağı haqqında hədislə

 

 Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: «Sizə tövsiyə edi-



rəm  zeytun  yağını.  O,  ödü  açar,  bəlğəmi  aparar,  əsəbi 

bərkidər, yorğunluğu aparar, xasiyyəti yaxşılaşdırar, nəfəsə 

xoş ətir verər, qəm-qüssəni aparar». 

Rəsuli-Əkrəm  (s.ə.v.)  Əliyə  (ə)  tövsiyə  edərək 

buyurur:  «Ya  Əli,  zeytun  yağını  yeginən  və  onu  bədəninə 

sürt.  Həqiqətən,  kim  onu  yesə  və  bədəninə  sürtsə,  Şeytan 

ona qırx səhər yaxın düşə bilməz». 


__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



11

Rəsuli-Əkrəm  (s.ə.v.)  buyurub:  «Zeytun  yağını 

yeyin  və  onu  bədəninizə  sürtün,  çünki  o,  mübarək  bir 

ağacdan hasilə gəlib». 

Burada «mübarək ağac» ifadəsilə o Cənab (s.ə.v.) 

“Quranı-Kərim”-in  iyirmi  dördüncü  (Nur)  surəsinin  otuz 

beşinci ayəsindəki kəlamı nəzərdə tutmuşdur. 

«…  O  çıraq  nə  şərqdə,  nə  də  qərbdə  (aləmin 

ortasında) 

olan  mübarək  bir  zeytun  ağacından 

yandırılır.  Onun  (zeytun  ağacının)  yağı  özünə  od 

toxunmasa  da,  sanki  (haradasa)  işıq  saçır.  O,  nur 

üstündə nurdur…»(ən-Nur, 24/25). 

Təfsirlərdə  deyilir  ki,  bu,  yəni  zeytun  ağacı,  yer 

yox, göy ağacıdır. 

Peyğəmbər (s.ə.v.): 

1.

  Zeytun yağı için. O, mübarək ağacdandır. Onu 



yavanlıq  kimi  də  istifadə  edin,  yağını  bədəninizə  çəkin. 

Çünki o, mübarək bir ağacdan hasil olur. 

2.

  «Sünənü-Tirmizi»  -  Zeyd  ibn  Ərqəmdən: 



Allahın Rəsulu (s.ə.v.) bizə ağciyərin iltihabı zamanı dəniz 

qustu  (dənizdə  bitən  ot)  və  zeytun  yağıyla  müalicə 

olunmağımızı əmr etdi. 

3.

  Zeytun  yağından  istifadə  edin,  onu  için,  yağını 



bədəninizə çəkin. O, babasil xəstəliyi zamanı faydalıdır. 

4.

  Mübarək 



zeytun  ağacının  meyvəsi  olan 

zeytunun yağından istifadə edin, onunla müalicə olunun. O, 

insanı babasildən qoruyur. 

5.

  Zeytun  yağı  için,  ondan  bədəninizə  çəkin. 



Onda cüzam da daxil olmaqla, yetmiş dərdin dərmanı var. 

6.

  Zeytun  yağı  yaxşı  insanların  yağı,  onların  ya-



vanlığıdır. Zeytun həm təzə çıxan vaxtı, həm də sovuşanda 

bərəkətlidir. Zeytun iki dəfə müqəddəsliyə batıb. 

Imam  Əli  (ə):  “Zeytun  yağını  bədəninizə  çəkin, 

ondan  yavanlıq  kimi  istifadə  edin.  Zeytun  olan  yerdə  heç 

bir xəstəlik insanı yaxalamaz”. 

Zeytun və zeytun yağı_________________________________ 

 

12



Imam Cəfər Sadiq (ə): 

1.

  Sıyığı  zeytun  yağı  ilə  yemək  ət  gətirir 



(kökəldir),  sümüyü  bərkidir,  dərini  nazikləşdirir  və  cinsi 

qabiliyyəti artırır. 

2.

  Bir  kişinin  bədənində  sızanaq  və  ya  çiban 



çıxsa,  onu  bağlasın  və  zeytun  yağı,  ya  da  heyvan  yağı  ilə 

müalicə aparsın.  

3.

   «Zeytun  yağı  pak  adamların  yediyi  yağdır  və 



yaxşı kəslərin təamıdır». 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



13

BIRINCI FƏSIL.  ZEYTUN BITKISI 

 

1.1. Zeytun bitkisinin tarixi, yayılması və 

müasir vəziyyəti 

 

Zeytun  subtropik  bitkilərdən  ən  çox  yayılmış 

meyvədir.  Ondan  qida  məqsədləri  üçün  istifadə  olunan 

zeytun  yağı  və  konservləşdirilmiş  zeytun  məhsulları 

hazırlanır. Zeytun bitkisi 4000 ildən artıqdır ki, məlumdur.  

Qida bitkisi kimi zeytun hələ qədimdən  taliyada, 

spaniyada,  Yunanıstanda,  Misirdə  və  Asiyada  yüksək 

qiymətləndirilmişdir. 

Zeytunun  vətəni  Kiçik  Asiya  və  Yunanıstan 

sayılır.  Buradan  o  bütün  Aralıq  dənizi  sahili  ölkələrinə 

yayılmış  və  sonralar  Afrikaya,  Amerikaya,  Avstraliyaya 

aparılmışdır.  Bəşəriyyətə  hələ  bizim  eradan  2500  il  əvvəl 

məlum olan ən qədim mədəni bitkilərdən biri kimi zeytunun 

hazırkı  yayıldığı  areal  da  çox  genişdir.  Dünyanın  bütün 

ölkələrində  zeytunun  ümumi  sahəsi  10  milyon  hektardan 

çox,  ağacların  sayı  isə  900  milyona  qədərdir.  Qədim 

mədəniyyətə malik olan  əsas ölkələrdə, zeytunun inkişafına 

dair tarixi rəqəmlərə nisbətən onun həmin ölkələrdəki əkin 

sahəsi xeyli azalmışdır. 

Hazırda  zeytun  istehsal  edən  əsas  ölkələrdən  biri 

spaniyadır.  Burada  zeytun  9,0  milyondan  çox  hektar  sahə 

tutur  və  300  milyona  qədər  ağac  vardır.  Zeytun  bağlarının 

yarıdan çoxu Andaluziyada cəmlənmişdir. Dünya bazarında 

span  zeytun  yağı  çox  yüksək  qiymətləndirilir.  Sortların 

orta yağlılığı 16- 25% arasında dəyişir. 

taliyada  başqa  bitkilər  arasında  zeytun  əsas  yeri 

tutur.  Burada  zeytun  bağlarının  sahəsi  2,2  milyon  hektara, 

yağ istehsalı isə 922 min tona çatır. Sortların orta yağlılığı 



Zeytun və zeytun yağı_________________________________ 

 

14



17%-  dir.  Ağacların  çoxu  üzüm,  sitrus  bitkiləri,  əncir, 

xurma və badamla qarışıq əkilmişdir.  

Türkiyədə  1  milyon  hektar,  Portuqaliyada  və 

Yunanıstanda, hərəsində 800 min hektar, Tunisdə 350 min 

hektar, Fransa 100 min hektar, Suriyada və Livanda 90 min 

hektar,  Albaniyada  16705  hektar,  Yuqoslaviyada  70  min 

hektar, Əlcəzairdə 45 min hektar, Mərakeşdə 35 min hektar, 

ABŞ- da 4 min hektar, Cənubi Amerika ölkələrində 11 min 

hektar,  ran  və  raqda  3  min  hektar,  Misirdə  min  hektar 

zeytun bağı vardır. Son illər bu rəqəmlər daha da artmışdır. 

Dünya  üzrə  istehsal  olunan  zeytun  yağının  80%-  i  üç 

ölkənin  –  spaniya,  taliya  və  Yunanıstanın  payına  düşür. 

Avstraliya, Yaponiya və başqa ölkələrdə də kiçik sahələrdə 

zeytun vardır. 

Bir  çox  ölkələrdə  konservləşdirilmiş  zeytun  və 

zeytun  yağı  əhalinin  əsas  qida  məhsulu  sayılır  və  ölkənin 

iqtisadiyyatında birinci dərəcəli əhəmiyyət kəsb edir.  

MDB-  yə  zeytun  cavan,  bu  yaxınlarda  gətirilmiş 

bitki  deyildir.  Vxatilə  o  Gürcüstanda,  Krımda,  Azərbay-

canda geniş yayılmışdır. Gürcüstanda Zuqdidiyə yaxın Urta 

dağında, 500- dən çox yaşı olan ağac hələ də yaşayır. Nikita 

botaniki  bağında  da  təqribən  eyni  yaşı  olan  ağac 

saxlanmaqdadır. Krımdakı bağlar sahil boyunca yayılmış 20 

ağaclıqda cəmlənmişdir. MDB- də bar verən ən qoca və iri 

zeytun  bağı  1879-  cu  ildə  salınmış  Novo  Afonekdadır. 

Burada  60  hektar  sahədə  4800-  ə  qədər  ağac  vardır.  Hər 

ağacdan 60 kq- a qədər  məhsul  yığılır.  ndi zeytun bağları 

genişləndirilmiş və 200 hektara çatdırılmışdır. 1896- cı ildə 

ə

kilən  qoca  zeytun  ağacları  Soçi  təcrübə  stansiyasında  da 



vardır.  Krasnodar  ölkəsində  zeytun  bitkisi  əsasən  Soçinin 

ə

trafında  –  Daqomısedə  yayılmışdır.  Burada  1  hektar 



zeytun  bağı  vardır.  Adler  və  Lazorev  rayonlarında  da 

zeytun becərilir. Türkmənistanda zeytun bitkisi Qızıl- Atrek 

təcrübə stansiyasında və zeytun sovxozunda vardır. 


__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



15

Azərbaycanda,  VII  –  X  əsrlərin  tarixçiləri  və 

səyyahlarının  məlumatına  görə,  zeytun  Şirvan,  Qarabağın 

aran  rayonlarının  ərazisində  və  Abşeronda  geniş  miqyasda 

yetişdirilmişdir.  şğalçıların,  xüsusən  monqolların  həddən 

artıq  basqınları  əsrlər  boyu  qədimdən  becərilən  yerlərində 

zeytunun  məhv  olmasına  səbəb  olmuşdur.  Hazırda  yalnız 

Abşeronun  Nardaran  kəndində  yaşı  200  və  daha  çox  olan 

zeytun  ağacları  qalmışdır.  Bakıda,  Gəncədə  yaşı  90-  dan 

yuxarı  olan  bir  qrup  ağac  saxlanmışdır.  O  dövrdə  bütün 

ə

kinlər hesaba alınmaqla MDB- də zeytun plantasiyası 1500 



hektardan çox idi. 

Keçmiş  SSR   Nazirlər  Sovetinin  1947-  ci  il  4 

dekabr, 3944 №- li qərarından sonra zeytun bitkisi intensiv 

inkişaf  edir  və  sənaye  əhəmiyyəti  alır.  Həmin  qərarda 

ttifaqda 12 min hektar, o cümlədən Abşeron yarımadasında 

3  min  hektar  zeytun  plantasiyası  salınması  müəyyən 

olunmuşdu.  

Zeytun  bitkisinin  inkişaf  etdiyi  indiki  mərhələdə, 

Azərbaycan  əmtəəlik  zeytun  məhsulları  üzrə  əsas  ölkədir. 

Burada zeytunun ümumi sahəsi 1100 hektara çatır. Bu bitki 

Abşeron  yarımadasının  hər  yerində  yayılmışdır.  1949-  cu 

ildə  Zığda  ixtisaslaşdırılmış  zeytun  sovxozu  təşkil 

olunmuşdu.  ndi  burada  200  hektar  zeytun  bağı  vardır  ki, 

onun da 90% hektarı bar verir. 

Maştağa subtropik bitkilər sovxozunda da istehsal 

xarakteri  daşıyan  87,8  hektar  zeytun  bağı  vardı.  1964-  cü 

ildə  Maştağa  zəfəran  sovxozunda  daha  iri,  100  hektar 

sahədə başdan- başa zeytun plantasiyası salınmışdı. 

Zirə,  Hövsan,  Türkan  və  Əzizbəyov  adına 

sovxozlarda da 30 – 60 hektardan ibarət müxtəlif dərəcədə 

seyrək zeytun sahələri vardı. 

Zeytun  bağ  bitkisi  olmaqla  yanaşı,  Bakı  və 

bütünlüklə  Abşeronun  yaşıllaşdırma  təsərrüfatlarında  da 

böyük  yer tutur. Parklarda, bağlarda və şəhərətrafı yolların 



Zeytun və zeytun yağı_________________________________ 

 

16



kənarlarında  əkilən  80  minə  qədər  zeytun  ağacı  dekorativ- 

yaşıllıq  (bəzək)  bitkisi  deyil,  həm  də  meyvə  ağacı  kimi 

ə

həmiyyətlidir. 



Zeytun tək- tək və qrup ilə Tərtər, Ağdam, Bərdə, 

Ağdaş, Göyçay, Göygöl, Yevlax rayonlarında, Mingəçevir, 

Lənkəran,  Zaqatala  şəhərlərində  və  respublikanın  bir  sıra 

başqa rayonlarında da yetişdirilir. 

Bütün təsərrüfatlarda və yaşıllaşdırma sahələrində 

hasil olan məhsul əvvəllər 1962- ci ildə yaradılan Maştağa 

konserv  zavoduna  verilirdi.  Burada  zeytun  meyvələrindən 

göy konserv düzəldilir, qara meyvələr quru halda duzlanılır, 

habelə  zeytun  yağı  istehsal  olunurdu.  Zeytun  bağları  bar 

verməyə  başladıqca  tədarük  olunan  və  emal  edilən 

meyvələrin  də  miqdarı  artırdı.  Maştağa  konserv  zavodu 

1964- cü ildə 153 t meyvə tədarük etmiş və bundan 491,1 

min  şərti  banka  göy  konserv,  30  t  qara  zeytun  və  10,1  t 

yüksək keyfiyyətli zeytun yağı istehsal etmişdi. 

O  dövrdə  Azərbaycanda  hazırlanan  zeytun  məh-

sulu  Sovet  ttifaqının  hər  yerinə,  habelə  Çexoslovakiyaya, 

rana, Polşaya və Almaniyaya göndərilirdi. 

Azərbaycanda  zeytunçuluğun  inkişafı  üçün 

Abşeron  zonası  ideal  ərazi  hesab  olunur.  Vaxtilə  məhz 

Abşeronda 3000 hektar ərazini əhatə edən zeytun bağlarının 

salınması təsadüfi deyildir. 

Amma zeytun ağacı gilli torpağı sevmir, ona görə 

də nəzərdə tutulan bölgələrdə zeytun kollarını əkmək üçün 

xüsusi yerlər seçilir. 

ndiyə  kimi  Azərbaycanda  zeytunçuluq  demək 

olar  ki,  Abşeronda  inkişaf  etmişdir.  1962-  ci  ildə  Bakı 

Zeytun Emalı Konserv Zavodu  yaradılmışdı. Həmin zavod 

sonralar  Maştağa  Konserv  Zavodu  adlanırdı.  Həmin 

zavodun  məhsulları  dünyanın  bir  çox  ölkələrinə  göndə-

rilmişdir.  1984-  cü  ildə  Almaniya  Demokratik  Respub-

likasında keçirilə  Leypsiq  yarmarkasında zavodun məhsul-


__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



17

ları  Böyük  qızıl  medala,  1986-  cı  ildə  Çexoslovakiyanın 

Nitra  şəhərində  keçirilən  yarmarkada  isə  zeytun  yağı  və 

kokteylləri Qızıl medala layiq görülüb. 

Azərbaycanda  Sovet  hakimiyyəti  qurulana  qədər 

zeytun  yetişdirməklə  az  məşğul  olurdular.  Bəzi 

araşdırmalara  görə  zeytun  məhsulu  xarici  ölkələrdən 

gətirilirdi. Sonralar isə bu bitkinin yetişdirilməsi üçün elmi- 

tədqiqat  müəssisələri  təşkil  edildi  və  zeytunçuluğun 

inkişafı, yetişdirilməsi üsulları genişləndirildi.  

Respublikamızda  zeytun  yetişdirən  sovxozlar 

yaradıldı.  Bunlardan  biri  1945-  50-  ci  illərdə  yaradılmış  2 

Zığ 

Zeytunçuluq 



Sovxozudur. 

Zığ 


Zeytunçuluq 

Sovxozunda 98 hektar plantasiyalar salınmışdı və zeytunun 

çoxaldılması, yayılması sahəsində böyük işlər görülmüşdü. 

Bu  sovxoz  həmin  illərdə  yaşıl  çubuqlar  əkməklə  isti 

ş

itilliyin faydalı səmərəsindən istifadə etmişdi.  



Zığ  sovxozu  zeytun  bitkisinin  əkin  materialının 

yetişdirilməsinə  görə  iki  dəfə  Ümumittifaq  Kənd  Təsər-

rüfatı sərgisinin iştirakçısı olmuşdu. 

1№- li Hövsan Zeytunçuluq sovxozu 1968- ci ildə 

ilkin  olaraq  yaradılmışdı.  Bu  sovxozda  zeytun  ağacları 

1984- cü ilə qədər hər il yetişdirilib. Hövsan qəsəbəsində də 

bu təsərrüfat xeyli genişlənmişdi və 708 hektar sahəni əhatə 

edən  plantasiyalar  yaradılmışdı.  Hövsan  zeytunçuluq 

təsərrüfatında  müxtəlif  növ  ağaclar  yetişdirilib,  yüksək 

məhsul  istehsalı  əldə  edilmişdi.  Buranın  torpağı  əkin  üçün 

çox əlverişli, münbit, iqlimi isə çox əhəmiyyətlidir. Zeytun 

ağacları bu şəraitə daha tez uyğunlaşıb keyfiyyətli və yüksə 

bar  verir.  Həmçinin  Maştağa  zonasında  zeytun  yetişdirən 

subtropik bitkilər sovxozu yaradılmış və ərazidə bol məhsul 

verən plantasiyalar salınmışdı. 

1974-  cü  ildə  Maştağada  Subtropik  Kənd 

Təsərrüfatı  Müəssisəsi  yaradılmışdı.  1983-  88-  ci  illərədək 

Maştağa  sovxozunda  geniş  miqyasda  zeytun  bitkisi 



Zeytun və zeytun yağı_________________________________ 

 

18



yetişdirilib  və  bu  sahədə  böyük  uğurlar  qazanmışlar. 

Maştağa sovxozunda həmçinin meyvələri emal etmək üçün 

xüsusi sexlər də fəaliyyət göstərib. Bundan əlavə, orada əla 

növlü  zeytun  bitkiləri  kolleksiyası  yaradılmışdır  ki, 

bunlardan başlanğıc materialı kimi istifadə ediblər.  

Maştağada 

yetişdirilən 

zeytun 


bitkilərinin 

plantasiyası 38 hektar olmuşdu. Bilgəh bağlarında da yetiş-

dirilən zeytun ağacları, kifayət qədər üzvi gübrə verildikdə 

qumlu  torpaqlarda  da  məhsuldar  inkişaf  edir,  meyvə  verir 

və  çoxalırlar.  Bilgəh  zonasında  zeytun  yetişdirilən 

plantasiyalar  196  hektar  sahəni  əhatə  edirdi.  1964-  65-  ci 

illərdə Kəndli fermer Təsərrüfatı da yaradılmışdı. 

Xüsusilə  qeyd  etmək  lazımdır  ki,  bir  çox 

müşahidələr  göstərmişdir ki,  Bilgəh zonasında  yerli növlər 

dəfələrlə  sınaqdan  keçirilmiş  və  bu  növlər  seçilərək 

artırılmışdır.  Digər  tərəfdən  isə  başqa  yerlərdən  gətirilmiş 

növlər şəraitə uyğun tədqiq olunmuşdur. 

Ümumiyyətlə, respublikanın subtropik zonalarında 

100- dən artıq zeytun növü toplanmışdır. Aparılan tədqiqat 

işləri  göstərmişdir  ki,  yerli  növlərin  şəraitə,  iqlimə 

davamlılığı,  məhsuldarlığı  və  meyvələrinin  keyfiyyəti 

etibarı ilə xarici növlərindən üstündürlər.  

Sovet  dönəmində  Abşeronun  zeytun  bağlarında 

20-30  il  ərzində  zeytun  sahələri  3  min  hektara  çatdırıl-

mışdı. Lakin keçən əsrin 90- cı illərindəki qarışıqlıq, anar-

xiya və xaos nəticəsində zeytun bağlarına xeyli ziyan dəyir.  

Keçən  əsrin  70-  ci  illərindən  90-  cı  illərin 

ə

vvəllərinə  kimi,  Abşeronda  zeytun  bağlarının  ümumi 



sahəsi  2600  hektara  çatdırılmışdı  ki,  bunun  da  1000 

hektardan çoxu məhsul verirdi. Hazırda 1868 hektar zeytun 

sahəsinin  1556  hektarı  bar  verir.  Son  on  ildə  zeytun 

məhsulunun  yığılması  və  ondan  yağ  istehsalı  ilə  “Azersun 

Holdinq”  şirkətlər  qrupu  məşğul  olur.  Şirkət  zeytun 

meyvəsini  tədarük  edib  Dübəndidəki  zavodunda  yağı 



__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



19

mexaniki  presləmə  üsulu  ilə  alır  və  “Bakı  Yağ  və  Qida 



Fabriki  MMC”-də  həmin  yağı  fiziki  üsullarla  saflaşdırıb 

“Final”  zeytun  yağı  və  “Zeytun  bağları”  ticarət  markası 

ilə  satışa  verir.  Gələcəkdə  şirkət  yeni  zeytun  bağlarının 

salınmasını və zeytun yağı istehsalının artırılmasını nəzərdə 

tutur.  


 

1.2. Zeytunun kimyəvi tərkibi və 

qidalılıq dəyəri 

 

Zeytun  iri,  həmişəyaşıl  meyvə  ağacıdır.  Onun 

meyvəsinin  tərkibində  75%  yağ  (meyvə  ətinin  quru 

çəkisində),  7%-  dək  zülal,  9%-  dək  şəkərlər,  A,  B,  C 

vitaminləri vardır.  

Zeytun  meyvələri  təzə  halda  çox  acı  olduğuna 

görə  yeyilmir.  Meyvələrdə  xeyli  (10%-  dək)  qlükozid 

olduğuna  görə  acı  olur.  Bu  acılıq  emal  nəticəsində  kənar 

edilir.  

Meyvələrin  istehlak  dəyəri,  onların  iriliyindən, 

ə

tlik  hissəsinin  tumuna  nisbətindən  və  yağlılığının 



miqdarından  asılıdır.  Meyvələrin  ayrı-  ayrı  hissələrinin 

(faizlə)  ümumi  kütləyə  nisbətən  kimyəvi  tərkibi 

(T. .Knişeveskaya görə) 1.1. saylı cədvəldə verilmişdir. 

 

Cədvəl 1. 1. Zeytun meyvəsinin ayrı- ayrı 

hissələrinin kimyəvi tərkibi. 

Meyvənin 

hissələri 

Su 


Yağ  Zülal 

Karbo- 


hidrat 

Kül 


Meyvənin ətliyi  24,2  56,4  6,8 

9,9 


2,66 

Bərk 


örtüyü 

(qabığı) 

4,2 

5,25  15,6 



70,3 

4,16 


Zeytun və zeytun yağı_________________________________ 

 

20



Yağının  toplanması  başlıca  olaraq  meyvənin 

ə

tliyində baş verir. Meyvə nə qədər ətli olarsa, bir o qədər 



dəyərlidir. Zeytunun meyvələrindən alınan yağın miqdarı və 

keyfiyyəti,  öz  növbəsində  bitkinin  növündən,  becərilmə 

şə

raitindən,  meyvənin  yetişmə  dərəcəsindən  və  məhsulun 



emal üsullarından asılıdır.  

Yetişmiş  meyvələrin  tərkibində  yağın  miqdarı 

meyvənin quru kütləsinə nisbətdə adətən 30- dan 60%- dək 

olur.  Ədəbiyyat  məlumatlarına  görə  zeytun  meyvələrində 

yağın  miqdarı  quru  maddəyə  görə  44,8%-  dən  72,4% 

arasında dəyişir. Zeytunun və zeytun məhsullarının kimyəvi 

tərkibi 1.2  və  1.3 saylı cədvəllərdəverilmişdir.            

Bəzi  mənbəələrə  görə  konservləşdirilmiş    zeytun 

məhsullarında  1,42%  doymuş  yağ  turşuları,  79,99%  su, 

2,23% kül (minerallı maddələr), 3,2% sellüloza vardır. 

Meyvələri konservləşdirir, duza və sirkəyə qoyur, 

quru-  quru  duzlayırlar.  Emal  olunan  zeytunun  qida 

ə

həmiyyəti  böyükdür.  Meyvələri  preslə  sıxıb  yüksək 



kalorili  zeytun  yağı  alırlar.  Zeytun  yağından  kulinariyada 

geniş istifadə olunur. Bu yağ Aralıq dənizi və bir sıra cənub 

ölkələrinin əhalisinin qidasında əvəzedilməz ərzaq məhsulu 

sayılır.  Zeytun  yağında  konservləşdirilmiş  məhsullar 

delikates  sayılır.  nsan  orqanizmi  tərəfindən  çox  yaxşı 

mənimsənilən zeytun yağı həzm yolunun, qaraciyərin yaxşı 

işləməsinə  səbəb  olur.  Məhz  buna  görə  də  mədə  və 

qaraciyər  xəstəliklərini  müalicə  etmək  üçün  təbabətdə 

zeytun yağından geniş istifadə olunur. Keyfiyyəti aşağı olan 

yağ  sortları  (ağac,  sürtkü)  ətriyyatda,  toxuculuq 

sənayesində,  texniki  məqsədlər  üçün  işlədilir.  Zeytunun 

oduncağından  qiymətli  xırdavat  əşyaları  hazırlamaq  üçün 

istifadə edilir.  

Zeytuna 


acılıq 

verən 


onun 

tərkibindəki 



oleouropeinin 

olmasından  irəli  gəlir.  Zeytun  meyvəsində 

Toxumu 

6,2 


12,26  13,8 

65,6 


2,16 

__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



21

yağdan  başqa  enzimlər,  boya  və  aşı  maddələri, 

yarpaqlarında  qlikozidlər,  üzvi  turşular,  mannit,  aşı 

maddələri, flavonoidlər, taninlər və vitaminlər vardır. 

 

 

Cədvəl 1.2. Zeytun və zeytun məhsullarının 

kimyəvi tərkibi və qidalılıq dəyəri 

 

 

 

      Məhsulun adı 



100 qram məhsulda, faizlə 

        100 qr. 

məhsulun  

enerji  


dəyəri,  

kkal 


Su   Zülal 

Yağ   Karbo- 

hidrat  

Üzvi  


turşu 

Kül  


1. Zeytun  

(ətliyi) 

  50,0  1,6 

23,0  4,9-8,6  0,45  1,5  232-245 

2.Konservləş- 

   dirilmiş  

    zeytun 

  69,6  1,8 

16,3 

5,2 


0,2 

4,7 


174,7 

çi doldurul- 

muş zeytun: 

 

 



 

 

 



 

 

3.1. Badam 



      işli  

63,4 


4,9 

20,3 


4,5 

0,2 


4,1 

220,3 


3.2. Sarımsaq  

      içli 

73,2 

2,0 


8,8 

6,2 


0,2 

4,3 


112,0 

3.3. Şirin  

bibər  içli  

77,5 


1,3 

8,8 


3,7 

0,2 


4,4 

99,2 


4.Konservləş- 

dirilmiş qara 

zeytun 

69,5 


1,8 

16,8 


5,7 

0,3 


4,5 

181,2 


5. Zeytun  

    yağı 

0,2 



99,8 





898 

Zeytun və zeytun yağı_________________________________ 

 

22



Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin