Pedaqogika, Fəlsəfə, Psixologiya davranış və rəftarının bəyənilməsi, təsdiq edilməsi idi. Bunu
mətnlərdəki ləyaqəti təqdir edən fikirlərdən görürük və eyni za-
manda ləyaqətsizliyin necə böyük milli bəlalara səbəb olma-
sı fikirləri də özünə kifayət qədər yer tapır. Yenə də Bilgə xa-
qanın fikirlərinə istinad edirik. O, ancaq ləyaqətini qorumaqla
ləyaqətli ola bilməyi tövsiyə edir: “Ey türk milləti. Dadlı sözlərə
və yumşaq ərməganlara aldandın və çoxlarımız öldü...Yenə ya-
nılıb və güneydəki Çoqay ormanına, Töqültün düzənliyinə gedib
yerləşsən, ey türk milləti, öləcəksən!
Oralara getdiyiniz zaman Çindən gələn düşmən adamlar ara-
nıza soxular, sizi aldadıb deyərlər: “Onlar uzaqdakılara pis, ya-
xındakılara yaxşı hədiyyə verirlər. Neçə avam adamlar bu sözlərə
aldanıb oralara getdilər və öldülər. O yerlərə varırsan, ey türk
milləti, öləcəksən!...
Ey türk milləti sən ac olunsa, toxluq nədir, bilməzsən, fəqət
tox olunca da aclıq nədir düşünməzsən! Belə olduğun üçün səni
ucaldan xaqanının sözünə baxmadın. Onun sözünü almadan
yerdən-yerə vardın. O yerlərdə tükəndin. Geri qalanlarla daha da
zəifləyərək məhv olurdun... “və yaxud” ... nadan xaqanlar taxta
oturmuş. Pis xaqanlar gəlmiş. Bunların buyruq bəyləri biliksiz
imiş. Bəylər yalançı olunca millət də onlara bənzəmiş! Bu du-
rumdan Çin milləti yararlanmış...qardaşı qardaşla, milləti bir-
birilə düşmən etmiş. Bu tələyə düşən türk millətinin el tutduğu
torpaq (Vətən, dövlət – M.S.) əldən çıxmış, başındakı xaqanını
itirmiş, söylu, şanlı oğulları Çin millətinə kölə, gənc qızları cariyə
olmuş, bəzi türk bəyləri türk adını buraxıb çincə adlar almağa
başlamışlar...Çin xaqanına boyun əymişlər. Tam əlli il işlərinə,
güclərinə hökm verən Çin xaqanına itaət etmişlər.
Göründüyü kimi, şərhə ehtiyac olmadan nümunələrdən
məlum olur ki, ləyaqətsizlik hansı bəlalara səbəb olur və “Orxon-
Yenisey yazılı abidələrində tarixin bu səhifələri xatırlanır ki, türk