DƏDƏ QORQUD ARAŞDIRMALARI
Türk xalqı, ölək, nəslimizi kəsək – deyirmiş, yox olaraq ge-
dirmiş...” [3.113]
Abidədə daha sonra göstərilir ki, bunca dərddən sonra Tanrı-
nın türk xalqına rəhmi gəlir, onu bu dərddən xilas edir: “...Üstdə
türk tanrısı, türk müqəddəs yeri, suyu “Elə” demiş: - Türk xalqı
yox olmasın deyə, xalq olsun deyə atam İltəris xaqanı (Kutluq
Xaqan 680-692 - M.S.), anam İlbilgə xatunu tanrı təpəsində tutub
yuxarı qaldırmış. Atam xaqan on yeddi igidlə sərhədi aşmış, ...
xəbər eşidib şəhərdəkilər dağa qalxmış, dağdakılar enmiş, top-
laşıb, yetmiş igid olmuş. Tanrı güc verdiyi üçün atam xaqanın
qoşunu qurdtək imiş,... şərqə, qərbə qoşun toplamış, yüksəltmiş,
hamısı yeddi yüz igid olmuş. Yeddi yüz igid olub elsizləşmiş,
xaqansızlaşmış xalqı, kəniz olmuş, qul olmuş xalqı, türk qanunu-
nu pozmuş xalqı əcdadlarımın qanununca təşkil etmiş, öyrətmiş.
Tölis, tarduş xalqını onda təşkil etmiş, yabğu, şad onda vermiş,
Tabğac xalqı yağı imiş, Qərbdə Baz xaqanın doqquz oğuz xalqı
yağı imiş, qırğız, kurikan, otuz tatar, kitay, tatabı – hamısı yağı
imiş. Atam xaqan bunca...qırx yeddi yol qoşun çəkmiş, iyirmi dö-
yüş döyüşmüş, Tanrı yar olduğu üçün ellini elsizləşdirmiş, xaqan-
lını xaqansızlaşdırmış, yağını tabe etdirmiş, dizlini çökdürmüş,
yağını tabe etdirmiş, dizlini çökdürmüş, başlını səcdə etdirmiş..”
[1.79].
Və bununla böyük Türk dövlətini yenidən bərpa edib, yarat-
mışlar.
Yuxarıdakı fikirlərdən məlum olur ki, türkün vətən əxlaqı,
vətənpərvərliyi, həm dar mənada, həm də geniş mənada başa
düşülür ki, əgər dar mənada, sadəcə, sözlərində, məsləhət və
tövsiyələrində, müqəddəs tutduqları vətən sözü, vətən sevgisi
idisə, geniş mənada isə vətən sevgisindən yoğrulan ömürləri, ya-
şam tərzləri, yaşam normaları, düşüncələri, əqidələri, vətən ideal-
ları, əməlləri idi. Bu hisslər o qədər güclü idi ki, onlar vətən uğ-
|