226
DƏDƏ QORQUD ARAŞDIRMALARI
diqlik ilə bağlı idi. Ona görə, vətən təkcə onun doğulduğu torpaq
deyildi, o, türkün əsil-nəcabəti idi, ulularının uyuduğu əbədiyyət
idi. Ana-bacılarının, xatunlarının namusu idi. Vətən türkün bu
günkü sevinci, məhəbbəti, sabahkı övladlarının anası idi. Türk
bunu bilirdi, ona görə də vətənin təəssübkeşi, cəfakeşi idi, “Mən
millətə yaxşı vaxtında xaqan olmadım!.
Ac-yalavac, çırın-çılpaq, gücsüz qalmış, yoxsul bir millətə
xaqan oldum. Kiçik qardaşım Kül Tigin ilə əhd etdik. Atamızın
qazandığı millət adı, millət sanı yox olmasın deyə Türk milləti
üçün gecə uyumadım, gündüz oturmadım. Kiçik qardaşım Kül
Tigin ilə iki Şad ilə öləsiyə, bitəsiyə çalışdım. Toplanan milləti
atəşə, suya qərq etmədim” [2, 115] - deyirdi Bilgə xaqan. Onu
vəzifə ehtirasına, umacağa, küsüyə, incikliyə satmaqdan qoruyur-
du. Bilirdi ki, ürəyində Vətən, el sevgisini, Vətən təşnəsini itirsə,
satqın, nankor olacaq, özü vətənsiz, övladları millətsiz qalacaq.
Ona görə də deyirdi: “...Türk bəyləri! Millət! Eşidin!
Üstdə Göy basmasa, altda yer dəlinməsə. Türk milləti, sənin
elini, sənin adətin kim poza bilər?
Ey Türk milləti! Titrə və özünə dön!
İtaət etdiyin zaman səni yüksəltmiş, ucaltmış olan ağıllı və
igid xaqanına azad və müstəqil yurdunda yanılıb üsyan edərək
pis iş gördün. Silahlı insanlar gəldilər də səni dağıdıb götürdülər.
Süngülü insanlar haradan gəldilər də səni sürüb apardılar.
Ey Ötükənin xoşbəxt milləti! Getdiniz! Doğuya varanınız
oldu. Batıya varanınız oldu. Vardığın yerlərdə xeyrin o oldu ki,
qanın su kimi axdı. Sümüklərin dağ kimi yığılıb yatdı. Bilmədiyin
üçün, yanılıb pislik etdiyin üçün...” [1, 80].
Ona görə də türk özündən sonrakılara belə tövsiyə edirdi:
“Ey türk milləti! Titrə və özünə dön” [3.114] Qayıt Vətəninə! Qa-
yıt millətinə! Qayıt özünə! Onun təəssübünü çək. Yadlara satma!
Əgər satarsan, xeyrin o olar ki, yox olarsan. Ona görə də Türk