Nikita-1
yağlı sortlara aiddir. Ağacı orta və ya
iridir, hündürlüyü 6 – 8 metrdir; çətri kürəşəkilli, yığcamdır.
Meyvəsi xırda və ya orta irilikdə olur, uzunluğu 2,0 – 2,3
sm, diametri 1,6 – 1,7 sm, kütləsi 4,5 qramdır; girdə- oval
formalı, təpəsi girdə və ya azacıq şişmərdir. Meyvələri
noyabrın ortalarında tam yetişir. Hər ağacdan 25 – 30 kq
məhsul verir. Meyvəsinin tərkibində 72%- ə qədər yağ olur.
Ə
tliliyi 75%- dir. Konservləşdirmək və yağ almaq üçün
istifadə olunur.
Tbilisi
– bu sortdan yağ alırlar. Ağacı güclü boy
atandır, hündürlüyü 6 – 7 metrdir. Çətri kürəşəkilli, qollu-
budaqlıdır. Meyvələri xırda və ya ortadır, uzunluğu 1,8 –
2,4 sm, kütləsi 3,2 – 6,0 qramdır; girdə- oval formalı, təpəsi
küt və ya girdədir. Oktyabrın sonundan noyabrın
yarısınadək (tam) yetişir. Meyvəsindən quru duzlama üçün
də istifadə etmək olar. Hər ağacı 35 – 40 kq məhsul verir.
Tərkibində 72%- dək yağ vardır, ətliliyi 86%- dir.
Askolano – zeytunu taliyadan gətirilən zeytun
sortudur. Meyvəsi iri, oval formalıdır. Meyvəsinin uzunluğu
__________________________________________Ə hmə d-Cabir Ə hmə dov
33
2,8 – 3,2 sm, diametri 2,4 – 2,6 sm, kütləsi 8 – 9 qramdır.
Rəngi tünd- bənövşəyi, ətliyi ağ, qabığı bənövşəyidir.
Meyvəsi budaqlarla uzun saplaqlı bir-bir və qrup şəklində
yerləşir. Bu ən yaxşı məhsuldar sort hesab edilir. Gec
yetişir.
Yaşıl
meyvələri
sirkəyə
qoymaqla
konservləşdirmək, xırda meyvələr duza qoymaq üçün və
yağ almaq üçün istifadə olunur.
Krım-172
– sortu irimeyvəli, dairəvi formada,
qabırqalıdır. Meyvəsinin uzunluğu 2,4 – 2,5 sm, diametri
1,8 – 1,9 sm, kütləsi 4,5 – 5,0 qramdır. Meyvəsinin ucu
ş
işdir. Rəngi qara, parlaq və sıx yerlşən xırda ağ nöqtəlidir.
Ə
tliyi zərif, meyvəsi uzun saplaqlı olub budaqlarda tək- tək
yerləşir. Bu sort şaxtaya davamlı və məhsuldardır. Gec
yetişir. ri meyvələri yaşıl halda sirkəyə qoyulmaqla
konservləşdirilir. Krım-172 sortundan yüksək keyfiyyətli
zeytun yağı istehsal olunur.
Koreciolo – sortunun meyvəsi xırda, uzunsov-
oval formadadır. Meyvəsinin uzunluğu 1,8 – 2,0 sm,
diametri 1,2 – 1,4 sm, kütləsi orta hesabla 2,7 qramdır.
Meyvəsinin qabığı sıx yerləşən xırda- ağ nöqtəlidir, lakin
tam yetişdikdə çox az hiss olunur. Ətliyi kremi, qabığı isə
açıq bənövşəyi rəngindədir. Meyvəsi budaqlarda 3 – 5 ədəd
qrup şəklində olmaqla kiçik saplaqda yerləşir. Çəyirdəyi
sığallı, iri, uzunsov- oval formalıdır. Tez yetişən məhsuldar
sortdur, tərkibində yağı 65 – 70%- ə qədərdir. Əsasən yağ
istehsalı üçün istifadə olunur.
Manzanilo – zeytunu iri meyvəli, oval formalıdır.
Uzunluğu 2,6 – 2,7 sm, diametri 2,2 – 2,9 sm, bir ədədinin
kütləsi 6,5 – 7,0 qramdır. Rəngi tünd- bənövşəyi parlaqdır.
Yaşıl halda konservləşdirmək, tum yetişdikdə isə yağ
istehsalı üçün istifadə edilir. Keyfiyyətli zeytun
sortlarından sayılır.
Nikitin-2
– zeytunu iri meyvəlidir. Meyvənin
uzunluğu 2,8 – 3,1 sm, diametri 1,8 – 2,0 sm, kütləsi 5,5 –
Zeytun və zeytun yağı_________________________________
34
5,6 qramdır. Meyvəsi uzunsov- oval formalı, uc hissədə
konusvarı və çıxıntılıdır. Rəngi tünd- bənövşəyi, mum
təbəqəsi ilə örtülü olub, seyrək yerləşən iri ağ nöqtəlidir. Bu
sort yüksək keyfiyyətli, məhsuldar, şaxtaya davamlı,
gecyetişəndir. Yaşıl meyvələri sirkəyə qoyulur, yetişmiş
qara meyvələr quru duzlama və yağ istehsalı üçün sərf
edilir. Ətliliyi 85%- dir. Yağ çıxarı 79,1%.
Sevilyano – zeytunun meyvəsi çox iridir. Kütləsi
10 – 12 qrama qədər, oval- uzunsov formalı olub uc hissədə
bir qədər nazilir. Rəngi qara, parlaq və ağ nöqtəlidir.
Çəyirdəyi şiş uclu, orta iri və ətlikdən çətin ayrılır. Gec
yetişən sortdur. Ən yaxşı sort hesab edilir. Əsasən
konservləşdirmək üçün istifadə olunur.
Zeytun sortlarını yaşıl konservləşdirmək üçün
avqustun sonu- sentyabrda bənövşəyi rəngin əmələ
gəlməsinə qədər yığırlar. Quru duzlama və yağ istehsalı
üçün zeytunu tam yetişdikdən sonra yığırlar. Zeytun
meyvəsinin yetişmə müddəti onun sortundan və becərildiyi
bölgədən asılıdır. Bir ağacdan orta hesabla 70 – 75 kq
zeytun məhsulu yığmaq mümkündür. Meyvələr əllə yığılır.
Yetişmiş meyvələr zərif olduğundan tez əzilir və tünd rəngə
boyanıb xarab olur. Yetişmiş zeytunları tutumu 3 – 4 kq
olan
xırda
yeşiklərə
və
ya
səbətlərə
yığırlar.
Konservləşdirmək
üçün
zeytunu
sortlaşdırdıqda
büzüşmüşlər,
ş
axtavurmuşlar,
zərərvericilərlə
zədələnmişlər, həmçinin mexaniki zədələnmişlər seçilib yağ
istehsalına verilir.
Zeytun meyvəsini təzə halda uzun müddət
saxlamaq olmaz. Ona görə də konservləşdirmək (sirkəyə və
duza qoymaq üçün) üçün yığılan zeytun tez bir zamanda
emal müəssisəsinə çatdırılmalıdır.
__________________________________________Ə hmə d-Cabir Ə hmə dov
35
1.5. Zeytunun becə rilmə si üsulları
Zeytun bitkisi toxum, calaq, firqəndə, pöhrə və
çiliklərlə artırılır. Bitki toxumlarla artırıldıqda nəslin
qiymətli əlamətləri çox parçalanır. Ona görə də bu üsul ən
çox seleksiya işlərində tətbiq olunur. ki üsulun – calaqetmə
və yarım odunlaşmış zoğlardan hazırlanmış qələmlərlə
çoxaldılmanın prakriki əhəmiyyəti daha çoxdur.
Ağacların bar verməsi bitkinin artırılma üsulundan
asılıdır. Toxum üsulu ilə artırıldıqda bitkilər 7 – 10 yaşında,
calaq edildikdə 5 – 6- cı ili, qələmlə artırıldıqda 4 – 5- ci ili
bar verir. Bitkilər 15 ilə 50 yaş arasında daha intensiv
məhsul verir. Buna baxmayaraq 200 və daha çox yaşı olan
ağaclar da bol məhsul verir. Bitkinin sortundan asılı olaraq
15 – 20 yaşlı ağacların məhsulu 15- dən 50 kq- dək, rekord
ağaclarınınkı isə 80- 90 kq olur.
Yabanı zeytun, habelə qışadavamlı yerli
sortlardan Azərbaycan zeytunu, Buzovna zeytunu və
başqaları calaqaltı hesab olunur. Zeytunun artırılmasında
calaqaltı materialın - zeytun toxmacarlarıın yetişdirilməsi
xeyli çətinlik törədir. Zeytunun qalın, bərk çəyirdəyi yazda
torpağa əkiləndən 8 – 12 ay sonra cücərir. Çəyirdəklərin
cücərməsini
tezləşdirmək
və
toxumların
bərabər
cücərməsinə nail olmaq üçün onları səpindən qabaq
müxtəlif üsullarla emal edirlər. Bunlardan başlıcaları bioloji
( Y.S. Xramovun işləyib hazırladığı) və meaxniki emal
üsuludur.
B i o l o j i ü s u l açıq stratifikasiya prinsipinə
ə
saslanır və aşağıdakı kimi edilir. Zeytunun meyvəsi tam
yetişdikdən sonra ətindən çıxarılır, 24 – 36 saat suda
isladılır (suyun temperaturu 25
0
C olmalıdır), sonra həmin
çəyirdəkləri xırda yeşiyə 20 – 25 sm qalınlığında töküb kisə
parçası ilə örtür və temperaturu 18
0
C olan sərin binada 15
gün saxlayırlar. Bu müddət ərzində toxumları hər gün
Zeytun və zeytun yağ ı_________________________________
36
qarışdırır və azacıq nəm halda saxlayırlar. Nəticədə
toxumlarda yapışqan maddəsi əmələ gəlir. Bu maddə
çəyirdəklərin məsamələrini və qapaqcıqlarını yapışdırır.
Sonra həmin maddə tədricən dağılır və çəyirdəyin divarları
açılır, toxum hava və rütubət alaraq , cücərməyə başlayır.
Bütün proses 30- 65 gün çəkir (sortdan və çəyirdəyin
qalınlığından asılı olaraq). Toxumları aprel – may və
avqustda səpirlər; 1 – 3 aydan sonra toxumlar kütləvi halda
cücərib çıxır.
M e x a n i k i ü s u l çəyirdəklərin şişmər tərəfini
xüsusi qayçı və ya bağban qayçısı (sekator) ilə kəsməkdən
ibarətdir. Bu zaman toxum sərbəst olaraq hava və rütubət
alır, 2 – 4 aydan sonra cücərməyə başlayır. Toxumu hər
kavdrat metr sahəyə 1 kq hesabı ilə ləklərə və ya
istişitilliklərə səpib 2 – 3 sm dərinlikdə basdırırlar.
Vegetasiya
müddətində
ə
kinə
qulluq
suvarmaqdan, yumşaltmaqdan və alaqları vurmaqdan
ibarətdir.
Gələn ilin yazında (aprel – may aylarında)
cərgələr arasında 90 – 100 sm məsafə saxlayaraq, bitkiləri
bir- birindən 40 – 50 sm aralı yumşaldılmış tarlaya əkirlər.
Sahələrdəki calaq olunacaq toxmacarlara edilən qulluq
meyvəçilikdə edilən ümumi qayda üzrə aparılır.
Ə
kindən üç il sonra (mart – aprel aylarında)
calaqaltının calaq vurulacaq yerinin diametri 8 – 10 mm- ə
çatdiqda onlara calaq vururlar. Çilikləri keçənilki zoğların
yaxşısından calaq vurulan gün və ya ondan 1 – 2 gün qabaq
tədarük edirlər. Calaq edilən bitkilərin 80 – 90%- i tutur.
Zeytunun bu üsul ilə artırılması, yəni toxumları
səpərək sonradan cırların cinsini yaxşılaşdırmaq, əkin
materialını yetişdirmək üçün çox uzun (4 – 5 il) çəkir və
baha başa gəlir. Daha tez başa gələn və təcrübədə özünü
doğruldan üsul – çiliklərlə artırmaq üsuludur. Lakin zeytun
çox çətin kök atan subtropik bitki cinsinə aiddir. Yaşlı
__________________________________________Ə hmə d-Cabir Ə hmə dov
37
ağaclardan kəsilən odunlaşmış çiliklər çox çətin kök atır;
cavan toxmacardan götürülən çiliklər isə hətta boy
maddələrinin təsiri olmadan, qısa müddətdə 100% kök atır.
Bunun səbəbi odur ki, bitkilərin qabığındakı
sklerenxim və ya mexaniki elementlər daşlaşmış
hüceyrələrdən və lifli sivrimlərdən bütöv halqalar əmələ
gətirir, heceyrələrin bölünməsinə və kök rüşeymlərinin
ə
mələ gəlməsinə mane olur.
Birillik cavan zoğların qabığında sklerenxim
elementlər zəif inkişaf etmiş və topa halında səpələnmişdir.
Bunların arasında canlı parenxim hüceyrələr olur və bu
hüceyrələrdən kallüs, yəni kökün ilk mərhələsi əmələ gəlir.
Odur ki, zeytun bitkisinin odunlaşmamış birillik göy
çiliklərlə artırılması və onların boy maddəsi ilə işlənməsi
daha çox fayda verir.
Boy maddələri kambiya hüceyrələrində kök əmələ
gələn zaman hüceyrələrin bölünmə prosesini gücləndirir.
Bununla da kökəmələgətirmə prosesi və ana ağacın
rayonlaşdırılmış sortundan öz kökü olan mədəni bitkilərin
inkişafı güclənir.
Bir çox başqa üstünlükləri ilə yanaşı, bu üsul
qiymətli sortların az miqdarda olan ana bitkilərindən daha
səmərəli istifadə etməyə imkan verir.
Göz calağı vuran zaman yaxşı inkişaf etmiş tam
yaşlı bir ana ağacdan 200 çilik tədarük edir, göyqələm
vuran zaman isə 2000 ədədədək çilik kəsmək olur. Ana
ağaclara yaxşı qulluq olunmalı, onlar güclü olmalı və 30 –
50 sm artım (boy artımı) verməlidir.
Çilikləri aşağıdakı müddətdə tədarük etmək olar:
fevral – mart aylarında, payız zoğlarından elə kəsmək
lazımdır ki, yayın isti günlərinə kimi onlar kök ata bilsin;
aprel – may aylarında təzə boy atmış uzun göy qələmlər
kəsilir; payızda – oktyabr, noyabr aylarında ikinci
boyatmanın çiliklərindən. Çilikləri səhər tezdən çətrin aşağı
Zeytun və zeytun yağ ı_________________________________
38
hissələrindən kəsirlər. Çiliyi 7 – 12 sm uzunluqda, eni aşağı
hissədə buğumun altında 3 – 5 mm aralıqda kəsmək
lazımdır.
Çiliklərin tədarük olunduğu vaxtdan asılı olaraq,
güclü transpirasiyanın (buxarlanmanın) qarşısını almaq
üçün çiliklərdə müxtəlif miqdarda yarpaq saxlanılır: yazda
və yayda ancaq yuxarıdakı cüt yarpaq, payızda və qışda isə
ancaq aşağıdakı iki yarpaq qoparılır. Çiliklər kəsildikdən
sonra onları dərhal dibində su olan vedrəyə qoyurlar. Sonra
daha yaxşı kök atmaq üçün çiliklər stimulyasiya
maddələrinin – 0,01%- li heteroauksin məhlulu ilə (1 l suya
100 mq) və ya 0,005%- li indolilyağlı turşu (1 l suya 50 mq)
ilə 6 saat ərzində (göy çiliklər) və ya 10 saat (odunlaşmış
çiliklər) 20
0
C temperaturda işlənilir. Dərmanlanmış çiliklər
yazda parniklərə, yayda dərin xəndəklərə, payız- qış
dövründə oranjereya və ya isti şitilliklərə əkilir. lk 15 – 20
gündə, kallus əmələ gələnə kimi havanın rütubəti 90 – 95%,
temperaturu 18 – 20
0
C olub, tədricən 25
0
C- dək yüksəldilir.
Çiliklər 30 – 35 gündən sonra kök atır, sonrakı 30 gündə isə
bitkilər kifayət qədər kök əmələ gətirir. Kökləyən çiliklər
15-25 sm qidalanma sahəsi saxlamaqla, böyümək üçün
istişitilliklərə əkilir.
Bitkilərə edilən qulluq suvarmadan, istişitilliklərin
havasını dəyişməkdən və çilikləri günəş şüalarından
muhafizə etməkdən ibarətdir.
Çiliklərin əkilməsi müddətindən asılı olaraq, kök
atmış bitkilər yazda və ya payızda bir- birindən 40 – 50 sm
aralı, cərgələrarası 80 – 90 sm saxlanmaqla tingliklərə
ə
kilir.
Tinglikdə bitkilərə edilən qulluq sahəni 1 – 2 il
ə
rzində suvarmadan, yumşaltmadan, yayda əlavə olaraq
azot gübrəsi verməkdən, alaqlarla mübarizə aparmaqdan
ibarətdir.
__________________________________________Ə hmə d-Cabir Ə hmə dov
39
1.5.1. Zeytun ağ acına forma verilmə si və
onun budanması
Bitkilərə hələ tinglikdə ikən forma verilir. Onlara
alçaq ştamblı (20 – 40 sm) və ya yarımştamblı (50 – 70 sm)
yarussuz və ya çətri kola bənzəyən forma verilir. Tinglikdə
bitkilərə yaxşı qulluq edildikdə 3 – 4 əsas budağı olan, düz
gövdəli və kök sistemi yaxşı inkişaf etmiş ikiillik tinglər
ə
ldə edilir.
Bitkilərin təbii inkişafını sürətləndirmək üçün bir-
birinə mane olan və sınıq budaqlar, su pöhrələri kəsilib
atılır.
1.5.2. Zeytun bağlarının salınması
.M.Axundzadə
Azərbaycanda
zeytun
yetişdirilməsi üçün əlverişli olan 5 subtropik bölgənin
olduğunu müəyyən etmişdir.
1. Abşeron yarımadası.
2. Gəncə bölgəsi (Gəncə, Şəmkir, Goranboy,
Ağstafa).
3. Qarabağın düzənlik bölgəsi (Tər-Tər, Ağdam,
Bərdə).
4. Şirvan bölgəsi (Ağsu, Göyçay, Ucar, Ağdaş)
5. Şərqi Kür- Araz bölgəsi (Şirvan, Neftçala,
Səlyan, Sabirabad).
Yuxarıda adları çəkilən bölgələr ən çox taxılçılıq,
pambıqçılıq,
üzümçülük,
tərəvəzçilik,
eləcə
də
heyvandarlıqla ixtisaslaşmışdır. Burada zeytunçuluğu
inkişaf etdirmək üçün yeni zeytun plantasiyaları
salınmalıdır. Bu işi əsas etibarilə yararsız torpaqlarda,
rekultivasiya
tələb
edilən
sahələrdə
aparmaq
məqsədəuyğundur. Salınan yeni zeytun bağları yalnız 7 –
Zeytun və zeytun yağ ı_________________________________
40
10 ildən sonra məhsul verməyə başlayacaqdır. Odur ki, bu
işləri vaxtında aparılmalı və respublikada Ərzaq
proqramının müvəffəqiyyətlə yerinə yetirilməsi üçün zəmin
yaradılmalıdır.
Zeytun bağı salmaq üçün su və havanı yaxşı
keçirən, qumsal, tərkibində 25%- ə qədər əhəng olan azacıq
və ya orta dərəcədə gillicəli- mexaniki tərkibli torpaqlar
ayrılmalıdır. Bağları yamaclarda saldıqda cənub, cənub-
qərb ekspoziyalı, istinin və işığın ən çox olduğu sahələrin
seçilməsi daha əlverişlidir. Sort xüsusiyyətindən asılı
olaraq, zeytun ağacına 8 x 8, 8 x 6, 6 –x6 və 5 x 6 m
qidalanma sahəsi ayırırlar. Tingləri əkməzdən qabaq hər
çalaya 6 – 10 kq çürümüş peyin, 200 qr ammonium şorası,
superfosfat və 100 qr kalium duzu verilir. Bunları torpaqla
yaxşıca qarışdırmaq lazımdır. Əkindən qabaq verilən gübrə
tinglərin ilk 4 – 5 ildə normal inkişaf etməsinə səbəb olur.
Bağları bütün üç istiqamətdən olan sortlardan – konservlik,
yağlıq, konservlik- yağlıq sortlardan salırlar. Tozlanacaq
hər 2 əsas ağaca bir tozlayıcı ağac əkilir. Əsas universal
tozlayıcı sort Azərbaycan zeytunu sayılır.
1.5.3. Bağlara qulluq
Cavan bağlara edilən qulluq meyvəçilikdə qəbul
edilmiş ümumi qaydalar kimidir. 5 – 10 yaşlı zeytun
bağlarına üzvi (peyin) və mineral gübrələr – fosfor və
kalium payızda, gövdəətrafı dairəyə, yəni hər bir ağacın
altına 40 – 45 kq çürümüş peyin, 600 qr superfosfat və 150
– 200 qr kalium duzu verilir. Azotlu gübrələr yaz becərməsi
zamanı hər ağacın altına 400 qr, yayda əlavə olaraq 200 qr
verilir. Quraq rayonlarda bitkilər, tələbatdan, ilin
şə
raitindən və yağıntının miqdarından asılı olaraq 9 – 10
dəfə suvarılır (yazda 2 dəfə, yayda 5 dəfə, payızda və qışda
rütubəti toplamaq üçün 2 – 3 dəfə).
__________________________________________Ə hmə d-Cabir Ə hmə dov
41
Cavan zeytun ağacları çala üsulu ilə suvarılır.
Bitkilərin kök sistemi inkişaf etdikcə bütün qidalanma
sahəsi şırım üsulu ilə suvarılır.
1.6. Zeytunun yetişməsi, yığılması və
emala hazırlanması
Zeytunun meyvəsi birtoxumlu, çəyirdəklidir,
kənarları ətlidir, çəkisi 1 – 15 qramadək girdə və ya
uzunsov oval formalı, ucu küt və ya şiş olur. Çəyirdəyi
bərkdir, çəyirdək divarının qalınlığı 2 mm- dir.
Zeytun
bitkisinin
vegetasiyası,
havanın
temperaturu 8 – 10
0
C olduqda, martın axırı və ya aprelin
ə
vvəllərində başlayır. Zeytun ağacları üçün iki vegetativ
boyatma dövrü aydın görünür; yaz və yay boyatma dövrləri.
Zeytun ağacları havanın orta gündəlik temperaturu 20 –
23
0
C- yə çatdıqda, iyunun əvvəllərində çiçəkləməyə
başlayır. Zeytun bitkisi külək vasitəsi ilə tozlanır. Ağacların
birevli olmasına baxmayaraq həm fertil (öz- özünə
mayalanan), həm də steril sortları çarpaz tozlanma tələb
edir. Çarpaz tozlanma nəticəsində yumurtalarının sayı artır,
tökülən meyvələrin miqdarı azalır, məhsuldarlıq yüksəlir.
Meyvələr oktyabrın axırında texniki yetişkənlik
dövrünə (göy zeytun), noyabrın əvvəlində isə botaniki
(qara) yetişkənliyə düşür və sortundan, payız- qış dövrünün
hava şəraitindən asılı olaraq, yetişmə yanvarın yarısına kimi
davam edir.
1.6.1.Meyvələrin yığılması
Zeytunun meyvələrindən nə məqsəd üçün istifadə
olunmasından asılı olaraq, onları müxtəlif yetişkənlik
mərhələsində yığırlar. Konserv hazırlamaq üçün “göy
zeytun”- u texniki yetişkənlik mərhələsində, meyvələr yaşıl
Zeytun və zeytun yağı_________________________________
42
rəng aldıqda yığırlar. Orta və gec müddətdə yütişən bir sıra
sortların meyvəsi hava şəraitinə görə tam botaniki
yetişkənlik dövrünə çatmır. Odur ki, belə sortların
meyvəsini həm konserv hazırlamaq, həm də zeytun yağı
almaq üçün yaşılımtıl- qırmızı və ya yaşılımtıl- bənövşəyi
rəng aldıqda dərmək lazımdır. Tam yetişdikdə, qara
zeytundan quru duzlama və yağ almaq üçün istifadə edirlər.
Konserv hazırlamaq üçün irimeyvəli sortlar olan Santa
Katerina, Askolano, Azərbaycan zeytunu, Armudu zeytun,
Sevilyano və başqa sortların “göy zeytun”- undan istifadə
edirlər.
Zeytun meyvələri yağ çıxarmaq, marinad, şoraba
və ya duzlanmış halda sərf etmək üçün istifadə olunur. Yağ
çıxarmaq üçün meyvələri tamamilə yetişdikdən sonra
dərilir. Yaşıl və tam yetişməyən meyvələr marinad və
ş
oraba hazırlamaq məqsədi ilə dərilir. Tam yetişmiş
meyvələri də duzlamaq mümkündür. Yetişən meyvələr
sortlara məxsus olan bənövşəyi qara rəng alır. Keyfiyyətli
yağ almaq üçün əti çox da yumşalmayan meyvələri dərmək
lazımdır. Bir qədər sütül toplanmış meyvələrin yağları ətirli,
dadlı, gözəl rəngli olur və uzun müddət saxlanılır.
Sütül müyvələrin təzə yağı bir qədər acıtəhər olur.
Sonralar bu acılıq itir. Çox yetişmiş meyvələrin yağları
dadsız və rəngsiz olur. Uzun müddət qalır. Ağacın üstündə
meyvələri uzun müddət saxlamaq qorxuludur. Payızın
ş
axtalarından tələf ola bilərlər. Meyvələri vaxtında
yığılmayan ağaclar gələn il məhsuldarlığını azaldır.
Zeytun meyvələri əl ilə dərilməlidir. Marinad üçün
yığılanlar zədələnməməlidir. Zədələnmiş meyvələrin
saxlanılması çətinləşir. Bunlar asanlıqla xarab olur, acıyır.
Bəzi şəraitdə meyvələr özləri yerə tökülür, buna görə də
ağacların altlarını vaxtında təmizləmək, otlarını çalmaq
lazımdır. Zeytun ağacı 30 – 50 yaşında maksimum miqdar
__________________________________________Ə hmə d-Cabir Ə hmə dov
43
zeytun meyvəsi verir və bu 100 yaşına qədər davam edir.
Bundan sonra məhsuldarlıq azala bilər.
Dostları ilə paylaş: |