Pedaqogika, Fəlsəfə, Psixologiya diqqətlə dinləyin!
Doğuda gündoğuşuna, batıda günbatışına, quzeydə gecə-
yarısına qədər olan yerlə içində yaşayan millətlər mənə bağlıdır.
Bunca millət bunca ölkə üçün qayda-qanun yaratdım.Bu yerlərdə
artıq pozğunluq, qarışıqlıq yoxdur” [3, 111].
Z.Göyalpın “Türkçülüyün əsasları” kitabında da bu fikirlər
əsaslandırılıb təsdiq olunur: “Əski türklərdə bir el digər elləri
özünə tabe etdiyi zaman onların siyasi təşkilatını pozmazdı. Tabe
olan elin əvvəlki başçısı “Yabqu”, yəni məlik adıyla əvvəlki
mövqeyini qoruyub saxlayırdı. Xaqan bunun yanına “Şad” yaxud
“Şanə-Şahnə” adlanan bir canişin təyin edərdi. Bir xaqan başqa
xaqanlıqları fəth etdiyi zaman onların xaqanlarını öz yerlərində
saxlayardı. Yalnız özü “Elxan” adıyla bu xaqanların başçısı
mövqeyinə keçərdi [2, 119].
Bilgə xaqan böyük birlik yaratmışdı və yaranan birliyi qoru-
mağı tövsiyə və vəsiyyət edirdi: “...Ey Ötükən ormanının milləti!
Pis adam gəlib birliyini pozmasın, silahlı gəlib səni dağıtmasın
deyə sənə buranı el tutdum. Qayda-qanun qazandırdım...Türk
millətini toplayıb el-obanın vəsfini bu daşa yazdırdım. Ona baxa-
raq bilin, indiki Türk bəyləri!
Türklərim, cəmi bəylərim, cəmi millətim. Qazanıb el tutdu-
ğum (birlik yaratdığım – M.S.) bu yerdən xaqanından ayrılmasan
yaxşılıq görəcəksən... [3.117]”.
Orxon-Yenisey yazılı abidələrində vətənpərvərlik tərbiyəsinin
bütün cəhətləri, eləcə də hərbi vətənpərvərlik motivlərinə güz-
gü tutmağa çalışdıq və məlum oldu ki, hərbi vətənpəpvərlik
motivlərinə əsasən, türklərdə vətənin müdafiəsinə hazır olmaq,
sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü uğrunda düşmən
hücumlarına qarşı çıxmaq kimi mübariz keyfiyyələr müqəddəs
tutulurdu və yuxarılarda qeyd etdiyimiz kimi, bu onların ali qa-
nunu idi və bu qanun nəsildən-nəslə ötürməklə ali hərb sənətlərini